Əlvida, ABŞ: Lavrov İrəvanı bu sənədi imzalamağa məcbur etdi - VİDEO
Siyasət
1323
06 May 2021 | 15:09

Əlvida, ABŞ: Lavrov İrəvanı bu sənədi imzalamağa məcbur etdi - VİDEO

Ermənistan və Rusiya bioloji təhlükəsizlik haqqında memorandum imzalayıblar.
 
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.
 
“Biz bioloji təhlükəsizliyin təmin olunması məsələləri haqqında hökumətlərarası memorandum imzalamışıq. Sənəd bu həssas sferada əməkdaşlığa vacib töhfə verməlidir”, – deyə o bildirib.
 
Lavrov bu məsələnin digər MDB ölkələriylə də gündəmə gətiriləcəyini deyib.
 
Qeyd edək ki, Rusiya bundan öncə dəfələrlə Ermənistanı ABŞ-ın biolaboratoriyalarını öz ərazisində yerləşdirməklə bağlı ittiham edib. 2019-cu ildə Rusiya bu laboratoriyalara mütəxəssislərin buraxılmasıyla bağlı İrəvanla memorandum imzalamağa çalışsa da, alınmamışdı. 2020-ci ildə isə İrəvan memorandumun layihəsində laboratoriyalara girişlə bağlı heç bir bəndin olmadığını demişdi. (axar.az)
 

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər