"Hökumət  istehlakçıları bu qərarların qəbulunun zəruri olduğuna inandıra  bilmir..."
Cəmiyyət
Oxunub: 943
20 Oct 2021 | 18:35
İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması”  Koalisiyasının  Azərbaycan Respublikası Tarif(qiymət)Şurasının 2021-ci il 16 oktyabr tarixli 13  və 14 nömrəli qərarları ilə bağlı
                                             
MÖVQE  SƏNƏDİ
   
Məlum olduğu kimi bu günlərdə Azərbaycanda elektrik enerjisi və təbii qazın qiyməti yenidən artırılıb. Belə ki, Tarif (Qiymət) Şurasının qərarına görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanacaq. İndiyə kimi  bu qiymət 10 qəpik idi, yəni 20 % artırılıb.
 
Tarif Şurasının şənbə günü açıqladığı qərara əsasən, əhali üçün təbii qazın 1200 kub metrdən sonrakı həcmi iyul ayında qəbul edilən tarifə uyğun qalacaq.
Yəni, əhali illik 1200 kubmetrlik normanı keçərsə, 2500 kubmetrədək 1 kub metr üçün 20 qəpik, bu limiti də aşarsa, sonrakı hər kubmetr üçün 25 qəpik ödəyəcək.
Elektrik enerjisinə gəlincə isə əhali üçün tarif diferensiasiyası dəyişib.  İndiyədək elektrik enerjisi üçün iki ödəniş həddi olub - aylıq 300 kVts-dək 7 qəpik və 300 kVts-dan çox  sərfiyyat üçün isə 11 qəpik.Tarif Şurasının yeni qərarında isə üç kateqoriya müəyyənləşdirilir: sərviyyatı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts - 300 kVts arası 9 qəpik/kVts, 300 kVts-dan yuxarı  abonentlər üçün isə 13 qəpik/kVts.
 
İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması”  Koalisiyası olaraq  birbaşa hasilat sənayesi ilə bağlı olduğu üçün istərdik ki,  daha çox Tarif Şurasının qazın istehlak qiymətlərinin artımı ilə bağlı 16 oktyabr 2021-ci il tarixli qərarı ilə bağlı mövqeyimizi bəyan edək. 
   
Öncə onu  qeyd etmək istərdik ki, qiyməti dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymət artımı zamanı yaşanan oxşar  vəziyyət ondan ibarətdir ki, hökumət  istehlakçıları bu qərarların qəbulunun zəruri  olduğuna  inandıra  bilmir. 
 
Bunun fundamental səbəbi odur ki, hökumətin  verdiyi qərarlar  kollegial formada deyil, göstərişlər əsasında qəbul edilir və cəmiyyətlə dialoqu yox səviyyəsindədir. Bu səbəbdən də  ölkə əhalisinin marağına birbaşa təsir edən qərarlardan öncə heç bir ictimai müzakirələr həyata keçirilmir və xalqın maraqları nəzər alınmır. 
   
Bir məqama da istərdik diqqəti çəkək. Qeyd etdiyimiz kimi, Azərbaycan 2007-ci ildən adını enerji tariximizə qaz ixrac edən ölkə kimi yazıb.  2007-2021-ci ilin İ yarısında Şahdənizdən hasil edilən qazın 36%-i və ya 45 mlrd m3-u Azərbaycanın daxili bazarında satılıb və Azərbaycan bu qazı  dollarla alır. Lakin  bəlli olmayan səbəblərdən dövlət bu qiymətləri açıqlamır. 
  Lakin 2020-ci ilin dekabrında daxili bazarın tələbatı üçün qazın topdansatış alınması “Azərkontrakt”a həvalə edildikdən sonra ümid etmək olardı ki, daxili bazar üçün alınan qazın bütün mənbələri və qiymətləri ictimailəşdiriləcək, qazın daxili bazarda istehlakçıya çatdırılana qədər maya dəyəri və ona təsir edən xərc elementləri  mütəmadi açıqlanacaq. Təəsüf ki, bu sahədə də şəffaflıq müşahidə edilmədi. 
 
Ancaq o da bəllidir ki,  hər bir ölkə idxal etdiyi qazın alış qiymətini ictimayyətə dərhal çatdırır. Məsələn, Moldova hökuməti elan etdi ki, 1 oktyabr 2021-ci il tarixdən Gazprom şirkətindən qazın hər 1000 kubmetrini $790-a alacaq,  Ermənistan  isə bəyan edir ki,  Rusiyadan sərhədində aldığı qazın qiymətini hazırda $165-dan alır və s. 
  Hesab edirik ki, hökumət  MHŞT-nin 2019-cu ildə qəbul etdiyi son standartlara uyğun olaraq bu məslələrdə şəffaf və hesabatlı olmalı, kontrakt və lisenziyaları açıqlanması, tender və xammal ticarəti şərtlərini cəmiyyət üçün əlçatanlığını təmin etməlidir.
 
 Məlumatlardan bəlli olur ki, Tarif Şurası təbii qaz qiymətlərinin sürətli artımını təbii qazın hasilat və istehlakçıya çatdırılma xərclərinin satış qiymətlərini üstələməsi,habelə, dünyada və avropada qazın qiymətlərinin artımı ilə izah edirlər. 
 
Bu qərarın əsaslandırılması zamanı "Azəriqaz" İstehsalat Birliyi tariflərə baxışın "qaçılmaz" olduğunu,  "Azərişıq" ASC-nin nümayəndəsi isə  elektrik enerjisi ilə bağlı yeni diferensiasiya zamanı  aztəminatlı ailələr üçün güzəştli tarif siyasətinin "qoruyub saxlamış" olduğunu bidiriblər.
 
Bəri başdan İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması”  Koalisiyası olaraq onu qeyd etməliyik ki, hökumətin və inhisasrçı dövlət şirkərlərininqazın daxili bazarda qiymət artımlarını dünya bazarında qazın qiymət artımı ilə izahı yanlışdır və heç bir iqtisadi qanunlara söykənmir. Çünki, Azərbaycan qaz idxal edən ölkə deyil və dünya bazarındakı qiymət artımının daxili bazara mənfi  təsiri yoxdur. Əksinə Azərbaycan qaz ixrac edən ölkə olduğu üçün dünya bazarındakı qiymət artımı əlavə valyuta ehtiyyatlarının yaranmasına səbəb olur və bu da yarıtmaz idarəçilik səbəbindən qazın daxili bazardakı  şişirdilmiş “istehsal və çatdırılma xərcləri” ilə satış qiymətləri arasındakı minus fərqi kompensasiya etmək və əlavə gəlir əldə etmək üçün yetərlidir.
 
Lakin onu da bildirmək istəyirik ki, rəsmi qrumların təbii qazın daxili bazarda “hasilat və istehıakçıya çatdırılma” xərclərinin təbii qazın maya dəyərini üstələmək fikiri də ciddi əsasa söykənmir. 
SOCAR-ın illik hesabatına görə təbii qazın maya dəyəri 61.27 manat təşkil edir. Hər 1000 m3 təbii qazın  100 km üçün nəql xərci 2.0 azn və təbii qaz prosesinin idarə edilməsi  üçün 5.5 Azn təşkil edir.  Beləliklə, daxili bazarda  1000m3 təbii qazın  son satış qiyməti 75 Azn  təşkil etdiyi halda,Tarif Şurasının elan etdiyi  yeni qiymətlər maya dəyərindən dəfələrlə çoxdur.
(//www.socar.az/socar/az/economics-and-statistics/economics-and-statistics/socar-reports)
 
 Tarif şurasının  bu və  bundan oncəki (30 iyun 2021-ci il tarixli 8 saylı qərar)məlum qərarını əsaslandırmaq üçün  bildirmişdir ki,  yeni artırılmış qiymətlər  bəzi ölkələrin tarifləri ilə müqayisədə aşağıdır. Belə ki,  qurumun açıqlamasında  2020-ci ildə 1 kub metr təbii qazın əhali üçün qiymətləri Türkiyədə  32-40 qəpik, Ukraynada  54 qəpik, Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik arasında dəyişdiyi qeyd edilib.. 
 Bildirmək istəyirik ki, Tarif Şurasının müqayisə üçün təqdim etdiyi ölkələr - Türkiyə, Ukrayna, Gürcüstan, Belarus qazı xaricdən alaraq öz əhalisinə satır və bu zaman qiymətlərin nisbətən yüksək olması təbiidir və bu iqtisadi qanunlar baxımından da gözləniləndir. Hesab edirik ki,  dövlət qurumunun belə  məntiqsiz  "müqayisəsi “  olduqca qüsurludur  və ictimai rəri  çaşdırıcıdırmaq məqsədi daşıyir. 
  Onu da qeyd edək ki, OPEC-in qaz hasil edən ölkələr barədə sonuncu hesabatlarına görə, keçmiş SSRİ ölkələri arasında 1 trilyon kub metrdən çox qaz ehtiyatlarına malik olan beş dövlət var və bunlardan biri də Azərbaycandır. Hazırkı tariflərə görə, bu ölkələr sırasında təbii qazı öz əhalisinə ən baha qiymətə satan isə  Azərbaycandır.
Bahalaşan qiyməti nəzərə aldıqda,müqayisə üçün qeyd edə bilərik ki,  hazırda Azərbaycan öz əhalisinə qazın 2500 kub metrdən çox olan hissəsi üçün hər kub metri 25 qəpiyə, Türkmənistan 1 qəpiyə, Özbəkistan 4 qəpiyə, Qazaxıstan 10 qəpiyə, Rusiya isə 13 qəpiyə satır.
Tarif Şurası hesab  edir ki, qiymət artımı təqribən 50 %-ə yaxın  abonenti əhatə edəcək. Qurumun qərarına görə, abonentlərin təqribən 5 milyon nəfər üçün isə təbii qazın qiyməti dəyişməz qalacaq. Lakin bu rəqəmlər  heç də inandırıcı görsənmir. Cünki, 2020-ci ildə ölkə üzrə müzdlu işçilərin sayı 1.7 milyon çivarındadır və bunlardan da   yüksək maaşlı işçilərin payı  heç də yüksək deyil.
 
 Qeyd edək ki, 2019-cu ilin aprel ayında Tarif Şurası 2 saylı qərarı ilə SOCAR-ın  qazın qiymət artımı ilə bağlı müraciətinə  "ölkədə həyata keçirilən sosial siyasətı nəzərə alaraq, təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab edilməsin"cavabını vermiş və əksinə,  təbii qazdan istifadəyə görə, limit  həddini 1700 kub metrdən 2200 kub metrə kimi artırılmışdı. 
  Lakin onu da bildirmək istəyirik ki,  Azərbaycanda 2019-cu ilə nisbətən 2020-ci ildə əhalinin adambaşına düşən nominal gəlirlərinin həcmi 2.7 % azalaraq 5687 manat həddindən 4898 manat səviyyəsinə enmiş,   2019-cu ilin 9 aylıq nəticələri ilə müqayisədə  isə 2021-ci ilin eyni dövründə əhalinin nominal gəlirləri 2.1 % azalmışdır. 
 Rəsmi rəqəmlərə istinad etsək, 2021-ci ilin 9 ayı üzrə  istehlak qiymətlərinin  səviyyəsi  2020-ci ilin eyni dövrü ilə müqayisədə 5.2% artmışdır. Rəsmi olmayan hesablamalara görə isə 2021-ci ildə, xüsusilə, son 3 ayda  istehlak  qiymətləri kəskin  artmış və hər bir Azərbaycan insanı bu artımı öz həyatlarında günbəgün hiss edirlər. (//www.stat.gov.az/news/macroeconomy.php?page=1)
 
 Lakin göstərilən rəsmi rəqəmlərə  və qaz ixrac edən ölkə əhalinsinin   sosial müdafiəsinin qorunmalı olduğunun vacibliyinə  rəğmən  2021-ci ildə qazın istehlak qiymətlərinin aşağı salınması və tətbiq edilən limitin ləğv edilməsi yaxud limit həddinin qaldırılması (heç olmazsa 2019-cu ilin aprel qərarına müvafiq 2200 kub metr həddə qədər) daha məntiqli  və gözlənilən olsa da, əksinə, Tarif Şurası özünün 2021-ci il 16 oktyabr tarixli 13 saylı qərarı ilə əhali üçün illik 1200 kub metrə qədər təbii qazdan istifadəyə görə hər kub metrin qiymətini 20% artıraraq 12 qəpiyə qaldırmış, limit hədlərinin isə olduğu kimi saxlamış və bu zaman 2019-cu ildə olduğu kimi “ ölkədə həyata keçirilən sosial siyasət” yada düşməmişdir. 
 Yeri gəlmişkən, elektrik enerjisi istehsalı  ilə bağlı vəziyyt də oxşardır. 
Belə ki, elektrik tarifləri də dövlət tərəfindən nizamlanır. Beynəlxalq enerji agentliyi 2020 hesabatına görə1 kvt.s elektrik enerjisinin maya dəyəri Azərenerji tərəfindən  İES-da 4.1 qəpik, kiçik hidroelektrik stansialarında 5 qəpik, külək stan. 5.7 qəpik, digər alternativ mənbələrdən 5.7 qəpik, tranzit haqqı 0.2 qəpik təşkil edir. Belə olan halda Tarif Şurasının daxili bazarda elektrik enerjisinin istehlak qiymətlərinin yenidən bahalaşdırılması başa düşülən deyil və əhalinin indiki sosial durumunun daha da pisləşməsinə xidmət edir.( //www.iea.org/reports/azerbaijan-energy-profile)
 
  Yuxarıda qeyd edilənləri nəzərə alaraq İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması”  Koalisiyası olaraq:
 
- Tarif Şurasının təbii qazın, habelə, elektrik enerjisinin daxili bazarda qiymətlərinin tənzimlənməsi ilə əlaqədar qəbul etdiyi son qərarların ölkə əhalisinin maraqlarına cavab vermədiyini bildirir və  bu qərarları, xüsusilə, indiki Pandemiya dönəmində vətəndaşların sosial-iqtisadi vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq addım kimi qiymətləndirir, 
- Hökuməti Tarif Şurasının qəbul etdiyi bu qərarları ləğv etməyə və ölkə əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə enerji daşıyıcılarının, o cümlədən, daxili bazarda qazın  və elektrik enerjisinin qiymətlərinə yenidən baxmağa cağırır,
- Hökuməti yenidən MHŞT –yə qayıtmağa və hasilat sənayesində bütün pillələrdə və həyata keçirilən fəaliyyətlədə, o cümlədən, kontraktların açıqlanması, lisenziya şərtləri, xammal ticarəti,tenderlər və satınalmalar sahəsində şəffaflğa nail olumağa səsləyirik.
Oxşar xəbərlər
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO