Müharibə ehtimalı 70 faizdir: Ukrayna tək qalacaq və Rusiya... - SENSASİON DETALLAR
Siyasət
Oxunub: 980
27 Jan 2022 | 15:24
Müharibə ehtimalı 70 faizdir: Ukrayna tək qalacaq və Rusiya... - SENSASİON DETALLAR

Son günlər Ukrayna ilə Rusiya arasındakı gərginlik pik həddə çatıb. Kiyev və Moskva bir-birini təhdid etməklə məşğuldur. ABŞ Kiyevdəki səfirlik əməkdaşlarını təxliyə etməyə başlayıb. NATO “açıq şəkildə kömək etməyəcəyik” deyə bəyanat verib. Britaniya isə durmadan Ukraynaya silah daşıyır. 

Bəs, müharibə ehtimalı nə qədərdir? Azərbaycan və Türkiyə tandemi bu savaşda kimin yanında olacaq? 

Politoloq Cümşüd Nuriyev Publika.az-a müsahibəsində bildirib ki, Ukrayna və Rusiya arasındakı müharibə ehtimalı hazırda 60-70 faizdir.

Müsahibəni təqdim edirik:

- Cümşüd müəllim, Ukrayna ilə Rusiya arasında müharibə ehtimalı hazırkı durumda nə qədərdir? 

- Hər iki tərəfin münasibətlərindən görünən odur ki, tərəflər bir-birini hədələyir. Amma Qərb-İngiltərə və ABŞ mətbuatı üçün artıq müharibə “başlayıb”. Yəni, iki qütb arasındakı məsələləri təqdim etməklə məşğuldurlar. Hətta Qərb mediası desant qüvvələrinin də şəkillərini paylaşıb ki, guya ruslar desant itlər alır. Amma fikrimcə, müharibə olması ehtimalı yüksəkdir. Çünki burada iki məsələ var. Birincisi, Ukraynanın başqa çıxış yolu qalmayıb. İkincisi, Rusiyada sosial gərginlik var və həmin gərginliyi hərbi müstəviyə keçirmək Prezident Vladimir Putinə sərf edir. Çünki Kremlin strategiyasında sosial qarşıdurmanın yeni inqilaba gətirib çıxarması kimi xarakterizə olunur. Ona görə də Ukrayna ilə Rusiya arasındakı müharibə ehtimalı hələ ki, çox yüksək qalır. Hazırkı duruma görə, müharibənin olma ehtimalı 60 faizdir. Hətta deyərdim ki, 60-70% arasındadır. 

- Ukrayna müharibə istəyirmi? 

- İş orasındadır ki, Ukraynanın Müdafiə naziri Aleksey Reznikov, həm də Xarici İşlər naziri Dmitri Kulebanın bəyanatları, məsələlərə münasibətləri daha çox qorxaq uşaq statusundadır. Yəni, Ukrayna Rusiyanı hədələsə də, geri çəkilmək qorxusu ilə bəyanatlar verir. Bəlkə də onların bəyanatlarını ruslar bizə o cür təqdim edirlər. Amma bütün hallarda bəyanatlar ukrayn dilindədir, ona görə də onların nə dərəcədə dəqiq ifadə olunduğunu deyə bilmərəm. Ukraynanın bəyanatlarının rus dilindəki tərcüməsinə baxdım, görünən odur ki, Vladimir Zelenskinin hakimiyyətində çalışanlar bir növ siyasi cəhətdən təcrübəsizdir. Qarşı tərəfdə xisləti hiyləgər və xarakteri həddindən artıq mürəkkəb Sergey Lavrov var.

- Danışıqlar müstəvisində Sergey Lavrov amili  nə dərəcədə təhlükəlidir?

- Sergey Lavrov dünən Dövlət Dumasında Ukrayna ilə münasibətləri gündəmə gətirdi. Həm kommunistlər, həm də Rusiya Liberal Demokrat Partiyasının (RLDP) təmsilçiləri xarici işlər nazirinin mövqeyini dəstəklədilər. Görünən odur ki, Rusiya qanunvericilik səviyyəsində də müharibə istəyir. 

- NATO Ukraynanı Rusiya ilə savaş meydanında təkbaşına buraxdı, yoxsa başqa səbəblər var?

- Hətta Azərbaycanda bir çox siyasətçilər bəyan etmişdi ki, NATO Ukraynanı öz ordusu ilə dəstəkləməyəcək. Bu, birmənalıdır. Çünki bu, NATO nizamnaməsinin beşinci bəndində də öz əksini tapıb. Orada qeyd olunur ki, ancaq bu təşkilata üzv olan dövlətlərdən birinə kənar müdaxilə baş verərsə, canlı qüvvədən istifadə həmin vaxt mümkün ola bilər. Bu da mümkünsüzdür. Ona görə ki, Ukrayna NATO üzvü deyil. İndiki halda ən çox İngiltərə canfəşanlıq edir. Bir də Birləşmiş Ştatların canfəşanlığını görmək mümkündür. Çünki onların hərbi elitasının Rusiyada maraqları var. Nəzərə alaq ki, Rusiyada neftçıxarma sahəsi üzrə ingilis şirkətləri də var. Bunlar transmilli şirkətlərdir. Görünən odur ki, son hadisələrdə İngiltərə daha çox maraqlıdır. Təbii ki, NATO hazırda dişsiz siyasət yürüdür. Guya, bu vaxta qədər NATO Rusiyaya qarşı dayanmışdı. Amma görünən mənzərə fərqlidir. Bizdə belə bir misal var, sən vur, arxanda durmuşam və ya dayanmışam dağ kimi, əsirəm yarpaq kimi... Əslində, NATO heç nə etməyəcək. Hazırda Şimali Atlantika Müqaviləsi Təşkilatı Ukraynaya maliyyə yardımı göndərməklə məşğuldur. Bu yardımların həcmi o qədər də böyük deyil. Almaniya cəmi 5 milyon avro və səhra hospitalı verir. Fransa ümumiyyətlə, oyundan kənarda qalıb. Xorvatiya isə öz ordusunu geri çəkir. Əsas yaxacıran tərəflər Polşa və İngiltərədir. Amma Polşanın da maliyyə imkanları məhduddur. Ordu ilə savaşa girməsi isə hərbi müdaxilə deməkdir. 

- O zaman Qərbin və NATO-nun Ukrayna məsələsində əsas maraqları nələrdir?

- NATO istəyir ki, Ukraynanın özü Rusiya ilə vuruşsun. Onların marağı qırılası da deyil. Onların Ukraynanın ərazi bütövlüyünü bərpa etməsi, demokratikləşməsi kimi maraqları yoxdur. NATO-nun əsas marağı Rusiyanı zəiflətməkdir. Qərb Rusiyanı çökdürməyə çalışır. Beləliklə, Rusiyanın resurslarına sahiblənmək istəyirlər. Eyni zamanda, Rusiya və Çin duetini təkləməyə çalışırlar. Bu iki duet Qərb və NATO üçün çox təhlükəlidir. Qərbin və NATO-nun hərəkətləri Moskva-Pekin tandemini təkləməyə xidmət edir. NATO bundan başqa heç nə etməyəcək. 

- Xarici ölkələr səfirlik əməkdaşlarını, ümumiyyətlə, vətəndaşlarını Ukraynadan təxliyə etməyə başlayıb. Bu, nədən xəbər verir?

- Bu, Birləşmiş Ştatların çoxdan istifadə olunmuş taktikasıdır. Kissincerin əsərlərində də var; hər hansı bir ölkədə qorxu yaratmaq, başqa ölkələrlə həmin dövlətin münasibətlərini korlamaqdan ötrü belə bir diplomatik gedişdən istifadə edirlər. Zbiqnev Bzejinskinin “Böyük şahmat taxtası” əsərində də Amerikanın bu taktikası bəyənilir. ABŞ hazırda Ukraynada müharibə ehtimalını artırmaqla məşğuldur. Müharibənin baş verəcəyi yox, olma istəyi bunu gündəmə gətirir. 5-6 diplomatik heyəti geri çəkmək heç nəyi dəyişmir. Amma Kiyevdə 5-6 dövlətin konsulluğu, səfirliyi yoxdur. Bildiyimə görə, orada 70-dən çox ölkənin səfirliyi var. Bizdən fərqli olaraq Ukraynada başqa ölkələrin səfirlikləri çoxdur. Sual olunur, bəs niyə Asiya, Afrika, Cənubi Amerika ölkələri öz səfirliklərini geri çəkmir?! Bir neçə Qərb ölkəsi və ABŞ səfirliklərini Kiyevdən geri çəkir. Görünən odur ki, bu ssenarinin başında anqlo-sakslar dayanır. Rusiyaya qarşı gələnlər də onlardır. Əgər tarixə nəzər salsaq, görərik ki, nə vaxt anqlo-sakslar hansı dövlətin üzərinə gəliblərsə, mütləq oranı qarışdırıblar. Ən azından maraqlarını 70-80% təmin ediblər. Hazırda anqlo-saksların regionda əsas maraqları iqtisadi xarakterlidir. Çünki pandemiyadan sonra Çin çox sürətlə önə keçib. Obrazlı desək, ABŞ-ın tavanı ilə dabanı pandemiyadan sonra bərabər olub. Nə istehsal edə bilirsə, o qədər ümumi daxili məhsulu var. Üstəlik, bir o qədər də borcu mövcuddur. Söhbət 21 trilyonluq borcdan gedir. Ümumi daxili məhsulu da elə bu qədərdir. 

- Bəs Almaniyanın Ukraynaya qarşı soyuq davranışı nədən xəbər verir?

- Bəli, burada Almaniya oyundankənar qalır. Berlin Moskva ilə münasibətlərini korlamaq istəmir. Almaniya başa düşür ki, bütün müharibələrin arxasında zaman-zaman İngiltərə olub. Birinci və İkinci Dünya müharibələrinə baxmaq kifayətdir. İngilis-bur müharibələrindən tutmuş, ingilis-fransız müharibələrinə qədər. Son 500 ildəki bütün müharibələrin hamısını ingilislər həyata keçirib. Bu müharibələrin hesabına heç bir resursu olmayan dövlət hazırda dünyada ən varlı ölkədir. Britaniya hazırda dünyada milli valyutası ən dəyərli olan dövlətdir. İngiltərəyə indi yeni ərazilər lazımdır ki, işğal olunmuş yerlərdən yeni təbii sərvətlər gətirilsin. Ötən əsrin əvvəllərində Azərbaycandan aparılan təbii sərvətlər indi-indi üzə çıxır. İndi dünyanın müxtəlif muzeylərində sərgilənir. Elə İraqdan, Suriyadan, Əfqanıstandan da o cür apardılar. İndi İngiltərəyə yeni bazar lazımdır. Bu, istila bazarıdır. Bu da ən yaxşı halda Rusiyadır. Çünki dünya resurslarının 21 faizi Rusiyada cəmlənib. Yəni, bütün müharibələr iqtisadi maraqlardan doğub. Hazırda yeni dünya düzənini formalaşdırmaq istəyən anqlo-sakslar həmin düzəndə Rusiyanı görmək istəmirlər. Ona görə də çalışacaqlar ki, müharibə olsun. 

- Əgər müharibə başlayarsa, Azərbaycanın və Türkiyənin mövqeyi necə olacaq? 

- Azərbaycan Prezidenti yanvarın 14-də Kiyevə səfər etdi. Bundan da əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri baş tutmuşdu. Hətta Ərdoğanın fevral ayında da Ukraynaya səfəri gözlənilir. Bakı və Ankara açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Krımın Ukraynanın halal ərazisi olduğunu həm Bakı, həm də Ankara qəbul edib. Ona görə də müharibə olarsa, Azərbaycan və Türkiyə Ukraynaya diplomatik dəstək verəcək. Bundan artıq addım atılacağına inanmıram. 

Oxşar xəbərlər
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"