“İslam terrorçuların əlində oyuncağa çevriləcək” - Əfqanıstanda nələr baş verir...  
Reportaj
Oxunub: 6344
26 Sep 2021 | 12:20
“İslam terrorçuların əlində oyuncağa çevriləcək” - Əfqanıstanda nələr baş verir...  

 

Hakimiyyəti ələ aldığı bir ay ərzində “Taliban” Əfqanıstanda yavaş-yavaş, lakin yeni qaydalar tətbiq etməyə başladı. Belə ki, qadınların universitetlərdə yalnız niqabda və kişilərdən ayrı təhsil almasına icazə verildi; məktəb yaşlı qızların təhsillə bağlı taleyi dumanlı olaraq qalır. Eyni zamanda sosial şəbəkələrdə silahlıların yeni hökumətin düşmənlərinə - keçmiş hərbçilərə və polislərə qarşı repressiyalarının video görüntüləri peyda olur. Taliblərin sakinlərinə qarşı xüsusi qəddarlıqla davrandığı Pəncşir əyalətində hələ də mövcudluğunu qoruyan ayrı-ayrı müqavimət ocaqları qalır, lakin silahlıların davam edən hücumu və blokada səbəbiylə bu yalnız zaman məsələsidir. Lenta.ru-nun müxbiri Əfqanıstan sakinləri ilə söhbət edib və əslində ölkə daxilində nələrin baş verdiyini, yeni hökumətin dövründə əfqanların necə yaşadığını və bir çoxlarının hələ də qaçmaq arzusunda olduğunu öyrənib. Moderator.az həmin yazını oxucularına təqdim edir.

 

“Əgər Pəncşirdənsənsə, artıq düşmənsən”

 

Seyam (təhlükəsizlik səbəbiylə ad dəyişdirilib), 25 yaş, “Taliban”a qarşı müqavimət hərəkatının Pəncşirdən qaçan üzvü:

 

“Bir neçə gün bundan əvvəl Pəncşirdən Kabilə qaçmağı bacardıq. Bu qərar ailəm üçün asan olmadı: evimizi, bütün təsərrüfatımızı və mülkümüzü geridə qoyduq. Əgər taliblər mülki əhaliyə rəhm etsəydi, bu qədər çarəsiz addım atmazdıq. Ancaq onlar üçün fərqi yoxdur: əgər Pəncşirdənsənsə, artıq düşmənsən.

 

Talibləri yalnız qisas maraqlandırır: hamı təslim olanda yalnız Pəncşir əhalisi itaətdən imtina etdi və onlara müqavimət göstərdi. Pəncşirdə olduğum son günlərdə çaxnaşma hökm sürürdü. Hamı sağ qalmaq üçün oradan çıxmaq istəyirdi. Əyalət əslində blokadada idi. Taliblər qapı-qapı gəzərək insanları sorğu-suala çəkir və naməlum istiqamətə aparırdı.

 

Kabilə gedən yolda bir neçə yoxlama keçid məntəqəsi var idi: orada silahlılar hərtərəfli axtarış və sorğu-sual edir, mobil telefonları yoxlayırlar. Ən kiçik şübhə ilə insanları götürürlər və bundan sonra onların başına gələnləri heç kim bilmir. Olurdu ki, insanları yerindəcə güllələyirdilər.

 

 

Əlbəttə ki, bütün ailə ilə birlikdə çıxmaq istəyirdik. Amma alınmadı. Qohumlardan bəziləri dağlarda gizləndi və Pəncşirdə heç bir əlaqə yoxdur, buna görə də onlar haqqında başqa heç nə eşitmədik. Onların sağ olub-olmadığını da bilmirik. Axı, düz-əməlli yeməkləri də yoxdur və orada döyüşlər gedir. Bir tərəfdən də payız gəlib, indi dağlarda hava çox soyuqdur.

 

Kabildə məskunlaşa bilmərik - axı əlimizdə olan hər şeyi Pəncşirdə qoymuşuq. Bizim kimi oradan paytaxta gələn insanlar ya küçədə çadırlarda yaşayır, ya da daha şanslı olanlar qohumlarının yanında qalır. Bizim üçün çox çətindir, nə kömək var, nə humanitar yardım, nə də başqa bir şey. Necə sağ qalacağımızı və bu vəziyyətdən necə çıxacağımızı bilmirik.

