"Saxtakarlıqdan uzaq olaq ki, insanlar içinə çıxmağa üzümüz olsun..." - Hərbi ekspert
Oxunub: 3560
18 Jun 2021 | 10:19
Bu gün Azərbaycanda müzakirə edilən ən qaynar mövzulardan biri də müharibədə sağlamlığını itirən insanlara əlilliyin təyin edilməsi ilə bağlıdır. Mövzu kifayət qədər həssas mövzudur. Çünki, mövzu həm yaralı yerimiz olan müharibə ilə, həm də bu müharibədə sağlamlığını itirən qəhrəmanlarımızla bağlıdır. 
Müharibə əlili olmaq üçün ilk növbədə müharibə veteranı olmaq lazımdır. Müharibə veteranı vəsiqəsi 7 ay əvvəl Qələbəmizlə başa çatan Vətən Müharibəsi iştirakçılarına hələ təqdim edilmədiyi üçün təhlilin veteran vəsiqələri ilə bağlı hissəsi, əsasən əvvəlki döyüş əməliyyatları dövrünü, yəni 1991- 1994-cü illərə aiddir. Həmin dövrdə qəbul edilən bəzi yalnış qərarlar müharibə veteranlarının sayını maksimuma qədər artırmğa imkan verdiyini kimsə inkar edə bilməz. Məsələn mənim 8 il ön xəttdə xidmətim var və mən veteranam. Digər bir zabit yoldaşımız isə müharibə zamanı mülki əhalimizin də yaşadığı kənddə yerləşən qərargaha Bakıdan 1 ədəd nəqliyyat vasitəsi gətirib, onu 30 dəqiqə ərzində təhvil verib və ezamiyyət vərəqinə döyüşlərdə iştirak edən hərbi hissənin möhürü vurulub. Tanıdığım bu zabit də hazırda veterandır. Hazırda isə 1992-ci ildə qız gəlinin yaşadığı kəndimizə 30 dəqiqəlik ezamiyyət ilə 8 illik riskli səngər həyatının verdiyi imtiyazlar eynidir. Mən ezamiyyətdə olan zabit yoldaşımızın xidmətlərini azaltmaq fikrindən uzağam. O, qanunların verdiyi imkanlardan doğru olaraq yararlanıb. Burada demək istədiyim odur ki, veteran statusu haqqında zamanında qanunlar qəbul edən və sonradan da bu yalnışlıqları  düzəltməyən bəzi deputatlarımız ordu, müharibə, döyüş, yaşamaq və ya yaşamamaq haqqında təsəvvürləri həqiqətən də kifayət qədər məhduddur. 
Lakin problem tək bununla bitmir. 1990-cıillərdə kadr çatışmazlığı, qərargahların öz vəzifələrini peşəkar şəkildə yerinə yetirə bilməməsi, bir çox hallarda həqiqətən xidmət edən, döyüşən və yaralanan insanlarımızın hələ də nəinki əlillik, hətta veteran vəsiqəsi belə almaması ilə bağlıdır. Bəziləri bu hüquqlarını məhkəmə yolu ilə bərpa etsə də az bir hissəsi hələ də veteran vəsiqəsini ala bilməyib. 
 Vəziyyətin bir az yumşaldılması məqsədilə, yəni əsasən özünümüdafiə bölmələrində döyüşən və adına rəsmi sənədlərdə rast gəlinməyən insanların veteran vəsiqəsi almaq üçün  dövlət, cəbhəyanı ərazilərdə yerləşən icra strukturlarına həmin şəxslərin veteranlığını təsdiqi üçün arayış verilməsinə icazə verdi. Əsas faciə də bundan sonra başladı. Müharibə zamanı azyaşlı olandan başlayaraq həmin illərdə nəinki Qarabağa, hətta ölkə torpaqlarına ayaq basmayanlara qədər bir çox insanlar, bəzən isə bütün kənd əhalisi, müharibə adını efirlərdə və ya kitablarda eşidən kənd üzrə icra nümayəndəsinin arayışı ilə “veteran olmağa” başladılar.
