“Mən Azərbaycandayam, uşaqlığım, gəncliyim burada keçib, köküm bura bağlıdır. İnanmıram ki, nə yaxın zamanda, nə də gələcəkdə belə bir addım atım. Azərbaycandayam və buranı tərk edib getmək fikrim yoxdur. Burda yaşamışam, burda doğulmuşam, heç yerə də getməyəcəm.
Mənim 50 yaşım var. Artıq özümü olacaqlara hazırlamışam, hər şeylə barışmışam. Haqsızlıqlar hər yerdə baş verir, çalışırıq ki, dözək, öyrəşək. Hazırda həyatımda hər şey yaxşıdır. Sənətimlə, ailəmlə, uşaqlarımla məşğulam.
Fəxri adla bağlı çıxışıma həmkarım tərəfindən pis reaksiya göstərənlər də özlərini göstərdilər. Guya onlar haqq-ədalət tərəfdarıdırlar. Savadsız çıxışları ilə özlərini biabır etdilər. Etirazıma haqq verənlər mənim əziyyətimi, zəhmətimi bilirdilər. Onlar mənim illərdir sənətdə çəkdiyim əziyyətlərin şahididir. Bəziləri deyir ki, neynəmisiniz ki, toylara gedib özünüz üçün mahnı oxumusunuz da. Ancaq pərdənin o biri üzünü görməyənlər də var. Onlara nəyisə izah etməyə elə vaxtım da yoxdur, həvəsim də. Əslinə qalsa toya bütün müğənnilər gedir, biz getməsək o biri işlərimizi görə bilmərik”.