 

Gizlənməyə məcburuq, çünki pəncşirliləri hətta Kabildə də axtarırlar. Buna görə də hər gecəni yeni yerdə keçiririk - bizi tapsalar, sağ qoymazlar.

 

İndi Pəncşirə qayıda bilmərik. Amma fürsət düşən kimi təcavüz üçün dini bəhanə edən bu işğalçılardan vətənimizi müdafiə etmək naminə geri dönəcəyik. Onlara qarşı döyüşməyə davam edəcəyik”.

 

“Onların vədləri boş sözlərdir”

 

Tamana, 23 yaş, Kabildən olan tələbə və fəal:

 

“Taliblərin gəlişindən bir aydan çox vaxt keçib. Şəhərdəki vəziyyət qapanmaya bənzəyir: hamı evdə oturur, xüsusən də qadınlar. Banklar və dükanlar demək olar ki, bağlıdır və yalnız müəyyən günlərdə bir-iki saatlıq açılır. Universitetlər işləmir. Sanki həyatı bizim üçün dayandırıblar. Buna alışmaq mümkün deyil, hamı şok vəziyyətindədir.

 

 

Əfqanlar “Taliban”ın hakimiyyətdə olduğu əvvəlki dönəmdə baş verənləri yaxşı xatırlayırlar. Bizi sıxışdırıb qorxudaraq normal yaşamağa imkan vermirdilər. Terrorçuları necə qanuni hökumət hesab etmək olar?

 

Yenə hakimiyyəti ələ keçirən “Taliban” keçmiş hərbçilər və məmurlar, xüsusən də qadınlardan qisas almağa başlayıblar. Qor əyalətində bu barbarlar hamilə qadını sadəcə, əvvəllər polis məmuru olduğu üçün uşaqlarının gözü qarşısında güllələdilər.

 

Pəncşir kimi onlara qarşı müqavimət göstərilən yerlərdə xüsusi qəddarlıq və sərtlik nümayiş etdirirlər. Taliblər rəqiblərinin qisasını onların ailələri və uşaqlarından alırlar.

 

Əslində qadınlara işləmək qadağan edilib - əvvəlki hökumətin dövründə işləyənlər evlərinə qapanıb. Çoxlarının dolanışıq imkanı tükənib və onlara kömək edəcək kimsə yoxdur. Faktiki onları aclıqla ölümə məhkum ediblər. Bu səbəbdən də qadınlar “Taliban”a etiraz edir, onların hakimiyyətinə və qayda-qanunlarına qarşı çıxırlar.

 

Mən özüm küçələrə çıxır və “Taliban” əleyhinə nümayişlərin təşkilində iştirak edirəm. Bizə taliblərdən heç nə lazım deyil, onlarla danışıq aparmağın mənası yoxdur. Sadəcə, beynəlxalq ictimaiyyətin səsimizi eşitməsini istəyirik.

 

Silahlılar, əlbəttə ki, kənarda qalmırlar: etirazçıları döyüb saxlayırlar, bizi qorxutmaq üçün havaya atəş açırlar. Hətta bu mitinqləri işıqlandırmağa çalışan jurnalistləri də saxladılar - sərbəst buraxılanların bəziləri çox döyüldüyündən ayaq üstə çətinliklə dayanırdı.

 

 

Eyni zamanda talibləri dəstəkləyən “qadın” nümayişləri var. Bu nümayişlərdə qadınların deyil, qadın qiyafəsində olan taliblərin iştirakına şübhə etmirəm. Onlar bu işin mütəxəssisləridir - silahlılar hücum və terror aktları həyata keçirmək üçün dəfələrlə qadın paltarı altında gizləniblər. Əlbəttə, aralarında bir neçə talib arvadının ola biləcəyini də istisna etmirəm. Bir sözlə, bu, sadəcə, şoudur: “Taliban”la razılaşmayan qadınları əxlaqsız kimi təqdim etməyə çalışırlar.

 

Taliblərin vədləri, sadəcə, boş sözlərdir. Dəyişdiklərini göstərməyə çalışırlar, amma dəyişsələr də, bu yalnız pis tərəfədir. Taliblər əvvəlki hakimiyyətləri dövründəkindən daha çox barbarlaşıblar. Və bütün bunlar özlərini müsbət təqdim etməyə və beynəlxalq tanınmağa nail olmağa çalışdıqları anda baş verir. Allah göstərməsin, beynəlxalq birlik tərəfindən tanınsalar, o zaman “Taliban”ın nələr edəcəyini təsəvvür etmək belə qorxuludur. Dünya bu addımı atsa, bütün dinc əfqanlar üçün ölüm hökmü vermiş olacaq.

 

Başqaları kimi mən də xoşbəxtlik adrınca harasa gedə bilərdim, amma qalmağa qərar verdim. Qardaşım keçən il öldürüldü. Yəqin ki, mənim də adım taliblərin siyahısındadır və bilirlər ki, onlara qarşı etirazlar təşkil edirəm. Ancaq dayanmayacağam və bu barbarlara müqavimət göstərməyə davam edəcəyəm. Ölkəmin azad olmasını, bütün əfqanların normal insanlar kimi yaşamasını istəyirəm. Bunun üçün özümü qurban verməyə hazıram”.

 

“Onlar qorxurlar və istənilən yolla ölkəni tərk etmək istəyirlər”

 

Müfti Əbdül Kader (təhlükəsizlik səbəbiylə ad dəyişdirilib), əfqanıstanlı ruhani:

 

“Taliblərin gəlişi ilə ölkədə böyük dəyişikliklər baş verdi. Hər şey çökdü - nə ordu var, nə polis, nə hökumət, nə də iş. Artıq bunlar yoxdur. İnsanlar çörəkpulu qazana, nə edəcəklərini, belə vəziyyətdə necə davranacaqlarını bilmirlər. Dərin depressiya və şok keçirirlər. Çoxları qisasdan və işgəncədən qorxduqları üçün evlərinə qapanıb. Gənclər demək olar ki, daha məscidə gəlmir. Taliblərin onları dərhal tutub naməlum istiqamətdə aparacaqlarından qorxurlar. Belə hallar olub.

 

İnsanlar mənə və digər imamlara yalnız bir xahişlə müraciət edirlər - Əfqanıstandan çıxmalarına kömək edək. Hər birinin də taliblərin qohumlarını və ya sevdiklərini necə oğurladıqları və ya öldürdükləri ilə bağlı kədərli hekayələri var. Özlərinin də eyni aqibəti yaşamalarından qorxurlar və istənilən yolla ölkəni tərk etmək istəyirlər.

 

Ruhanilər, xüsusən də həzaralar, taciklər və özbəklər şiddət və işgəncələrin qurbanı olurlar. Hətta Əfqanıstanın bütün imamlarının başçısı saxlanıldı, uzun müddət təcridxanada yatdı və təzəlikcə zaminə buraxılıb. Taliblərin ruhanilərə qarşı əsas iradı əvvəlki hökumətə qarşı mübarizə apardıqları müddətdə onlara dəstək verməməyimiz və kömək etməməyimizlə bağlıdır. İndi bir çox imamlar qaçaqaçdadır.

 

Mən də gizlənirəm. Ailəmi bir vilayətə göndərdim, özüm də başqa vilayətdəyəm. Evimizi və bütün var-dövlətimizi itirdik. Yaşayış yerimi daim dəyişmək məcburiyyətindəyəm: növbə ilə gah qohumlarımın, gah da dostlarımın evində yaşayıram, əks halda məni tapıb işgəncə verərlər və ya daha da pis olar. Məni və yaxınlarımı təhlükə gözləyir, bu vəziyyətdən necə çıxacağımızı bilmirik. Lazımi sənədlərimiz yox idi və indi bunu necə əldə edəcəyimiz bəlli deyil - bütün sistem çöküb.

 

Son vaxtlara qədər Əfqanıstanda İslam lazım olan formada idi. Qorxuram ki, “Taliban”ın gəlişi ilə “Əl-Qaidə”, “Ləşkər-i-Tayba” və İŞİD kimi terror qrupları yalnız Əfqanıstanda varlıqlarını gücləndirəcək və bir-birlərini əsl müsəlman olmamaqda ittiham edərək öz aralarında döyüşə başlayacaqlar. Bu, ölkəni xarabalığa çevirə bilər.

 

 

İslam terrorçuların əlində yalnız bir oyuncağa çevriləcək, qətl və müharibə bəhanəsi olacaq. Radikallar şiələri və həzaraları müsəlman hesab etmirlər və onları kafir kimi öldürmələrinə əmindirlər. Bu artıq Suriya və İraqda baş verib. Bunun bizdə də baş verəcəyindən qorxuram. Əfqanıstanda olan hindlilər və sikxlər də öz həyatlarını riskə atırlar, amma əsas zərbə həzaralara dəyəcək. Taliblər onları yer üzündən silmək istədiklərini açıq şəkildə bəyan edirlər”.

 

Tərcümə və təqdim etdi: Miraslan

 

Oxşar xəbərlər
N.Tusi adına Klinika
15:28, Bu gün
“Bəlkə də dünyadan getməyinə səbəb Təbrizin vaxtsız vəfatı oldu, bu ağrını içində çəkirdi...”
15:24, Bu gün
Baş Prokurorluq Nərminin qan qrupunun uyğunsuzluğu barədə iddialara münasibət bildirib
15:21, Bu gün
Vüsalə Əlizadə xəstəxanaya yerləşdirilib
15:19, Bu gün
“Delta plyus” daha tez yayılır - TƏBİB-dən xəbərdarlıq
15:18, Bu gün
“İran Azərbaycanı hədəfə çevirə bilməz” - Ərdoğan sərt danışdı
15:11, Bu gün
UNEC rektoru Prezident təqaüdçüləri ilə görüşüb - FOTO
15:05, Bu gün
BDU ilə Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib
14:54, Bu gün
Saakaşvilinin həbsxanadan ilk GÖRÜNTÜLƏRİ
14:49, Bu gün
“Nazimin adına küçə verilib, amma orda 7-8 ev var...” - Şəhid mayorun qardaşı...
14:48, Bu gün
Türkiyə Prezidenti: “Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyimiz eyni olaraq qalır”
14:48, Bu gün
Ərdoğanın təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına eniş edəcək
14:46, Bu gün
Xalq artisti Canəli Əkbərov komaya düşüb
14:22, Bu gün
Türkiyədə MİT əməliyyatı: 15 “Mossad“ casusu həbs olundu
14:17, Bu gün
ADU-nun rektoru Kamal Abdulla ingilis professorları ilə görüşüb
14:16, Bu gün
Bakıda avtomobil piyadaları vurdu - ANBAAN VİDEO
14:14, Bu gün
Bərdədə hamilə qadın xəstəxanada öldü
14:13, Bu gün
“Araik Arutyunyan dedi ki, Qarabağdakı ordunu dağıtmaq fikrindəyəm...”
14:13, Bu gün
Vladimir Putin İsrailin Baş naziri ilə görüşəcək
13:49, Bu gün
“Nərminin qan qrupu IV, basdırılan meyitinki isə II qrup olub”
13:47, Bu gün
Azərbaycanda kişi arvadını başqası ilə tutdu - VİDEO
13:39, Bu gün
“Euronews”: Bağlanmış “Alitalia” aviaşirkətinin stüardessaları etiraz olaraq soyundular - VİDEO
13:36, Bu gün
30 il sonra Ermənistan görsəniz, goruma söyərsiniz - Şeyx Əbdül
13:33, Bu gün
"Azərbaycan Ordusunun Türkiyə Ordusu ilə uyğunlaşdırılması istiqamətində növbəti addım atılıb"
13:12, Bu gün
Ermənistanın iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib
13:11, Bu gün
"Laçın dəhlizinə çıxdıqda düşmən də bildi ki, artıq müqavimət göstərməyin mənası qalmayıb"
13:03, Bu gün
“XAİN və RƏZİL”... - Fransa prezidenti böyük ölkəni satmaqda günahlandırılır...
12:50, Bu gün
Zahid Oruc:”Qarabağ Azərbaycan uğrunda savaş idi”
12:44, Bu gün
“Onu siz jurnalistlər araşdırın görün bizə niyə fəxri ad vermirlər...”
12:42, Bu gün
İran ABŞ üzərində qələbə qazandığını ELAN EDİB
12:38, Bu gün
Dəliməmmədli-Kəlbəcər dəmir yolunun ilkin konseptual layihəsi hazırlanıb
12:29, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər - TAM MƏTN + FOTO
12:22, Bu gün
İlham Əliyev və Mehriban Əliyevanın Zəngilan səfərindən geniş reportaj - CANLI YAYIM
12:11, Bu gün
Zəngilan rayonundakı “Ağıllı kənd”də görülən son işlər - FOTO
12:08, Bu gün
Sumqayıtda qazilər daim diqqət mərkəzində saxlanılır
11:59, Bu gün
Zəngilanda yeni yarımstansiya işə salındı - FOTO
11:57, Bu gün
“Qardaşım yanlış vurulmuş iynədən öldü” - Pərvin
11:56, Bu gün
Zəngilanda İlham Əliyevə zirehli texnikalar və silahlar təqdim olundu - FOTO
11:54, Bu gün
Prezident və birinci vitse-prezident Zəngilan beynəlxalq aeroportunda görülən işlərlə tanış olublar - FOTO
11:53, Bu gün
“Şuşada düşmənə qarşı ilk döyüşən polislər olub, sonra milli ordu yarandı və...”
11:27, Bu gün
İşğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturu yenidən qurulur
11:22, Bu gün
ABŞ hərbi bazasına hücum: PUA-lar, yoxsa MiQ-29 qırıcıları vurdu?
11:17, Bu gün
“İnanın ki, gələcəyimi qurban verərdim ki, bütöv bir ailəmizə, ocağımıza dönüm...”
11:04, Bu gün
“O həkim uşaqları həmin gün Bakıya göndərsəydi, ölməzdilər” - Bayram Nurlu
11:03, Bu gün
Astarada azyaşlıya qarşı soyğunçuluqda təqsirləndirilən şəxs saxlanılıb
10:52, Bu gün
Azərbaycan 9 ayda 1 milyard manatdan çox borclanıb
10:47, Bu gün
İrandan Türkiyə açıqlaması: Sui-qəsdçilərə izn verməyəcəyik
10:39, Bu gün
Xalq artisti toyuna 1 gün qalmış evdən qaçıbmış - Video
10:31, Bu gün
Putinin illik mətbuat konfransının tarixi AÇIQLANDI 
10:29, Bu gün
Müavinət, təqaüd, kompensasiyaların ödəniləcəyi vaxt AÇIQLANDI
09:54, Bu gün
44 günlük Zəfər yolunun 25-ci gününün xronikası - VİDEO
09:51, Bu gün
Azərbaycanda həkim vəfat etdi - FOTO
09:48, Bu gün
Nyu-Yorkda peyvənd olunmayanlara maaş verilməyəcək
09:46, Bu gün
Azərbaycan Xankəndinə qanunsuz yük daşıyan iranlı sürücülər ölkələrinə qaytardı...
09:44, Bu gün
Zakir Həsənov Kəlbəcər və Laçına gedib, ordunun qışa hazırlığını yoxlayıb - VİDEO
09:43, Bu gün
Laçın dəhlizindəki 1 nömrəli nəzarət-buraxılış postundan son görüntülər … – VİDEO
09:37, Bu gün
“Mənə orkestr adam deyirlər, evdə 300 alət var, kamanlı alətləri çıxmaqla hamısında ifa edirəm”
09:33, Bu gün
“Çox istərdim ki, qardaşımın adı məktəbə və küçəyə verilib əbədiləşdirilsin” - Şəhid bacısı
09:30, Bu gün
Milli Məclisin deputatı Salyan rayonunda Qazi ilə görüşdü - FOTOLAR
09:26, Bu gün
Fəzail Ağamalı Salyan rayonunda Şəhidlərin anım mərasimində iştrak etdi - FOTOLAR
09:14, Bu gün
6 ay mədəsində mobil telefonla yaşadı - Ağlasığmaz...
07:19, Bu gün
Müsəlman lider məscid kompleksi tikdirmək üçün öz evlərini satdı…-İBRƏTAMİZ-FOTOLAR
06:40, Bu gün
İnsan iradəsinin düşmənləri - RAHATLIĞA DÜŞKÜNLÜK...
00:43, Bu gün
Ukrayna artilleriyaçıları Krımdan şərti tank hücumunu dəf etdilər
00:27, Bu gün
"Həyatıma girən “pis", "neqativ “ adlandırdığım insanlara da ayrıca sağolum var, çünki..."
20 Oct 2021 | 23:21
Ərinin intiharı gizlədildi, qızının faciəli ölümündən sarsıldı, evinə qapanıb nalə çəkdi
20 Oct 2021 | 23:18
Putin təsdiqlədi: Rusiyada doqquz gün qeyri-iş günü olacaq
20 Oct 2021 | 23:14
Qarabağ üzrə üçtərəfli İşçi Qrupunun növbəti görüşü baş tutub
20 Oct 2021 | 23:12
Mehriban Əliyeva Zəngilan səfərindən görüntü paylaşıb - VİDEO
20 Oct 2021 | 21:58
Mişa bu yolla Batumiyə gəlib: İttiham rəsmən elan olundu
20 Oct 2021 | 21:53
“Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var”
20 Oct 2021 | 21:27
Şuşada terrorçuluq etmiş Livanın erməni Maralı İrəvanda qəzaya düşdü...-FOTO 
20 Oct 2021 | 21:09
Süleyman Soylu iranlı həmkarı ilə görüşdü
20 Oct 2021 | 21:08
Peskov Putinin üçüncü dozanı nə zaman qəbul edəcəyini açıqlayıb
20 Oct 2021 | 21:04
“İki-üç kişi müğənni ilə dostluq edirəm, o da mənə bəs edir“
20 Oct 2021 | 21:03
“Vejnəli qızıl yatağının qanunsuz istismarında iştirak edən xarici şirkətlər məhkəməyə verilib”
20 Oct 2021 | 20:39
“Evyıxanlar, başqasının kişisindən uşaq dünyaya gətirənlər...”
20 Oct 2021 | 20:38
Moskva narahatdır: NATO təyyarələri Rusiya sərhədlərində...
20 Oct 2021 | 20:36
Prezident Zəngəzur dəhlizindən danışdı: "İstədiyimizə nail oluruq"
20 Oct 2021 | 20:35
“Qaça bilməyənlər gizlənir” - Əfqanlar yeni həyata necə alışırlar… - Əfqanıstandan reportaj
20 Oct 2021 | 20:08
İlham Əliyev: "Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir"
20 Oct 2021 | 20:00
İlham Əliyev zəngilanlıların köçürüləcəyi vaxtı AÇIQLADI
20 Oct 2021 | 19:35
"Azərbaycan uğurlu islahatları ilə təşəbbüsləri reallığa çevirir"
20 Oct 2021 | 19:30
Azərbaycanın “ağıllanan” bombaları - ARAŞDIRMA
20 Oct 2021 | 19:28
ABŞ kəşfiyyatının “qara lord"u - Qasım Süleymaninin qənimi MKİ-ni tərk edir
20 Oct 2021 | 19:22
"Tibb sübut edir ki, xoşbəxtlik yataqdan keçir, əgər bu alınmırsa, yenə əliniz cibinizdə olsun"
20 Oct 2021 | 19:20
Sahibə Qafarovanın Yunanıstana işgüzar səfəri başlayıb
20 Oct 2021 | 19:19
Azərbaycanda sayt rəhbəri və əməkdaşı həbs edilib
20 Oct 2021 | 19:02
İran 32 terrorçunu Azərbaycana niyə təhvil vermir? - İlginc faktlar
20 Oct 2021 | 18:55
““QRU” Bakıdakı ali məktəblərin bəzi tələbələrini də fəaliyyətə cəlb edib və...”
20 Oct 2021 | 18:47
Azərbaycanda fəxri adlar pulla satılır? - “Axı onlar nə oxuyurlar...“
20 Oct 2021 | 18:35
"Hökumət  istehlakçıları bu qərarların qəbulunun zəruri olduğuna inandıra  bilmir..."
20 Oct 2021 | 18:35
Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir
20 Oct 2021 | 18:31
Məhkəmədə Nərmin Quliyevanın nənəsi və əmisi dindirilib
20 Oct 2021 | 17:57
Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə DANIŞDI
20 Oct 2021 | 17:55
Prezident Zəngilan şəhərinin Baş planının hazırlanması ilə əlaqədar sərəncam imzalayıb
20 Oct 2021 | 17:49
“Yubiley çərçivəsində “Tərəqqi” medalı almaq mən və kollektivimiz üçün çox böyük şərəfdir...”
20 Oct 2021 | 17:47
“Ev işinə görə maaş verək” təklifinə kişilərdən REAKSİYA: “Xanım özünə VÖEN açdırsın”
20 Oct 2021 | 17:45
Ali Baş Komandan DSX-nin Zəngilanda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olub
20 Oct 2021 | 17:44
Prezident Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub
20 Oct 2021 | 17:43
Prezident xanımı ilə Zəngilana gedib
GÜNLÜK
20 Oct 2021 | 18:55
““QRU” Bakıdakı ali məktəblərin bəzi tələbələrini də fəaliyyətə cəlb edib və...”
20 Oct 2021 | 19:22
"Tibb sübut edir ki, xoşbəxtlik yataqdan keçir, əgər bu alınmırsa, yenə əliniz cibinizdə olsun"
20 Oct 2021 | 21:27
Şuşada terrorçuluq etmiş Livanın erməni Maralı İrəvanda qəzaya düşdü...-FOTO 
20 Oct 2021 | 16:45
“Hansı normal kişi arvadını ac qoyur ki, geyiminin, dərmanının pulunu verir...”
20 Oct 2021 | 20:35
“Qaça bilməyənlər gizlənir” - Əfqanlar yeni həyata necə alışırlar… - Əfqanıstandan reportaj
20 Oct 2021 | 15:52
“Biz əlimizdə olan məhbuslarla erməni cəmiyyətinə müəyyən mesajlar göndəririk ki...”
20 Oct 2021 | 15:35
"Azərbaycan Ermənistana və Rusiyaya qarşı daha sərt tələblərlə çıxış etməlidir"
20 Oct 2021 | 17:49
“Yubiley çərçivəsində “Tərəqqi” medalı almaq mən və kollektivimiz üçün çox böyük şərəfdir...”
20 Oct 2021 | 16:06
"50 manata şou-proqramda oxuyur, kreditə görə evini satıb"
20 Oct 2021 | 16:02
Azərbaycanda yüksək vəzifəli şəxsin tutulmasının əməliyyat görüntüləri - VİDEO
HƏFTƏLİK
18 Oct 2021 | 12:34
"Aygün, Röya kimi barlarda oxuyanlar Xalq artisti oldu, Eyyub ermənicə oxuyub fəxri ad aldı..."
15 Oct 2021 | 07:33
Xankəndində xəstəxananın qarşısı... - Bu gecəki  atışmadan sonra...-FOTO
17 Oct 2021 | 00:11
“Uşaq-muşağa fəxri ad, bizə isə işgəncə verib sənətdən küsdürürlər, günahdır, utanmırsınız?”
19 Oct 2021 | 17:44
“Ayaqlarınla nə etmək istəyirdin?”- Putinin qarşısında oturan aparıcıya sərt reaksiya... 
15 Oct 2021 | 13:18
“Zəngilanda üç böyük nəslin gəliniyəm, arzum idi ki, o yerlərə gedim...” - VİDEO
14 Oct 2021 | 21:22
Erməni terrorçuları Ağdərə-Kəlbəcər yolunda polis mayorunu necə qətlə yetirdi?..
16 Oct 2021 | 20:59
"Doğum edə bilmirəm, çünki kişi tapa bilmirəm"
18 Oct 2021 | 12:32
"Etiraz edən varsa, gəlsin isbat edim ki..."
15 Oct 2021 | 01:19
"Almaniyada bağladığım müqaviləyə görə bir müddət toya getməyə icazəm yox idi, hətta..."
16 Oct 2021 | 17:47
Kəlbəcərin bir kəndindən o birinə köçmüş bu erməni yağ-bal içində dolanır...-FOTOLAR
AYLIQ
20 Oct 2021 | 18:55
““QRU” Bakıdakı ali məktəblərin bəzi tələbələrini də fəaliyyətə cəlb edib və...”
20 Oct 2021 | 19:22
"Tibb sübut edir ki, xoşbəxtlik yataqdan keçir, əgər bu alınmırsa, yenə əliniz cibinizdə olsun"
20 Oct 2021 | 21:27
Şuşada terrorçuluq etmiş Livanın erməni Maralı İrəvanda qəzaya düşdü...-FOTO 
20 Oct 2021 | 16:45
“Hansı normal kişi arvadını ac qoyur ki, geyiminin, dərmanının pulunu verir...”
20 Oct 2021 | 20:35
“Qaça bilməyənlər gizlənir” - Əfqanlar yeni həyata necə alışırlar… - Əfqanıstandan reportaj
20 Oct 2021 | 15:52
“Biz əlimizdə olan məhbuslarla erməni cəmiyyətinə müəyyən mesajlar göndəririk ki...”
20 Oct 2021 | 15:35
"Azərbaycan Ermənistana və Rusiyaya qarşı daha sərt tələblərlə çıxış etməlidir"
20 Oct 2021 | 17:49
“Yubiley çərçivəsində “Tərəqqi” medalı almaq mən və kollektivimiz üçün çox böyük şərəfdir...”
20 Oct 2021 | 16:06
"50 manata şou-proqramda oxuyur, kreditə görə evini satıb"
20 Oct 2021 | 16:02
Azərbaycanda yüksək vəzifəli şəxsin tutulmasının əməliyyat görüntüləri - VİDEO