Atalar məsəli var: “İştah yemək zamanı yaranır”. Veteran vəsiqəsini əldə edənlərin bəziləri bu dəfə “əlil olmaq” arzusuna düşdü. Bir çoxları da buna nail də oldu. Əsasən bədənində çapıq olanlar (onların arasında həqiqətən müharibədə yaralananlar da ola bilər) 3 nəfər digər döyüşçünün notariusda təsdiq edilən ərizəsi ilə Hərbi komissarlıqlara müraciət etdilər və Hərbi Həkim Komisiyalarına göndəriş əldə etdilər. Göndərişin əldə edilməsində əsasən 3 üsuldan istifadə edilirdi:
1. Digər əlillərin, əsasən də ictimai təşkilata üzv olanların dəstəyi və şahidliyi ilə komissarlığa təzyiq;
2. 300-500 manat rüşvət iddiaları;
3. Hərdən isə hər iki metodun birgə “inteqrasiyalı” tətbiqi.
Hərbi komissarlıq kimi “isti yerdə” çalışan bir zabitin, bir neçə müharibə əlilinin davamlı təzyiqləri qarşısında uzun müddət tab gətirməyəcəyi bəllidir. Bundan sonra proses Mərkəzi Hərbi Həkim Komisiyasında davam edirdi. Burda əlilliyin təyini üçün hansısa formada təzyiq rol oynamırdı. Ərazinin qapalı olması, həkim heyətinin bəzilərinin veteran olması bu metodu istisna edirdi. Həm də müasir aparatların müayinəsi zamanı nəticəni neqativ nəticə əlində olan həkimə təzyiq ağıllı metod sayıla bilməzdi. Burada bəziləri 4 rəqəmli bir “şirinlik” ilə bu məsələni həll etdiklərinə dair sosial şəbəkələrdə çox sayda faktlar mövcuddur. Hazırda əlilliyi ləğv edilən veteranların sayının minlərlə olması da  sosial şəbəkədə yazılan faktların doğruluğunu bir daha sübut edir. Hüquq mühafizə orqanları da  araşdırmalara məhz Mərkəzi Hərbi Həkim Komisiyasından başlamalıdır. Əlilliyin əsaslılığının araşdırılması ilə yanaşı, Hərbi Həkim Komissiyalarının travma və ya xəstələnmənin səbəb əlaqəsi barədə verdiyi qərarlar ilk növbədə araşdırılmalı, əsassız verilmiş qərarlar və onların əsasında təyin edilmiş əlilliklər ləğv edilməlidir.  Daha əvvəl daxil olan məlumatlarda TSEK-də rüşvətlə əlillik alanların sayının az olmadığı bildirilirdi. 
1990-cı illərdə yaralanan və əlil olan istənilən şəxs, heç olmasa yaralananda xəstəxanada müalicə almalı idi, yaralanma haqqıda epikrizi olmalı idi. Hərbi xidmətdə olan hər bir şəxs, xidmətə gəldiyi gün hərbi hissə komandirinin əmri ilə vəziyəyə təyin edilir və bütün növ təminat növləri ilə təmin edilir. Tərxis olunanda isə tam əksinə. Əmrdə həmin şəxsin bütün anket məlumatları tam göstərilməli olduğu halda, insanın atasının adı belə tam yazılmırdı. Bəzən isə əsgərin təvəllüdü göstərilmədən, soyadı və adının baş hərfi yazılırdı. Belə şəxslərin sayı isə Azərbaycanda minlərlə ola bilərdi. Belə bir vəziyyətdə onlardan hansının bu əmrdə nəzərdə tutulduğunu təyin etməyə aylar sərf oluna bilər. 
Bəzən vəzifələrini bilməyən qeyri peşəkar qərargah rəislərinə görə döyüşən veteranlarımız çox əziyyətlər çəkdilər. Arxivə göndərilən sorğularda çox zaman mənfi cavablar da bu səbəbdən gəlirdi. Burada məsələnin kökünə getmək üçün əmrlər kitabından başqa, maaş cədvəlinə, silahların təhkim edilməsi və geyim əşyalarının paylanması siyahısına da diqqət yetirmək olar. Döyüş hazırlığı kitabının o dövrdə aparılmadığını bildiyim üçün bunu yazmadım. 
Əgər xidmət edən bir əsgərə silah, geyim, maaş verilməyibsə, deməli onun cəbhədə xidmət etməsi, deməli veteranlığı və ya mühribə əlili olması da böyük sual altındadır. 
