Baydenin arxasında başqaları durur... - Amerikanı əslində kim idarə edir… - TƏHLİL 
Oxunub: 5428
19 Oct 2021 | 00:03
Baydenin arxasında başqaları durur... - Amerikanı əslində kim idarə edir… - TƏHLİL 

 

Cozef Bayden ən populyar olmayan Amerika prezidentlərindən biri olaraq qalır. Onun yürütdüyü siyasət başa düşülmür və hər hansı bir səhv və ya ağzından çıxan yanlış söz medianın diqqətindən yayınmır. Ancaq ABŞ-da birinci şəxsin gücü istənilən halda çox məhduddur. Konqres, tanınmış demokratlar və respublikaçılar mühüm rol oynayır. Güclü lobbi qrupları da pərdəarxasında Ağ Evin qərarlarına təsir edə bilər. “RİA Novosti” Vaşinqtonun kölgə idarəçiliyini araşdırmağa çalışıb. Moderator.az həmin məqaləni oxucularına təqdim edir.

 

Əldən gedən populyarlıq

 

Baydenin hərəkətləri indi amerikalıların yalnız üçdə biri tərəfindən bəyənilir və əhalinin yarısı onun işini mənfi qiymətləndirir - bunlar Kvinnipek Universitetinin apardığı araşdırmanın nəticələridir. Miqrasiya böhranı, Əfqanıstandakı uğursuzluq, iqtisadiyyatdakı problemlər də sözünü dedi.

 

Baydenin populyarlığı o dərəcədə zəifləyib ki, hətta sələfi Donald Tramp da Ağ Ev uğrunda yenidən mübarizə aparmaq istəyini ifadə edərək üç il irəli baxır. O, hazırkı dövlət başçısını sadəcə, bacarıqsız hesab edir. Ümumiyyətlə, Baydenə tez-tez yaşı (78 yaş) və sağlamlıq vəziyyətini xatırladır, unutqanlığı və  zəifliyini irad tuturlar. Əslində ölkəni vitse-prezident Kamala Harrisin idarə edəcəyi ilə bağlı davamlı şayiələr dolaşırdı.

 

Əvvəllər dövlətin ikinci şəxsinin əsas vəzifəsi Senatda sədrliyə  və mübahisəli qanunların taleyini həll etməyə bərabər tutulardı. Ancaq XX əsrin ikinci yarısından etibarən vitse-prezidentlər tam hüquqlu siyasi oyunçulara çevrildi. Harri Trumen öz müavinini Milli Təhlükəsizlik Şurasına daxil etmişdi, Duayt Eyzenhauer ortağını təxminən 70 günlük bir dünya turuna göndərmiş və bu müddət ərzində o, Yaxın Şərq və Asiya ölkələrinin bir çox liderləri ilə ünsiyyət qurmağı bacarmışdı. Cimmi Karterin dövründə vitse-prezident olmuş  Uolter Mondeyl kəşfiyyat nümayəndələri ilə şəxsi brifinqlərə qatılmış və Sovet İttifaqı ilə uzunmüddətli  qarşıdurmaya yönəlmiş “yeni nüvə strategiyası”nın hazırlanmasına kömək etmişdi.

 

 

                                                 ABŞ, Vaşinqtondakı Kapitoliya günbəzi

 

Ata Corc Buş Ronald Reyqan administrasiyasında iki müddət vitse-prezident vəzifəsində çalışdıqdan sonra ölkəyə rəhbərlik etdi. Corc Buşun müavini millət vəkili Dik Çeyni isə ümumiyyətlə, “boz kardinal” sayılırdı. O, Əfqanıstana qoşun göndərilməsini və İraqdakı müharibəni dəstəkləyirdi, 11 sentyabr terror hücumundan sonra təhlükəsizlik sistemini yaratmış, terrorda şübhəlilərə işgəncə verilməsini təsdiqləmişdi. Hakimiyyət istəyinə və qəddarlığa meyliliyinə görə ona Dart Veyder (“Ulduz müharibələri”nin qara libaslı personajı - red.) ləqəbi verilmişdi.

 

Bayden özü Barak Obamanın dövründə müavin olaraq Hillari Klintonu qıcıqlandıran dövlət katibi vəzifələrini yerinə yetirirdi. İraq kampaniyasına və Ukrayna böhranına nəzarət edərək yalnız diplomatik kanallardan deyil, həm də şəxsi əlaqələrindən də istifadə edirdi. Donald Trampla birlikdə işləyən Mayk Pens isə həm daxili, həm də xaricdəki siyasətçiləri sakitləşdirən sülhməramlı rolunda olub .

 

Ümidləri doğrultmayan ortaq

 

Kamala Harris seçkiqabağı yarış zamanı patronundan demək olar ki, daha nüfuzlu sayılırdı. Demokratlar uğurlu tandemi  proqnozlaşdırırdılar. Tramp da daxil olmaqla, respublikaçılar onun Baydenin yerinə ölkəni idarə edəcəyini söyləyirdilər. Ancaq əksinə oldu: Ağ Ev bəzən vitse-prezidentin problemlərini həll etməli olur.

 

Harris siyasi uğurla öyünə bilməz, nadir hallarda ictimaiyyət qarşısına çıxır və mətbuatın verdiyi məlumata görə, heç bir şəkildə öz qərargahında normal iş qura bilmir - işçilər sadəcə, oradan qaçırlar. “Orada insanlarla  tullantı kimi davranırlar”, -  deyə anonim bir mənbə “Politico”ya bildirib.

 

Verilən vəzifələrin öhdəsindən gəlmək də uğursuzluqla nəticələnir. Prezident Kamalaya Latın Amerikasından gələn nəzarətdən çıxmış qaçqın axını ilə bağlı vəziyyəti yoluna qoymağı, koronavirusa qarşı peyvəndlənməni sürətləndirməyi  və amerikalıların seçki hüququnu qorumağı tapşırdı - seçki qanunu pozuntuları iddiaları partiyalararası çəkişmələri daha da artırdı. Ancaq miqrasiya böhranının həlli hələ ki, Harrisin gücü xaricindədir, peyvənd kampaniyası isə yerində sayır.  Seçicilərin hüquqlarının genişləndirilməsi ilə bağlı qanun layihəsi isə respublikaçılar tərəfindən bloklandı.

 

 

                                    ABŞ-ın vitse-prezidenti Kamala Harris Vaşinqtonda

 

Vitse-prezidentin populyarlığı göz önündə əriyir. Amerikalıların 50 faizi ona güvənirdi, indi isə 40 faizdən bir az çoxdur. Amerika mətbuatının yazdığına görə, Ağ Ev də ondan narazıdır.

 

Amerika siyasətinin nüfuzlu insanları

 

ABŞ-da Bayden və Harrisdən sonra üçüncü şəxs Nümayəndələr Palatasının sədri, 81 yaşlı Nensi Pelosi hesab olunur. O həm yüksək siyasi bəyanatlar, həm də radikal hərəkətləri ilə məşhurdur. Konqresdə “madam spiker” və ya “Trampa meydan oxuyan qadın” adlandırılan Pelosi ölkədə ABŞ prezidentinə qarşı üçüncü impiçment prosedurunu başlatmışdı. Hazırda o, Baydenin təşəbbüslərini fəal şəkildə dəstəkləyir.

 

“Pelosi çox nüfuzlu bir xanımdır. Ancaq təkcə onu qiymətləndirmək lazım deyil. Hər iki partiyada digər vacib simalar da var: elita, tanınmış senatorlar”, - deyə Y.M.Primakov adına Rusiya Elmlər Akademiyası nəzdində  Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Şimali Amerika Araşdırmaları Mərkəzinin rəhbəri Viktoriya Juravlyova izah edir.

 

Respublikaçılar arasında Senatda azlıqların lideri Mitç Makkonell, demokratlarda isə çoxluqların lideri Çak Şumer fərqlənir. Həmçinin müxtəlif vaxtlarda prezidentliyə namizəd olan və demokratların sol qanadını təmsil edən və mətbuatda aktiv görünən senatorlardan Berni Sanders və Aleksandriya Okasio-Kortes, respublikaçılar Marko Rubio, Ted Kruz, Rend Pol, Lindsi Qrem və bir çox başqaları var.

