Bizi sosial şəbəkələrdən izləyin:
Dağlıq Qarabağın ruslaşdırılması başlandımı?
Qul təfəkkürü, yaltaqlıq, amma istədiyinə çatanda sahibinə xəyanət etmək ermənilərin minillik xarakteridir. Dünən qondarma və cinayətkarların rəhbərlik etdiyi Dağlıq Qarabağ rejiminin deputat yığnağı dil haqqında qanunda dəyişikliklərə baxıb. Layihəyə görə, Qarabağda erməni dilindən əlavə rus dili rəsmi statusa sahib olacaq. Layihəni şəxsən baş cinayətkar Araik Arutunyan imzalayıb.
Layihədə deyilir: “Dağlıq Qarabağ Respublikasının rəsmi dilləri ədəbi erməni və rus dilləri olacaq. Bu Artsaxla Rusiya arasında mədəni, hərbi, iqtisadi əlaqələrin formalaşması üçün zəruridir”.
Layihədəki bir məqam diqqəti cəlb edir: "Rusiya sülhməramlılarının Artsaxda uzunmüddətli (!?) iştirakı, bir çox sosial problemlərin birgə həlli, tikinti, səhiyyə, təhsil və elm sahələrində əməkdaşlıq tələb edir ki, rus dilinin rolu yenidən qiymətləndirilsin". Bu “uzunmüddətli” ifadəsini sadəcə olaraq qanun layihəsinə salmayıblar, onlar indidən Rusiya hərbiçilərinin Gümrüdə olduğu kimi Qarabağda da 2044-cü ilə kimi qalmasına işarə vururlar.
Bəlkə də bu kiçik məsələdir, xırda detaldır, amma “qığılcımdan alov törər” misalını da unutmammalıyıq. “Boş verin”- deyib belə məsələnin üstündən o vaxt keçmək olar ki, sabah konkret mövqemizlə, addımlarımızla torpağımıza nəzarətimizi reallaşdıra biləcəyik. Bu gün bu addımı atanlar Rusiyanın Qarabağda qalmasını təhlükəsizliklərinin zəmanəti kimi ( indiki halda bu belədir) dünyaya car çəkib yenidən saxta əzabkeş roluna girəcək, dini münasibətləri ortaya atacaq, ən çox sevdikləri “ genosid” sözünü tez-tez hallandıracaqlar.
Düşmənin xislətini bildiyimiz halda sakit dayanmağımız o xisləti gücləndirə bilər.