UNEC İqtisadi Forumu 2021: “Postpandemiya dövründə elm və təhsil”
Oxunub: 753
02 Dec 2021 | 16:24
UNEC İqtisadi Forumu 2021: “Postpandemiya dövründə elm və təhsil”
Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin dəstəyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu-2021 dekabrın 2-də öz işini davam etdirib.
 
Forumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, UNEC rektoru professor Ədalət Muradov, Nobel mükafatı laureatı professor Aziz Sancar, Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar, Almaniyanın Münhen Tədqiqat Universitetinin Təhsil İnstitutunun professoru Məsud Əfəndiyev, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, elm və təhsil üzrə xarici və yerli eskpertlər iştirak ediblər.
 
“Postpandemiya dövründə elm və təhsil” mövzusuna həsr olunan panelin açılışında şəhidlərin xatirəsi yad edilib və Dövlət himni səsləndirilib.
 
UNEC rektoru professor Ədalət Muradov forum iştirakçılarını salamlayaraq, panelin postkovid dövründə elm və təhsilə elmi baxış mövzusuna həsr olunduğunu deyib. Pandemiyanın elm və təhsilə baxışları dəyişdirdiyini və gələcəklə bağlı cavabı gözləyən çoxsaylı sualları ortaya qoyduğunu diqqətə çatdıran rektor, böhranın ilk dövründə distant təhsilə keçidin yaranan problemləri aradan qaldıracağı düşüncəsini formalaşdırdığını bildirib: “Bütövlükdə təhsil sistemində atılan addım onu deməyə əsas verir ki, məsafədən təhsil həll yolu kimi qəbul edilmir. Məsafədən təhsillə təhsilin davamlılığı təmin edilsə də, elmdə fərdiçiliyə sanki “yaşıl işıq” yandırıldı. Elmin gələcəyi ilə bağlı yeni elmi kommunikasiyalar və onların formaları ilə bağlı ciddi suallar var”. Rektor panellərdə bu sualların həlli istiqamətində müzakirələrin aparılacağını, forumun ölkəmizin gələcək inkişafı ilə bağlı əhəmiyyət kəsb edən sualların cavablandırılması üçün platforma rolunu oynayacağını deyib.
 
Sonra Nobel mükafatı laureatı, dünya şöhrətli alim professor Aziz Sancar pandemiya dövrünün elm adamları üçün yaratdığı problemlərdən söz açıb. Həmin dövrdə tədqiqat qruplarının daim elmi axtarışlarda olduğunu deyən alim, işçilərin qapalı şəraitdə çalışdığını, psixoloji durumlarında ciddi problemlər yaşandığını deyib.
 
Forumda çıxış edən təhsil naziri Emin Əmrullayev forumun dövlət müstəqilliyinin bərpasına və böyük Zəfərə həsr olunmasının özünəməxsus əhəmiyyəti olduğunu xüsusi vurğulayıb. Ölkənin bundan sonrakı elm və təhsil sahəsində fəaliyyətinin məhz müstəqillik və zəfərlə bağlı olduğunu deyib. Postpandemiya dövründə təhsil sahəsində yaranan problemlərdən və onların həlli yollarından söz açan nazir, elm və təhsil sahəsində dövlətin qərarvermə modeli üzərindən məsələyə yanaşıb. O, pandemiya dövründə verilən emosional və rasional qərarlar arasındakı fərqi təhlil edərək, rasional qərarların daha ciddi dəlillərə əsaslandığını diqqətə çatdırıb. Nazir təhsil və elm siyasətinin qarşısında duran əsas məqsədin bu sahədə əlçatanlığın və keyfiyyətinin artırılması, müxtəlif sosial qruplardan olan insanlara bərabər imkanların yaradılması olduğunu bildirib. Təhsilin keyfiyyətinə yeni baxışın formalaşmasının vacibliyini diqqətə çatdıran E.Əmrullayev aidiyyatı olan dövlət və digər müstəqil qurumların keyfiyyətə nəzarət mexanizmlərinin olmasının labüdlüyünü bildirib. Nazir ali təhsilin keyfiyyətinin ölçülməsi meyarlarını da açıqlayıb: “Hazırda bir çox problemlərin həlli elmi-tərəqqi və tədqiqatlardan asılıdır. Başa düşməliyik ki, resurslar məhduddur. Bu məhdudiyyətlə hansı sahələri necə inkişaf etdirməyi düşünməliyik. Prosesə bu gün başlamalıyıq ki, nəticəni 20-30 ildən sonra görə bilək. Bilik və bacarıq kafi şərtlərdir, əsas motivasiyadır. Pandemiya göstərdi ki, dünyada dəyər zəncirləri necə kövrəkdir". Nazir pandemiya dövrünün önəmli məsələlərindən birinin də ayrı-ayrı sosial iqtisadi qrupların öyrənmə prosesinin monitorinq məsələsi olduğunu bildirib.
 
Türkiyənin Ali Təhsil Şurasının rəhbəri rəhbəri Erol Özvar pandemiyanın ali təhsil sahəsində yaratdığı təsirlərindən danışıb. Bu böhranın bütün sahələrdə olduğu kimi, təhsil sahəsində yeni vərdişlər yaratdığını, ali təhsil paradiqmasının dəyişməsinin qaçılmaz olduğunu deyib. Distant təhsilin
 
alternativinin olmadığını və bır sıra çağırışlarla xarakterizə edildiyinə diqqət çəkən YÖK rəhbəri, ali təhsildə insan amilinin dəyişməli olduğunu bildirib. E.Özvar rəqəmsal informasiya cəmiyyəti və rəqəmsal iqtisadiyyatın tələblərindən də söz açıb: “Rəqəmsal transformasiya nəticəsində insan resurslarına tələblər dəyişib. Rəqəmsallaşma məşğulluq sahəsində də ciddi dəyişikliklər yaradıb. Ali təhsil müəssisələri əmək bazarının tələblərinə uyğun olaraq, rəqəmsal bacarıqların artırılmasına yönəldilən tədris proqramlarına daha çox üstünlük verməlidirlər”.
 
Almaniyanın Münhen Tədqiqat Universitetinin Təhsil İnstitutunun professoru Məsud Əfəndiyev ölkələrin inkişafında elm və təhsilin rolundan söz açıb. O, bəşəriyyətin gələcəyi üçün təhsilin, elmin və mədəniyyətin rolunun əvəzedilməz olduğunu, təhsil sistemində və tədris mühitində ən vacib faktorun tələbə olduğunu deyib: “Belə bir ana deyimi var ki, “Mən öyrəndiklərimin bir çox hissəsini müəllimlərdən, daha çoxunu həmkarlardan, ən çoxunu isə tələbələrdən öyrənmişəm”. Alim pandemiyanın yaratdığı yeni vərdişlərdən, süni zəka və V sənaye inqilabının tələblərindən də danışıb.
 
Çıxışlardan sonra panel məruzəçiləri iştirakçıların suallarını cavablandırıblar.
 
Forum çərçivəsində UNEC alimlərinin müəllifi olduqları “Elektron ticarət və elektron ixracat”, “Sosial elmlərdə tədqiqat metodları”, “Rəqəmsal marketinq və sosial media” kitablarının təqdimatı olub. Bildirilib ki, “SABAH” magistratura layihə çərçivəsində yazılan və tədris prosesində istifadə olunacaq “Rəqəmsal marketinq və sosial media” və “Elektron ticarət və elektron ixracat” dərslikləri Azərbaycan dilində hazırlanmış ilk ədəbiyyatdır. Kitabın əsas özəllikləri onların yerli, beynəlxalq özəl sektor və akademik bazaya aid bir çox xüsusiyyəti özündə əks etdirməsidir.
 
Forumda UNEC ilə Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universiteti (TSNUK) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
 
UNEC rektoru professor Ədalət Muradov ilə T.Şevçenko adına Kiyev Milli Universitetinin (TSNUK) rektoru professor Volodymyr Bugrov arasında imzalanan müqavilədə birgə elmi-tədqiqat təcrübəsi və araşdırmaların aparılması, bakalavr, magistratura və doktorantura proqramlarının hazırlanması, tələbə və akademik heyət mübadiləsinin genişləndirilməsi və inkişaf etdirilməsi, birgə elmi nəşrlər hazırlanması və mübadiləsi nəzərdə tutulub.
 
Sonra “SPRİNGER” nəşriyyat şirkətinin iqtisadiyyat üzrə redaktə məsələləri direktoru Kristian Rausçerin tədqiqatçılarla görüşü keçirilib.
 
Forum “İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar” mövzusuna həsr olunan Panel 3 çıxışları ilə davam edib.
 
 
 
 
 
 
Oxşar xəbərlər
12:33, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
12:28, Bu gün
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər
12:25, Bu gün
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
12:21, Bu gün
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
12:17, Bu gün
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
12:15, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:07, Bu gün
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
12:00, Bu gün
Müqəddəs peşəni sevdirənlər
11:46, Bu gün
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
11:42, Bu gün
Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq
11:41, Bu gün
Zelenski: Konqres Ukraynaya dəstək paketi ilə bağlı müvafiq qərar qəbul etməlidir
11:37, Bu gün
Xarici ölkələrdə işlə təmin etmək adı altında pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb
11:33, Bu gün
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
11:32, Bu gün
Sumqayıt qatarını daşa basan azyaşlılar valideynləri ilə birgə polis şöbəsinə aparılıb
11:31, Bu gün
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
11:29, Bu gün
Türkiyədə terror təşkilatının məsul şəxslərindən biri saxlanılıb
11:27, Bu gün
Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunub
11:16, Bu gün
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
10:59, Bu gün
Bakı avtovağzalından Dairəvi yola çıxışda hərəkət məhdudlaşdırılacaq
10:56, Bu gün
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
10:54, Bu gün
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
10:51, Bu gün
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
10:50, Bu gün
Baytarlıq preparatlarının hansı hallarda heyvan və insan sağlamlığı üçün risk təşkil etdiyi açıqlanıb
10:48, Bu gün
Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb
10:46, Bu gün
Azərbaycanlı yeniyetmə çempion oldu
10:28, Bu gün
Ombudsman: Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb
10:23, Bu gün
Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi - FOTO
10:20, Bu gün
Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir
10:09, Bu gün
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
10:09, Bu gün
Bakı Şəhər İcra Hakimiyyət vətəndaşlara ÇAĞIRIŞ ETDİ
10:01, Bu gün
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
09:59, Bu gün
Qırğızıstanda “TikTok”un fəaliyyəti dayandırıldı
09:57, Bu gün
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
09:44, Bu gün
Xankəndidə qumbara və avtomatlar tapılıb
09:43, Bu gün
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
09:32, Bu gün
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
09:26, Bu gün
Astarada avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
09:24, Bu gün
Ukraynanın Baş naziri: Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq
09:13, Bu gün
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
09:11, Bu gün
Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb
09:05, Bu gün
Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur - FOTO
08:48, Bu gün
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
08:46, Bu gün
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
08:44, Bu gün
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
08:42, Bu gün
Hamamda mahnı oxumağı sevən ÜÇ BÜRC
08:41, Bu gün
Ağdamda minaatan qurğular aşkar edilib
08:00, Bu gün
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
05:52, Bu gün
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
04:57, Bu gün
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
04:56, Bu gün
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
04:54, Bu gün
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:08
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 23:02
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 22:55
Qırğızıstan “TikTok”u qadağan edə bilər
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 22:37
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
17 Apr 2024 | 22:36
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
17 Apr 2024 | 22:35
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
17 Apr 2024 | 22:29
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
17 Apr 2024 | 22:23
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
17 Apr 2024 | 22:16
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
17 Apr 2024 | 22:14
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
17 Apr 2024 | 22:11
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
17 Apr 2024 | 21:55
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
17 Apr 2024 | 21:52
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
17 Apr 2024 | 21:50
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
17 Apr 2024 | 21:48
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
17 Apr 2024 | 21:44
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
17 Apr 2024 | 21:42
Buraxılış imtahanlarına asan suallar salınıb? - AÇIQLAMA + VİDEO
17 Apr 2024 | 21:30
Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
17 Apr 2024 | 21:15
Uelsdə silah zavodunda PARTLAYIŞ
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
17 Apr 2024 | 21:03
BDU -da Aqil Abbasla tələbələrin görüşü keçirilib
17 Apr 2024 | 20:59
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
17 Apr 2024 | 20:49
"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət
17 Apr 2024 | 20:47
“Bir gün konservatoriyanın qabağında dayananda onu gördüm”
17 Apr 2024 | 20:46
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
17 Apr 2024 | 20:37
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17 Apr 2024 | 20:29
Yaponiya sahillərində güclü zəlzələ olub
17 Apr 2024 | 20:28
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
GÜNLÜK
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 13:51
Kreml TƏSDİQLƏDİ: Sülhməramlılar Qarabağdan çıxır
17 Apr 2024 | 12:40
Aytənin həyat yoldaşı: “Qabırğaları qırılıb”
17 Apr 2024 | 13:40
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq
17 Apr 2024 | 15:02
Aytən Səfərovanın düşdüyü QƏZA ANI - VİDEO
17 Apr 2024 | 15:54
Həkim hemofiliya xəstəliyindən DANIŞDI: yaş irəlilədikcə... - FOTO
17 Apr 2024 | 12:45
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17 Apr 2024 | 12:55
Paris Bakıdakı səfiri niyə geri çağırdı? - TƏHLİL
17 Apr 2024 | 14:47
İşğal altında olan Krımda Rusiya ordusunun əsas logistika mərkəzi od tutub yanır
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 13:51
Kreml TƏSDİQLƏDİ: Sülhməramlılar Qarabağdan çıxır
17 Apr 2024 | 12:40
Aytənin həyat yoldaşı: “Qabırğaları qırılıb”
17 Apr 2024 | 13:40
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq
17 Apr 2024 | 15:02
Aytən Səfərovanın düşdüyü QƏZA ANI - VİDEO
17 Apr 2024 | 15:54
Həkim hemofiliya xəstəliyindən DANIŞDI: yaş irəlilədikcə... - FOTO
17 Apr 2024 | 12:45
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17 Apr 2024 | 12:55
Paris Bakıdakı səfiri niyə geri çağırdı? - TƏHLİL
17 Apr 2024 | 14:47
İşğal altında olan Krımda Rusiya ordusunun əsas logistika mərkəzi od tutub yanır