Eldar Mahmudovla bandasının ifşasından 6 il ötür - TƏFƏRRÜAT
Oxunub: 1364
17 Oct 2021 | 10:14
Eldar Mahmudovla bandasının ifşasından 6 il ötür - TƏFƏRRÜAT
Sabiq nazirin həbsə alınan bütün yaxınları bu gün azadlıqdadır; Mahmudov baş istintaqçısını da həbsdən çıxarmağa çalışır
 
Bu gün Eldar Mahmudovun işdən çıxarılmasının və başçılıq etdiyi MTN-çilərdən ibarət çetenin ifşa olunmasının 6-cı ili tamam olur.
 
2015-ci il oktyabrın 17-si prezidentin sərəncamı əsasında Eldar Mahmudov milli təhülkəsizlik naziri vəzifəsindən çıxarıldı. Sərəncamdan dərhal sonra MTN-də həbslərlə müşayət olunan ildırım sürətli yoxlamalar başladı. Məlum oldu ki, 2004-cü ildən Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edən Eldar Mahmudov qurumu mahiyyətindən, təyinatından çox uzaq bir şəkilə salıb. Dövlətin, millətin təhlükəsizliyinə cavabdeh olan təşkilat faktiki olaraq dövlət üçün də, millət üçün də təhlükə mənbəyinə çevrilib.
 
Aydın oldu ki, qanunsuz dinləmələr, şantaj, nazirlərin “verbovkası”, nazirliklərin qeyri-rəsmi Eldar Mahmudova tabe etdirilməsi, onlardan aylıq, illik xərac toplanması, sahibkarlara qan uddurulması, qanunsuz həbslər həyata keçirilməsi, saxta, uydurma cinayət işləri üzərindən şəxsi ambisiyaların gerçəkləşməsi, ölkədən milyardlarla pul çıxarılması Eldar Mahmudovun mütəşəkkil cinayətkar qruplaşmasının gündəlik işi olub. Hətta Milli Məclis sədri Oktay Əsədovun qeyri-rəsmi olaraq Eldar Mahmudova tabe etdirilməsi kimi təkzib edilməyən iddia da var!
 
Eldar Mahmudov və dəstəsi 100 milyonluq biznesi idarə edir
 
Mahmudov 11 illik nazirliyi dövründə rəhbərlik etdiyi qurumu o vəziyyətə salmışdı ki, ölkə rəhbərliyi son nəticədə MTN-in fəaliyyətinə xitam verməli oldu. 1991-ci ildə yaradılaraq birbaşa ölkə rəhbərinə tabe olan MTN ləğv edildi. Qurumun bazasında Dövlət Təhülükəsizliyi Xidməti(DTX) və Xarici Kəşfiyyat Xidməti(XKX) yaradıldı. DTX rəisi postuna ilkin olaraq o zaman Penitensiar Xidmətin rəisi olan Mədət Quliyev təyinat alıb. 2019-cu ilin iyun ayında Mədət Quliyev bu vəzifədən azad edilərək müdafiə sənayesi naziri postuna göndərilib. Həmin il iyunun 20-də isə bu vəzifəyə vaxtilə qurumun rəhbərliyində olmuş Əli Nağıyev təyin olunub.
 
Əli Nağıyev 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmətə başlayıb. Prezidentin 16 mart 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2006-cı il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilib. 2011-2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli sərəncamı ilə Əli Nağıyevə general-leytenant, 7 dekabr 2020-ci il tarixli sərəncamı ilə isə general-polkovnik ali hərbi rütbəsi verilib.
 
Eldar Mahmudovun ləkələdiyi, gözdən saldığı təhlükəsizlik orqanı Əli Nağıyevin rəhbərliyi dövründə dirçəlməyə, əvvəlki nufuzunu bərpa etməyə başlayıb.
 