Bu yazdıqlarımdan daha artığını bilən və araşdıran jurnalistlər çoxdur, veteran təşkilatların əksəriyyəti saxta veteran və əlilliyin verilməsi formulasını məndən yaxşı bilir, lakin bu  mövzuda yazmaq istəmirlər. Səbəb isə birdir: kifayət qədər riskli və həssas mövzudur, saxta əliliyi olanlar tək deyil, onların ətrafında həqiqətən döyüşən və əlil olan insanlar da var. Saxta əlillik əldə edənlər tanıdıqları əsl döyüşən insanları bir yerə toplayıb müəllifə qarşı söyüş və təhdid dolu bəyantlar səsləndirməsini hər kəs göz altına ala bilmir. Mən bununla qarşılaşmışam. Söyüş və təhqir yazan birisi, ilk öncə özünü və ətrafını düşnməldir. Nədənsə bu insanlar həqiqəti məhkəmədə deyil, söyüşlə əldə etməyə üstünlük verirsə, deməli onun şəxsiyyətində də qusur var. Lakin veteran və əlil olan vətəndaşlarımıza bu barədə deyəcəyim bir cümlə var: Vətən uğrunda döyüşən hər bir şəhidimiz, əlilimiz və veteranımız başımın tacıdır, mənim məqsədim döyüşmədən veteran və müharibə əlili olan insanların qısa müddətdə aşkar edilməsindən ibarətdir. Saxtakarlığa yol verənlər, buna şərait yaradan komissarlıq əməkdaşları və həkimlər göydən düşməyiblər, onlar bizim ətrafımızdadır. Mənim də əsas məqsədim bu “cinayət zəncirinin” aşkarlamasından ibarətdir. Əslində bu məsələdə həqiqətən Vətən uğrunda döyüşən və əlil olan qərhəman insanlarımız da birləşib birgə mübarizə aparmalıdır. Mən əlil olmadan bu statusdan istifadə edərək reket fəaliyyəti ilə məşğul olanların da qarşısında olacam. Çünki əsl əlil reket ola biləcəyinə inanmıram. Vətən üçün döyüşən qəhrəman, insanlardan qeyri qanuni və qəbzsiz ödəniş tələb etməli deyil, Vətəni qoruyan insan kişilərin olduğu yerdə qadına əl qaldırmalı deyil, əlilə və veterana dəstək məqsədilə yaradılan ictimai təşkilatın üzvü və aparat rəhbəri əhalidən saxta əlillik və veternlıq düzəltmək üçün 120 min manat toplamalı deyil. Əsl veteran və əlil, saxtakarlıq üçün çirkli məsələlərə bulaşmalı deyil, reketlik və qoçuluq etməli deyil. Bunları efirdən də səsləndirmişəm. 
Doğrudan da işin içində olmayan kateqoriya üçün kimin əliliyi həqiqi və ya kimin əlilliyi saxta olduğunu ayırd etmək çətindir. Bu problemlərlə bağlı efirdəki çıxışlarımdan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən əlaqə saxladılar və mənə komisiyanın iclasında şəxsən iştirak etməyi təklif etdilər. Razılaşdım. Keçən həftənin ikinci günü saat 14-də komisiyanın iclasında iştirak edəcəyimi səhifəmdə elan etdim, şikayət və təkliflər üçün nomrəmi də qeyd edərək iclasdan qabaq onlara görüş də təklif etdim. Nə isə təyin olunan vaxtda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə gəldim və komisiyanı iclasında iştirak etdim. Gördüklərimi qısaca olaraq diqqətinizə çatdırmağa çalışacam. Mən həkim olmadığıma görə bəzi texniki ifadələrdə yalnışlıq olarsa, diqqətə almağınızı xahiş edirəm. 
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərir. Sadə dillə desək bu komissiya həm tibb müəssisələrindən, həm də digər təşkilatlardan daxil olan sənədlər paketini  araşdırır və əlilliyi müəyənləşdirir. Agentliyin vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Əliliyin təyin olunması zamanı Agentlik, ektron bazada hər bir əlil haqqında yerləşdirilən məlumatlardan istifadə edir. 
Qəbula gələn şəxslərin siyahısı əvvəlcədən hazırlanır, onlara bu barədə məlumat da verilir. Gələnlər diqqət və qayğı ilə qarşılanır, müharibə əlillərinə xüsusi diqqət yetirilir. Həm həyətdə, həm də binanın daxilində gözləyən vətəndaşlar üçün sərində əyləşmək üçün kifayət qədər yer mövcuddur. Amma giriş qapısında gözləyənlər də az deyil. Bu kateqoriya üçün müraciətləri elektron qaydada və növbəli şəkildə qeydiyyata almaq daha məqsədəuyğun hesab edilə bilər. 
7 nəfərdən ibarət komisiyada yekun qərarlar konsensus yolu ilə qəbul edilir. Komisiyanın fəaliyyəti fasiləsiz olaraq müşahidə kameralarının yaddaşına köçürülür. Müraciət edən şəxs barədə məlumatlar elektron tabloda əks olunur. Mən orda olarkən ƏƏSMN-nin rəhbərləri də gəlib komisiyanın işində iştirak etdilər. Müayinə üçün komisiyaya müraciət edən şəxslərin siyahısını mənə də təqdim etmişdilər. Adlarını yazmayacam, amma baş verənləri Sizin də diqqətinizə çatdırmaq üçün prosesləri uzun şərh vermədən təsvir etməyə çalışacam. 
1. İlk vətəndaş, müddətsiz əlilliyi var, lakin əlilliyin müəyyən edilməsi üçün yaradılan alt sistemdə (gələcəkdə sadəcə “alt sistem” yazacam) müayinəsinə dair məlumat yoxdur, iclasa gəlmədi;
2. Hərbi xidmətdə qar uçqununa düşüb, 2015-ci ildən əlildir, psixi poğunluğu var, içəri girən kimi stulu götürüb həkimə tərəf fırlatdı, allahdan həkim bu dəfə kişi idi, mən də bir az sərt dildə danladım, hərbi hissəsini tanıdığımı görüb, sakitləşdi. Polislər həmin şəxsin cibində içəri girəndə almaz aşkarladığını sonradan başqa bir onkoloji xəstə olan zabitlə görüşəndə öyrəndim. Əlilliyi təsdiq olundu, amma qardaşımız həkimlərin “bu xəstəliklə, bu davranışla mühafizədə neçə işləyə bilirsiniz?” sualına cavab verə bilmədi.
3. Qəbula gəlməli olan 3-cü vətəndaşın vəziyyəti ilə birinci vətəndaşın vəziyyəti eynidir: müddətsiz əlilliyi var, lakin əlilliyin müəyyən edilməsi üçün yaradılan alt sistemdə müayinəsinə dair məlumat yoxdur, iclasa da gəlmədi. Hər ikisi Bakıda qeydiyyatdadır. 
4. Müraciət edən zabit hərbi məktəbi bitirib, Ordumuzda mühəndis bölmərində, Əfqanıstanda isə sülhməramlı kontingentimizdə istehkamçı zabit kimi ümumilikdə 16 il xidmət edib, NATO təcrübəsi da var, amma onkoloji xəstəliyi hərbi xidmətə imkan vemir. Əlilliyi 2-ci qrupdan 3-cü qrupa keçirildi. Hərbçi pensiyası da ala bilmir. Telefonu verdim, iclasdan bir neçə gün sonra zəngləşib görüşdük. Düşünürəm ki, hazırda bizim mühəndis istehkam işinin peşəkarlarına ehtiyacımız mövcuddur, odur ki, bu kateqoriyadan olan zabitlər hansısa formada heç olmasa tədris prosesinə cəlb edilə bilər. 
5. Sənədləri tam deyildi, iki gün vaxt verildi.
6. İclasa gəlməmişdi. 
7. Əsgər yoldaşının atdığı güllədən ayagından yaralanmışdı, ilk dəfə müraciət edirdi, 5 illik 3-cü qrup əlilik təyin edildi.
8. 2003-cü ildə Yusifcanlı istiqamətində qolundan yaralanıb, 2016-cı ildə aldığı əlilliyi təsdiq olunmadı. Həkimlərə dolanışıq barədə çətinliyi olduğunu bildirdi və onu Agentliyin mühafizə xidmətində işə dəvət etdilər. 
9. Kəllə beyin travması aldığını iddia edirdi, sənəddə isə güllə yarası yazılıb. Əlilliyi ləğv edildi.
10. Ürək çatışmamazlığından şikayət edirdi, yoxlanıldı və əlamətlər təsdiq olunmadığı üçün 3-cü qrup əlilliyi ləğv edildi. 
11. 1993-cü ildə yaralanıb, Göycay rayon xəstəxanası tərəfindən verilən arayışda “hər iki yuxarı ətrafın parezi (iflici)” diaqnozu qoyulub. Qollarını yoxladılar, yaralanma izi aşkarlandı, parez isə təsdiqlənmədi. Qardaşımızın “iflic” yazılan hər iki əli qabarlı idi. Diaqnozu qoyan həkim barədə Prokurorluğa müraciət edildi. Sənədləri də tam deyildi. Yəni MHHK-dan keçməyib. Bu isə müharibə əlili statusu təyin etməyə imkan vermir. 
12. 1992-də yaralanıb, əlilliyi 2005-ci ildə əlillik alıb, bir dəfə olsun xəstəxanada yatmayıb. Sənədləri də tam deyildi. Sənədlərini hazırlamaq üçün zaman verildi. 
13. Hərbçi qadın idi, hərəkət etməsi məhdud idi, xəstəlik siyahısı isə çox uzundur, 2009-cu ildən əlil idi, ömürlük əlillik təyin edildi.
14. 1994-də Kəlbəcərdə (adı mənə məlum olmayan hərbi hissədə) don vurub, 2007-də əlillik alıb, 2015-də isə “kəllə beyin travması” ilə əlillik təyin edilib.  Təsdiqlənmədi. Komisiyaya daxil olanda başqalarının köməyindən istifadə edirdi, imtina cavabını alandan  otaqdan özü sərbəst şəkildə çıxıb getdi. 
Siyahını təxminən bu minvalla davam etdirmək mümkündür. Lakin Sizi yormaq istəmirəm. Mülki şəxslər barədə yazmayacam, amma bu iclasda iştirakım və apardığım araşdırmalar göstərir ki, hazırda müraciət edən insanları təxminən aşağıdakı kateqoriyalara ayırmaq mümkündür: 
1. Vətəndaşımız həqiqətən də döyüşüb, yaralanıb, veterandır, əlilliyi təsdiqlənir; 
2. Vətəndaşımız həqiqətən də döyüşüb, yaralanıb, veterandır, lakin aldığı travma əlilliyə uyğun gəlmir;
3. Vətəndaşımız həqiqətən də döyüşüb, yaralanıb, veterandır, lakin aldığı travmanın hazırkı ağırlaşmaları yeni meyarlara görə əlilliyə uyğun gəlmir;
4. Vətəndaşımızın döyüşməsi və yaralanması şübhəlidir, lakin əlilliyi realdır;
5. Vətəndaşımızın döyüşməsi də, yaralanması da, əlilliyi də şübhəlidir;
6. Vətəndaşımız həqiqətən də döyüşüb, veterandır, lakin əlilliyi əvvəlki dərəcəsi (diaqnozu) ilə uyğun gəlmir, daha aşağı əlillik dərəcəsinə uyğundur. 
7. Vətəndaşımızın veteranlığı şübhəsizdir, lakin əlilliyi artıq ömürlük təyin edilib deyə onu bu proseslər narahat etmir. 
Bu qədər problemlərin cəmləşdiyi bir sahədə vahid standart tətbiq etməyin yolunu bilən varsa yazsın. Buna görə də təkrar tibbi ekspertiza çox vacibdir. Əvvəl hər il komisiyadan keçənlər, indi 5 ildən bir bu prosesə cəlb edilir. Aşkar görünən qüsurları olan şəxslərə əlillik ömürlük təyin edilir və onlar təkrar ekspertizaya cəlb edilmir. Lakin ilkin təyin edilən 5 illik müddət başa çatanda, daxili orqan xəstəliyi olan və ya digər şübhə doğuran hallarda təkrar müayinə vacibdir. Bu həm də 10 il ərzində iki dəfə komisiyadan keçən və diaqnozu dəyişməyən insanlara ömürlük əlilliyin təyin edilməsi üçün də mütləqdir. İndi isə təkliflərim  barədə.
1. Əsas problemlərdən biri növbələrin çoxluğu ilə bağlıdır. Rayondan gələn insan əvvəlcədən növbədə olanların müayinəsi qurtarmadan qəbul edilmir. Odur ki, Asan xidmətdə və ya bəzi banklarda olduğu “elektron növbə” sistemini tətbiqi zəruridir.
2. Əlilliyi müəyyən edilməyən və ya təsdiqlənməyən insan, artıq başqa bir otaqda mütəxəsislər tərəfindən, bəlkə də psixoloq tərəfindən qəbul edilməli, ona dəstək verilməli, məşğulluq imkanları araşdırılmalıdır.  
3. Dünənə qədər əlil olan birisi, tətbiq edilən yeni meyarlara görə artıq əlil hesab edilə bilmir. Bu kateqoriyaya həm mülkilər arasında, həm də hərbçilər arasında rast gəlinir. Onların saxta əlil adlandırmaq da doğru deyil. Burada əsas problem komissiya üzvlərindən deyil, qəbul edilən yeni meyarlardan qaynaqlanır. Yeni meyralar isə mənə görə çox sərtdir. 
4. Meyarların sərt olması ilə bağlı suallara Agentliyin cavabı bundan ibarət olur ki, bu qərarı Nazirlər Kabineti qəbul edib. Agentlik və ya Nazirlik bu meyarların sərtləşdirilməsi üçün təklifin Nazirlər Kabinetinə kim tərəfindən verildiyi məsələsinə aydınlıq gətirməsi arzu olunandır. 
5. Bir anın içində insan illərlə aldığı müavinətdən mərhum olur. Bu məsələ paralel olaraq məşğulluq (özünüməşğulluq) mərkəzi ilə əlaqələndirilməlidir, həmin insanlarımız, xüsusilə döyüşüb və yaralanlar təcili surətdə imkanlarına uyğun işlə təmin edilməlidir. Mümkün olmadıqda isə işsizlik müavinətinin təyin edilməsi ləngiməməlidir. Yaxşı olar ki, proseslərin ilkin mərhələsi Agentliyin ərazisində həyata keçirilsin. Bu insanlarımızda dövlətin qayğısına olan inamı artrar. 
6. Agentlik üzərinə düşən ağır yükü azaltdıqdan sonra ömürlük əlillik əldə edən kateqoriyanı da hissə hissə yoxlamadan keçirməli və burada da təmizlik işləri aparmalıdır. Sonda bütün məlumatlar elektron bazaya köçürülməli və etibarlı şəkildə qorunmalıdır. 
7. Gəlir mənbəyindən məhrum olan da Azərbaycan vətəndaşıdır, onu belə bir vəziyyətdə tək buraxmaq intihara və ya cinayətə sövq etmək deməkdir. 
8. Azərbaycanda fəaliyyət göstərən bütün dövlət və özəl müəssisələrə əlillərin və veteranların işə qəbulu ilə minimal kvotalar təyin edilməlidir. Həmin şəxslərə görə büdcəyə ödənilən vergi yükünü azaltmaq, işəgötürənləri bu kvotalara əməl etməyə həvəsləndirə bilər. 
9. Bütün bu sadalanları ictimai müzakirəyə çıxarıb qısa bir müddətdə Qarabağ əlilləri haqqında Qanun qəbul edilməsi də faydalı ola bilər. 
Saxta əlillik ilə bağlı deyə biləcəyim son söz isə budur: Hamımız Azərbaycanda yaşayırıq, dünən və ya bu gün baş verənləri izləyirik. Əksəriyyət vətəndaşımız kefindən əlillik almır, adətən bu çətin yaşayış  və işsizlik ucbatından baş verib. Kimin necə saxta əlillik aldığını da çoxlarımız yaxşı bilir. Heç bir insan özü özünə saxta əlillik təyin edə bilməz. Bunun üçün bir neçə digər vəzifəli şəxsin və həkimin imzası mütləq şərtdir. Əgər ölkədə bu günə aşkarlanan və əlilliyi dayandırılan 17 min insandan ən azı 30 faizinin, yəni 5100  nəfərinin saxta əlil olduğunu, onların hər birinin sənədinə imza edən 10 nəfərin düşünsək, deməli hazırda ölkəmizdə 51000 cinayətə imza atmış vəzifəli məmur və ya həkim var. Bu böyük bir rəqəmdir və mən də öz yazdığım bu rəqəmə inanmıram. Çünki, adətən müxtəlif insanların saxta əlil olmasına eyni insanlar imza atıb. Bu isə hüquq mühafizə orqanlarının araşdırıb nəticələri barədə ictimaiyyətə açıqlama verəcəyi və bu açıqlama ilə ictimaiyyətin vicdanına rahatlıq gətirəcəyi bir məsələdir. Hesab  edirəm ki, ən qısa müddətdə dövlətin büdcəsinin talanmasına şərait yaradanların məhkəməsində iştirak etmək də qismətimiz olacaq. 
Saxtakarlıqdan uzaq olaq ki, insanlar içinə çıxmağa üzümüz olsun. 
 
Ədalət Verdiyev, Hərbi ekspert
Oxşar xəbərlər
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:36
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 11:50
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:36
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 11:50
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?