 

Onlar televiziyada çıxış edərək, partiyalarının əleyhinə getməkdən qorxmadan ictimai rəyə təsir etməyə, yeni fikirlər irəli sürməyə çalışırlar. Bu yaxınlarda Qərb mətbuatı belə bir xəbər yaydı: “Konqres və konkret olaraq senator Kruz “Şimal axını-2”yə qarşı sanksiyalar istəyir”. Ağ Ev bununla razılaşmır. Buna cavab olaraq Kruz yeddi Amerika səfirinin təsdiqlənməsinə mane olur. Və bu, Birləşmiş Ştatların beynəlxalq aləmdəki nüfuzuna xələl gətirir.

 

Juravlyova ayrı-ayrı şəxslərin Amerika siyasətinə təsirinin o qədər də böyük olmadığını söyləyir. ABŞ-da həm daxili, həm də xarici qərarlar kollektiv olaraq qəbul edilir. Prezident administrasiyası və konqres bu işdə iştirak edir.

 

 

                                                 Senator Ted Kruz Vaşinqtonda

 

“Liderin partiyasının dəstəyinə ehtiyacı var. Növbəti seçkilərdə qalib gəlməsinə kömək edəcək qanun layihələrini irəli sürmək onun maraqlarına uyğundur. Ted Kruz aktiv bir respublikaçıdır, tez-tez mediada görünür. Ancaq senator kimi üzdə olmaq, partiyanın, konqresin və xüsusilə də prezidentin qərarlarına təsir etmək üçün öz elektoratının olması kifayət deyil. İnsanların sizin fikirlərinizlə razılaşması vacibdir”, - deyə amerikaşünas vurğulayır.

 

Gəldi və ləğv etdi

 

Lakin demokratlar və respublikaçıların bir araya gəlmələri  getdikcə çətinləşir. Bundan əlavə, onlar lobbiçilərin təzyiqi altındadır. “Dövlət və özəl təşkilatların nümayəndələri onlara lazım olanları qanun layihəsinə daxil etməyi və ya nəyisə oradan çıxarmağı xahiş edirlər. Biznes Amerika siyasətində böyük rol oynayır. Məsələn, sağlamlıq problemlərini müzakirə edərkən, xəstəxana və həkimlərin maraqlarını təmsil edən əczaçılıq şirkətləri və təşkilatları əsas söz sahibidirlər”, - deyə Y.M.Primakov adına Rusiya Elmlər Akademiyası nəzdində  Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Şimali Amerika Araşdırmaları Mərkəzinin kiçik elmi işçisi Anastasiya Bunina izah edir.

 

Əgər konqresin palatalarından birində kompromisə gəlmək mümkün olursa, digər palata qanun layihəsini qəbul etməlidir. Burada özlərinin təzyiq rıçaqları var. Məsələn, millət vəkilləri sənədi təsdiqləməyib yenidən işlənməsi üçün geri göndərə və hətta “qutuya ata” bilərlər. “Fraksiya liderlərinin təşəbbüsləri nəzərdən keçirməli olduqları cədvəl var. Əgər sənəd onlara maraqlı deyilsə,onu,sadəcə,planlara daxil etməyəcəklər”, - deyə Bunina bildirir.

 

Prezident konqreslə əlaqələndirmədən qərarları müstəqil olaraq qəbul edə, icra əmrləri verə bilər. Ancaq iş orasındadır ki, növbəti dövlət başçısı bunu asanlıqla ləğv edəcəkdir. Trampla da vəziyyət belə olub. Prezidentliyinin ilk günündə Bayden sələfinin ən mübahisəli direktivlərini ləğv edən 17 fərman imzaladı. Qələmin bir toxunuşu ilə gedən siyasətçinin bütün irsi silinir, növbəti gələn isə artıq təkbaşına hərəkət etməkdən ehtiyatlanır. Demokratiya budur.

 

Tərcümə və təqdim etdi: Miraslan

 

Oxşar xəbərlər
N.Tusi adına Klinika
14:51, Bu gün
Gədəbəy sakini qardaşı arvadını qamçı ilə döydü – Təfərrüat
14:48, Bu gün
Pensiya və maaşlarda nə qədər artım olacaq? - YENİ AÇIQLAMA
14:44, Bu gün
Gəncədə ağır yol-nəqliyyat hadisəsi olub, ölənlər var - FOTO
14:35, Bu gün
Qadın sonsuzluğunu müalicə edərək 50 yaşında ilk övladını dünyaya gətirdi - MARAQLI
14:22, Bu gün
Rusiya hücum etsə, kəməri bağlayın - Manfred
14:20, Bu gün
İranda mollanın qulağı kəsilib
14:02, Bu gün
50 nəticənin ulu nənəsi 100 illik yubileyini qeyd edib və uzunömürlülüyün sirlərini açıb...
13:43, Bu gün
Baytar olmaq istəyirdi, saray gəlini oldu - FOTOLAR
13:36, Bu gün
Türk polkovnik sərhəddəki təxribatların şifrəsini açdı
13:33, Bu gün
İntihar edən polis rəisinin yerinə - Təyinat
13:29, Bu gün
Toyda səslənən yüksək musiqidən 63 toyuq ürək tutmasından tələf olub
13:17, Bu gün
Yalnız blyuz oxumayan madmuazel... - Patrisiya Kaas haqqında 7 FAKT
13:08, Bu gün
İbrahim Rəisinin 100 günü: Üçtərəfli qaz müqaviləsi Azərbaycanla əlaqələrə necə təsir etdi?
13:04, Bu gün
Göygöldə qadın itkin düşüb
13:02, Bu gün
Hərbçilər səhvən mülki vətəndaşları güllələdi: 14 ölü
12:55, Bu gün
Aytəndən İradə İsaqa cavab: “Peşəkarlıq kəllə sümüyünün içində olan beyindən gəlir..."
12:32, Bu gün
İranın nüvə sazişi üzrə danışıqlar dalana dirənib... - Tehran tələbləri sərtləşdirir - ŞƏRH
12:08, Bu gün
Gəncədə hamilə qadın dərmandan zəhərlənib
11:53, Bu gün
Sabah hava küləkli keçəcək, duman olacaq
11:52, Bu gün
Rusiyada kömür şaxtasında xəsarət alanların sayı 106 nəfərə çatıb
11:51, Bu gün
O, əslində həmişə belə olub: Çəkdiyi zəhmətdən minlərin həyat yoluna işıq salan rəhbər...
11:44, Bu gün
Yeni dünya nizamı: Savaşlar, qadınların səlahiyyəti və əbədi dünyaya aparan yol...
11:29, Bu gün
İlk dəfə dinozavr sürüsünün qalıqları tapıldı
11:26, Bu gün
Astarada 22 illik məscid niyə bağlıdır?
11:10, Bu gün
3 səfirin Qarabağa gecikmiş səfərinin PƏRDƏARXASI
11:06, Bu gün
Belluççi Türkiyəyə gəlir: Bunları istədi...
11:04, Bu gün
İranda pilotsuz təyyarə qəzaya uğrayıb
10:46, Bu gün
“Qaraheybət” şəhidi Elmir Həsənovun atası: “Onun bu arzusunu biz həyata keçirəcəyik”
10:44, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
10:43, Bu gün
Bakı metrosunda həyəcanlı anlar - Sərnişin qatar yoluna düşdü
10:32, Bu gün
Qənirə Paşayeva və Mixail Zabelin şəhid Denis Əliyevin ailəsini ziyarət edib
10:15, Bu gün
Qubada istirahət mərkəzində yanğın olub
10:13, Bu gün
Sabirabadda yaşadığı ünvanı tərk edən iki COVID-19 xəstələri saxlanılıb
10:12, Bu gün
Lavrovla Blinken arasında MÜBAHİSƏ: Dinc nümayişçiləri kim atəşə tutub?
10:07, Bu gün
Novxanıda kişi həyat yoldaşını bıçaqlayıb
10:05, Bu gün
Saatlıda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb
09:55, Bu gün
"Bu xəritələr Ermənistanı “mina terrorunun memarı” titulundan xilas edə bilməz..."
08:29, Bu gün
Fiziki imkanları məhdud bir qrup gənc rəssamın "Sərhədsiz sənətkarlıq” adlı sərgisi keçirilib
00:05, Bu gün
ABŞ ordusu Suriyadakı "Əl-Qaidə" liderini PUA ilə hədəfə aldığını açıqladı
00:01, Bu gün
Ərdoğanı daha 20 il prezident edəcəyik - Kurum
04 Dec 2021 | 23:56
Xocavənddə zərərsizləşdirilən erməninin meyiti təhvil verildi
04 Dec 2021 | 23:54
Qarabağda daha bir erməni hərbçinin qalıqları TAPILDI
04 Dec 2021 | 23:01
İranın nüvə obyekti yaxınlığında PARTLAYIŞ
04 Dec 2021 | 23:00
Ukraynaya məxsus helikopter Belarus sərhədini pozdu
04 Dec 2021 | 22:40
Mixail Saakaşvili azərbaycanlılara müraciət edib
04 Dec 2021 | 22:27
Qazilərimiz ilk dəfə olaraq qış idman növləri üzrə məşqlərdə iştirak ediblər - FOTO
04 Dec 2021 | 22:23
İbarhim Kalın: “Ərdoğan Putinlə Zelenski arasında dialoq təşkil edə bilər”
04 Dec 2021 | 22:21
Ərdoğanın mitinqində bombalı hücumun qarşısı son anda alınıb
04 Dec 2021 | 21:23
Medvedev yenidən “Vahid Rusiya”nın sədri oldu
04 Dec 2021 | 21:22
Təhvil verilən erməni hərbçilərin adları açıqlandı
04 Dec 2021 | 20:43
Putinlə Baydenin görüş vaxtı açıqlandı
04 Dec 2021 | 20:43
"Xocalı soyqırımını törətmiş Ermənistan o xəritələri yalnız məcbur edilərək verə bilər"
04 Dec 2021 | 20:38
Qənirə Paşayeva "Sənət sərhəd tanımır” adlı konsert proqramında çıxış edərək cəmiyyətə çağırış səsləndirib - FOTO
04 Dec 2021 | 19:50
Əsgərimizin zərərsizləşdirdiyi erməninin hərbçi olduğunu sübut edən FOTO
04 Dec 2021 | 19:37
Mövlud Çavuşoğlu: “Bir sıra NATO dövlətləri Türkiyənin PUA-larını almaqda maraqlıdır”
04 Dec 2021 | 19:05
Sahil Babayev məşhur teleaparıcının oğlunu vəzifəyə təyin etdi - FOTO
04 Dec 2021 | 18:57
Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib - RƏSMİ
04 Dec 2021 | 18:56
Rusiya Xəzəryanı ölkələrin hərbi gücünün zəiflədilməsinə çalışır - ŞƏRH
04 Dec 2021 | 18:52
Ukraynaya məlum olandan xeyli çox “Bayraktar” göndərilibmiş...
04 Dec 2021 | 18:47
Azərbaycan 10 erməni hərbçini Ermənistan tərəfinə verib - RƏSMİ
04 Dec 2021 | 18:34
“1-ci Qarabağ savaşında döyüşsəm də oğlum kimi şəhidlərin qanı hesabına torpaqları aldıq”
04 Dec 2021 | 18:32
“İcra başçısı işləyəndə xahişimlə Kəlbəcərə bir maşın silah  göndərdi...”- Şahlar Əsgərov
04 Dec 2021 | 18:13
"Şəhid ailələrinə və qazilərə göstərilən dəstəyin gələcəkdə də davam edəcəyi şübhəsizdir"
04 Dec 2021 | 18:02
Arman Tatoyan yolun sonuna çatdı – Ermənistanın yeni ombudsmanı...
04 Dec 2021 | 17:57
Ermənistanda sabiq polis rəisi həbs edilib
04 Dec 2021 | 17:07
Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığı ilə bağlı beynəlxalq konfrans keçirilib
04 Dec 2021 | 17:04
“O, həqiqəti çəkinmədən hər kəsin üzünə açıq deməyi bacaran insan idi...”-Asya Manafova
04 Dec 2021 | 16:55
Azərbaycanda 16 yaşlı qız onunla intim əlaqədə olan şəxslərdən birini seçdi: “Ailə quracam”
04 Dec 2021 | 16:53
Türkiyə hərbçilərini Liviyadan hansı şərtlə çıxara biləcəyini açıqlayıb
04 Dec 2021 | 16:51
“Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ
04 Dec 2021 | 16:48
Azərbaycan və Ukraynanı ortaq keçmişdən daha çox uğurlu gələcək birləşdirir - Ali Radanın spikeri
04 Dec 2021 | 16:46
Buster doza ilə vaksin olunanların sayı 1 milyona çatır
04 Dec 2021 | 16:44
Bu gün neçə nəfər yoluxub?
04 Dec 2021 | 16:13
“Bunun nəticəsidir ki, Azərbaycan aptek şəbəkəsinə görə dünyada birinci yerdədir...”
04 Dec 2021 | 16:09
Mərhum jurnalistin xanımı: “Kaş Elnurun son halını görməyəydim” - FOTO
04 Dec 2021 | 16:07
Taliban lideri imzaladı - Əfqan qadınlarla bağlı şok qərar
04 Dec 2021 | 16:05
Əziz Səncər Şuşaya səfər edib - FOTO
04 Dec 2021 | 16:01
Zərdabda evdə toy edənlər məsuliyyətə cəlb edildi
04 Dec 2021 | 15:58
Rəsul Quliyev Azərbaycana gəlmək istəyir - Açıqlama
04 Dec 2021 | 15:25
“Həmin məmurlar özlərini düzəldib nöqsanları aradan qaldırmasalar, cəzaları veriləcək”
04 Dec 2021 | 15:20
Brüssel görüşü öncəsi təxribatlara fürsət verilməməlidir - Hələ qarşıda 10 gün var...
04 Dec 2021 | 14:59
Gömrük əməkdaşları "Yaşıl Marafon" ağacəkmə tədbirlərində iştirak ediblər - FOTO
04 Dec 2021 | 14:59
Ayın şimal üfüqündə kubşəkilli “sirli ev” göründü...
04 Dec 2021 | 14:57
Göygöldə 100-ə yaxın sakini olan kənd internetsiz qalıb - VİDEO
04 Dec 2021 | 14:55
İlham Əliyev Tailand Kralını təbrik edib
04 Dec 2021 | 14:54
Azərbaycandan Rusiyaya pomidor və alma tədarükünə icazə verildi
04 Dec 2021 | 14:46
Prezident “Azərbaycan Sənaye Korporasiyası” barədə sərəncam imzalayıb
04 Dec 2021 | 14:33
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qrant müsabiqəsi elan etdi
04 Dec 2021 | 14:16
Azərbaycan Ordusunun komando hərbi hissəsində taktiki təlim keçirilib - VİDEO
04 Dec 2021 | 14:11
Qənirə Paşayeva Vətən Müharibəsinin qazisi, mayor Tərlan Babayevlə görüşüb
04 Dec 2021 | 14:02
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü niyə olmadı?
04 Dec 2021 | 14:00
“Caliber”: “Moskvada Qarabağ üçün Donbas ssenarisini kim hazırlayır?” - VİDEO
04 Dec 2021 | 13:39
Sima Yaqubova Mediasiya Şurasının İdarə Heyətinin üzvü seçilib
04 Dec 2021 | 13:33
Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə icra olunan sosial reabilitasiya layihəsinə 6200 uşaq cəlb edilib
04 Dec 2021 | 13:29
“Taksi sürücüsünün müştəriyə çay təklif etməsi heç bir hüquqi məsuliyyət yaratmır“
04 Dec 2021 | 13:22
"Azərbaycanda yeni səhiyyə sisteminin qurulması vacibdir"
04 Dec 2021 | 13:16
Ərdoğan "Türkiye" brendi ilə bağlı qərar imzalayıb
04 Dec 2021 | 12:43
Varşava və Berlin arasında münasibətlər qızışır: Kaçinski dördüncü reyx haqqında danışdı...
04 Dec 2021 | 12:38
Şəhidimizin xərçəngə tutulan anası dünyasını dəyişdi - FOTO
04 Dec 2021 | 12:35
“Atamı Heydər Əliyev kimi düşünən ikinci bir dostu olmayıb” - Məşhur neftçinin qızı
GÜNLÜK
04 Dec 2021 | 16:13
“Bunun nəticəsidir ki, Azərbaycan aptek şəbəkəsinə görə dünyada birinci yerdədir...”
04 Dec 2021 | 18:32
“İcra başçısı işləyəndə xahişimlə Kəlbəcərə bir maşın silah  göndərdi...”- Şahlar Əsgərov
04 Dec 2021 | 17:04
“O, həqiqəti çəkinmədən hər kəsin üzünə açıq deməyi bacaran insan idi...”-Asya Manafova
04 Dec 2021 | 18:34
“1-ci Qarabağ savaşında döyüşsəm də oğlum kimi şəhidlərin qanı hesabına torpaqları aldıq”
04 Dec 2021 | 16:55
Azərbaycanda 16 yaşlı qız onunla intim əlaqədə olan şəxslərdən birini seçdi: “Ailə quracam”
04 Dec 2021 | 18:47
Azərbaycan 10 erməni hərbçini Ermənistan tərəfinə verib - RƏSMİ
09:55, Bu gün
"Bu xəritələr Ermənistanı “mina terrorunun memarı” titulundan xilas edə bilməz..."
04 Dec 2021 | 20:43
"Xocalı soyqırımını törətmiş Ermənistan o xəritələri yalnız məcbur edilərək verə bilər"
04 Dec 2021 | 18:52
Ukraynaya məlum olandan xeyli çox “Bayraktar” göndərilibmiş...
04 Dec 2021 | 16:51
“Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ
HƏFTƏLİK
02 Dec 2021 | 07:55
"Dünən İrəvandan Bakıya təyyarə uçub - çoxlu sayda əsir gətirilməlidir..."
03 Dec 2021 | 14:07
"İşdən çıxarılmağım mənim üçün sürpriz oldu"
04 Dec 2021 | 10:06
Polkovnik erməniləri xəbərdar etdi: “Gəlirik, qanunsuz yerləşdiyiniz yurdlarımızdan çıxın!..”
02 Dec 2021 | 12:00
Petrosyan: "Qarabağ bitdi, Bakı ilə razılaşmaq lazımdır!" - VİDEO
01 Dec 2021 | 19:08
“Ermənilər Ağdamı Ermənistana daşıdığı kimi, o da  Ağdərənin varını-yoxunu Dərbəndə daşıdı...”
29 Nov 2021 | 08:30
Erməni şirkəti Tərtərin bu kəndində qızılımızı çıxarmaqda davam edir?..-FOTOLAR+VİDEO
30 Nov 2021 | 21:58
"Nəcməddin Sadıkov rusca dedi ki, sizə nifrət edirəm və Azərbaycanca da danışmayacam...”
04 Dec 2021 | 10:57
“Orada Ermənistanla sərhədə dair 1 sm-də 10 m dəqiqliklə xəritələr var”– ANONİM EKSPERT
03 Dec 2021 | 09:35
Paşinyan tərəfdarları ilə gecə yarıyadək iclas keçirdi... - Nələr müzakirə olundu?..
30 Nov 2021 | 09:20
Natiq, 1 nara görə ayaq itirib əlil olmağa dəyərdimi?
AYLIQ
04 Dec 2021 | 16:13
“Bunun nəticəsidir ki, Azərbaycan aptek şəbəkəsinə görə dünyada birinci yerdədir...”
04 Dec 2021 | 18:32
“İcra başçısı işləyəndə xahişimlə Kəlbəcərə bir maşın silah  göndərdi...”- Şahlar Əsgərov
04 Dec 2021 | 17:04
“O, həqiqəti çəkinmədən hər kəsin üzünə açıq deməyi bacaran insan idi...”-Asya Manafova
04 Dec 2021 | 18:34
“1-ci Qarabağ savaşında döyüşsəm də oğlum kimi şəhidlərin qanı hesabına torpaqları aldıq”
04 Dec 2021 | 16:55
Azərbaycanda 16 yaşlı qız onunla intim əlaqədə olan şəxslərdən birini seçdi: “Ailə quracam”
04 Dec 2021 | 18:47
Azərbaycan 10 erməni hərbçini Ermənistan tərəfinə verib - RƏSMİ
09:55, Bu gün
"Bu xəritələr Ermənistanı “mina terrorunun memarı” titulundan xilas edə bilməz..."
04 Dec 2021 | 20:43
"Xocalı soyqırımını törətmiş Ermənistan o xəritələri yalnız məcbur edilərək verə bilər"
04 Dec 2021 | 18:52
Ukraynaya məlum olandan xeyli çox “Bayraktar” göndərilibmiş...
04 Dec 2021 | 16:51
“Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