“Xalq 15 oktyabr seçkilərində İlham Əliyevə səs verməklə Heydər Əliyev yoluna olan sevgi və sadiqliyini nümayiş etdirdi”
Oxunub: 877
15 Oct 2021 | 20:36
“Xalq 15 oktyabr seçkilərində İlham Əliyevə səs verməklə Heydər Əliyev yoluna olan sevgi və sadiqliyini nümayiş etdirdi”

Bu gün ölkə başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının prezidenti seçilməsinin 18-ci ildönümüdür. Düz 18 il bundan öncə - 2003-cü ilin 15 oktyabr tarixində xalq İlham Əliyevə səs verməklə öz gələcək taleyini birmənalı şəkildə müəyyənləşdirdi.

 

Bu tarixi hadisə ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Tamam Cəfərova o dövrün tarix olaylarına diqqət çəkib, İlham Əliyevin həmin seçkilərdəki qələbəsini xalqın Heydər Əliyev yoluna olan inam və sədaqəti ilə izah edib:

 

“Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin 18 il bundan öncə prezident kimi fəaliyyətə başlması milli tariximizdə ən mühüm hadisələrədn biridir. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

 

Göründüyü kimi, ümummilli lider bu müraciətində İlham Əliyevə siaysi lider kimi inandığını bildirir, onun yarımçıq planları uğurla başa çatdıracağına əminliyini ifadə edirdi. Hansı ki, proseslərin sonrakı inkişafı Heydər Əliyevin hər zaman olduğu kimi bu dəfə də öz zənnində yanılmadığını göstərdi. İlham Əliyev nəinki Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatının güclənməsi, ordusunun inkişafı istqiamətində mühüm addımlar atdı. O, 44 günlük Vətən müharibəsində düşmən üzərində parlaq qələbə qazanmaqla işğaldakı torpaqlarımızı azad etdi. Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Bu tarixi zəfər bir daha Heydər Əliyevin nə qədər uzaqgörən olduğunu, Prezident İlham Əliyevin isə həm bir sərkərdə, həm də diplomat kimi nə qədər yüksək peşəkarlığa malik olduğunu göstərdi”.

 

Millət vəkili qeyd etdi ki, həmin seçkilərdə xalqın mütləq əksəriyyətinin İlham Əliyevə səs verməsi, vətəndaşlarımızın Heydər Əliyev siyasi kursuna olan inamını ortaya qoydu:

 

“2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi”.

 

Millət vəkili qeyd etdi ki, İlham Əliyevin siyasi ustalığı, milli maraq və mənafeləri qətiyyətlə müdafiə etməsi Azərbaycanın siyasi, iqtisadi, hərbi və mədəni həyatında dərin iz qoydu, dövlətimizin çoxşaxəli inkişafını təmin etdi:

 

“Təbii ki, Azərbaycanda davamlı inkişafın və uğurların təməlində duran Prezident İlham Əliyevin siyasi peşəkarlığıdır. Ölkə başçısı prezident kimi fəaliyyətinin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırılmasını, bu dövlətlərlə əməkdaşlığın dərinləşməsini və genişlənməsini təmin etdi.

 

Tarixən neft ökəsi kimi tanınan Azərbaycanda iqtisadiyyatın çoxşaxəli inkişafına nail olmaq məqsədi ilə Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atdı. Hansı ki, bu siyasət bu gün də uğurla davam etdirilir. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına,  minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Bir sözlə, Azərbaycan öz inkişaf tempinə görə sadəcə regionada deyil, bütün dünyada lider dövlətlərdən birinə çevrildi”.

 

Millət vəkilinin sözlərinə görə, Azərbaycan vətəndaşlarında məmnunluq doğuran amillərdən biri də Prezident İlham Əliyevin sosial dövlət siyasəti olub:

 

“Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Ölkə başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ölkəmizin iqtisadi qüdrətinin artırılması, vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

 

Tamam Cəfərova bildirib ki, milli mənlik şüurunun inkişafı və təbliği də Prezident İlham Əliyevin fəaliyətində mühüm yer tutub:

 

“Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Azərbaycan dövlətinin beynəlxalq arenadakı nüfuzu sürətlə artdı. Bu gün dünyanın ən iri, qabaqcıl dövlətləri belə Azərbaycanla hesablaşır, onun mövqeyini, iradəsini nəzərə almalı olurlar. Bütün bunlar Prezidentimizin uğuru, onun siyasi peşəkarlığının nəticəsidir.

 

Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz bundan sonra da öz sürətli inkişafını davam edəcək, yeni uğurlara, nailiyyətlərə imza atacaq. Bunun üçün hər bir Azərbaycan vətəndaşının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, onun hər bir çağırışı dəstəlkləməsi vacibdir”.

 

Seymur ƏLİYEV

Oxşar xəbərlər
N.Tusi adına Klinika
15:24, Bu gün
Müharibə ehtimalı 70 faizdir: Ukrayna tək qalacaq və Rusiya... - SENSASİON DETALLAR
15:24, Bu gün
Gürcüstan turoperatorlarına “Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi” təqdim olunub
15:21, Bu gün
“Bahar enerji” şirkətindən oğurluğun təfərrüatı məlum olub - VİDEO
15:16, Bu gün
Ərdoğan Ukrayna-Rusiya münasibətləri barədə: “Türkiyə NATO üzvü kimi tələblərini yerinə yetirəcək”
15:10, Bu gün
Dünyanı gözləyən təhlükə...
15:00, Bu gün
Messi Pikedən niyə narazıdır?
14:59, Bu gün
Qətlə görə 14 il həbsdə yatan şəxs Feysbukdan "ovladığı" şəxsləri tora salıb - TƏFƏRRÜAT
14:55, Bu gün
“Omikron” dəridə neçə saat qalır?
14:53, Bu gün
NATO şərq cinahını gücləndirir: Hər ölkəyə min nəfərlik kontingent göndəriləcək
14:49, Bu gün
Bakı polisi Avropada yaşayan bloqer və jurnalist barəsində axtarış elan etdi - FOTO
14:46, Bu gün
Yaponiya Özbəkistana 500 milyon dollara yaxın vəsait ayırır - "İpək yolu"na görə
14:40, Bu gün
Ərdoğandan Sezen Aksuya cavab - VİDEO
14:32, Bu gün
AMEA-ya yeni vitse-prezident TƏYİN EDİLDİ
14:25, Bu gün
Bakıda məşhur oteldə İNTİHARA CƏHD: Qollarını doğradı
14:18, Bu gün
Rafael Cəbrayılovun qardaşı məhkəmədə ifadə verib
14:14, Bu gün
İslamiadada kikboksçularımızın hansı çəkidə mübarizə aparacaqları bilindi
14:13, Bu gün
Hafiz Məmmədov barədə həbs qətimkan tədbiri seçilib
14:12, Bu gün
Vladimir Putin Türkiyəyə səfər edəcək
14:11, Bu gün
BMW ilə “avtoşluq” edən şəxs saxlanıldı - VİDEO
14:04, Bu gün
Gecə klubdan çıxan qızın qarşısını kəsdi: "Qaranlığa çəkib..." - Şok təfərrüat
14:03, Bu gün
"Barselona" klubu formasındakı yazılara görə 440 milyon avro qazanacaq
14:02, Bu gün
Nazir müşaviri: “Zəngilan və Laçın hava limanlarının tikintisinə hazırlıq işləri aparılır”
13:57, Bu gün
Cavanşir Feyziyev: "Ermənistanın bir gözü yeni müttəfiq axtarışındadır"
13:57, Bu gün
Alimlər Marsdakı "nəhəng göl"ün sirrini açdılar…
13:48, Bu gün
“Bizim şəxsi münasibətlərimizin sənətə heç bir aidiyyatı olmayıb” - FOTOLAR
13:46, Bu gün
“Tamaşanı oynayıb evə gələndən sonra koronavirusa yoluxdum”
13:36, Bu gün
“Kitabi-Dədə Qorqud” dastanı Özbək dilinə tərcüməsi başa çatıb
13:29, Bu gün
Sabah bəzi rayonlarda qar yağacaq
13:24, Bu gün
Ukraynada əsgərin 10 nəfəri güllələməsinin görüntüləri yayıldı - VİDEO
13:10, Bu gün
"Get-gedə erməni xalqı anlamağa başlayacaq ki, onun tək şansı Türkün qanadı altına girməkdir"
13:06, Bu gün
Keçmiş nazirdən ŞOK ÇAĞIRIŞ: "Putin ölkəmizə qoşun yeritsin"
13:02, Bu gün
Nazir Kəlbəcərə nümayəndə təyin etdi
13:00, Bu gün
“Azəriqaz” İB-də media və QHT nümayəndələri ilə növbəti görüş keçiriləcək