***
 
Eldar Mahmudov nazir postunu itirsə də, zəifləmiş duruma gətirilsə də, ötən 6 ildə özünü həbsdən qoruya bilib. Bu gün də azadlıqdadır. Bundan başqa “MTN işi” çərçivəsində həbsə alınan generallarını, polkovniklərini də həbsdən çıxarmağı bacarır. MTN-çilərdən ibarət mütəşəkkil cinayətkar quldur dəstə üzvləri üzərində ayrı-ayrı məhkəmələrdə baş tutan proseslərdə belə “Eldar Mahmudov xofu” hiss olunur, “mahmudovçular”ın məhkəmələrdə hakimlərlə “özlərinin adamı” kimi davranırlar.
 
Qarabağda döyüşmüş livanlı muzdlu terrorçu 20 il müddətinə azadlıqdan  məhrum edilib - VİDEO - YENİLƏNİB-3 | Report.az
 
Elbəy Allahverdiyev
 
Hakimlərin əksəriyyəti “mahmudovçu”lara xüsusi münasibət sərgiləyir. Bu sırada Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev ilk yerdədir. Açıq məhkəmə prosesinə jurnalistləri buraxmır, Mövlam Şıxəliyevə “müəllim” sözünü deməkdən də yorulmur.
 
Hazırda onun sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev, MTN-nin şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. İttihama görə, Mövlam Şixəliyev və digəriləri mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib. Onlara qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1(qabaqcadan əlbir olan bir qrup şəxş tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq dövründə həbs olunmayıblar.
 
Eldar Mahmudov yenidən vəzifə iddiasında - Həbsxana qapıları bağlanır?
 
Vüsal Ələkbərov
 
Eldar Mahmudovun ən yaxın çevrəsinə daxil olan bu şəxslərdən Vüsal Ələkbərov artıq 2-ci dəfədir ki, Bakı Hərbi Məhkəməsində mühakimə olunur. 2017-ci ildə Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə Vüsal Ələkbərovun cinayət işi araşdırılıb. Məhkəmə prosesi zamanı sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində xüsusi qərardad çıxarılıb və cinayət işinin başlanması üçün Baş Prokurorluğa təqdimat göndərib. 4 il əvvəl göndərilən xüsusi qərardadın Eldar Mahmudova aid hissəsindən hələ də xəbər yoxdur. Mövlam Şıxəliyev isə 2021-ci ilin aprelində həbs edilib. Vüsal Ələkbərova gəlincə isə o zaman məhkəmə barəsində ittihamedici hökm çıxarıb. 12 il müddətinə azadlıqdan məhrum edilən Vüsal Ələkbərov polkovnik rütbəsindən məhrum edilib. Cəmi 1 il sonra isə Bakı Apelyasiya Məhkəməsi Vüsal Ələkbərovu azad edib. Azadlığa çıxandan 2 il sonra ona qarşı daha bir ittiham irəli sürülüb. Bu ilin sentyabrında sabiq rəisi Mövlam Şıxəliyev və digəriləri ilə birgə cinayət dosyesi növbəti dəfə Bakı Hərbi Məhkəməsinə göndərilib.
 
General Mövlam Şixəliyevin vəsatətləri təmin edilməyib | Report.az
 
Mövlam Şıxəliyev
 
Yada salaq ki, Vüsal Ələkbərovun məhkəməsində Eldar Mahmudov və Mövlam Şıxəliyev barəsində xüsusi qərardad çıxarıldığı günlərdə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Akif Çovdarov və digərilərinin işi üzrə proses keçirilirdi. Xüsusi qərardad verilənə qədər təmkinli davranan Akif Çovdarov və onunla birgə mühakimə olunanlar çox böyük narahatlıq keçirməyə başladılar. Akif Çovdarov aylardır davam edən məhkəməsində sükutu pozub aksenti dəyişdi, üstüörtülü, işarəli danışmaq taktikasına keçdi. Çovdarov Tağı Əhmədov epizodu üzrə olduqca sensasion fikirlər açıqladı. Tağı Əhmədovun çoxsaylı, qiyməti milyonlarla ölçülən mal-mülkündən, övladını Xarici İşlər Nazirliyinə yerləşdirib onun vasitəsi ilə ölkədən pul çıxarması və s. haqda danışmağa başladı. Ən ilginc məqam isə Akif Çovdarovun dilindən söylənən bu fikirlər idi.
 
Sitat: “Mən bilirdim ki, Tağının arxasında kim var, ona görə də bu məsələnin üstünə getmədik. Tağı Əhmədov 3 milyon yox, 15 milyon da versə idi, mən onu bağlaya bilməzdim. Tağı Əhmədovun arxasında kimin olduğunu da onun daha əvvəlki işində bildik. O, metro üçün işlənmiş mikrosxemləri avtobusda xüsusi hazırlanmış gizli saxlanc yerində ölkəyə gətirirdi. Biz həmin avtobusu nəzarətə götürdük. Sürücü bizim onu izlədiyimizi bildi, onu saxlamaq istəyəndə işçimizin birini avtobusla vurdu, o, xəsarət aldı. Sumqayıt postunda sürücünü saxladıq, məsələni rəhbərliyə məruzə edəndə bizə dedilər ki, Tağı Əhmədovla işiniz olmasın”.
 
Akif Çovdarov bu fikirləri Tağı Əhmədovla bağlı epizod üzrə keçirilən əvvəlki proseslərdə də deyə bilərdi. Amma danışmırdı. Çünki onun keçmiş şefinin ayağanı tapdayan yox idi. Eldar Mahmudov barəsində çıxarılan xüsusi qərardad da əslində ayaq tapdamaq deyildi. Ayaq tapdamağa hazırlıq idi. Akif Çovdarovun ifasında verilən qarşılıqdan sonra Eldar Mahmudovla bağlı sükut hələ də pozulmayıb. Xüsusi qərardad “tozlu arxiv” sənədi olaraq “yatır”.
 
Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub » Sfera.az Azərbaycanda özəl  xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
 
Akif Çovdarov
 
Xatırladaq ki, 2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 22 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı Bakı İstintaq Təcridxanasında asılmış vəziyyətdə aşkarlanıb.
 
Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərovun hər biri tək mühakimə olunub. Mirəziz Əsgərova 3 il cəza verilib. MTN generalı Akif Çovdarov isə nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilə qədər iş kəsilib. Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum edilib. Nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri - Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilənlər Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayevə 3 il, Elşad Əzizova 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.
 
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov isə 2017-ci ilin oktyabrında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 182 (hədə-qorxu yolu ilə tələb etmə), 302.1 (qanuni əsas olmadan əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi), 302.2 (qanuni əsas olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etmə) 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. O da adamlardan hədə-qorxu ilə pul alınması, telefonların gizli dinlənilməsi, MTN-in büdcəsindən vəsaitlərin mənimsənilməsi kimi əməllərdə təqsirləndirilib. Eldar Mahmudovun əmisi oğlu və köməkçisi olan Vüqar Mahmudov 2019-cu ilin noyabrında hakim Elbəy Allahverdiyevin sədrliyilə keçirilən prosesdə MTN-in büdcəsindən vəsaitlərin mənimsənilməsinə görə 1 il 6 ay, hakimiyyətdən sui-istifadəyə görə isə 1 il cəza verilməsi qərarlaşdırılıb. Bu cəzaları da qismən toplamaq yoluyla ona 2 il cəza təyin edilib. Cəza müddəti həmin il noyabrın 3-də başa çatdığına görə Vüqar Mahmudov məhkəmə zalından azadlığa buraxılıb. Hazırda Eldar Mahmudovun bandasının üzvlərindən yalnız Mövlam Şıxəliyev həbsdədir. Onun cinayət işinin araşdırılmasının hakim Elbəy Allahverdiyevə tapşırıldığını nəzərə alsaq, yaxın 2-3 ildə Mövlam Şıxəliyevin azadlıqda olacağını söyləyə bilərik.(musavat.com)
Oxşar xəbərlər
14:50, Bu gün
DSMF daha iki beynəlxalq mükafata layiq görüldü
14:45, Bu gün
"Qızlarıma cehiz vermək üçün bağımı satdım"
14:40, Bu gün
Qüdrət Həsənquliyev: Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır
14:36, Bu gün
"Mayın ortalarından bizi cəbhədə ağır vəziyyət gözləyir" - Budanov
14:30, Bu gün
BDU və RİİB-in birgə təşkilatçılığı ilə ekoloji seminar və təmizlik aksiyası keçirilib - FOTO
14:25, Bu gün
Finlandiyada yeganə Lenin muzeyi bağlanacaq – Stalinin “əsər”iymiş
14:20, Bu gün
Şimali Koreya tarixində ilk: Nüvə zərbəsinin imitasiyası təlimi keçirildi - FOTO
14:15, Bu gün
Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu
14:12, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edir - FOTO/CANLI YAYIM
14:10, Bu gün
Azərbaycanla AYİB COP29-la bağlı fikir mübadiləsi aparıb
14:06, Bu gün
Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
13:54, Bu gün
ATƏT-in tədbirində erməni diplomatın təxribatı baş tutmadı - VİDEO
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
13:45, Bu gün
"Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar" - Ərdoğan
13:40, Bu gün
Rəsmi Bakı Malayziyaya başsağlığı verdi
13:35, Bu gün
52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
13:30, Bu gün
Kseniya Sobçakın qatil nazirin məhkəməsində iştirakı qalmaqal doğurub
13:25, Bu gün
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirildi - VİDEO
13:20, Bu gün
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
13:15, Bu gün
Bu gömrük işçilərinə birdəfəlik kompensasiya ödəniləcək
13:10, Bu gün
Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT
13:06, Bu gün
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
13:02, Bu gün
Gəncədə qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:57, Bu gün
Elnur Məmmədov: “Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir”
12:52, Bu gün
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:38, Bu gün
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:31, Bu gün
Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:03, Bu gün
"İlham Əliyev son 3 əsrin qəhrəmanıdır" - Zahid Oruc
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
11:58, Bu gün
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
11:58, Bu gün
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
11:55, Bu gün
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
11:52, Bu gün
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
11:49, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvinə dair saziş ratifikasiya olunub
11:45, Bu gün
BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - FOTO
11:41, Bu gün
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
11:31, Bu gün
İcma sədri: Qərbi Azərbaycana qayıdış Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
11:28, Bu gün
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq
11:27, Bu gün
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb
11:25, Bu gün
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü - FOTO
11:21, Bu gün
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
11:20, Bu gün
Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib
11:15, Bu gün
Bakıda məktəblilərə siqaret satanlar cərimələndi - VİDEO
11:14, Bu gün
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:12, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
11:10, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
10:57, Bu gün
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:15, Bu gün
Azərbaycanda zəlzələ oldu
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
GÜNLÜK
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 15:29
Xamenei İİKK-ya İsrailə hücuma görə minnətarlıq edib və qarşısında iki yeni vəzifə qoyub
22 Apr 2024 | 15:24
Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - FOTO
22 Apr 2024 | 15:32
Aparıcı ilə xanəndə arasında qalmaqal yaşanıb
22 Apr 2024 | 15:44
Rusiyalı voleybolçu 21 yaşında dünyasını dəyişdi
22 Apr 2024 | 16:20
Azərbaycan əsgərinin 4 kəndə qaytarılması o demək olacaq ki... - İLGİNC AÇIQLAMA
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 16:04
Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub – Heyrətamiz səbəb...
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 15:29
Xamenei İİKK-ya İsrailə hücuma görə minnətarlıq edib və qarşısında iki yeni vəzifə qoyub
22 Apr 2024 | 15:24
Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - FOTO
22 Apr 2024 | 15:32
Aparıcı ilə xanəndə arasında qalmaqal yaşanıb
22 Apr 2024 | 15:44
Rusiyalı voleybolçu 21 yaşında dünyasını dəyişdi
22 Apr 2024 | 16:20
Azərbaycan əsgərinin 4 kəndə qaytarılması o demək olacaq ki... - İLGİNC AÇIQLAMA