"İrəvan Abdollahiyanın təyyarəsini göydəykən "vurdu", Amilinin “pısdığı” özünə qaldı..."
Oxunub: 12414
10 Oct 2021 | 14:36
Moskva səfərindən “quyruğunu” büzüb geri qayıdan Amilinin “şirlərindən” biri – İranın baş diplomatı Hüseyn Əmir Abdollahiyanın hansı hala düşdüyünü artıq çoxları bilir. Ancaq elə məsələlər də var ki, onu İran mollalarının üzünə şapalaq kimi çırpmaq lazımdır. 
 
Əvvəlcə ordan başlayaq ki, İran konstitusiyasının 152-ci maddəsinə görə bütün müsəlmanların hüquqlarının müdafiəsi İran xarici siyasətinin əsas prinsiplərindən biri hesab olunur. Bu Konstitusiyasının 154-cü maddəsində isə dünyanın istənilən yerində məzlumların dəstəklənməsi nəzərdə tutulur. Maraqlıdır, bəs onda nədən bu prinsiplər işğala məruz qalmış qüzey Azərbaycan müsəlmanlarına deyil, işğalçı xristian ermənilərə şamil edilir?  
 
Əlbəttə, Azərbaycanın bu prinsiplərdən irəli gələcək hansısa yardıma heç də ehtiyacı yoxdur. İranın Azərbaycana ən böyük müsəlman dəstəyi o olar ki, sadəcə sussun və Arazı “bulandırmasın”. Ancaq Ərdəbilin baş mollası Seyid Həsən Amili qaragözlük edərək öz “xütbələrində” Azərbaycana xitabən “Biz sənə nə vaxt pısdıx etdük, Azarbaycan?” sualı verərək güneyli soydaşlarımızın başını aldatmağa çalışır. Bu üzdən onda gərək biz bu “pısdığları” elə onun öz şivəsində bir-bir yadına salaq ki, bəlkə daha yaxşı anlasın və birdəfəlik sussun. 
 
Əvvəlcə Seyid Həsən Amiliyə onu ərz edək ki, onun “şiri” hələ 1992-ci ilin mayında Qarabağ probleminin tənzimlənməsi adı ilə guya vasitəçilik edəndə, iki ölkənin nümayəndə heyətlərinin Tehranda olduğu zaman Şuşa şəhərinin işğalına açıq şəkildə şərait yaratdı. Bu, pısdığın birimincisi. Əgər bu pısdığ deyildisə, onda nədən sənin “şirin” o zaman quyruğunu tərpədib bu işğala görə Ermənistana bir “diş” atmadı? Axı, Ermənistan tərəfi bu addımla həm də sənin o boyda “şirinə” tülki kimi xəyanət edib, cahani mülkdə olan-olmaz hörməti-izzətini yerə çırpmış oldu.
 
Bundan əlavə, məgər İran hələ birinci Qarabağ savaşı zamanı Arazın o tayından baxaraq Azərbaycan Ordusunun kordinatlarını ermənilərə ötürmürdümü, onlara hər türlü yardımlar etmirdimi? İşğal zamanı sənin “şirin” tülkülük edən Ermənistana ağzının tör-töküntüsünü verib qidalandırdımı? Azazboyu Azərbaycan ərazilərində işğalda qalan rayon-kəndlərin mülklərini söküb daşımırdımı, ikinci Qarabağ savaşında sərhədə radarlar quraraq Azərbaycan Ordusunun rabitə sisteminə problemlər yaratmırdımı, Rusiya müdafiə naziri Şoyqunun “taxta şalban” adlandırdığı silah-sursatı uçaqlarla öz ərazisindən rahatlıqla Ermənistana keçməsini təmin etmirdimi? Üstəlik savaşdan sonra belə, sənin “şirin” dinc oturmayıb üstünə “İran-Ermənistan-Stepanakert” yazılmış qayimə ilə Azərbaycan ərazisinə qanunsuz olaraq  yanacaq adı altında nələrsə daşıdığı da məlum oldu. 
 
İndi də belə bir yeni xəbər var ki, ötən il savaş zamanı Zəngilana gedən ən qısa və rahat yol Araz çayı boyunca uzanan torpaq yol olsa da, ancaq Xudafərin su anbarını keçəndən sonra Azərbaycan Ordusunun ön qüvvələri Azərbaycan ərazisində İran əsgərləri ilə qarşılaşıblar. İran əsgərləri əvvəlcədən hazırladıqları beton maneələr vasitəsilə, bir neçə pikap və odlu silahla silahlanmış halda Azərbaycan Ordusunun qarşısını kəsib. Bunu guya su anbarını qorumaları ilə əlaqələndiriblər. Onlarla danışıqlar bir fayda vermədiyindən, Azərbaycan Ordusu burada bir neçə saat vaxt itirib. Təbii ki, bu isə düşmən tərəfə bir neçə saatlıq özünü toplamağa vaxt qazandırıb. İndi sən özün də bir bax, ağaye Həsən, bu qədər sadaladığımız pısdığ deyil, bə nəmənədi? Dəxi bundan böyük pısdığ ki, olmaz? Bə, pısdığ nə cür oley?
 
Müstəqil Azərbaycanın ərazisi olan Qarabağı hansı haqla, “Qarabəğ islam torpağidir”, deyirdin? Məgər yer üzündə islam adlı millət, ərazi, torpaq varmı? Yaxşı, əgər Qarabağı islam torpağı hesab edirdinsə, onda bəs nədən Paşinyan İrandakı erməni klubunda “Qarabağ Ermənistandır, nöqtə” deyəndə susdun? Necə oldu, “Qarabəğ islam torpaği” olmadı? Bundan başqa, işğal zamanı o yerlərdəki Azərbaycana məxsus məscidləri bərpa adı ilə farslaşdıranda, bu müqəddəs evlərin  içində saxlanılan donuzları məgər sənin “şirin” görmürdümü?! Donuz demişkən, sənin Əhmədi Necatın donuz yeyən Sarkisyanı qucaqlayanda nə yaxşı heç ondan iyrənmirdi? Bax belə, ən yaxşısı budur ki, sus, dilini birdəfəlik kəs qoy öz “şirinin” büzüşmüş quyruğunun altına və ilk növbədə hamınız yığışın gedin öz konstitusiyanıza əl gəzdirin. 
 
İndi ilk baxışda görünən odur ki, guya İranı əsas qıcıqlandıran Azərbaycanın İsraildən 2 milyardlıq silah-sursat almasıdır. Bu üzdən də o “şirə” dönüb yerində nərə çəkir. Amma İran mollaları anlamalıdırlar ki, bizlərdə şirlə oynamırlar, onu zooparkda qəfəsdə saxlayıb uşaqlara göstərirlər ki, vəhşi təbiətlə tanış olsunlar. Əslində isə İsraildən alınan silahlahlar İranı “şirə” çevirmir, sadəcə Azərbaycan işğalda olan ərazilərinin əksər hissəsini düşməndən azad etdiyindən Tehran alışır. Çünki burada, Azərbaycanla Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması reallığa çevrilir. Bununla yanaşı, Qafan-Gorus yoluna görə İran sürücülərindən torpaq haqqı tələb etməsini İran həzm edə bilmir. Bu üzdən də İran yeni Gorus-Qafan yolunun tikintisinə Ermənistana kömək məqsədilə öz kisəsindən pul verir ki, bu da simic mollaları daha da alovlandırır.
 
Ancaq Tehran hələ də anlamır ki, ermənilər Amilinin adlandırdığı “Əmrikə” yönümlü siyasət aparmaqdadırlar və ilk fürsət düşən kimi elə birinci İranın dağıdılmasında ön cərgədə olacaqlar. Məgər Azərbaycanla havadan və qurudan bütün yolları bağlayan İranın, baş diplomatı Abdollahiyan Moskvaya şikayətə getdiyi gün “Azərbaycan Hava Yolları” Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlamadımı? Məcazi mənada desək, məgər bu, rəsmi İrəvanın Abdollahiyanın təyyarəsini göydəykən vurması demək deyilmi?
 
Bu arada, onu da deyək ki, Abdollahiyan birbaşa elə hava limanında olarkən  Azərbaycandan şikayətləndiyi halda, ancaq Lavrovla danışıqlardan sonra “Rusiya 24” telekanalına verdiyi müsahibədə bildirdi ki, “Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və biz onlardan biri ilə digərinə qarşı işləyə bilmirik. Xarici siyasətimiz bərabərdir. İndi guya, Abdollahiyan da İranın Azərbaycana qarşı etdiyi bu boyda “pıstığlardan” bixəbərdir. Üstəlik utanmadan “İki gün əvvəl həmkarım - Ermənistanın xarici işlər naziri Tehrana gəldi. Yaxşı olardı ki, azərbaycanlı həmkarımızın da İrana səfər etmək imkanı olsun”, deyərək, hətta özünün də belə bir fürsət yarandıqdan sonra Ermənistana, həmçinin Azərbaycana səfər edəcəyinə söz verdi.
 
Belə yerdə rəsmi Bakı Abdollahiyana mütləq deməlidir ki, buyur “bişirdiyin sıyığı” əvvəlcə özün qaşıqla, sonra kiməsə təklif et... Niyə Azərbaycan baş diplomatı haqlı olduğu halda Tehrana özlərini şir-rələng adlandıran mollaların ayağına getməlidir? Qoy Abdollahiyan zəhmət çəkib özü gəlsin Bakıya və onun şir olduğunu deyil, məhz pişik olduğunu bütün dünya görsün. Heç şübhəsiz ki, Zəngəzur dəhlizi açılacaq və İranın indiyədək etdiyi bütün bu “pısdığları” özünə qalacaq...  
 
Mübariz Azərbaycanlı, müstəqil jurnalist
Oxşar xəbərlər
N.Tusi adına Klinika
20:29, Bu gün
Xanım jurnalistə cinayət işi açıldı
20:28, Bu gün
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - VİDEO
19:43, Bu gün
"İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır"
19:42, Bu gün
“Azadlıqda həbsxanadan daha çətin olacaq” - Ən nüfuzlu qanuni oğru sərbəst buraxıldı...
19:28, Bu gün
Bakıda məşqçi idman zalında öldü - FOTO
19:26, Bu gün
“Ermənistanda bizə lazım olan iki nəfər var: Paşinyan və Arutyunyan”
19:24, Bu gün
"Xəyanət hallarının artmasına səbəbkar qadınlardır"
19:19, Bu gün
YAP-ın Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir
19:19, Bu gün
İçkinin güdazına gedərək həbsə düşən sabiq deputatın məhkəməsi başlayır...
19:16, Bu gün
Bütün həqiqəti söyləyəcəyəm - Saakaşvili
19:08, Bu gün
Fəzail Ağamalı Neftçala rayonunda Şəhidlərin məzarını ziyarət etdi - FOTOLAR
18:38, Bu gün
"İşgəncə verilən və həbs olunanların çoxu Aprel döyüşlərində xüsusi şücaət göstərənlər idi..."
18:32, Bu gün
“Rusiyanın yardım adı ilə Qarabağa silah-sursat daşıması mümkündür...”-  Sabiq nazir müavini
18:26, Bu gün
Amerika cərrahları ilk dəfə olaraq insana donuz böyrəyi köçürdülər - İNANILMAZ...
18:13, Bu gün
"Cabbar Musayevin icazəsi olmasa etmərəm"
18:11, Bu gün
“Yanını, yaxasını, baldırını açan əxlaqsızlara Xalq artisti adı verirlər“ - Şeyx Əbdül
18:07, Bu gün
“Eybəcər, amma pullu qızla evlənir ki, qayınatası onu nazirlikdə işə düzəltsin“
18:06, Bu gün
YAP Xətai rayon təşkilatının fəalları şəhidlərimizin abidə kompleksləri ətrafında təmizlik işləri aparıblar
17:51, Bu gün
Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə baxış keçirib - FOTO/VİDEO
17:49, Bu gün
Azərbaycanda daha 2 112 nəfər koronavirusa yoluxub, 18 nəfər ölüb
17:22, Bu gün
Vladimir Putinlə İsrailin Baş nazirinin görüşü beş saatdan çox çəkib
17:03, Bu gün
Xüsusi təyinatlı ilə nişanlanan əməkdar artist boşanmasından danışdı - VİDEO
16:49, Bu gün
Putinin xəritələri: masada nələr var, tərəflər nədə razılaşmır?
16:47, Bu gün
Faciəvi şəkildə həlak olan şəhid xanımı dəfn edildi - FOTO
16:44, Bu gün
PKK terror qruplaşmasının "liderləri"ndən biri zərərsizləşdirilib
16:37, Bu gün
“Nizami irsi – insanlığın mənəvi sərvət axtarışının zirvəsində” mövzusunda dəyirmi masa keçirilib
16:34, Bu gün
Zakir Həsənov hərbi obyektlərin açılışında - FOTO/VİDEO
16:32, Bu gün
Hava kəskin dəyişəcək, temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ
16:25, Bu gün
“Məmur deyəndə mənim gözümün qabağına Qoqolun, Çexovun məmurları gəlir”
16:19, Bu gün
"Oxuyandan sonra Xudayarın “bax belə” deməsi mənim həmişə yeddi qatımdan keçir..."
16:12, Bu gün
Məmur olmaq istəyənlərin nəzərinə - imtahan keçiriləcək
15:52, Bu gün
Azərbaycanda fərqli dəfn qaydası: meyiti yandırmaq istəyənlər var, krematoriya yoxdu - PROBLEM
15:49, Bu gün
Bakı sakinləri eyvanlarından Prezident İlham Əliyev və birinci xanımı salamlayıblar - FOTO
15:46, Bu gün
Umud Mirzəyevin Azərbaycan Prezidenti ilə görüş təəssüratı ərəb mətbuatında
15:42, Bu gün
“Mənə qarşı münasibətin dəyişə biləcəyinə həmişə inanmışam, çünki...”
15:42, Bu gün
“Azəriqaz” İB "açıq qapı" layihəsinə start verdi - FOTO
15:35, Bu gün
“Çalışmışıq ki, Təhsil Nazirliyi ilə maraqlı tərəflər arasında körpü yaradaq”
15:16, Bu gün
Kim nə bilir, yal yeyirəm, yaltağam, gör nə boyda balinaynan ortağam...
15:05, Bu gün
“Tarif dəyişməsi hansısa müəssisənin gəlirlərinin artırılması üçün hesablanmır”
15:04, Bu gün
Aleksandr Samarski: “Görünür ki, İranda kimlərsə böyük pullardan məhrum olub”
15:03, Bu gün
Peyvəndsiz taksi fəaliyyəti ilə məşğul olanlar cərimələndi
15:02, Bu gün
Zaqatalada karantin qaydalarını pozan şəxslər barəsində tədbir görülüb
15:01, Bu gün
“Prezidentdə müraciət elədiyimizə görə bizi işdən qovdular” - Qalmaqallı direktorun dəhşətli əməlləri - VİDEO
15:00, Bu gün
Metyu Brayza: “Saakaşvilinin saxlanılması ağıllı siyasi addım olmayıb”
14:58, Bu gün
Ermənistanın S-300 zenit-raketlərinin necə aşkarlanaraq məhv edildiyi məlum olub
14:55, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Milli Gimnastika Arenasının yeni binasında olublar - YENİLƏNİB
14:46, Bu gün
Kəlbəcərin bu kəndində hələ də separatçı “bayrağ”ı...- Rusiya hərbçiləri niyə izn verir?..
14:26, Bu gün
"Alıb gətirmisən evə, arvad, ana eləmisən, kişinin bundan böyük hörməti nə ola bilər..?”
14:19, Bu gün
Yunanıstan XİN başçısı Gürcüstana səfər edəcək
13:50, Bu gün
“Respublika Veteranlar Təşkilatının ilk sədri, general-mayor Mustafa Nəsirovun anadan olmasının 100 illik yubileyi”nə həsr edilən tədbir keçirilib
13:46, Bu gün
Generallar xəritə cızır - Əgər NATO hücum etsə...
13:44, Bu gün
Rusiyada zavoddakı yanğında ölənlərin sayı 16-ya çatıb
13:42, Bu gün
Şəhidin xanımı qəza zamanı sükan arxasında özü olub
13:28, Bu gün
Zəngəzur dəhlizi açılır: eni 5 km olacaq - Baqdasaryan
13:18, Bu gün
Ermənistanda Azərbaycan dilinin tədrisinə BAŞLANILDI
13:16, Bu gün
Bakıda narkotikə görə daha 48 nəfər saxlanılıb - VİDEO
13:11, Bu gün
Şənbə gününün hava proqnozu açıqlanıb
13:01, Bu gün
"Beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentliyi kimi davrandılar"
12:59, Bu gün
Prezident Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olub
12:55, Bu gün
Prezident xanımı və qızı ilə açılışlara qatıldı
12:53, Bu gün
Yaxın həftələrdə bütün məktəblərin distant tədrisə keçməsi planlaşdırılmır - RƏSMİ
12:38, Bu gün
"Bu gün ona pul versən sabah məcbursan uşağa da verəsən, bir uşağa versən məcbursan ki..."
12:38, Bu gün
"Xalq artisti fəxri adı alacağımı gözləyirdim, çünki zaman gəlib çatıb, bu adı haqq edirəm"
12:33, Bu gün
"Əgər kişi qadınını xəyanətə görə ifşa etmək istəyirsə..."
11:59, Bu gün
“Desəydilər, həyat yoldaşın olacaq, gülərdim”
11:54, Bu gün
Qərbi Kaspi Universitetində nüfuzlu alimlərin iştirakı ilə “Gələcəyin enerjisi” həftəsi keçiriləcək
11:52, Bu gün
Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi quruldu - İran maşınları vergi ödəyir...
11:49, Bu gün
Türk Şurası prezidentlər səviyyəsində yeni qərarlar qəbul edəcək - AÇIQLAMA
11:45, Bu gün
Sahibə Qafarova beynəlxalq təşkilatların “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməsinə etiraz edib
11:44, Bu gün
İlk gün düşmənin bu sisteminin 60 faizi məhv edildi - HHQ-nin komandanı...
11:41, Bu gün
“Rusiya bu gün bizim, dəqiq, dostumuz deyil... O, rəzil bir xaindir...” – Bunu biz demirik...
11:21, Bu gün
Cəlilabadda karantin qaydalarını pozan restoran cərimələnib
11:17, Bu gün
Azərbaycanda yeni qurulan ailələr niyə dağılır? - "Bu cür nikahların ömrü uzun olmur..."
11:14, Bu gün
"Oğluma yeni mənzilində baş çəkəcəm" - Qazimizin atası ölkə başçısına minnətdarlıq etdi
11:13, Bu gün
Səmra Rəhimliyə bahalı avtomobil hədiyyə edildi: 77-SR-077 - VİDEO
11:12, Bu gün
Fəzail Ağamalı Salyan rayonunda Şəhid ailələrini ziyarət etdi - FOTOLAR
11:10, Bu gün
Şəhid xanımının ölümünə səbəb olan qəza ilə bağlı cinayət işi açıldı
11:09, Bu gün
Separatçıların QƏNİMİ: “Bayraktar” Donbasda da vuracaq
11:04, Bu gün
Azərbaycan yeni döyüş təyyarələri alır
11:04, Bu gün
“Siz kimsiniz ki, Türkiyəni öyrədəsiz?”- Ərdoğan diplomatları ölkədən qovmaqla hədələdi...
10:58, Bu gün
Vahid əlaqələndirmə mərkəzlərinə 2100-dən çox şəhid ailəsi üzvü və qazi müraciət edib
10:55, Bu gün
Hollivud ulduzu film çəkilişi zamanı operator və rejissoru güllələyib: Ölən var - FOTO/VİDEO
10:54, Bu gün
Xaricdə yaşayan narkotacirə narkokuryerlik edən Astara sakini saxlanılıb
10:52, Bu gün
İran prezidenti Azərbaycanla sərhədə gəldi
10:38, Bu gün
Nəcməddin Sadıkov və qudası tanınmış iş adamının biznesinə “çöküblər”
10:30, Bu gün
"Bu, insanları məyus edir" - Xanlarovadan Firuzə İbadovaya
10:26, Bu gün
Canlı yayımda biabırçı etiraf: "18 kişi ilə cinsi əlaqədə oldum, yoldaşım..." - VİDEO
10:23, Bu gün
Rusiya “humanitar yük” altında Qarabağa görün nələr gətirirmiş...
10:15, Bu gün
"Sözlər nə qürur hissimizin, nə də quruculuq işlərinin miqyasını ifadə etməyə yetmir..."
10:15, Bu gün
Qırğız Respublikası Türkiyədən PUA alıb
10:14, Bu gün
"Kayrat"ı Bakıdan aparan təyyarə qəzaya uğrayıb
10:00, Bu gün
İsrail arxeoloqları Avropanın müsəlmanlara qarşı xaçlı yürüşlərinə sübutlar əldə etdi...
09:52, Bu gün
Hacıqabulda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
09:44, Bu gün
Vahid Əhmədov Vətən Müharibəsi şəhidinin il mərasimində iştirak edib - FOTO
09:42, Bu gün
Hadrut xatirələri: "Mağazalarda və evlərdə qadın geyimlərinə rast gəlinib, kişi geyimləri isə..."
09:39, Bu gün
Bakıda ər arvadını məftillə boğaraq öldürüb
09:35, Bu gün
Polad Həşimov EkoAvrasiya tərəfindən “Avrasiyaya Hizmət Ödülü”nə layiq görülüb
09:31, Bu gün
"Ağır yaralansa da, döyüş yoldaşlarını tərk etmədi..."
09:27, Bu gün
“İnsanların aldığı maaş və pensiya onların ehtiyaclarını ödəmir” - Vahid Əhmədov
09:25, Bu gün
Qaxda qanunsuz ov edən şəxslər saxlanılıb
GÜNLÜK
11:41, Bu gün
“Rusiya bu gün bizim, dəqiq, dostumuz deyil... O, rəzil bir xaindir...” – Bunu biz demirik...
08:02, Bu gün
“Ermənistanla sərhəddəki 3-cü Türk ordusunun 150 min əsgəri var, 2 saata İrəvana çatarlar...”
21 Oct 2021 | 21:57
Moskvaya xəbərdarlıq... - Böyük Britaniya Ukraynanı öldürücü silahlarla təmin edə bilər
09:42, Bu gün
Hadrut xatirələri: "Mağazalarda və evlərdə qadın geyimlərinə rast gəlinib, kişi geyimləri isə..."
12:38, Bu gün
"Xalq artisti fəxri adı alacağımı gözləyirdim, çünki zaman gəlib çatıb, bu adı haqq edirəm"
10:15, Bu gün
"Sözlər nə qürur hissimizin, nə də quruculuq işlərinin miqyasını ifadə etməyə yetmir..."
08:29, Bu gün
“Səhnədən səngərə: Qazilər” layihəsinin ən böyük əhəmiyyəti ondan ibarətdir ki...”
11:17, Bu gün
Azərbaycanda yeni qurulan ailələr niyə dağılır? - "Bu cür nikahların ömrü uzun olmur..."
10:00, Bu gün
İsrail arxeoloqları Avropanın müsəlmanlara qarşı xaçlı yürüşlərinə sübutlar əldə etdi...
14:46, Bu gün
Kəlbəcərin bu kəndində hələ də separatçı “bayrağ”ı...- Rusiya hərbçiləri niyə izn verir?..
HƏFTƏLİK
18 Oct 2021 | 12:34
"Aygün, Röya kimi barlarda oxuyanlar Xalq artisti oldu, Eyyub ermənicə oxuyub fəxri ad aldı..."
17 Oct 2021 | 00:11
“Uşaq-muşağa fəxri ad, bizə isə işgəncə verib sənətdən küsdürürlər, günahdır, utanmırsınız?”
19 Oct 2021 | 17:44
“Ayaqlarınla nə etmək istəyirdin?”- Putinin qarşısında oturan aparıcıya sərt reaksiya... 
16 Oct 2021 | 20:59
"Doğum edə bilmirəm, çünki kişi tapa bilmirəm"
18 Oct 2021 | 12:32
"Etiraz edən varsa, gəlsin isbat edim ki..."
20 Oct 2021 | 11:28
ABŞ-dan gəlib Kəlbəcərin  kəndində qanunsuz məskunlaşdı…-Donuz saxlayacaq…-FOTOLAR
16 Oct 2021 | 17:47
Kəlbəcərin bir kəndindən o birinə köçmüş bu erməni yağ-bal içində dolanır...-FOTOLAR
19 Oct 2021 | 15:35
“Həmin plana əsasən Rusiya “sülhməramlı”ları  Goranboya yerləşdirilməli idi...”
17 Oct 2021 | 23:07
"Hacıbaba Bağırov əmimdir, o, nənəmin birinci nikahdan oğlan oğludur..."
17 Oct 2021 | 11:26
“Ən yaxşı filmimdə hələ çəkilməmişəm...” - Mikki Rurk üçün yalnız bir Allah, bir cənnət var...
AYLIQ
11:41, Bu gün
“Rusiya bu gün bizim, dəqiq, dostumuz deyil... O, rəzil bir xaindir...” – Bunu biz demirik...
08:02, Bu gün
“Ermənistanla sərhəddəki 3-cü Türk ordusunun 150 min əsgəri var, 2 saata İrəvana çatarlar...”
21 Oct 2021 | 21:57
Moskvaya xəbərdarlıq... - Böyük Britaniya Ukraynanı öldürücü silahlarla təmin edə bilər
09:42, Bu gün
Hadrut xatirələri: "Mağazalarda və evlərdə qadın geyimlərinə rast gəlinib, kişi geyimləri isə..."
12:38, Bu gün
"Xalq artisti fəxri adı alacağımı gözləyirdim, çünki zaman gəlib çatıb, bu adı haqq edirəm"
10:15, Bu gün
"Sözlər nə qürur hissimizin, nə də quruculuq işlərinin miqyasını ifadə etməyə yetmir..."
08:29, Bu gün
“Səhnədən səngərə: Qazilər” layihəsinin ən böyük əhəmiyyəti ondan ibarətdir ki...”
11:17, Bu gün
Azərbaycanda yeni qurulan ailələr niyə dağılır? - "Bu cür nikahların ömrü uzun olmur..."
10:00, Bu gün
İsrail arxeoloqları Avropanın müsəlmanlara qarşı xaçlı yürüşlərinə sübutlar əldə etdi...
14:46, Bu gün
Kəlbəcərin bu kəndində hələ də separatçı “bayrağ”ı...- Rusiya hərbçiləri niyə izn verir?..