42 ilin gizlinləri: Brejnev Əfqanıstan prezidentini niyə öldürtdü? - Şok səbəb
Oxunub: 1157
14 Sep 2021 | 16:52
42 ilin gizlinləri: Brejnev Əfqanıstan prezidentini niyə öldürtdü? - Şok səbəb

Bu günlərdə sovet ordusunun və ABŞ-ın Əfqanıstandan necə çıxmasına dair məqalə yerləşdirmişdim. Məqalədə 15 fevral 1989-cu ildə sovet ordusunun və 30 avqust 2021-ci ildə ABŞ ordsunun çıxması ilə bağlı müqayisə aparılırdı. Həmin məqaləni “Facebook” sosial şəbəkəsindəki hesabımda paylaşdıqdan sonra müzakirələr açıldı. Müzakirə zamanı şəxsiyyətinə və yaradıcılığına hörmət etdiyim həmkarlardan biri Sovet İttifaqının faktiki lideri (Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi) Leonid Brejnevin Əfqanıstana qoşun yeridilməsinə qarşı olduğunu bildirdi. Həmkarımız qeyd edirdi ki, sovet siyasi rəhbərliyi qısa müddət ərzində Əfqanıstana nəzarəti ələ ala biləcəyinə ümid edirdi. Brejnev isə Əfqanıstana müdaxilənin qəti əleyhinə olub…

Əslində, həmkarımız haqlı idi. Amma qismən… Məsələ ondadır ki, Brejnev 1979-cu ilin martında həqiqətən də qoşun yeridilməsinin əleyhinə olub. Lakin proseslərin gedişi nəticəsində onun bu fikri dəyişib.

Bəs hansı proseslər baş verib ki, sovet lideri öz mövqeyini tamam dəyişdirməli olub? Ümumiyyətlə, Əfqanıstana qoşun yeritmək qərarı Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin plenumlararası dövrdə rəhbər orqanı olan Siyasi Büroda hansı müzakirələrdən keçib? Kim hansı fikri səsləndirib? Kim qərarın lehinə, kim əleyhinə olub?

Teleqraf.com-un ən yeni siyasi tarixdə baş verən maraqlı hadisələrə dair məqalələr silsiləsindən növbəti məqaləsi bu haqdadır.

Saur inqilabı, ƏDR-in elan olunması, vətəndaş müharibəsinin başlanması

27 aprel 1978-ci ildə Əfqanıstanda Aprel (Saur) inqilabı başlayır. İnqilab nəticəsində marksist-leninist Əfqanıstan Xalq Demokratik Partiyası (ƏXDP) hakimiyyətə gəlir, ölkədə Əfqanıstan Demokratik Respublikası (ƏDR) qurulur.

Ölkə rəhbərliyinin Əfqanıstandakı geriliyi aradan qaldırmağı mümkün edəcək yeni islahatlar aparmaq cəhdləri islamçı müxalifətin müqaviməti ilə qarşılaşır. 1978-ci ildə Əfqanıstanda vətəndaş müharibəsi başlayır.

İnqilabdan bir gün sonra Kabil küçələri. 28 aprel 1978-ci il

1978-ci il mayın 8-də Əfqanıstan hökuməti SSRİ-nin Kabildəki səfiri vasitəsilə Əfqanıstana partiya, hərbi, iqtisadi sovet müşavirlərini, həmçinin, ƏDR təhlükəsizlik orqanlarının təşkil olunmasına kömək göstərilməsi üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarını göndərmək xahişi ilə təcili olaraq rəsmi şəkildə sovet hökumətinə müraciət edir. SSRİ DTK əməkdaşları 1978-ci ilin may ayının ikinci yarısında Əfqanıstana gedirlər. 30 iyun 1978-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə ƏDR-in təhlükəsizlik orqanları yanında SSRİ DTK Nümayəndəliyi yaradılır. Həmin ilin avqustun 5-də SSRİ DTK-sı ilə ƏDR-in təhlükəsizlik orqanları arasında əməkdaşlıq haqqında saziş imzalanır. Saziş Əfqanıstan təhlükəsizlik qüvvələrinə kəşfiyyat, əks-kəşfiyyat, hərbi əks-kəşfiyyat, milli kadrların hazırlanması xətti ilə sovet köməkliyinin göstərilməsini, texniki vasitələr və rabitə ilə təchiz etməyi nəzərdə tutur.

Qərarın qəbulu

18 mart 1979-cu ildə Sov.İKP Mərkəzi Komitəsi idarələrarası koordinasiya, operativ qərarların qəbulu və Siyasi Büroya təkliflər vermək üçün Siyasi Büronun Əfqanıstan üzrə komissiyasını yaradır (komissiyaya Mixail Suslov, Andrey Qromıko, Dmitri Ustinov, Yuri Andropov, Boris Ponomaryov, İvan Arxipov daxil idi). 1979-cu ilin martında Herat şəhərində qiyam zamanı Əfqanıstan rəhbərliyi sovet hərbi müdaxiləsi ilə bağlı ilk birbaşa istəyini dilə gətirir (ümumilikdə 20-yə yaxın belə müraciət olub). Lakin Sov.İKP MK-nın Əfqanıstan üzrə komissiyası Siyasi Büroya birbaşa sovet müdaxiləsinin mənfi nəticələrinin açıq olduğunu bildirir və istək rədd edilir.

1989-1990-cı illərdə (sovet qoşunları məhdud kontingentini Əfqanıstandan çıxdıqdan sonra) Əfqanıstan Prezidenti Məhəmməd Nəcibullanın baş hərbi müşaviri, ordu generalı Mahmud Qarayev memuar tipli “Mənim sonuncu müharibəm” kitabında yazır:

“Siyasi Büronun 19 mart 1979-cu il iclasında Leonid Brejnev dedi: Əfqanıstanda yaranan münaqişədə bizim qoşunlarımızın birbaşa iştirakı ilə bağlı məsələ qoyulub. Mən düşünürəm ki... bizim hazırda bu savaşa qarışmağımız düzgün deyil. Əfqan yoldaşlara izah etmək lazımdır ki, biz onlara lazım olan hər bir şeydə kömək edə bilərik... Qoşunlarımızın Əfqanıstanda iştirak etməsi təkcə bizə yox, hər şeydən öncə onlara zərər verə bilər”.

Lakin Herat üsyanı sovet-əfqan sərhədi yaxınlığında sovet qoşunlarının gücləndirilməsini məcbur etdi və müdafiə naziri Dmitri Ustinovun əmri ilə 103-cü qvardiya hava-desant diviziyasının Əfqanıstana mümkün enişinə hazırlıq başlayır. Əfqanıstanda sovet müşavirlərinin sayı (hərbi müşavirlər də daxil olmaqla) kəskin şəkildə artırılır: yanvar ayındakı 409-dan 1979-cu ilin iyun ayının sonuna qədər 4500-ə çatır. Mərkəzi Kəşdiyyat İdarəsinin keçmiş direktoru Robert Qeyts xatirələrində qeyd edir ki, 3 iyul 1979-cu ildə ABŞ Prezidenti Cimmi Karter Əfqanıstanda hökumət əleyhdarı qüvvələrin maliyyələşdirilməsinə sanksiya verən gizli fərman imzalayıb. 1977-1981-ci illərdə Cimmi Karterin milli təhlükəsizlik üzrə müşaviri olan Zbiqnev Bjezinski 1998-ci ildə Fransanın “Le Nouvel Observateur” jurnalına müsahibəsində xatırlayırdı:

“Biz rusları müdaxiləyə itələmədik, amma biz bilərəkdən onların bunu etmə ehtimalını artırdıq...

Le Nouvel Observateur: MKİ-nin keçmiş direktoru Robert Qeyts öz mülahizələrində Amerika xüsusi xidmətlərinin sovet müdaxiləsindən altı ay əvvəl əfqan mücahidlərinə kömək etməyə başladığını iddia edir. Siz həmin vaxt prezident Karterin müşaviri idiniz, deməli, Siz bu işdə açar rol oynamısınız. Siz bunu təsdiq edirsinizmi?

Zbiqnev Bjezinski: Bəli. Tarixdə mövcud olan rəsmi versiyaya görə, MKİ-nin mücahidlərə yardımı 1980-ci il ərzində, yəni sovet ordusunun 24 dekabr 1979-cu ildə Əfqanıstana soxulmasından sonra başlayıb. Amma bu günə qədər gizli saxlanılan reallıq fərqlidir: əslində, prezident Karter Kabildəki sovetyönümlü rejim əleyhdarlarına gizli yardım haqqında ilk direktivi 3 iyul 1979-cu ildə imzaladı. Elə həmin gün mən prezident üçün bir məruzə qeydi yazdım və qeyddə izah etdim ki, mənim fikrimcə bu yardım sovet hərbi müdaxiləsinə səbəb olacaq”.

"Böyük şahmat taxtası: Amerikanın və onun geostrateji imperativlərinin hökmranlığı" kitabının müəllifi, uzun müddət ABŞ xarici siyasətinin aparıcı ideoloqlarından biri Zbiqnev Bjezinski İsrailin Baş naziri Menaxem Beqinlə şahmat oynayarkən

MKİ-nin nəzarəti altında hökumət əleyhdarları silahlı qruplaşmalara silah verilir. Pakistandakı əfqan qaçqın düşərgələri silahlı qruplar üçün xüsusi hazırlıq mərkəzlərinə çevrilir. Proqram əsasən Pakistan kəşfiyyatının (ISI) maliyyənin bölünməsi, silah təchizatı və əfqan müqavimət qüvvələrinin təlimi üçün vasitəçi kimi istifadəsinə əsaslanırdı.

Əfqanıstanda situasiyanın sonrakı inkişafı – islamçı müxalifətin silahlı çıxışları, ordudakı qiyamlar, partiyadaxili mübarizə və xüsusilə 1979-cu ilin sentyabrındakı hadisələr (ƏXDP lideri Nur Məhəmməd Tərakinin həbs edilməsi və onu hakimiyyətdən uzaqlaşdıran Hafizulla Aminin əmri ilə öldürülməsi) sovet rəhbərliyində ciddi narahatlıq doğurur. Sovet rəhbərliyi Aminin şəxsi məqsədlərinə çatmaq üçün mübarizədə ambisiyalarını və qəddarlığını bilə-bilə onun Əfqanıstanın başçısı kimi fəaliyyətini ehtiyatla izləyir. Aminin dövründə ölkədə təkcə islamçılara qarşı deyil, həm də əvvəllər Tərakinin tərəfdarları olan ƏXDP üzvlərinə qarşı terror baş verir. Repressiya ƏXDP-nın əsas dayağı orduya da sirayət edir. Bu isə ordunun onsuz da aşağı olan mənəvi döyüş ruhunun daha da aşağı düşməsinə səbəb olur, kütləvi fərarilik və üsyanlar baş qaldırır. Sovet rəhbərliyi Əfqanıstanda vəziyyətin daha da kəskinləşməsinin ƏXDP rejiminin süqutuna və SSRİ-yə düşmən qüvvələrin hakimiyyətə gəlməsinə səbəb olacağından qorxur.

Üstəlik, DTK xətti ilə Amin və Tərakinin 1960-cı illərdə MKİ ilə əlaqələri və Tərakinin öldürülməsindən sonra Aminin emissarlarının Amerika rəsmiləri ilə gizli təmasları haqqında informasiya daxil olur. ƏXDP-da “Xalq” və “Parçam” fraksiyaları arasında ziddiyyətlər kəskinləşir. Amin sözdə Sovet İttifaqı ilə əməkdaşlığın daha da genişləndirilməsinin lehinə çıxış edir, əməldə isə bu əməkdaşlığın maraqlarına zidd olan hərəkətlərə yol verir: o, anti-sovet əhval-ruhiyyəsini təşviq edir, “balanslaşdırılmış xarici siyasət kursu” həyata keçirir, ABŞ-la əlaqə qurmağa çalışır. SSRİ ilə sıx əlaqədə olan Məhəmməd Daud rejiminin devrilməsinin özü isə indi Amerikanın SSRİ-yə qarşı təxribatı kimi qəbul edilməyə başlanır.

Yekunda Aminin devrilməsinə hazırlıq və onu SSRİ-yə daha sadiq bir liderlə əvəz etmək qərara alınır. Bu səbəbdən namizədliyi DTK sədri Yuri Andropov tərəfindən dəstəklənən Babrak Karmalın namizədliyi nəzərdən keçirilir. Karmal ölkədə sabitliyi təmin etməli və bölgədə qüvvələr nisbətini SSRİ -nin xeyrinə dəyişdirməli idi.

Amini devirmək üçün əməliyyat planı işlənilərkən Aminin özünün sovet hərbi yardımı istəməsindən istifadə etmək qərara alınır. Ümumilikdə 1979-cu ilin sentyabrından dekabrına qədər 7 belə müraciət olur. 1979-cu ilin dekabr ayının əvvəlində SSRİ Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QRU) “Müsəlman batalyonu” adlandırılan dəstə (bu xüsusi təyinatlı dəstə 1979-cu ilin yayında Tərakinin mühafizəsi və Əfqanıstanda xüsusi tapşırıqları yerinə yetirmək üçün Mərkəzi Asiya əsilli sovet hərbi qulluqçularından təşkil olunmuşdu) Baqrama (Kabildən 60 kilometr şimal-qərdbə yerləşən qədim şəhər və böyük hava limanı) göndərilir. 1979-cu il dekabrın ilk günlərində SSRİ Müdafiə naziri D.Ustinov yüksək hərbi rəhbərliyin dar çevrəsinə yaxın gələcəkdə sovet qoşunlarının Əfqanıstanda istifadəsi ilə bağlı qərar veriləcəyinin aydın olduğunu bildirir.

10 dekabrdan etibarən D.Ustinovun şəxsi əmri ilə Türküstan və Mərkəzi Asiya hərbi dairələrinin hərbi hissə və birləşmələrinin yerləşdirilməsi və səfərbərliyi həyata keçirilir. Qarşıdakı hadisələrdə əsas vurucu qüvvə rolu həvalə edilən 103-cü Vitebsk qvardiya hava-desant diviziyası “Sbor” (“Toplanış”) siqnalı ilə qaldırılır.

“Politbüro”nun 12 dekabr 1979 -cu il tarixli iclasında qoşunların Əfqanıstana yeridilməsi barədə qərar qəbul olunur. Bu qərarın qəbulunda Y.Andropovun, D.Ustinovun və A.Qromıkonun mövqeyi əsas götürülür. Əməliyyatın icrası bu üç şəxsə tapşırılır. Onlara əməliyyatın gedişi barədə Siyasi Büronu məlumatlandırmaq həvalə olunur.

Bəzi tarixçilər Brejnevin və onun katibinin gündəlik qeydlərinə əsaslanaraq, Siyasi Büronun dekabrın 12-də iclasının keçirilmədiyini, qərarın dekabrın 13-də qəbul olunduğunu, lakin əvvəlki tarixə təsdiq edildiyini bildirirlər. Mümkündür ki, qərar hələ dekabrın 10-da hazırlanıb, ancaq Qromıko, Ustinov və Andropov onu NATO-nun Avropada “Perşinq-II” raketlərinin yerləşdirilməsi ilə bağlı səsvermənin mümkün nəticəsindən asılı olaraq icra ediblər. Təsadüfi deyil ki, Siyasi Büro üzvləri Əfqanıstanla bağlı qərarı NATO-ya üzv ölkələrin Qərbi Avropada 600-ə yaxın yeni raketin yerləşdirilməsinə Brüsseldə qərar verildiyi günə – dekabrın 12-i tarixinə qoyublar.

1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində sovet siyasi elitası. Soldan sağa: "boz kardinal" M.Suslov, N.Tixonov, L.Brejnev, Y.Andropov və K.Çernenko

Yalnız Kosıgin qərarın qəbuluna qarşı çıxır

SSRİ Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini – Baş Əməliyyat İdarəsinin rəisi Valentin Varennikov xatirələrində yazır ki, 1979-cu ildə Əfqanıstana sovet qoşunlarının göndərilməsi qərarını dəstəkləməyən Siyasi Büronun yeganə üzvü SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin olub. Həmin andan etibarən Kosıginlə Brejnev və onun ətrafı arasında münasibətlərdə tam bir fasilə yaranır (ölkə qarşısında böyük xidmətləri olan Kosıginin 1980-ci ildə xəstə ola-ola istefaya məcbur edilməsi və bundan az sonra vəfat etməsi bir ayrı yazının mövzusudur).

Qromıko: "İndi bu dəlilərdən nə gözləmək olar?

Hadisə iştirakçıları Baş Qərargah rəisi Nikolay Oqarkovun aktiv şəkildə qoşunların yeridilməsinə qarşı çıxdığını, onunla SSRİ Müdafiə naziri, Siyasi Büronun üzvü D.Ustinov arasında kəskin mübahisə getdiyini xatırlayırlar. Qoşunların yeridilməsinin əleyhinə marşal Sergey Axromeyev, Valentin Varennikov, Yevgeni Primakov və Oleq Boqomolov da çıxır. Siyasi Büro dəfələrlə ƏXDP-yə ümumiyyətlə, dəstək verməyin lazım olub-olmadığını düşünür. Siyasi Büro üzvlərinin bir qismi deyir ki, onlar Daudu və Yuri Andropovun bir çox DTK agentini güllələsələr də bizim müttəfiqlərdir. Onlar Əfqanıstanın “ikinci Monqolustan” olmasına və feodalizmdən sosializmə keçməsinə kömək edəcək sosialist inqilabı həyata keçirəcəklər. Bu mövqeyə Suslov tərəfindən lobbiçilik edilir. Digər tərəfdən Əfqanıstan özünü çoxdan etibarlı müttəfiq kimi göstərib. Bu ideya Qromıko tərəfindən dəstəklənir. O, hətta belə söz işlədir: “Yaxşı, sözəbaxan qonşu idi – sanki cənubda Finlandiyadır. İndi bu dəlilərdən nə gözləmək olar?”

Daud devrildikdən sonra hakimiyyətə Nur Məhəmməd Təraki gəlir. O, dəfələrlə Sovet İttifaqını qoşunlarını yeritməyə inandırmağa çalışır, amma ona aydın şəkildə izah edilir ki, “bizim ölkəmiz belə bir addım atmağa hazır deyil”.

SSRİ Xarici İşlər naziri "Mister Net" ləqəbli Andrey Qromıko, Nur Məhəmməd Təraki və Leonid Brejnev. Brejnev Amindən şəxsən xahiş etmişdi ki, Tərakini repressiya etməsin. Amin sovet liderinin xahişini qulaqardına vurdu

1979-cu ilin sentyabrında Təraki devrilir. Brejnev onun yerinə gələn Hafizulla Amini Əfqanıstanın başçısı olması münasibətilə şəxsən təbrik edir və ondan Tərakini repressiya etməməyi, onu öldürməməyi şəxsən xahiş edir. Ancaq Amin Brejnevin bu xahişini qulaqardına vurur: Nur Məhəmməd Təraki 9 oktyabr 1979-cu ildə edam olunur. Bu hadisə Sovet İttifaqı rəhbərliyində kəskin etiraz doğurur. Belədə Brejnev və DTK sədri Y.Andropov Amini likvidasiya etmək və ondan Məhəmməd Daud və Məhəmmdə Tərakinin öldürülməsinin qisasını almaq qərarına gəldilər. Beləliklə, 1979-cu ilin martında Əfqanıstana qoşun yeridilməsinə qarşı olan Brejnev həmin ilin oktyabr-noyabr aylarında bu qərarın qatı tərəfdarı olur. Hadisələrin gedişi nəticəsində onun bu fikri dəyişir. Əfqanıstana qoşun yeridilməsi və Aminin aradan götürülməsi artıq Brejnevin şəxsi qisas hissinə çevrilir.

