"Macar tərəfi Bakının təklifini məmnunluqla qəbul etdi" - Ramil Səfərovun ekstradisiyası...
Hadisə
Oxunub: 8062
21 Nov 2021 | 19:39

Vilayət QULİYEV
Azərbaycanın Macarıstandakı keçmiş səfiri

(Əvvəli "525-ci qəzet"in ötən şənbə sayında)

Təsadüflər, həm də təbii ki, xoşbəxt təsadüflər bəzən uğurun yarısına çevrilir. Hazırlıq mərhələsi təxminən iki il sürən ekstradisiya məsələsində də belə uğurlu təsadüflərin rolu az olmadı. Azərbaycan və Macarıstan rəhbərlərinin yaxın zamanlarda harada, hansı şəraitdə, necə görüşə biləcəkləri üzərində ciddi-cəhdlə düşündüyüm bir vaxtda, Bakıdan, Prezidentin Protokol xidmətindən zəng gəldi. Macarıstan Baş naziri Viktor Orbanın 30-31 iyun 2012-ci il tarixlərində ölkəmizdə keçiriləcək Beynəlxalq Qrans Montana forumunda iştirak imkanlarını və istəyini araşdırıb məlumat vermək xahiş olunurdu. Həmin anda necə sevindiyimi təsəvvür etmək çətin deyil. Bu, göydəndüşmə fürsət idi. Mütləq Macarıstan hökuməti başçısının Azərbaycana səfər etməsinə nail olmaq lazım idi.

Dərhal Baş nazir ofisinin beynəlxalq əlaqələr və beynəlxalq iqtisadi münasibətlər üzrə dövlət katibi, Viktor Orbanın yaxın adamı kimi tanınan Piter Siyyarto ilə əlaqə yaratdım. Vacib bir məsələ ətrafında fikir mübadiləsi aparmaq üçün görüşmək istədiyimi bildirdim. İki gün sonra artıq onun Parlament binasında, məşhur Layoş Koşut meydanına baxan kiçik, rahat kabinetində oturmuşduq.

Piter Siyyarto Bakıdan gələn təklifi maraqla, hətta deyərdim ki, sevinclə qarşıladı. 2010-cu ildə Baş naziri qısa müddətli Bakı səfərində müşayiət etmişdi. Öz dediyinə görə, həmin vaxtdan paytaxtımızın vurğununa çevrilmişdi. Son illər həyata keçirilən layihələr, görülən işlərlə yaxından maraqlanırdı. Azərbaycanı Budapeştin bir sıra iqtisadi maraqlarının, ilk növbədə isə enerji təhlükəsizliyinin həlli baxımından açar ölkələrdən biri sayırdı. Xalqlarımız və dövlətlərimiz arasında bütün səviyyələrdə dialoq tərəfdarı idi. Bəlkə də bu amilləri göz önünə gətirib hələ bossuna məlumat vermədən səfərin gerçəkləşəcəyi ilə bağlı əminliyini bildirdi.

Təbii ki, macar rəsmisinin mövqeyini başa düşmək mümkün idi. Əvvəla, harada keçirilməsindən asılı olmayaraq Qrans Montana forumu kifayət qədər nüfuzlu iqtisadi toplantıdır. Orada dünyanın tanınmış iqtisadiyyat və maliyyə institutlarının rəhbərləri ilə ünsiyyət qurmaq, faydalı müzakirələr aparmaq, müəyyən layihələrə qoşulmaq mümkündür. İkincisi, yuxarıda da xatırlatdığım kimi, Viktor Orban iki il əvvəl Bakıda olmuş, ölkəsi adından rəsmən  AQRİ layihəsinə qoşulduğunu bəyan etmişdi. İndi yenidən Prezident Əliyevlə görüşməyi, həm adı çəkilən layihə, həm də qarşılıqlı iqtisadi əlaqələrin digər mümkün yolları və variantları barəsində dialoqu davam etdirmək istəməsi tamamilə təbii idi. Üçüncüsü, Orban hökumətinin xarici siyasət kursunun əsas istiqamətlərindən biri artıq əvvəldə də qeyd etdiyim kimi,  "Şərqə açılım" adlanırdı və bu proqram Azərbaycan da daxil bir sıra Qafqaz, Mərkəzi Asiya, Yaxın və Orta Şərq ölkələri ilə daha sıx iqtisadi-mədəni əlaqələr qurmağı nəzərdə tuturdu. Paytaxtımız isə bu layihədə etibarlı körpü rolunu oynaya bilərdi. Deməli, Bakı səfəri xarici iqtisadi əlaqələrin yeni istiqaməti ilə bağlı fikir mübadiləsi aparmaq baxımdan da fayda gətirə bilərdi.

