İranın yeni prezidenti kim olacaq: “"Ayətullahi Genosid"”, Ərdəbilli çoban, yoxsa başqa birisi?
Oxunub: 2030
16 May 2021 | 12:58
İranın yeni prezidenti kim olacaq: “

İranda iyun ayının 18-də keçiriləcək prezident seçkilərinin ilk mərhələsi - namizədliyə iddialıların qeydiyyata alınması prosesi geridə qaldı.
 
İran Konstitusiya Mühafizəçiləri Şurasının (İKMŞ) mayın əvvəllərində elan etdiyi seçki təqviminə əsasən,  bu ayın 11-də başlayıb 5 gün sürən namizədliyə namizədlərin müəyyənləşdiyi ilk mərhələ dünən tamamlandı.
 
Bu mərhələdə yüzlərlə iddialı öz namizədliyini irəli sürdü. Onlardan hansının seçki yarışına qatılacağına isə İranın Daxili İşlər Nazirliyi qərar verəcək. Seçki prosesinin ikinci mərhələsi sayılan bu müddət 27-28 may tarixində bitəcək. İkinci mərhələdə yüzlərlə namizədliyə iddialılardan bir çoxunun bu ələmə prosesindən “üzüağ” çıxmayacağı indidən bəllidir. Belə ki, İran Konstitusiya Mühafizəçiləri Şurasının mayın 5-də açıqladığı yeni məhdudiyyətlər Daxili İşlər Nazirliyinə istəmədiyi iddialını seçkidən kənarlaşdırmaq hüququ verir. Sözügedən yeni nizamlnaməyə görə, İranın növbəti prezidentinin bəzi vəsfləri olmalıdır və bu vəsflərə uyğun olmayan namizədlər seçkidə namizəd kimi iştirak edə bilməzlər. Şərtlər isə kifayət qədər ağırdır. Əvvəla, namizədlər üçün yeni yaş həddi müəyyənləşdirilib: 40-75 arası. İkincisi, namizədlərin təhsil dərəcəsi ən azı alimlik səviyyəsində olmalı və ya orduda general rütbəsinə qədər yüksəlməlidir. Üçüncü, ən yüksək idarəetmə orqanlarında (ən azı 2 milyondan çox şəhərlərdə bələdiyyə rəisi, nazir və s.) 4 illik iş təcrübəsi olmalıdır. Ən əsası isə, bu müddət ərzində karyerasında hər hansı ləkə bulunmamalıdır. Sözsüz ki, İran kimi korrupsiya bataqlığında çırpınan bir ölkədə təmiz əməlli nazir, bələdiyyə rəisi və ya general tapmaq samanlıqda iynə axtarmaqdan daha müşkül məsələdir, bu da ölkənin siyasi-dini iradəsinə gələcək prezidenti seçib xalqın qarşısına alternativsiz alternativ qoyması deməkdir.


İddialılardan ən məşhurları
 
Maraqlıdır ki, İran Konstitusiya Mühafizəçiləri Şurasının köhnə hamama təzə tas gətirən bu qərarına ən çox islahatçılar qanadı etiraz etdilər. Ölkə prezidenti Həsən Ruhani qurumu İran parlamentinin səlahiyyətlərini mənimsəməkdə günahlandırdı. Böyük əksəriyyəti mühafizəkarlardan təşəkkül tapan parlament isə İKMŞ-nin qərarını dəstəklədi. Qərarın müzakirəsi zamanı 220 millət vəkili yeni seçki nizamnaməsinə səs verərək, sanki prezidentə “bizim mövqeyimizi istəyirdinsə, bu da sənə cavabımız, İKMŞ-nın qərarı parlamentin çıxardığı qanunvericilik aktı səviyyəsindədir” dedilər. Həsən Ruhani parlamentin bu cavabından sonra Daxili İşlər Nazirliyinə təlimat göndərərək sözügedən qərara tabe olmamağa çağırdı. Seçkilərin ikinci məhrələsinin qərarverici orqanı olan İran DİN isə Həsən Ruhaninin təlimatını rədd edib namizədləri yeni qaydalara görə müəyyənləşdirəcəyini açıqladı. Beləcə, islahatçıların təmsilçisi olan prezidentin qımıldanacaq yeri qalmadı.
 
İran Konstitusiya Mühafizəçiləri Şurasının son təlimatları və seçki öncəsi yaşanan bir çox hadisələr ölkənin yeni prezidentinin kim olacağını indidən müəyyənləşdirmiş kimidir. 


 
Məsələ burasındadır ki, istər islahatçı, istərsə də mühafizəkar qanaddan əsas favorit kimi tanınan bəzi iddiaçıların karyerasını şübhə altına alan məlumatlar seçkilərin hələ birinci mərhələsi başlanmamış ictimailəşdirilmiş, yeni seçki nizamnaməsi ilə onlara bir növ, “üzüsulu” şəkildə namizədliklərini irəli sürməmələri mesajı verilmişdi. Üzərindən xətt çəkilən əsas iddialılarından biri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifdir. Nazirin gələcək tədqiqatçılar üçün verdiyi müsahibə birdən-birə Londonda fəaliyyət göstərən və Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən "İran inernational" televiziyasında yayımlandı. Müsahibəsində İrandakı mövcud teokratik rejimin siyasətini ağır dillə tənqid edən Zərif bununla da kifayətlənməyib ölkədə milli qəhrəman kimi tanınan şəhid general Qasım Süleymaninin barəsində də artıq-əskik danışmışdı. Bu ciddi səhviylə öz karyerasının üzərindən xətt çəkən nazir İnstagram səhifəsində İran xalqından üzr istəsə də, özünü xalqın sözçüsü kimi görən ali dini lider ayətullah Xamenei elə həmin gün ekranlara çıxıb Zərifi tənqid atəşinə tutdu. Bununla da üzrünün qəbul olunmadığını müxəttabının nəzərinə çatdırdı. Az sonra İran parlamentində danışdığı sözlərin hesabatını verməyə çağırılan XİN başçısı qanunverici orqanın Təhlükəsizlik və Müdafiə Komitəsinin qarşısında seçkilərdə iştirak etməyəcəyini açıqlamaqla yaxasını tənqidçilərinin əlindən bir təhər qurtara bildi. İndisə onun islahatçıların da əlindən qaçaraq xaricdə baş girələdiyi və birinci mərhələ sona çatdıqdan sonra ölkəyə qayıdacağı xəbər verilir. 
 
Zərifin islahatçılar üçün bu qədər əhəmiyyətli fiqur olmasının obyektiv səbəbləri var. Məlum olduğu kimi, hazırkı prezident Həsən Ruhani sonuncu seçki müddətini doldurur. Onun üçüncü dəfə prezident olmaq şansı yoxdur. İslahatçılar məcburən bir başqasını ortaya çıxarıb bütün güclərini bu namizəd üzərində cəmləşdirməlidirlər. Ən şanslı namizəd isə “nüvə sazişi” kimi böyük diplomatik uğura imza atan və İranın Qərblə inteqrasiyasının yarımçıq müəllifi Məhəmməd Cavad Zərif ola bilirdi. 


 
İslahatçıların digər şanslı iddialısı Mustafa Tağızadə də praqmatizmdən uzaq çıxışları ilə faktiki öz namizədliyini şübhə altına qoyub. Tağızadə artıq neçənci dəfədir ki, İran dini liderinə məktub yazıb ona ağıl öyrədir. Məktubunda dini liderin də eynilə prezident kimi seçki yoluyla seçilməsinin vacibliyinə toxunan siyasətçi bununla da İran İslam rejiminin ədalətli sistem olub-olmamasını müzakirəyə çıxarır. İran adlı məmləkətdə bu cəsarət “vətənə xəyanət” qədər ağır günah sayılır və yəqin ki, ölkənin DİN namizədlərin siyahısını müəyyənləşdirərkən bu nüansı nəzərə alacaq.
 
Hazırki durumda islahatçıların İran DİN-in ələyindən salamat çıxacağına ümid edilən yeganə şanslı namizədi parlamentin eks-spikeri Əli Laricanidir. 5 qardaş olan Laricanilər İran siyasi həyatında və idarəetməsində ən çox yerləri işğal edən ailələrdən biridir. Uzun illərin hakimiyyətinin gətirdiyi rahatlıqlar və toxunulmazlıqlar onları da istər-istəməz korrupsiya çirkabına batırıb və bu da İran ali dini rəhbərinin DİN vasitəsilə onun taleyinə səssiz fitva vermək imkanlarını artırır. Təsadüfi deyil ki, İran Azərbaycanından olan bəzi dostlarımızla söhbətimizdə bu adam belə xarakterizə olunmuşdu: “Larıcani – yarı məmur, yarı cani”. Əgər bu imtahandan salamat çıxsa, indiki durumda İran islahatçılarının favoriti Laricani ola bilər. Salamat çıxmasa isə İran xalqı çoxsaylı mühafizəkar və tanınmamış islahatçılar arasından ən yaxşı pisi seçməli olacaq.


 
Mühazəkarlar arasında da budananların və ya DİN-nin ələyinə ilişib qalacağı güman olunanların sayı az deyil. Bu qanaddan budanacağı şübhə doğurmayanların başında İran parlamentinin spikeri  Məhəmmədbağır Qalibaf gəlir. Kürd əsilli olan və İran İslam İnqilabı Keşikçiləri korpusunda yetişən Qalibafın taleyi barədə fitvanı, qəribədir ki, İran dini lideri yox, Rusiya prezidenti Vladimir Putin verdi. Bir neçə ay öncə Moskvaya rəsmi səfərə gedən Qalibaf ali dini lider Xameneinin məktubunu Putinə aparsa da, Kremldə qəbul olunmadı. Ona “məktubunu ver, özün geri qayıt, ya da Putin həzrətləri ilə görüşmək istəyirsənsə, buyur, 14 gün Moskvada koronavirus təcridxanasında yat” dedilər. Halbuki, Qalibaf bundan bir neçə ay əvvəl koronavirus mərəzinə yaxalanmış, sağaldıqdan sonra tibbi mülahizələrə görə, ən azı 6 ay eyni xəstəliyə tutulmaq və onu yaymaq  təhlükəsindən sığortalanmışdı. Üstəlik, Rusiyaya gələrkən, əlində İranda koronavirus testindən keçdiyi sağlamlıq kağızı da vardı. Moskva isə bu kağıza inanmadı. İddialara görə, Qalibaf seçkilərdə nüfuz qazanmaq, dolayısıyla Putinin xeyir-duasını almaq üçün Moskvaya yollanmışdı. Di gəl ki, Kremldə ona qapının ardı göstərilmiş və spiker suyu süzülə-süzülə geri qayıtmışdı. 
 
Moskvadan əli boş qayıdan spikerin İranda da bəxti gətirməmişdi. Rusiya səfərindən dərhal sonra onun 2005-2017-ci illərdə Tehran bələdiyyəsinə rəhbərlik etdiyi dövrdə kütləvi korrupsiyaya bulaşması faktı ictimailəşdirilmiş, hətta müavini həbsə atılmışdı. Bu isə o deməkdir ki, İranın yeni seçki nizamnaməsinə görə, Qalibaf namizədliyini irəli sürsə də, DİN-in ələyindən keçə bilməyəcək. Görünür, məhz buna görə də özünü daha artıq sındırmayan Qalibaf iddiasını irəli sürsə də namizədliyini digər rəqibi, İranda Ayətullahı-Genosid ünvanı ilə tanınan İbrahim Rəisinin xeyrinə geri götürəcəyini indidən bəyan etməyi məsləhət bilmişdi.


 
Mühafizəkar iddiaçılar arasında keçmiş prezident Mahmud Əhməd Nejadın da adı keçir. Ali təhsil səviyyəsi barədə məlumatımız olmasa da, bu adamın bir zamanlar Yol və Səhərsalma naziri işləməsi, daha sonra isə iki dəfə İranın prezidenti seçilməsi hər kəsə bəllidir. Əhməd Nejad həm də ali dini liderin adamı kimi tanınır. Prezidentlikdən sonra çoban qiyafəsində ortaya çıxması və mediaya verdiyi açıqlamasında dədə-baba sənətinə geri qayıtmasını vurğulaması rəqibləri tərəfindən seçki təbliğatı üçün öncədən hazırlanmış ssenari kimi qiymətləndirilsə də, hər halda sabiq prezident bu addımları ilə “təmiz məmur” imicinin   formalaşdıra bilib. Bu isə yeni seçki nizamnaməsinin əsas şərtlərindən biridir və sözügedən keyfiyyətlər əslən Ərdəbilli olan Əhməd Nejadın şansını artırır. Bununla belə, dini liderin və İran DİN-nin daha çox Ayətullahi-Genosidin üzərində dayanacağı ehtimalı daha ağır basır.
 
Seçkilərin indiki vəziyyətində ən şanslı namizəd yuxarıda da adını tez-tez zikr etdiyimiz «Ayətullahi Genosid» ləqəbi ilə məşhur olan İran məhkəmələrinin başçısı İbrahim Rəisidir. İranda növbəti seçkilər sanki onun qələbə qazanması üçün düzənlənib. Həm müxtəlif kompromatlarla islahatçı rəqibləri sıradan çıxarılıb, həm də mühafizəkar namizədlərdən bəziləri onun xeyrinə iddialarından geri çəkiləcəklərini açıqlayıb. Mühafizəkar qanaddan Rəisinin əleyhinə kampaniya aparan iddialılar da mövcuddur. Bunlardan biri Səid Məhəmməd bu yaxınlarda keçirdiyi mətbuat konfransında Rəisinin namizədliyinə dini liderin xeyir-dua vermədiyini bildirsə də, az sonra «Ayətullahi Genosid»in namizəd olacağını açıqlaması bütün dedi-qoduların üstündən qara bir xətt çəkdi. Nədən ki, İran dini liderindən xeyir-dua almasa, Rəisinin bu addımı atması mümkün görünmür. İddiasını irəli sürdüyü mətbuat konfransında Rəisi bu addımına belə aydınlıq gətirmişdi: "Planım seçkilərə qatılmamaq idi, amma şərtlər elə hala gəldi ki, bu ölkə vətəndaşlarının rifahı üçün üzərinə məsuliyyət götürməkdən qaçınmaq demək idi." Başqa sözlə, Ayətullah Rəisi bizim üçün də o qədər yad olmayan bir üslubla İran xalqının boynuna minnət qoyaraq, seçilmək iradəsini ortaya qoydu. Halbuki İran xalqı ona rifah vəd edən Rəisini ən azı 4 min günahsız vətəndaşın edamına qərar verən ayətullah kimi tanıyır.


 
Bundan əlavə, seçkilərdə iddiasını ortaya qoyan digər siyasi və hərbi xadimlər də var. Keçmiş müdafiə naziri Hüseyin Dehqan, keçmiş neft naziri Rüstəm Qasimi, Xatəmül-Enbiya İnşaat Qərargahının sabiq komandiri general mayor Səid Məhəmməd, Mərdomsalari (Demokratiya) Partiyasının Baş katibi Mustafa Kevakabiyan, Məclis Başçısının keçmiş müavini Əli Mutəhərri, parlamentinin indiki sədr müavini Əli Nikzad, keçmiş daxili işlər nazirinin müavini Mustafa Tağızadə namizədliyə iddialılar kimi qeydiyyatdan keçiblər. Fəqət bütün bunların hamısı seçkilərin əsas favoriti sayılan Rəisinin kölgəsində qalır və seçkilərə demokratik rəng qatmağa xidmət edir.
 
Bununla belə, İranın sürprizlər ölkəsi olduğunu da unutmaq olmaz. Mümkündür ki, ali dini rəhbər və “böyük İran xalqı” dünyada gedən proseslərin nəbzinə uyğun olaraq heç kimin gözləmədiyi birinə xeyir-dua versin.
 
Ovqat.com

Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:42
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:42
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC