"Vaxt söhbəti var, yeni bir müharibənin qaçılmaz olduğunu anlamalıyıq..."
Siyasət
Oxunub: 1335
21 Jul 2021 | 10:54
Qafar Çaxmaqlı: “10 noyabr 2020-ci ildə üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması öhdəliyi var və Ermənistan bundan imtina etmək gücündə deyil”
 
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Erciyes Universitetinin (Türkiyə, Kayseri şəhəri) Erməni Araşdırmalar Bölümünün rəhbəri Qafar Çaxmaqlı Musavat.com-a geniş müsahibə verib. Qardaş ölkədə çalışsa da, Azərbaycan mətbuatı ilə sıx əlaqələrini mütəmadi olaraq davam etdirən araşdırmaçı alim müxtəlif mövzularla bağlı suallarımızı cavablandırıb.
 
- Qafar bəy, sizi Bakıda xoş gördük! Çalışdığınız universitetdən ayrılıb yay tətilində Azərbaycana gəlişiniz artıq ənənə halını alıb. Bu yerdə qeyd edim ki, bir çoxları tətili Türkiyədə keçirmək haqda düşünüb, planlar qurduğu halda, siz Bakını seçirsiniz...
 
- Xoş gördük Elşad bəy. Adətən, yay aylarını Bakıda keçirirəm. Zatən, ilboyu Türkiyədəyik və demək olar ki, Türkiyənin hər yerində olmuşam. Bizim tətil vaxtımız da bu zamana düşdüyündən məcburən Azərbaycana gəlirəm. Sizin kimi dostları, həmkarları görmək və oturub söhbət etmək mənim üçün əsil istirahətdir. Mənim istirahətlə, tətillə bağlı bir prinsipim var. Dincəlmək, istirahətə getmək o adam üçün lazımdır ki, o, gərgin işləyir, yorulur və enerjisini bərpa etmək üçün istirahətə, dincəlməyə ehtiyacı olur. Elə adam var ki, ilboyu heç bir iş görmür, amma istirahət etmək istəyir. Belələrinə zarafatla deyirəm: sən nə iş görmüsən ki, indi dincəlmək istəyirsən?
 
- Maraqlıdır, yay tətilini Azərbaycanda keçirmək necə hissdir? Qiymətlər, turizm imkanları və sair baxımından soruşuram. Axı, Türkiyə turizm ölkəsidir…Heç müqayisə aparırsınızmı?
 
- Əlbəttə, hələ turizm standartlarına uyğun deyilik. İnsanları cəlb eləmək üçün ucuzluq lazımdır, xidmət mədəniyyəti yüksək olmalıdır. Turizmdən gəlir götürən ölkələr bunları vaxtında edə biliblər. Gərək biz daha yeni üsullara əl ataq ki, bu bazardan pay ala bilək. Amma onu da deyim ki, xaricdən gələn adam üçün heyrətləndirici məqamlarımız başqa ölkələrdən daha çoxdur və bu da bəzi hallarda cəlbedici olur. İndi dünyada turizm anlayışı da dəyişib. Turistik cəlbedicilik bəzən bahalı yerlərdə gecələməkdən, yaxşı yeyib-içməkdən, tarixi yerləri ziyarət etməkdən çox da asılı olmur. Bu işin peşəkarları var. Bunları onlar düşünsünlər. Bakıda dinclik tapırammı? Demək çətindir. Sanki burada vaxt sürətlə gedir, adam heç nəyi çatdıra bilmir. Bəzən mən burdakı ab-havaya başqa bir ölkədən gəlmiş turistin gözü ilə baxıram. 44 günlük savaşda qələbə! Həll edə bilmədiyimiz, çətinliklərlə üzləşdiyimiz regional siyasi-iqtisadi bir çox problemlər. Siyasi və ictimai kataklizmlər... Qalib gəlmiş ölkə necə olmalıdır? Məncə, bunlar yalnız məni düşündürən məsələlər deyil.
 
- Nə gözəl ki, artıq bir neçə aydır ilklərdən danışırıq. Elə sizin də Qarabağ zəfərindən sonra Azərbaycana keçirdiyiniz ilk tətildir. Təəssüratlarınız kifayət qədərdir, heç şübhəsiz...
 
- Azərbaycan xalqı keçən ilin yayından bu ilin yayına çox mürəkkəb dövr yaşadı. Məncə Tovuz döyüşləri məsələni kökündən həll etmək stimulu yaratdı və artıq başqa yolun qalmadığının işarətini verdi və münasib məqam da yetişdi. Keçən ilin bu vaxtları biz nəyi tələb edirdik? Azərbaycan ordusu ilə birgə təlimlərə qatılan Türkiyə ordusunun qalmasını, getməməsini arzulayırdıq. Bilirdik ki, verəcəyimiz savaşda Türkiyənin dəstəyi və rolu necə böyük olacaq. Ona qədər cəmiyyətimizi əslində Türkiyəsiz qələbənin olmayacağı fikrinə alışdırmışdıq... Azərbaycandakı milli qüvvələrin, vətənpərvər insanların fəaliyyəti bu istiqamətdə oldu. Məsələnin kökünü bilən və bu işlə uzun zaman məşğul olanlar bilirdilər ki, müharibə qaçılmazdır və problemi yalnız bu yolla həll edə bilərik. Mən özüm müharibəyə qədər bütün yazılarımda, açıqlamalarımda bu xətti təlqin etməyə çalışmışdım. Müharibədən sonra Bakıya gəlib-getmişəm. Həmişə də bu böyük qələbədən sonra belə hisslər keçirmişəm ki, həmin qələbənin gətirdiyi sevinci millətimiz doyunca yaşamalıdır. Qələbəni təmin edən və bu sınaqdan görünməmiş dərəcədə alnıaçıq çıxan xalqımız həmin xoşbəxtliyin dadını çıxarmalıdır. İndi də o fikirdəyəm ki, hər bir Azərbaycan vətəndaşı qürurla addımlamalıdır. Başıuca gəzməlidir. Şəhid ailələri hər cür qayğı ilə əhatə olunmalıdır. Qazilərimiz şərəfli tariximizin əbədi daşıyıcıları kimi millətin kimliyi hesab olunmalıdır. Mən bu savaşdan sonra millətimizə dəyər verilməsini gözləyirəm.
 
- Maraqlıdır, qardaş ölkədə, şəxsinizə çalışdığınız Erciyes Univetsitetindəki ötən illərdə münasibət, yanaşma ilə indiki arasında nə kimi fərqlər var?
 
- Türkiyədə Azərbaycanın bu qələbəsinin sevincini hər addımda görməkdəyik. Daha əvvəllər konfranslarda, tədbirlərdə 10 milyonluq Azərbaycanın 3 milyonluq Ermənistana məğlub olmasının səbəblərini soruşurdular və bu sualların özündə bir qınamalar da olurdu. Verdiyimiz cavablar qanedeci olmurdu. İndi isə durum fərqlidir. Türkiyə xalqı bizdən belə bir qələbəni gözləyirdi. İndi Azərbaycana qarşı həssas münasibət daha da artıb. “Bir xalq-bir dövlət” anlayışı daha ciddi şəkil alıb. İkinci Qarabağ müharibəsi Türk insanında da çox böyük ümidlər doğurub. Məsələn, Böyük Turana xəyal kimi baxanlar indi onun reallaşdırılması üçün işlər görürlər. Azərbaycana qalib ölkə kimi, istənilən məsələni bundan sonra da həll edə biləcək qüdrətli xalqı olan ölkə kimi baxılır.
 
- Qafar bəy, Şuşa Bəyannaməsi imzalanandan sonra əksəriyyət belə düşünürdü ki, Ermənistan davranışlarında daha korrekt olacaq, ən azı ağaları onu bu cür davranmağa sövq edəcəklər, Türkiyə ilə üz-üzə qalmamaq üçün. Amma əksini müşahidə edirik. Naxçıvan istiqamətində növbəti atəşkəs pozulması zabitimizin yaralanması ilə nəticələndi. Nə baş verir? Sizcə, kimlərdir aranı qızışdıran? Hər halda tam şəkildə “kazaklar” söhbətinə oxşamır…
 
- Ermənistanda, ölkə rəhbərindən tutmuş, küçədəki dilənçisinə qədər bu məğlubiyyəti qəbul etmirlər və nə vaxtsa bizdən hayif alacaqlarını düşünürlər. Zəfərdən sonra diplomatik olaraq ermənilərin əl-qolunu bağlayan addımlarımız belə onları bu fikirdən vaz keçirmir. Ermənistan bütünlüklə yeni müharibə əhvali-ruhiyyəsi ilə yaşayır. Daha bunu hesablayan yoxdur ki, yeni müharibə nələri gətirə bilər. Elə qüvvələr var ki, müharibənin dərhal başlamasının tərəfdarıdır, bir qrup isə buna hazırlaşıb bölgəyə girməyin... Bütün siyasəti də bunun üzərində qururlar. Məğlubiyyətlə barışmaq söhbəti ümumiyyətlə, bu cəmiyyətə xarakterik deyil. Həddən çox şovinistləşmiş erməni toplumunda Şuşa Bəyannaməsi və buna bənzər aktlara müvəqqəti situasiya kimi baxılır. Vaxt söhbəti var. Yeni bir müharibənin qaçılmaz olduğunu anlamalıyıq. Son zamanlar atəşkəsin pozulmasının hansısa siyasi məqsədlərdən qaynaqlandığı da düşünülə bilər. Müxtəlif səmtə yoza bilərik. Putinlə Paşinyanın görüşü, İrəvanda Makronla bir araya gəlinməsi, Avropa İttifaqının böyük yardımı və verilən vədlər onları bir qədər ürəkləndirir. Həmişə kiminsə onlara dəstək çıxacağı ümidi ilə yaşayırlar. Amma məsələnin, belə ağılsız müqavimətin kökündə dediyim həmin barışmazlıq əhvali-ruhiyyəsi durur. Bütün bunları bilməli və istənilən ssenarilərə hazır olmalıyıq.
 
- Qafar bəy, Ermənistanın müdafiə nazirinin istefası sadəcə, hökumətdəki böhranla əlaqədardır, yoxsa Azərbaycanla bağlı hansısa məkrli planlara daxildir? XİN rəhbəri olmayan ölkənin artıq müdafiə naziri də yoxdur. Bu ölkədə nə baş verir, Rusiya və Qərb arasında nüfuz savaşımı gedir?
 
- Paşinyan özü çox maraqlı fiqurdur. Bəzi hallarda Kremldən aldığı təlimatları hökümətin üzvləri ilə paylaşmır və bu mənada onun tapşırıqlarının da yerinə yetirilməsində problemlər yaranır. Hələ də onun oyunlarını tam dərk etməyib, Paşinyana qarşı gedənlər var. Bu, hakimiyyət başında olan adamın ciddiliyini şübhə altına alır və hansısa sahədə böhrana səbəb olur. İndi Ermənistanın iki istiqamətdə hər kəsin qəbul edəcəyi siyasəti olmalıdır: onun biri Azərbaycan tərəfindən darmadağın edilmiş ordunun yenidən qurulmasıdır ki, bundan çox danışılır, digəri isə xarici siyasətdir. Ermənistanın bu iki sahədə anlaşılmaz siysəti var. Əlbəttə, Qərb ilə Rusiya arasında qalmış və görüntüdə Qərbyönlü, əslində Rusiya ilə əməkdaşlıq etmyə məcbur olan ölkədə qeyri-müəyyənlik var. Bütün bunlar Paşinyandan qaynaqlanır. Aydın siyasi iradənin olmamasındandır ki, XİN rəhbərsiz qalıb, ordu isə faktiki olaraq nə edəcəyini bilimir. Bunun adı hökümət böhranıdır.
 
- Deputat Qüdrət Həsəquliyev bizə müsahibəsundə maraqlı fikirlər səsləndirib, hətta Ermənistanın Zəngəzur dəhlizini açmayacağı halda, Azərbaycan ordusunun Zəngəzur dəhlizini açmasını təklif edib. Sizcə, proseslər bu həddə qədər inkişaf edə bilərmi? Siz proseslərin gedişini necə təsəvvür edirsiniz?
 
- Məncə, məsələ o həddə gəlib çatmayacaq. Ermənistanı dəhlizin açılmasına məcbur etmək üçün bizim də, buna maraqlı ölkələrin də əlində kifayət qədər rıçaqlar var. Əgər NATO güclərindən söhbət gedəcəksə, zatən NATO üzvü olan Türkiyə bölgədədir, bu iş isə Türkiyəsiz olmaz. Məqsəd Rusiyanın rolunu azaltmaqdan gedir. 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması öhdəliyi var və Ermənistan bundan imtina etmək gücündə deyil. Paşinyan son çıxışlarının birində bu dəhlizin açılması ilə bağlı gedən işlərdən danışıb və bu işin gecikdirilməsini Azərbaycanın üzərinə yıxıb ki, Azərbaycan bu yolun və digər kommunikasiya xətlərini ona görə açmır ki, Ermənistanı blokadada saxlasın. Amma bu məsələ ilə manipulyasiya edən Ermənistandır. Əgər Ermənistan dəhlizin açılmasına etiraz etsə, daha doğrusu, buna mane olmağa çalışsa, o zaman Qüdrət bəyə haqq verirəm, biz güc tətbiq edə bilərik. Yəni qəbul olunan maddə yerinə yetirilmir, onu güc yolu ilə edirik, Qarabağdakı müharibədə olduğu kimi. Ermənistan BMT-nin qərarlarını yerinə yetirməkdən imtina edirdi, biz haqqımızı güc yolu ilə aldıq. Əlbəttə, bu əməliyyatları etmək üçün diplomatik və digər cəhətlər nəzərə alınmalıdır. Bəyannaməyə imza atmış Rusiyanı da bu işə qoşmaq lazımdır. Məncə, hələ bunlardan danışmaq tezdir.
 
-Qafar bəy, sizcə, Azərbaycan və Rusiya prezidentlərinin Moskva görüşündən sonra nələr olacaq: sülh anlaşması imzalanacaq, yoxsa Rusiya yenə də susacaq, Azərbaycanın bölgədəki prosesləri tamamlaması, Zəngəzur dəhlizini açması, Qarabağ terrorçularını zərərsizləşdirməsi üçün?
 
- Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması və imzalanması hələ ciddiyyət qazanmayıb. Ermənistan hələ buna hazır deyil. Bu sazişin əldə edilməsi hələlik Rusiyanı da təmin etmir. Rusiyaya münaqişənin bitməsi sərf etməz. Kreml ona tələsmir və indiki halda hansısa razılaşma olarsa da, o gələcəyə hesablanacaq. Dövlət başçılarının Moskva görüşlərində 10 noyabr 2020 və 11 yanvar 2021-də razılığa gəlinmiş öhdəliklərin yerinə yetirilməsini müzakirəsi ola bilər. Həmin razılaşmaların bir çox maddələri yerinə yetirilmir. Məsələn, erməni hərbi birləşmələri hələ də işğaldan azad olunmamış ərazidədir, çıxarılmayıb və atəşkəsin qaynaqlarından biri budur. Zəngəzur dəhlizinin açılmasında da əngəllər aşılmayıb. Rus sülhməramlıları ilə bağlı həm Ermənistanın, həm də Azərbaycanın deyəcəyi fikirlər var. Azərbaycanın konkret tələbləri də ola bilər. Hesab edirəm ki, Rusiya rəhbəri ilə bu müzakirələri aparmaqda fayda var.
Oxşar xəbərlər
N.Tusi adına Klinika
07:43, Bu gün
Trampın ABŞ-a giriş qadağası müsəlmanların sağlamlığını pozub...-Amerika alimləri
06:54, Bu gün
"Ancaq insanların sevimlisi olmaq fikri – yanlış əqidədir..."
01:28, Bu gün
Hələ də sirri açılmamış 6 tarixi tapıntı... - Maraqlı, möcüzəli və sehrli dünya
01:03, Bu gün
"Barlarla səhv salmasınlar, xına olan məclisdə içki içilməməlidir, haram olmamalıdır..."
00:02, Bu gün
"Jurnalistlərlə ünsiyyətdə olmaq istəmir, çünki 92 yaşlı adama elə suallar verirlər ki..."
03 Aug 2021 | 23:47
Şimal dənizində sualtı restoran fəaliyyətə başlayıb
03 Aug 2021 | 23:43
“Mardi Gras” laynerinin Karib dənizindəki səfəri yeddi gün davam edəcək
03 Aug 2021 | 23:43
Rusiyalı sərhədçilər Zəngəzura yerləşdirilib
03 Aug 2021 | 23:39
Evindən tank çıxan təqaüdçüyə hökm oxundu
03 Aug 2021 | 23:37
Türkiyəyə ezam olunan FHN əməkdaşları hərəkət istiqamətini dəyişdi
03 Aug 2021 | 22:56
Əfqanıstanın müdafiə nazirinin evinə silahlı basqın oldu
03 Aug 2021 | 22:54
Dünyanın ən böyük təkər zibilliyində yanğın baş verib - VİDEO
03 Aug 2021 | 22:28
Bu gün həbs olunan “klublar kralı” kimdir?
03 Aug 2021 | 22:22
Nazirlikdən meşə yanğınları ilə bağlı əhaliyə ÇAĞIRIŞ
03 Aug 2021 | 21:46
Avropa Liqası: "Neftçi" - HİK matçında hesab açılıb - YENİLƏNİB
03 Aug 2021 | 21:40
Etibar Mirzəyev türkiyəli nazir müavini ilə görüşdü
03 Aug 2021 | 21:14
Gəncədə avtomobil iki piyadanı vuraraq xəsarət yetirib
03 Aug 2021 | 20:58
FHN-nin qüvvələri Türkiyədə yanğınlarla mübarizə aparır - FOTOLAR
03 Aug 2021 | 20:55
"Azərbaycan israr etməlidir ki, Minsk qrupunun həmsədrlərindən biri mütləq Türkiyə olsun"
03 Aug 2021 | 20:39
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
03 Aug 2021 | 20:28
Deputatınız kimdir, onun fəaliyyətindən razısınızmı? - Paytaxt sakinləri arasında VİDEOSORĞU
03 Aug 2021 | 20:27
Daha 3 hərbçinin qalıqları Ermənistana TƏHVİL VERİLDİ
03 Aug 2021 | 20:22
Türkiyədə dəhşətli qətlin TƏFƏRRÜATI: Tələbə qızın başı mişarla kəsilib... - VİDEO
03 Aug 2021 | 20:20
Azərbaycanda koronavirusa yoluxanların sayı 900-ü keçib, 4 nəfər vəfat edib
03 Aug 2021 | 19:55
“Bu mürəkkəb prosesi çalışacaqlar ki, uzatsınlar və həllini sonraya saxlasınlar…”
03 Aug 2021 | 19:38
Vaşinqtonda atışma: Pentaqonun binası bağlandı
03 Aug 2021 | 19:36
Eldəniz Səlimov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib
03 Aug 2021 | 19:34
Bakıda 32 naməlum şəhidin məzarı açılıb, nümunələr götürülüb - RƏSMİ
03 Aug 2021 | 19:33
“Müdafiə Nazirliyi Rusiya MN-i Qarabağdakı inzibati adlarla bağlı məlumatlandırmalıdır...”
03 Aug 2021 | 19:32
“Yelo” bank şəhid qardaşını intihar həddinə çatdırdı, damarlarını doğradı - FOTO+VİDEO
03 Aug 2021 | 19:14
İran səfiri də Göyçəyə gəlib guya “hadisə yerinə” baxdı və ermənilərə başsağlığı verdi
03 Aug 2021 | 18:42
“Türkiyəni xaosa sürükləmək istəyirlər” - Baxçalıdan xəbərdarlıq
03 Aug 2021 | 18:31
"Həyatda ən vacib şeylərdə bəxtim gətirmədi" – Şeron Stoundan düşünməyə vadar edən sətirlər
03 Aug 2021 | 18:29
Texniki Sertifikat Proqramının təqdimatı keçirilib
03 Aug 2021 | 18:26
Hirkan Milli Parkı ilə sərhəddə yanğın başlayıb
03 Aug 2021 | 18:24
FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
03 Aug 2021 | 18:22
Eldəniz Səlimov məhkəməyə gətirilib - VİDEO
03 Aug 2021 | 17:52
Bakıda 24 yaşlı gəlin qaçıb qonşuda gizləndi - Əri amansızlıqla öldürdü
03 Aug 2021 | 17:49
Bakıda iki polis rəisi işdən çıxarılıb
03 Aug 2021 | 17:46
Yardımlıda davam edən meşə yanğınlarının söndürülməsinə helikopter cəlb edilib - FOTO/VİDEO
03 Aug 2021 | 17:41
Allaha inanmadı, 16 yaşlı qızla evləndi, oğlunun ölümündə özünü günahkar bildi...
03 Aug 2021 | 17:22
Ərdoğan İlham Əliyevə təşəkkür etdi
03 Aug 2021 | 17:18
Bakıda Şəhidlər xiyabanında naməlum qəbirlər açılır
03 Aug 2021 | 17:08
"İşində çox peşəkar olsa da, ürəyi hərbi ilə döyünürdü"
03 Aug 2021 | 17:04
Tanınmış hüquqşünas Prezident İlham Əliyevə müraciət etdi
03 Aug 2021 | 16:43
Təhsil nazirindən yeni TƏYİNAT
03 Aug 2021 | 16:31
İsmayıllıda meşədə narkotik becərən şəxslər saxlanılıb - FOTO
03 Aug 2021 | 16:28
Bakıda tiryəkxana aşkar edilib, 5 nəfər saxlanılıb
03 Aug 2021 | 16:22
“Rusiya Ermənistanı təhrik etsə, hərbi əməliyyata başlaya bilər” - İlham İsmayıl
03 Aug 2021 | 16:19
Türkiyəni kim yandırır? - “O silah ABŞ və Rusiyada var“
03 Aug 2021 | 16:17
Vilayət Eyvazov sıra baxışı keçirdi
03 Aug 2021 | 16:14
"Deyirsən ki, həyat yoldaşı Səmədi qoyub gedib" - Əli Mirəliyevi tənqid etdi
03 Aug 2021 | 16:07
Əfqanıstanın XİN rəhbəri: “Türkiyə hərbçiləri öz mütəxəssislərini qoruyacaq”
03 Aug 2021 | 16:01
"Silah istehsalçıların düzgün seçilməsi Qələbənin təmin olunmasında böyük əhəmiyyət daşıyır"
03 Aug 2021 | 15:53
BDU-nun rektoru “Gənc istedadlar” liseyini medalla bitirən məzunlarla görüşüb
03 Aug 2021 | 15:49
Azərbaycan helikopteri Türkiyədəki yanğınları belə söndürdü - VİDEO
03 Aug 2021 | 15:47
Bakıda "patı" satan ana və oğlu saxlanılıb
03 Aug 2021 | 15:44
DİN: "Bəxtiyar Əmrahovun evində axtarış aparılması əsassızdır"
03 Aug 2021 | 15:38
İctimai Təşkilat rəhbərləri Türkiyədəki  yanğına qarşı səfərbər olunmaq üçün müraciət etdi
03 Aug 2021 | 15:18
Dövlət Komitəsində Böyük Britaniyalı siyasətçi ilə görüş keçirilib
03 Aug 2021 | 15:17
340 min qanunsuz evə "kupça" veriləcək – Sənədləşmə bu ərazidən başlayacaq
03 Aug 2021 | 15:15
Tokio-2020-də güləşçimiz erməniyə qalib gələrək medal qazandı
03 Aug 2021 | 15:11
Barselona Olimpiadasının qalibindən ŞOK iddia
03 Aug 2021 | 15:02
“Akkord” Şirkətlər Qrupunun işçilərindən Prezidentə şikayət: "Bizi şərləyib, hədələyirlər"
03 Aug 2021 | 14:47
İctimai təşkilat rəhbərləri Türkiyədəki  yanğına qarşı səfərbər olunmaq üçün müraciət etdi
03 Aug 2021 | 14:42
Qusarda restoran icarədarı 20 gün inzibati həbs edildi - FOTO
03 Aug 2021 | 14:32
Bakıda 41, bəzi rayonlarda 43 dərəcə isti olacaq
03 Aug 2021 | 14:29
QAT gənc yazarın “Qarabağ Azərbaycandır!” adlı layihəsinin təqdimatını keçirilib
03 Aug 2021 | 14:23
Medianın İnkişafı Agentliyində Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin direktoru ilə görüş keçirilib
03 Aug 2021 | 14:20
Türkiyə səfiri: “Qardaşlığımızı ürəkdən hiss edirik” - VİDEO
03 Aug 2021 | 14:10
“Qalib ölkənin musiqiçiləri kimi konsert salonlarında çıxış etmək çox qürurvericidir...”
03 Aug 2021 | 14:05
İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışını edib - FOTO
03 Aug 2021 | 13:59
Araik Kəlbəcərin kəndində 25 milyon dollarlıq SES tikdirməyə qərar verdi...
03 Aug 2021 | 13:52
“Müharibə olmasın deyə Azərbaycana yeni ərazilər veriləcək?”
03 Aug 2021 | 13:50
Eldəniz Səlimov saxlanılıb
03 Aug 2021 | 13:45
Azərbaycanda ahıl qadın yanğında ölüb
03 Aug 2021 | 13:40
Sumqayıtda 5 toy yarımçıq dayandırıldı
03 Aug 2021 | 13:36
“Məşğulluq marafonu”ndakı vakansiyalar üzrə 342 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub
03 Aug 2021 | 13:33
Lənkəranda qanunsuz dini yığıncaq təşkil edənlər həbs olunublar
03 Aug 2021 | 13:29
Sabah 41 dərəcə isti olacaq - Hava proqnozu
03 Aug 2021 | 13:27
Ermənistan XİN başçısı vəzifəsinə namizədin adı açıqlanıb
03 Aug 2021 | 12:57
Fəzail Ağamalı: "Eldəniz Səlimov polisə deyib ki, fəxr elə səni deputat döyüb"
03 Aug 2021 | 12:48
"Rusiya Paşinyana havayı pul verəsi deyil, Qərbin pulları isə ancaq hələ ki, vədlərdədir"
03 Aug 2021 | 12:46
“Türkiyə yanmadı, qardaş, bizim ciyərimiz yandı…”
03 Aug 2021 | 12:40
Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilib
03 Aug 2021 | 12:36
DİN və Baş Prokurorluq narkotik aludəçisinin polis şöbəsində ölümü ilə bağlı məlumat yayıb
03 Aug 2021 | 12:33
Azərbaycanda bu markalı benzinin qiyməti artdı - RƏSMİ
03 Aug 2021 | 12:06
"Yaddaşınızı umu-küsü və incikliklərlə zibilləməyin"-Dostoyevskidən müdrik məsləhət
03 Aug 2021 | 12:06
Sahibə Qafarova: "Deputatın da, Milli Məclisin də yiyəsi Azərbaycan xalqıdır"
03 Aug 2021 | 12:05
Yardımlıda meşə yanğınının söndürülməsinə helikopter cəlb olunub
03 Aug 2021 | 12:01
"Düzgün siyasət Laçının və dəhlizin həll olunması, köçkünlərin son nəfərinə qədər qayıtmasıdır"
03 Aug 2021 | 11:55
Cəlilabadda "patı" satanlar saxlanılıb
03 Aug 2021 | 11:49
Baş prokurordan polisi döyən deputatla bağlı açıqlama
03 Aug 2021 | 11:43
“Ruslar Şuşanın 4 kəndindən erməni silahlılarını çıxarmırsa, biz də digər kəndlərimizdə...”
03 Aug 2021 | 11:29
Bərdədə BİABIRÇI OLAY: 16 yaşlı qıza təcavüz edilib
03 Aug 2021 | 11:24
“İnsanlara bu cəhənnəmi yaşadanlar yəqin ki, nə vaxtsa, ilahi ədalət qarşısında cavab verəcəklər...”
03 Aug 2021 | 11:20
BDU-nun müəllim-tələbə heyətinin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə ekskursiyası təşkil olunub
03 Aug 2021 | 11:17
Ermənistanın yeni spikeri fahişəliyin leqallaşdırılmasını DƏSTƏKLƏYİB
03 Aug 2021 | 11:15
Erməni idmançı Olimpiadadan qovuldu
03 Aug 2021 | 11:13
Baş prokuror Eldəniz Səlimova görə Milli Məclisə gəldi
GÜNLÜK
03 Aug 2021 | 08:47
"Səməd mənə təklif edəndə dedim ki, yox Səməd, mən bir tək səninlə gedə bilmərəm..."
03 Aug 2021 | 12:06
"Yaddaşınızı umu-küsü və incikliklərlə zibilləməyin"-Dostoyevskidən müdrik məsləhət
03 Aug 2021 | 11:43
“Ruslar Şuşanın 4 kəndindən erməni silahlılarını çıxarmırsa, biz də digər kəndlərimizdə...”
03 Aug 2021 | 10:36
Ermənistan Azərbaycanın bu cənnət məkanında 100 ev tikdirmək istəyir... - SOS! - FOTO
03 Aug 2021 | 15:02
“Akkord” Şirkətlər Qrupunun işçilərindən Prezidentə şikayət: "Bizi şərləyib, hədələyirlər"
03 Aug 2021 | 13:59
Araik Kəlbəcərin kəndində 25 milyon dollarlıq SES tikdirməyə qərar verdi...
03 Aug 2021 | 12:01
"Düzgün siyasət Laçının və dəhlizin həll olunması, köçkünlərin son nəfərinə qədər qayıtmasıdır"
03 Aug 2021 | 18:31
"Həyatda ən vacib şeylərdə bəxtim gətirmədi" – Şeron Stoundan düşünməyə vadar edən sətirlər
03 Aug 2021 | 11:24
“İnsanlara bu cəhənnəmi yaşadanlar yəqin ki, nə vaxtsa, ilahi ədalət qarşısında cavab verəcəklər...”
03 Aug 2021 | 09:49
Yəhudi sakin İsrail hərbçisinin avtomatını alıb fələstinlilərə atəş açdı... - VİDEO
HƏFTƏLİK
31 Jul 2021 | 12:32
“Malıbəyli kəndinin camaatı Şuşa şəhərinə qayıtmaq istəmir, çünki...”
29 Jul 2021 | 08:50
"Biz görmüşük ki, qanı su ilə yuyarlar, amma bizdə əksinədir, qanı qanla yuyurlar..."
29 Jul 2021 | 13:27
Tanınmış həkimin model arvadı əxlaqsız çıxdı - 5 ildir gizlicə... - FOTO
30 Jul 2021 | 22:45
Xalqı efirdən partizan hərəkatına çağıran Xalq artisti - O, İlhamə Quliyeva ilə eşq yaşamışdımı?
01 Aug 2021 | 11:47
"Onun yalı kəsilmiş tula kimi, “İlxam Qeydaroviç” qışqıra-qışqıra qaçdığının canlı şahidiyəm"
01 Aug 2021 | 23:52
"İnanın Allaha, elə əsəb və stress keçirmişəm, evdə güc-bəla ilə məni sakitləşdiriblər..."
30 Jul 2021 | 12:13
"Rusiya parçalanır, torpaqlarımızı geri almalıyıq!" - Mnatsakanyan
02 Aug 2021 | 00:33
"Kinoya aidiyyatım olsaydı, ən azından Mədəniyyət Nazirliyi mənimlə maraqlanardı..."
28 Jul 2021 | 17:16
Vilayət Eyvazov sabiq MTN şefinə "ağsaqqal" deyən işçisini cəzalandıracaqmı? - VİDEO
31 Jul 2021 | 17:40
"Zəng vurdu ki, Flora xanımın 80 illiyidir, amma nəsə xəbər yoxdur, dedim, Mübariz, tələsmə..."
AYLIQ
03 Aug 2021 | 08:47
"Səməd mənə təklif edəndə dedim ki, yox Səməd, mən bir tək səninlə gedə bilmərəm..."
03 Aug 2021 | 12:06
"Yaddaşınızı umu-küsü və incikliklərlə zibilləməyin"-Dostoyevskidən müdrik məsləhət
03 Aug 2021 | 11:43
“Ruslar Şuşanın 4 kəndindən erməni silahlılarını çıxarmırsa, biz də digər kəndlərimizdə...”
03 Aug 2021 | 10:36
Ermənistan Azərbaycanın bu cənnət məkanında 100 ev tikdirmək istəyir... - SOS! - FOTO
03 Aug 2021 | 15:02
“Akkord” Şirkətlər Qrupunun işçilərindən Prezidentə şikayət: "Bizi şərləyib, hədələyirlər"
03 Aug 2021 | 13:59
Araik Kəlbəcərin kəndində 25 milyon dollarlıq SES tikdirməyə qərar verdi...
03 Aug 2021 | 12:01
"Düzgün siyasət Laçının və dəhlizin həll olunması, köçkünlərin son nəfərinə qədər qayıtmasıdır"
03 Aug 2021 | 18:31
"Həyatda ən vacib şeylərdə bəxtim gətirmədi" – Şeron Stoundan düşünməyə vadar edən sətirlər
03 Aug 2021 | 11:24
“İnsanlara bu cəhənnəmi yaşadanlar yəqin ki, nə vaxtsa, ilahi ədalət qarşısında cavab verəcəklər...”
03 Aug 2021 | 09:49
Yəhudi sakin İsrail hərbçisinin avtomatını alıb fələstinlilərə atəş açdı... - VİDEO