Həmin gün Piterlə söhbətimiz bir saata qədər çəkdi. Siyasətdən, futboldan, macar və Azərbaycan tarixindən, xalqlarımızı yaxınlaşdıran mədəni-mənəvi tellərdən, Macarıstanın türk dünyası ilə etnik-linqvistik bağlılığından, Dağlıq Qarabağ sorunundan danışdıq. Yüksək mədəniyyəti, ağıllı və düşünülmüş mülahizələri, pozitiv aurası məndə 34-35 yaşlı gəncin çox qabağa gedəcəyi ilə bağlı təəssürat yaratdı. Həm də bu, tək mənim gəldiyim qənaət deyildi. Onunla ünsiyyətdə olan digər diplomat həmkarlarım da belə düşünürdülər və bir müddət sonra gözləntilər həqiqətə çevrildi. 2014-cü ilin mayında növbəti parlament seçkilərində qələbə qazanıb yeni hökumət qurmaq səlahiyyəti qazanan Viktor Orban həmin il sentyabrın 23-də etimad bəslədiyi Piter Siyyartonu xarici işlər və  ticarət naziri vəzifəsinə təyin etdi. Və indiyə qədər də bu vəzifədə uğurla çalışmaqdadır.

Lakin təqvimdə 2012-ci il idi. Qeyd etdiyim dəyişikliklərə hələ çox qalırdı. Görüşümüzdən bir neçə gün sonra, yanılmıramsa mayın sonunda Peter Siyyarto zəng edib Baş nazirin dəvəti məmnuniyyətlə qəbul etdiyini və forumun işinə qatılacağını bildirdi. Minnətdarlığımı çatdırandan sonra yaxın günlərdə yenidən görüşməli olacağımızı söylədim. Piter əsla təəccüblənmədən vaxt təyin elədi.

Çünki görüşümüzdən keçən günlər ərzində ortaya yeni ideya çıxmışdı. Bu da Macarıstan Baş nazirinin işgüzar səfərinə rəsmi status verilməsi ilə bağlı idi. Beynəlxalq protokol təcrübəsində belə hallara təsadüf edilir. Hər hansı forum, yaxud təntənəli mərasimdə iştirakdan sonra əcnəbi dövlət, yaxud hökumət başçısının rəsmi qarşılanma mərasimi keçirilir, ikitərəfli görüş və danışıqlar başlanır. Əgər zərurət duyulursa, lazımi sənədlər imzalanır. Viktor Orban Bakıya əvvəldə də qeyd etdiyimi kimi, artıq bir dəfə, amma işgüzar səfərə gəlmişdi. İkinci səfərə rəsmi status verməklə həm də ona və ölkəsinə bəslədiyimiz rəğbəti, marağı nümayiş etdirirdik. Ən başlıcası isə beynəlxalq forumda iştirakdan fərqli olaraq ikitərəfli səfər zamanı ölkə rəhbərləri rəsmi və qeyri-rəsmi formatda görüşüb danışa bilərdilər.

Prezidentin Protokol xidməti səfərin statusunun yüksəldilməsi ilə bağlı  təklifi operativ şəkildə Macarıstan hökumətinin başçısına çatdırıb müvafiq hazırlıq işləri görülməsi üçün tələsdirirdi. Piter Siyyarto ilə növbəti görüşdə məqsəd də bu yeniliyin müzakirəsi idi. Macar tərəfi Bakıdan gələn təklifi  məmnunluqla qəbul etdi. Hər iki tərəfdən hazırlıqlara başlandı...

Baş nazirin gözlənilən Bakı səfəri haqqında Qabora xəbər çatdırdım. Hansısa müraciətə ehtiyac olmadığını, tezliklə iki liderin aylardan bəri üzərində işlədiyimiz məsələ barəsində üzbəüz söhbət etmək imkanının yaranacağını dedim. Bizi maraqlandıran məsələ ilə bağlı dialoqun mümkünlüyü barəsində macar tərəfinin təsdiqedici məlumatının çox yerinə düşəcəyini yada saldım. Bakının təklifinin macar rəhbərliyi üçün gözlənilməz olmamasının zəruriliyini bir daha xatırlatdım.

Piter Siyyarto ilə növbəti görüşümüz daha səmimi atmosferdə keçdi. Yenə də hadisələri qabaqlayaraq Baş nazirin rəsmi səfər imkanından mütləq yararlanacağını vəd etdi. Sonra isə gözləmədiyim halda bir qədər üstüörtülü şəkildə də olsa  Ramil Səfərov mövzusuna keçdi. Viktor Orbanın Bakıya indiki səfərinin onun həyatını kökündən dəyişdirə biləcəyinə işarə vurdu. İndiyə qədər apardığım söhbətlərdən xəbərdar olduğunu, hökumət başçısından tapşırıq aldığını, bundan sonra ekstradisiya məsələsi ilə bağlı birgə çalışacağımızı bildirdi. Artıq Bakıdakı macar səfirinə də müvafiq təlimatın verildiyini dedi. Mümkün qədər tez bir vaxtda məhbus zabitin işi haqqında macar, yaxud ingilis dilində müxtəsər material hazırlamağımızı xahiş etdi. Həmin məlumat məsələ ilə daha yaxından tanışlıq üçün Bakı səfəri ərəfəsində Baş nazirə təqdim olunacaqdı.

Həqiqətən də Piter Siyyartonun yanından çıxandan bir neçə saat sonra Bakıdakı macar səfiri Jolt Çutora telefon açıb "işlə" bağlı arayış hazırlamaq və vəziyyəti dəyərləndirmək barəsində hökumətindən tapşırıq aldığını bildirdi. Bundan sonrakı fəaliyyətimizi koordinasiya etmək zərurətindən danışdı. Joltu 2000-ci ildən, öz ölkəsinin Moskvadakı səfirliyində çalışdığı dövrdən tanıyırdım. O zaman səfir Erne Keşkene ilə birlikdə Bakıda səfərdə olmuşdu. Görüşüb fikir mübadiləsi aparmışdıq. Təxminən eyni vaxtda səfir təyin olunmuşduq. İmkan tapdıqca Budapeştdə, yaxud Bakıda görüşürdük. Uğurlu biznes adamı kimi tanınan kiçik qardaşı Laslo deyilənə görə, Viktor Orbanın iqtisadi komandasına daxil idi. Bu baxımdan Jolt Çutora hökumətə yaxın səfirlərdən sayılırdı. Sonra bir müddət ölkəsinin XİN aparatında, dövlət katibinin müavini vəzifəsində çalışdı. Hazırda Macarıstanın Belarusda səfiridir. Ailəvi xarakter alan dostluğumuz bu gün də davam etməkdədir.

İyun ayı ərzində daha bir neçə telefon söhbətimiz oldu. Jolt ekstradisiya məsələsinin müsbət həllinə maraq göstərirdi. Bunu hökumətinin Azərbaycanla daha yaxın əməkdaşlıq qurulması istiqamətində qarşılıqlı etimad yaratmaq baxımından mühüm amillərdən biri kimi dəyərləndirir, ölkələrimiz arasındakı əlaqələrin   gələcək inkişafında ciddi addım sayırdı. Eyni zamanda, hələ ortalıqda heç bir şey olmadığı halda sözarası prosesin uğurla nəticələnəcəyi təqdirdə əldə edə biləcəyi mümkün dividendlərlə bağlı eyhamlar vurur, bu işə qoşulmaqla özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyduğundan yüngülvari şikayətlənirdi...

Deməli, Macarıstan tərəfdən dövlət maşını artıq hərəkətə gəlmişdi. İndi təklifin tet-a-tet müzakirəsi üçün Baş nazir Viktor Orbanın Bakıya səfərini gözləmək lazım idi. Lap tezliklə "Budapeşt məhbusunun" həyatı kökündən dəyişə bilərdi. Amma təbii ki, hələlik özünün bütün bunlardan xəbəri yox idi. Nəhayət ki, işlər ölü nöqtədən tərpənmişdi. Son səkkiz ildə ilk dəfə olaraq mümkün ekstradisiya ilə bağlı məsələ dövlətlərarası müzakirə müstəvisinə çıxarılacaqdı. Uğurla başa çatıb-çatmayacağı isə hələlik bəlli deyildi. Sadəcə, gözləmək lazımdı.

***

İyunun 29-da Viktor Orbanın Azərbaycana rəsmi səfəri başlandı. Axşam qonaqları qarşılamaq üçün aeroporta getmişdim. Təbii ki, protokola uyğun olaraq səfir Jolt Çutora da burada idi. Hələ təyyarə yerə enməmiş məni bir kənara çəkib Baş nazirin artıq qəti qərar verdiyini, hətta Azərbaycan Prezidenti ilə təkbətək görüş zamanı məsələ barədə özünün söz açacağını dedi. Bu məqam nədənsə mənə o qədər də inandırıcı görünmədi. Doğrusunu söyləsəm, hətta bir az da şübhələndim. Çünki istənilən halda, xahiş edən tərəf biz idik. Deməli, söhbətin Azərbaycanın dövlət başçısı tərəfindən açılması daha yerinə düşürdü. Məntiq də bunu tələb edirdi. Mənim inamsızlığımı, tərəddüddə qaldığımı görən Jolt siqnalın ona Piter tərəfindən ötürüldüyünü, istəsəm bir az sonra özündən də soruşa biləcəyimi söylədi. 

Baş naziri müşayiət edən Piter Siyyarto da həqiqətən belə niyyət olduğunu təsdiq etdi. Lakin hər ehtimala qarşı məsələni bir daha dəqiqləşdirəcəyini dedi. Şərtləşdik  ki, qərarın xarakterindən asılı olaraq ən geci sabah səhərə qədər mobil telefonuma "Yes", yaxud  "No" mesaji göndəriləcək. Mənfi cavabın hansı anlama gəldiyini bir də dəqiqləşdirdim: bu, macar tərəfinin ümumiyyətlə məlum mövzuda söhbətdən imtinası kimi başa düşülməməlidir ki? Piter Siyyarto məni qəti əmin etdi ki, əgər Baş nazir razılıq veribsə, sözündən dönməsi mümkün deyil. Onun fikrincə, artıq məsələ həllini tapmışdı və şübhəyə əsla yer ola bilməzdi...

Ertəsi gün digər nümayəndə heyətlərinin başçıları ilə birlikdə Viktor Orban da Fəxri xiyabanda və Şəhidlər xiyabanında oldu, Azərbaycan Prezidentinin himayəsi altında keçirilən Qrans Montana forumunun 23-cü sessiyasının işinə qatıldı. Bir sıra ikitərəfli işgüzar görüşlər keçirdi.

İyunun 31-də isə Zuqulbadakı dövlət iqamətgahında səfərin rəsmi hissəsi başlandı. Azərbaycan Prezidenti ilə Macarıstan Baş nazirinin görüşü gündüz saat 12-yə planlaşdırılmışdı. Zuqulbaya xoş əhval-ruhiyyə ilə yollanmışdım: səhər səbirsizliklə gözlədiyim "Yes" mesajını almışdım. Artıq görülmüş işlər, əldə edilən ilkin nəticə  barəsində dövlət başçısını məlumatlandırmaq olardı. 

Protokol xidmətinin rəisi Elçin Bağırov vasitəsi ilə danışıqlar başlamadan əvvəl Prezidentdən 10-15 dəqiqəlik görüş xahiş etdim. Amma söhbətimiz yarım saata qədər çəkdi. Mən son iki ilə yaxın müddət ərzində ərzində ekstradisiya ilə bağlı görülən işlər barəsində ətraflı məlumat verdim. Macarıstan rəhbərliyinin prinsip etibarı ilə müsbət qərar qəbul etdiyini bildirdim. Hətta bu barədə özlərinin xəbər verəcəklərini diqqətə çatdırdım. Gözlədiyim kimi, Prezident də belə bir niyyəti  təəccüblə qarşıladı. Səbəbi ilə maraqlandı. "Bilmirəm, - dedim. - Bəlkə bunun sizdən ötrü xoş sürpriz olacağını düşünürlər?" Dövlət başçısı ani fikrə getdikdən sonra gülümsünərək "Ola bilər, - dedi. - İndi ki, özləri belə istəyirlər, bizim üçün lap yaxşı!"

Zuqulbadakı tədbirlər silsiləsinə təkbətək və nümayəndə heyətləri tərkibində görüşlər, sənədlərin imzalanması, mətbuat konfransı və Baş nazirin şərəfinə nahar daxil idi. Dar tərkibli görüşdə Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və mən, Macarıstan tərəfdən isə Baş nazir ofisinin Beynəlxalq münasibətlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Piter Siyyarto, Macarıstanın Bakıdakı səfiri Jolt Çutora iştirak edirdi. 

İki liderin görüşü çox səmimi şəraitdə, canlı və rəvan axarda gedirdi. Bu, sırf rəsmi danışıqdan daha çox bütün məsələlərdə biri-birinə etimad edən, biri digərinin fikir və mülahizələrini öyrənmək istəyən, əksər hallarda mövqeləri üst-üstə düşən iki dostun, həmkarın söhbətinə bənzəyirdi. Amma mənim diqqətim yalnız bir məqam üzərində cəmləndiyindən bəzən deyilənlərə qulaq asmadığımın, sadəcə Orbanın nə zaman mətləb üstünə gələcəyini düşündüyümün fərqinə varırdım. Artıq görüş üçün ayrılan yarım saat başa çatmışdı. Gözlədiyimiz təklif isə eşidilməmişdi. Mən həyəcanla, sual dolu nəzərlərlə gah səfir Çutoraya, gah da Piter Siyyartoya baxırdım. Onlar özləri də çaşqın görünürdülər. Sual dolu baxışlarımın qarşısında hiss olunmadan çiyinlərini çəkməklə heç nə başa düşmədiklərini bildirirdilər. 

Görüş qrafikdə nəzərdə tutulduğundan 15 dəqiqə artıq çəkdi. Amma üzərində aylardan bəri işlədiyimiz, addım-addım yaxınlaşdığımız məqsədlə bağlı təklif səslənmədi. Çox pərt duruma düşmüşdüm. Üstəlik də, həyəcan keçirirdim. Sanki söhbət özümlə, öz taleyimlə bağlı ciddi bir məsələdən gedirdi. Mətləb indi açılmasa, hər şey itiriləcəkdi, çəkdiyimiz bütün əziyyətlər hədər olacaqdı. "Müsəlmanın sonrakı ağlı" prinsipi ilə hər kəsdən çox özümü qınayırdım. Düşünürdüm ki, qarşı tərəfin təklifini dövlət başçısına çatdırmağa nə dərəcədə ehtiyac vardı? Əvvəldən prinsipiallıq göstərib təşəbbüsü öz əlimizdə saxlamağımız daha məqsədəuyğun olmazdımı? Məgər təklif Azərbaycan Prezidenti tərəfindən edilsə, vədlərini danacaqdılar? Baş nazirin mövzu üzərinə gəlmədiyini görüb niyə yavaşca məsələni Prezidentə xatırlatmadığıma görə peşmançılıq çəkirdim. Hətta səfir Çutoradan və Piter Siyyartodan da şübhələnməyə başlamışdım - bəlkə mövqe dəyişib, onlar da məni arxayın salıb məsələnin ümumiyyətlə gündəmə gəlməməsinə qərar veriblər? 

Geniş tərkibdə görüş üçün ayrılmış zala keçəndə Joltla Piterə yaxınlaşıb nə baş verdiyini soruşdum. Onlar da bilmirdilər. Piter arada fürsət tapan kimi səbəbini soruşacağını vəd etdi. Və ilk imkan yaranan kimi sözünə əməl etdi. Dediyinə görə, Baş nazir səsləndirəcəyi təklifi yerli-dibli unudubmuş... ("Kiminsə yaddaşında yaranan ani unutqanlıq başqa birinin ömrünün sonuna qədər həbsxanada dörd divar arasında qalması ilə nəticələnə bilər" - fikri beynimdən keçdi). Piter eyni zamanda əlavə etdi ki, heç nə dəyişməyib, vəd əvvəlki tək qüvvədə qalır. Sadəcə zəruri məqamını tutub bir daha məsələyə qayıtmaq lazımdır. Həmsöhbətimin fikrincə, ortaya çıxan yeni vəziyyətdə təşəbbüs artıq bizdən gəlməli idi. 
İmzalanma mərasimi və mətbuat üçün bəyanatdan sonra hər iki tərəfdən rəsmi heyət üzvlərinin tam tərkibdə (təxminən 15-16 nəfər) iştirakı ilə nahar nəzərdə tutulmuşdu. Arada bir neçə dəqiqəlik fasilə yaranmışdı. Əksər  hallarda qeyri-rəsmi atmosferin və səmimi ovqatın hökm sürdüyü nahar mövzuya qayıtmaq üçün son imkan idi. Çünki yemək bitən kimi  vidalaşma mərasimi olacaqdı. Amma söhbətin nahar masası arxasında açılmasının da bir namünasib, mənfi tərəfi vardı - işin uğurla nəticələnməsi üçün xüsusi əhəmiyyət kəsb edən  konfidensiallıq məsələsi pozulacaqdı. Baş nazir Orbanla olanların hamısı məsələdən xəbər tutacaqdılar. Onlardan hər hansı birinin KİV-ə, yaxud dost-tanışlarına ekstradisiya təklifi ilə bağlı bir şey deməyəcəklərinə kim zəmanət verə bilərdi? Amma başqa imkan da qalmamışdı. Ya indi, ya da kim bilir nə vaxt?... 

(Ramil Səfərov vətənə qayıdandan sonra macar mətbuatına sızan bəzi məlumatlar şübhələrin heç də əsassız olmadığını göstərdi. Məsələn, sentyabrın 6-da hökumətə müxalif mövqeyi ilə seçilən nol.hu saytı Viktor Orbanın şərəfinə verilən ziyafətin anonim iştirakçılarından birinin məlumatına əsaslanaraq iki ay əvvəl Bakıda, Zaqulba iqamətgahında gedən söhbətin məzmununu bir qədər təhrif edilmiş şəkildə də olsa oxuculara çatdırmışdı). 

Prezident İlham Əliyevin yüksək mədəniyyətinə və böyük səbrinə yaxşı bələd olduğumdan yenidən ona yaxınlaşdım. Unutqanlıq, yaxud da bilmədiyim başqa bir səbəb üzündən Macarıstan Baş nazirinin təkbətək görüşdə mövzuya  toxunmadığını, bəlkə də son anda fikrini dəyişib söhbətin açılmasını Azərbaycan tərəfdən gözlədiyini bildirdim. Dövlət başçısından zəruri sayacağı təqdirdə nahar zamanı  məsələyə yenidən qayıtmağı xahiş  etdim. Prezident heç bir əlavə təfərrüata varmadan razılığını bildirdi. "Mən əvvəldən də düşünürdüm ki, müraciətin bizim tərəfidən olması daha məntiqidir, daha düzgündür. Yaxşı, məsələyə qayıdarıq" - dedi. Sanki çiynimdən ağır daş götürüldü. 

Rəsmi təmaslar kimi nahar da səmimi şəraitdə keçdi. Qonaqlar milli mətbəximizin zənginliyindən vəcdlə danışırdılar. Hətta tezliklə Budapeştdə Azərbaycan restoranı açılması məsələsi gündəliyə gəldi. Bakının sürətlə dəyişən siması da onları heyran qoymuşdu. Viktor Orban sonuncu səfərindən keçən iki il ərzində böyük işlər görülməsindən dost uğuruna ürəkdən sevinən insan səmimiyyəti ilə söz açırdı. Prezident İlham Əliyev söhbəti məqsədyönlü və təbii şəkildə Dağlıq Qarabağ münaqişəsinin, Ermənistanın regiondakı dağıdıcı fəaliyyətinin, işğalçılıq siyasətinin üzərinə gətirdi. Qeyd etdi ki, dünyanın laqeyd qaldığı təcavüz baş verməsəydi, uğurlar indikindən qat-qat artıq ola bilərdi. Bundan isə yalnız Azərbaycan deyil, işğalçı Ermənistan da daxil olmaqla bütün region ölkələri, eləcə də bizimlə qonşuluq siyasəti qurmaq istəyən Avropa Birliyi yararlana bilərdi. 
Amma Yerevanın təcavüzkar siyasəti nəticəsində bu gün ölkəmiz daha çox vurulan yaraları sağaltmağa çalışır. Torpaqlarımızın işğalı minlərlə azərbaycanlının həyatını puç edib, iki qonşu xalq arasında sonu görünməyən inamsızlıq və ədavətə səbəb olub, keçilməsi mümkünsüz olan dərin uçurum yaradıb. Münaqişənin uzun illər boyu həllini tapmaması, Ermənistanın işğalçı siyasətinin pislənməməsi, beynəlxalq birliyin Azərbaycana münasibətdə yol verdiyi ədalətsizlik ayrı-ayrı vətəndaşlarımızı, xüsusən də gənclərimizi bəzən fərdi intiqam yoluna sövq edir. Onlar bu vasitə ilə puç olmuş həyatlarının, yaxın və doğmalarının qisasını almağa çalışırlar.  

- Bundan xəbərimiz var, - deyə söhbətin nədən getdiyini anlayan, bəlkə də unutqanlığını xatırlayan Viktor Orban dərhal reaksiya verdi. - Təəssüf ki, Macarıstan da istəmədiyimiz halda belə kədərli hadisələrdən birinə meydan olub.

- Elə mən də bu barədə danışmaq istəyirdim, - deyə Prezident İlham Əliyev qısa şəkildə məsələnin mahiyyətini açıqladı və beynəlxalq normalara, mövcud hüquqi müqavilələrə əsasən Budapeştdə ömürlük həbs cəzası çəkən  azərbaycanlı zabitin Vətənə  ekstradisiyası ilə bağlı təklifi macar hökumətinin başçısına çatdırdı. Bunun o qədər də asan iş olmadığını, həlledici qərar qəbul ediləndən sonra hər iki tərəfin ciddi təzyiqlərlə üzləşəcəyini, lakin insanlıq və ədalət naminə belə addım atılmasının zəruriliyini sözlərinə əlavə etdi. Yalnız Macarıstan kimi tarixi haqsızlıqlarla üzləşən ölkənin, oxşar faciələri öz taleyində yaşayan bir xalqın belə yüksək humanizm və nəciblik nümunəsi göstərməyə qadir olduğunu bildirdi. 
Viktor Orban çoxsaylı çətinliklərə, hətta hökuməti daxilində üzləşdiyi müqavimətə rəğmən, Azərbaycana yola düşməmişdən əvvəl məhbus zabitin ekstradisiyası ilə bağlı qərar verdiyini açıqladı. Bunun Avropa Birliyi və NATO üzvü olan bir dövlət üçün asanlıqla başa gəlmədiyini, həm ölkə daxilində siyasi rəqiblərdən, müxalif  dairələrdən, həm də panavropa qurumlarındakı opponentlərdən kəskin hücumlar gözlədiyini etiraf etdi. Amma verilən qərarın xalqlarımızı biri-birinə daha da yaxınlaşdıracağını, ədalət və humanizmə xidmət edəcəyini göz önünə aldığı üçün meydana çıxa biləcək təzyiqlərdən qətiyyən  çəkinmədiyini söylədi və işin uğurla başa çatdırılacağı ilə bağlı əminliyini ifadə etdi.

Biz tərəfdən naharda iştirak edənlər məsələnin bir neçə dəqiqənin içində, bu qədər tez və asanlıqla həllini tapmasından təəccüblənmişdilər. Hətta bəziləri əl-qol işarəsi ilə mənə gözaydınlığı verir, bəxtimin gətirdiyinə eyham vururdular. İşin pərdə arxasını bilmədiklərindən hərəkətləri təbii və anlaşılan idi. Prezident İlham Əliyev isə Baş nazirə təşəkkürünü çatdırandan sonra sözünə davam etdi:

- Ancaq istəyirəm bir vacib məqamı əvvəlcədən biləsiniz və sonra bu zəmində aramızda hər hansı anlaşılmazlıq yaranmasın. Əgər ekstradisiya baş tutsa, mən Azərbaycan Prezidenti kimi qanunun verdiyi səlahiyyətlərə uyğun şəkildə məhbusu elə hava limanında əfv edib azadlığa buraxacağam. Aramızda səmimi münasibətlərə görə bunu indidən bilməyinizi, qərar verən zaman nəzərə almağınızı xahiş edirəm. Yoxsa vətəndaşlarımız məni düzgün başa düşməz. Elə sizin atdığınız addımın da xeyirxahlığı, nəcibliyi kölgə altında qalar. 

- Bəlkə məhbusu təcrid görüntüsü yaratmaq məqsədi ilə hər hansı bir istirahət evinə, sanatoriyaya göndərəsiniz, bir-iki ay dincəlsin, ehtiraslar soyusun və əfv qərarınızı da ara sakitləşəndən sonra verəsiniz? - deyə Viktor Orban yarızarafat şəkildə kompromis variant irəli sürməyə çalışdı.
- Bilirsiniz, xalqımız çox böyük ədalətsizliklərlə üzləşib. Azərbaycanda erməni işğalından, erməni zülmündən əzab-əziyyət çəkməyən çox az ailəyə rast gəlmək olar. Məhbusa gəldikdə isə hətta cəzasının az bir qismini vətənində çəkmək şərti ilə də olsa, bir həbsxananın digəri ilə əvəzlənməsi fərqli nəticə gözləyən insanlara ədalətsizliyin davamı kimi görünəcək. Deyəcəklər nəticə etibarı ilə burada heç nə dəyişmədi. Ona görə də birlikdə atdığımız humanist addımın ən yaxşı ifadəsi əfv qərarıdır. Azərbaycan qanunları buna imkan verir. Dustaq da artıq cəzasının böyük bir hissəsini çəkib. Yəni Macarıstan da üzərinə düşən öhdəliyi yerinə yetirib. 

- Əgər Konstitusiya və qanunlarınız belə səlahiyyət verirsə, o zaman siz deyən kimi olsun, -  Viktor Orban Prezidentin gətirdiyi dəlillərlə razılaşdı. Sonra Piter Siyyarto ilə məni göstərib: - Qoy bizim dövlət katibi və cənab səfir birlikdə çalışıb tapşırdığımız işi sona çatdırsınlar, - dedi.

(Davamı var)

Oxşar xəbərlər
21:50, Bu gün
Yaxınlığında yerləşən məzar 680 minə satılır
21:45, Bu gün
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
21:38, Bu gün
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
21:37, Bu gün
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:34, Bu gün
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 22:32
"NATO qoşunlarının Ukraynaya yeridilməsi daha fantastika deyil" - Kasparov
27 Mar 2024 | 22:08
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
27 Mar 2024 | 22:14
"Putin və məmurları terror aktında "Ukrayna izini" müəyyən edə bilmir " - ISW
27 Mar 2024 | 22:38
Burada məşhurların alt paltarları nümayiş etdirilir - Dünyanın ən qəribə muzeyləri
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin