Yunanıstanda gəncləri koronavirus peyvəndinə təşviq etmək məqsədilə onlara 150 avro veriləcəyi bildirilib.
Moderator.az xəbər verir ki, koronavirusa yoluxanların sayının azaldığı ölkədə məhdudiyyətlər götürülərkən maska taxmaq tələbi aradan qaldırılıb. İki doz peyvənd olan insanların idman zallarına və restoranlara asanlıqla gedə biləcəyi qeyd edilib.
Ancaq bu günə qədər 11 milyon əhalinin cəmi yüzdə 33-ü tam peyvənd olunub. Dövlət rəsmiləri koronavirusun Delta ştammının yayılacağından narahat olduqları üçün vaksinasiya prosesini daha çox təbliğ edirlər.
Yunanistan Baş naziri Kiryakos Mitsotakis bildirib ki, peyvəndin birinci dozasını vurduran gənclər 150 avroluq kart alacaqlar. “Bu gəncliyə olan borcumuz, onlara olan minnətdarlığımızın bir əlamətidir”, - deyə Baş nazir vurğulayıb.
18-25 yaş arası 940.000 insan peyvəndin birinci dozasını vurdurduqdan və ya ilin sonuna qədər dərhal pul ala biləcək. Hökümət rəsmiləri bunu "azadlıq kartı" kimi xarakterizə edirlər.
Öztürk