Heç də təsadüfi deyil ki, Əfqanıstan sərhədini dekabrın 25-də Moskva vaxtı ilə saat 15:00-da (Kabil vaxtı ilə 17:00-da) keçən sovet qoşunlarının ilk işi dekabrın 27-də axşamüstü sovet ordusunun və DTK-nın xüsusi təyinatlıları ilə birgə Əfqanıstan Prezidenti Hafuzulla Aminin sarayını – “Tac-Bəy”i “şturm” etməkdən ibarət olur. Əməliyyat cəmi 40 dəqiqə davam edir. Hücum zamanı Amin öldürülür. Sovet İttifaqının “Pravda” qəzetinin 30 dekabr tarixli sayında dərc olunan rəsmi versiyaya görə, “xalqın yüksələn qəzəbi nəticəsində Amin əlaltıları ilə birlikdə ədalətli xalq məhkəməsinə gətirilib və edam edilib”.

Taleyin ironiyası: Kreml Hafizulla Amini devirmək üçün əməliyyat planı üzərində işləyərkən onun özünün sovetlərdən hərbi yardım istəməsindən istifadə etməyi qərara aldı

Hücum zamanı yaralanan Aminin dul arvadı və qızı bir neçə il Kabil həbsxanasında saxlanıldıqdan sonra SSRİ-yə gedirlər.

"Tac-Bəy" sarayı "şturm"dan sonra

Dekabrın 27-dən 28-nə keçən gecə Əfqanıstanın yeni lideri Babrak Karmal DTK zabitləri və desantçılarının mühafizəsi altında Baqramdan Kabilə gəlir. Kabil radiosu yeni rəhbərin əfqan xalqına müraciətini yayımlayır. Babrak Karmal “inqilabın ikinci mərhələsi”nin başladığını elan edir.

Əməliyyatın hərbi planda uğurlu olmasına baxmayaraq, dövlət başçısının öldürülməsi faktı Qərb ölkələri tərəfindən SSRİ-nin Əfqanıstanı işğal etməsinin sübutu kimi traktovka olunmağa başlayır və ƏDR-in növbəti liderləri (Karmal, Nəcibulla) marionet liderlər adlandırılır.

SSRİ-nin Amindən sonra Əfqanıstanda hakimiyyətə gətirdiyi Babrak Karmal. Brejnev onunla da dodaq-dodağa öpüşürdü. Karmal ömrünün son illərini Moskvada yaşayıb və 1996-cı ildə burada ölüb

Onu da qeyd edək ki, Aminin sarayını “şturm” edənlər əməliyyatdan sonra SSRİ-yə aparıldıqları zaman məhv ediləcəyindən qorxurdular.

Sovet ordusunun 1945-ci ildən sonra ən böyük səfərbərliyi

Qeyd edək ki, Sovet İttifaqı Əfqanıstana müdaxilə zamanı əsasən Türküstan və Mərkəzi Asiya hərbi dairələrinin hərbi qulluqçularını cəlb edib. Hər iki dairədən ehtiyat olaraq daha üç diviziya səfərbər edilib.

Sovet qoşunları Əfqanıstana bu əməliyyat planı üzrə daxil olub. 1979-cu ilin dekabrı.

OKSVA-nın (Oqraniçennıy Kontinqent Sovetskix Voysk v Afqanistane) 40-cı ümumqoşun ordunun hissə və birləşmələrinə 27 dekabr 1979-cu il tarixinə Özbəkistan, Türkmənistan və Tacikistandan 32 mindən çox ehtiyat hərbi qulluqçu çağırılmış və xalq təsərrüfatından 9 mindən çox nəqliyyat vasitəsi alınmışdı. 5-ci motoatıcı diviziyanın şəxsi heyətinin 43,5%-i, 108-ci motoatıcı diviziyanın isə 64%-i yerli xalqların nümayəndələrindən təşkil edilmişdi. Əfqanıstana hərbi müdaxilə 1945-ci ildən bəri sovet ordusunun ən böyük səfərbərliyi idi...

Oxşar xəbərlər
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
GÜNLÜK
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT