Amerika məhkəməsi Co Bayden administrasiyasının Donald Tramp dövrünün miqrasiya siyasətini çox kəskin şəkildə məhdudlaşdırdığını və indi bərpa edilməli olduğunu qərara alıb. Məsələ burasındadır ki, Meksikadan olan qaçqınlar onlara xüsusi düşərgələrdə sığınacaq verilməsi barədə qərar gözləyirlər.
Moderator.az bildirir ki, bu barədə Amerikanın nüfuzlu “The Hill” qəzeti yazır.
Nəş yazır ki, Bayden administrasiyası Tramp dövrünün miqrasiya siyasətini geri qaytaracağını bəyan edib. Ancaq müəyyən statusu olmayan insanları qəbul etmək üçün Meksikanın razılığına ehtiyac var.
İş orasındadır ki, Texas və Missuri ştatlarının səlahiyyətliləri Birləşmiş Ştatların Bayden administrasiyasının sığınacaq istəyinə baxılmasını gözləyən 70 min meksikalını vətənə qaytarmaq siyasətini qəfil ləğv etdiklərini söyləyərək məhkəməyə müraciət ediblər. İndi Federal Daxili Təhlükəsizlik Departamentindən köhnə normaya qayıtmaq tələb olunur.
Eyni zamanda federal səlahiyyətliləri artıq siyasət dəyişikliyi üzərində çalışdıqlarına əmin edirlər. Məsələn, bir çox miqrant işlərinə baxılmasını uzun müddət gözlədikləri üçün sərhəd boyu təhlükəli qaçqın düşərgələrini tərk edirdi. İndi Amerika hakimiyyəti altı ay ərzində sığınacaq məsələlərinə baxacağını və yeni düşərgələr tikəcəyini vəd edir. Bundan əlavə, düşərgədə gözləməyə ehtiyacı olmayan qaçqınların kateqoriyasının genişləndirilməsi planlaşdırılır. Meksika bura xəstə, yaşlı insanların və LGBT nümayəndələrinin daxil olmasına çağırır.
Məqalə müəllifinin qeyd etdiyi kimi, bu hadisə Ağ Evə zərbədir. Hüquq müdafiəçiləri hətta Trampın işlədiyi müddətdə bu proqramın ABŞ-dan sığınacaq istəyənlər üçün qəbuledilməz bir maneəyə çevrildiyini bildirirdilər. Və istənilən variantda proqramın yenidən bərpası insanlar üçün böyük əzablara səbəb olacaq.
Hüquq müdafiəçiləri Baydendən vədinə əməl etməyi və bu proqrama son qoymağı tələb edirlər. Digərləri isə birbaşa həll etmədən işi məhkəmə həddinə çatdırdığına görə onun administrasiyasını günahlandırır. “The Hill” yazır ki, rəhbərlik bu vəziyyətin həllini uzatdıqca qaçqın düşərgələrində daha çox insanın həyatı risk altına düşür.
Miraslan