12:57, Bu gün
Gürcüstandan Azərbaycana gələn yük avtomobillərində siqaretlər aşkarlanıb
12:55, Bu gün
Rusiyanın əmlak kralları - Siyahıya Azərbaycandan olan milyarderlər başçılıq edir
12:52, Bu gün
“Ərdoğana məğlub olduq, dostlarımız bizi satdılar” - Şok etiraf
12:47, Bu gün
“Günahkar müəllim yox, sizsiniz...” - Əli Mirəliyev şagirdlərin valideynlərinə səsləndi...
12:30, Bu gün
“Əgər o, bu cür deyibsə, onda vaxtilə ona dərs deyən Azad Şükürovu da təhqir etmiş olub...”
12:28, Bu gün
“Azərbaycan hökumətinin ölkəmizdə səfirlik açmaq qərarını səbrsizliklə gözləyirik”
12:27, Bu gün
Rusiya imperializmini dayandırmaq üçün cəmi üç addım atmaq kifayətdir... - ŞƏRH
12:24, Bu gün
Məktəb direktorunun səs yazısı yayıldı: “Başına oyun açacağam” - VİDEO
12:21, Bu gün
“Pensiyanı ənənəvi qaydada versəydik, məbləğ indikindən iki dəfə aşağı olacaqdı”
12:17, Bu gün
BDU-nun nəzdində yeni Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi yaradılıb
12:12, Bu gün
"Diqqətəlayiq haldır ki, onların Azərbaycana səfəri məhz azad edilmiş torpaqlardan başlayıb"
12:11, Bu gün
Fahrettin Altun QHT Agentliyinin rəhbərliyi ilə görüşüb - FOTOLAR
12:05, Bu gün
"Hafka" saxlanılması ilə bağlı xəbərdən danışdı: “652 min borcu ödədim...”
11:59, Bu gün
"Nə xoş mənə ki, qarşıma belə bir insan çıxıb..."
11:55, Bu gün
Bu yay Ermənistanın müddətli hərbi xidmətdə olan sonuncu vətəndaşı Qarabağı tərk edəcək
11:52, Bu gün
Hollivud aktrisası moda həftəsində podiuma atla çıxdı - FOTO
11:47, Bu gün
“İngilislərin istəyi odur ki, Rusiyanın Cənubi Qafqazdan geri çəkilməsi baş tutsun...”
11:46, Bu gün
Ermənistanın Baş Qərargah rəisi koronavirusa yoluxub
11:43, Bu gün
Qərb topu Rusiyanın meydanına atdı: Barıt qoxusu çəkilmir – TƏHLİL
11:42, Bu gün
“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək
11:38, Bu gün
"Hansısa kiçik bir problem olanda öncə oğlumdan soruşuram, onu günahkar görürəm"
11:07, Bu gün
Ermənistan İstintaq Komitəsi separatçı qurumun zabitinə qarşı irəli sürülən ittihamla bağlı məlumat yayıb
11:05, Bu gün
Azərbaycan səfiri Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb
11:04, Bu gün
Aygün Kazımovanın əyləncə dolu gecəsindən görüntülər - VİDEO
11:03, Bu gün
Nazir generalın qardaşını Mirqafar Seyidova müavin TƏYİN ETDİ
11:01, Bu gün
Türkiyədə məşhur aparıcının ərini qətlə yetirdilər
10:58, Bu gün
“Rusiyanı inandırmaq lazımdır ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin bərpasına mane olmasın”
10:55, Bu gün
Güc strukturları və Təhsil Nazirliyi üçün unikal imkan – TEKNOFEST
10:25, Bu gün
Rusiya hərbçiləri Xocavənddəki ermənilərə su çəkilişi üçün dəstək verdi...-VİDEO
10:09, Bu gün
Qazaxıstan MTK-nin keçmiş sədri və müavini həbs olunub
09:51, Bu gün
Azərbaycanda ticarət mərkəzində dəhşət: İsinmək istədi, canından oldu
09:45, Bu gün
“Lənətlənmiş” mumiya açıldı: 2000 ildir bətndə çürüməyən döl... – Şok araşdırma
09:42, Bu gün
Nazarbayevin əsas səlahiyyəti əlindən alındı
09:40, Bu gün
İsrail Azərbaycan əsilli müharibə veteranını qəhrəman elan edib - FOTO
09:35, Bu gün
Rəqsanənin qızının nişanından görüntülər - VİDEO
09:32, Bu gün
Ucar polisi əməliyyat keçirib, 4 nəfər saxlanılıb - FOTO
09:31, Bu gün
Medvedev: “Müharibə onun vecinə deyil”
09:27, Bu gün
"İrəvanın bu hərəkətləri müharibəyə səbəb olacaq" - Arkov
09:18, Bu gün
Heydər Əliyevlə Həccə gedən, Rəsulzadəyə şeir yazan, böyrəkləri çıxarılan ŞAİR...
09:17, Bu gün
Kosmosda böyük təhlükə - Nəzarətdən çıxdı, Aya çırpılacaq
09:15, Bu gün
Sabahdan Azərbaycanın televiziya kanalları yeni yayım formatına keçir
09:02, Bu gün
"Paşinyan koronavirusa yoluxmayıb - sadəcə, hansısa rəsmi tədbirdə iştirakdan yayınır..."
08:19, Bu gün
Anadangəlmə əzasız müsəlman uşaq üçün xristian(!) ölkəsində 129 min dollar toplandı və…
07:29, Bu gün
Peyğəmərimiz(ə.s.) hansı idman növlərini tövsiyə edib?..
02:15, Bu gün
Cərrahlar üç uşaq atasında uşaqlıq və yumurtalıq aşkar etdilər - INANILMAZ...
01:00, Bu gün
Məşhur iş adamının 500 min dollar vergi borcuna görə saxlanılması xəbəri yayıldı...
00:48, Bu gün
"Rusiya və Ukrayna liderlərinin görüşü üçün Qüdsdən ideal yer tapmaq mümkün deyil"
00:18, Bu gün
Ərdoğan Putini Türkiyəyə səfərə dəvət edib
00:17, Bu gün
Bakıda yanğın olub, xəsarət alanlar var
00:00, Bu gün
Biabırçı görüntülərin çəkildiyi məktəbin direktoru danışdı - VİDEO
26 Jan 2022 | 23:58
Pərvin Abıyeva: "On minimdən keçib səni taparam və..."
26 Jan 2022 | 23:56
Ukraynanın müdafiə nazirinin müavini: “Belarus ərazisində hərbi hazırlıq gedir” - VİDEO
26 Jan 2022 | 23:54
Daha bir məktəbdə şagird özbaşınalığı - VİDEO
26 Jan 2022 | 22:46
ABŞ və NATO Rusiya ilə gizli anlaşıb: Savaş olsa, Ukraynanı Kremlə “hədiyyə” edəcəklər
26 Jan 2022 | 22:27
Məktəblərdə "patı" satışı iddiaları ilə bağlı DİN-dən AÇIQLAMA
26 Jan 2022 | 22:14
Məşhur qəhrəmana oxşamaq üçün 40 min dollar xərcləyib tanınmaz hala düşdü - FOTO
26 Jan 2022 | 22:07
“Vikipediya”da Şuşa ilə bağlı rumın dilində məqalələr yaradılır
26 Jan 2022 | 22:06
İrəvanda daha bir istefa
26 Jan 2022 | 21:38
250 minlik ordu Rusiyaya qarşı: “İlk günlərdə üstünlük Ukraynada olacaq”
26 Jan 2022 | 21:34
ABŞ Rusiyanın təhlükəsizlik təkliflərinə cavab verdi: NATO təcili mətbuat konfransı keçirəcək
26 Jan 2022 | 21:32
Rusiya və Çin enerji ittifaqı yaradıb
26 Jan 2022 | 21:20
"Mənə yersiz pislikləri keçməsinə baxmayaraq Baş Prokurorun bu qərarı məni çox sevindirdi"
26 Jan 2022 | 20:58
“Azərbaycan Gürcüstanla gömrük sahəsində əməkdaşlığı möhkəmləndirəcək”
26 Jan 2022 | 20:53
Aysunun nişanından ilk görüntülər - VİDEO
26 Jan 2022 | 20:50
Maqsud Mahmudov Afət Fərmanqızını videolarla şantaj edib
26 Jan 2022 | 20:20
Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışıb
26 Jan 2022 | 20:00
Nərminin sinif yoldaşı məhkəmədə ifadə verdi
GÜNLÜK
26 Jan 2022 | 18:45
Atası öləndən sonra Azərbaycandan getdi, bacısı ilə bütün əlaqələrini kəsdi, ermənilərin təklifini rədd etdi...
26 Jan 2022 | 16:00
“Bu addım erməninin dirilməsi, nəfəs alması deməkdir...”
26 Jan 2022 | 19:22
"Burada mən bildim ki, Yer üzündə cəhənnəm varmış..." - MARAQLI + FOTOLAR
26 Jan 2022 | 19:56
“Daşaltı uğursuzluğunun ilkin səbəbi Şuşa türməsindəki terrorçuların buraxılması oldu…”
26 Jan 2022 | 16:02
"Nə nikahı var, nə evi, amma 5 uşaq dünyaya gətirib"
26 Jan 2022 | 16:29
Ermənistanda istifadəyə yararsız raketlərin alınması ilə bağlı yeni həbslər ola bilər…
01:00, Bu gün
Məşhur iş adamının 500 min dollar vergi borcuna görə saxlanılması xəbəri yayıldı...
26 Jan 2022 | 22:14
Məşhur qəhrəmana oxşamaq üçün 40 min dollar xərcləyib tanınmaz hala düşdü - FOTO
00:48, Bu gün
"Rusiya və Ukrayna liderlərinin görüşü üçün Qüdsdən ideal yer tapmaq mümkün deyil"
26 Jan 2022 | 21:38
250 minlik ordu Rusiyaya qarşı: “İlk günlərdə üstünlük Ukraynada olacaq”
HƏFTƏLİK
22 Jan 2022 | 15:03
Aparıcıdan hamını heyrətləndirən açıqlama: "Döşlərim sərvət dəyərindədir, əllətmirəm" - FOTOLAR
21 Jan 2022 | 14:07
"Laçın dəhlizində qayda müəyyənləşdirmək səlahiyyətini ölü daşıyan rus generalına kim və nə zaman verib?"
23 Jan 2022 | 15:37
Gəlin bir şilləyə görə toyu ləğv etdi və ertəsi gün öz qohumuna ərə getdi...
22 Jan 2022 | 11:32
Əfqanıstanın tək erotik film ulduzu - Bəlkə də, videolarımı izləyən talibançılar... - FOTOlar
24 Jan 2022 | 10:47
Sezen Aksu Ərdoğana cavab qaytardı: “Əzə bilməzsən“
25 Jan 2022 | 14:06
Qadın kişilərlə görüşdüyünü yuxuda ərinə danışdı, kişi isə... – Xızıda şok olay
23 Jan 2022 | 13:05
"Anar Məmmədxanova "Şuşa"nın adını dəyiş desəydilər..."
25 Jan 2022 | 08:31
"Bu sənədə əsasən Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır...”-Paşinyan
26 Jan 2022 | 11:29
“43 ildir sənətdəyəm, fəxri adı bundan sonra istəmirəm, öz adım daha üstündür...”
24 Jan 2022 | 19:53
Paşinyan Qarabağda su anbarı, su kəməri, ev tikintisinə 290 mln. dollar ayırdı...-VİDEO
AYLIQ
26 Jan 2022 | 18:45
Atası öləndən sonra Azərbaycandan getdi, bacısı ilə bütün əlaqələrini kəsdi, ermənilərin təklifini rədd etdi...
26 Jan 2022 | 16:00
“Bu addım erməninin dirilməsi, nəfəs alması deməkdir...”
26 Jan 2022 | 19:22
"Burada mən bildim ki, Yer üzündə cəhənnəm varmış..." - MARAQLI + FOTOLAR
26 Jan 2022 | 19:56
“Daşaltı uğursuzluğunun ilkin səbəbi Şuşa türməsindəki terrorçuların buraxılması oldu…”
26 Jan 2022 | 16:02
"Nə nikahı var, nə evi, amma 5 uşaq dünyaya gətirib"
26 Jan 2022 | 16:29
Ermənistanda istifadəyə yararsız raketlərin alınması ilə bağlı yeni həbslər ola bilər…
01:00, Bu gün
Məşhur iş adamının 500 min dollar vergi borcuna görə saxlanılması xəbəri yayıldı...
26 Jan 2022 | 22:14
Məşhur qəhrəmana oxşamaq üçün 40 min dollar xərcləyib tanınmaz hala düşdü - FOTO
00:48, Bu gün
"Rusiya və Ukrayna liderlərinin görüşü üçün Qüdsdən ideal yer tapmaq mümkün deyil"
26 Jan 2022 | 21:38
250 minlik ordu Rusiyaya qarşı: “İlk günlərdə üstünlük Ukraynada olacaq”