Göygöldəki Nizami Gəncəvi abidəsinin baxımsız vəziyyətdə olması ilə bağlı redaksiyamıza məlumat daxil olub. Moderator.az həmin müraciəti olduğu kimi təqdim edir:
“870 illiyi təntənə ilə qeyd olunan Nizami Gəncəvi hər
bir Azərbaycanlı üçün əzizdir. Dövlətimiz tərəfindən dünyanın hər bir tərəfində
Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsi və təbliği üçün silsilə tədbirlər
keçirilir. Artıq əminliklə deyə bilərik ki, farsların Nizami Gəncəviyə sahib
çixması və onu fars şairi kimi təqdim etmək istəyi fiaskoya uğrayıb. Dünya
Nizamini Azərbaycanın dahi şairi kimi qəbul edir.
Bütün
bunlara baxmayaraq turistlərin ən çox axın etdiyi Göygöl rayonunda Nizami Gəncəvinin
abidəsi məzara oxşar formada hazırlanıb və heykəlin özü də digər büstlərdən fərqlənir.
Hətta bəzi başbilənlər iddia edirlər ki, Nizami Göygöldə dəfn olunub. Bununla
yanaşı Xəmsə adı altında Xəqani, Nizami və Məhsətinin şəkilləri əks olunmuş
abidənin də nə məqsəd daşıdığı heç kəsə bəlli deyil. Bu yalnız və yalnız
insanları çaşdırmağa xidmət edir. Göygöl Rayon Icra Hakimiyyəti bu rəzalətə son
qoysa çox yaxşı olar”.