Türkiyədə baş verən meşə yanğınları, Qarabağda məhv edilən meşələr və tarixin dərsləri haqqında...
Oxunub: 779
04 Aug 2021 | 21:01
Türkiyədə baş verən meşə yanğınları, Qarabağda məhv edilən meşələr və tarixin dərsləri haqqında...

Qarabağ bərpa edilərək əvvəlkindən DAHA DA GÖZƏL VƏ YAŞIL olmalıdır! Bu, bizim mənəvi borcumuzdur

 

Bazar ertəsi, avqustun 2-də Böyük Britaniyanın "The Guardian" nəşri Türkiyə hakimiyyətinin dünya ictimaiyyətini on minlərlə hektar ərazini məhv edən dəhşətli yanğınlara qarşı mübarizədə onlara yardım etməyə çağırması barədə xəbər dərc edib.

 

Çərşənbə axşamı, avqustun 3-də isə Türkiyənin "Daily Sabah" nəşri meşələri bürüyən alovla mübarizədə dost və müttəfiqlərinin Türkiyəyə kömək etdiklərinə dair xəbər dərc edib. Artıq dəstək göstərən ölkələr arasında qardaş Azərbaycan, Rusiya, Ukrayna, İran, Xorvatiya və İspaniya var.

 

KİV-in məlumatına görə, bu siyahıda Avropa İttifaqı yoxdur. Fransa və Yunanıstan isə yardım etməkdən imtina ediblər.

 

Halbuki “Köhnə dünya” və Yaxın Şərq arasında bufer rolunu oynayan və müharibənin dəhşətlərindən qaçan qaçqın axınının qarşısını alaraq, uzun illər Avropa İttifaqına böyük dəstək göstərən məhz Türkiyə olmuşdur.

 

"Sivil Qərbin" bu cür münasibəti kimisə təəccübləndirə bilər, amma məni yox.

Bundan bir neçə həftə əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsselin Ermənistana 2,6 mlrd. avro məbləğində maliyyə dəstəyi göstərməyə hazır olduğunu təsdiqləyib.

Eyni zamanda, KİV-in məlumatına görə, yaxın 5 il ərzində Aİ Azərbaycana 150 mln. avroya yaxın vəsait ayırmağı planlaşdırır. Yəni təxminən 17 dəfə az.

 

Bütün bunları niyə yazıram?

 

Ona görə ki, biz bu dünyada ilk növbədə özümüzə arxalanmalıyıq.

 

Bu gün Türkiyədə baş verən yanğınları laqeydcəsinə izləyənlər, on illərlə Qarabağın ekologiyasını məhv etmiş bir ölkəyə maliyyə dəstəyi üçün milyardlarla avro ayıranlar, çətin ki, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı təşəbbüslərimizi dəstəkləsinlər.

 

Mən artıq yazmışdım ki, təkcə 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistandakından 2,3 dəfə çox ağac qırılıb.

 

İşğal illərində ermənilər Qarabağın meşə örtüyünün təxminən 20%-ni qırıblar. Bunlar sadəcə inanılmaz rəqəmlərdir.

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, zərər çəkmiş ağaclar arasında qoz, xurma, palıd və Eldar şamı kimi qiymətli ağac növləri də var.

Ancaq, deyəsən, işğal illərində meşə örtüyünün sistemli şəkildə məhv edilməsi ermənilərə azlıq edib.

44 günlük müharibə zamanı Qarabağın ekologiyasına daha bir böyük zərbə vuruldu – ermənilərin fosfor bombalarından istifadə etməsi nəticəsində baş verən yanğınlar meşə massivlərinin geniş ərazisini əhatə etdi.

Hərbi əməliyyatların dayandırılması haqqında saziş bağlandıqdan sonra isə ermənilər möhlət hüququndan istifadə edərək Kəlbəcərdə tələm-tələsik meşələri qırmağa və evləri yandırmağa başladılar, təki bütün bunlar həmin torpağın əsl sahibi olan azərbaycanlılara qalmasın.

20 ildən artıq olan bu uzun müddət ərzində dünya ictimaiyyəti (təbii ki, ən yaxın dostlarımız istisna olmaqla) nə edirdi?

 

Bəli, erməni işğalçı qüvvələrinin Qarabağın təbii ehtiyatlarını talan etməsini, meşələri qırmasını, narkotraffikinqlə məşğul olmasını, su terroru törətməsini, cəbhəyanı bölgələri atəşə tutmasını, öz ətrafına yüz minlərlə mina basdırmasını və başqa qeyri-qanuni fəaliyyətlərdən çəkinməməsini dinməz-söyləməz izləyirdi.

 

Biz işğalın nəticələrinin aradan qaldırılmasında həmin "səssiz müşahidəçilərin" dəstəyinə ümid bəsləyə bilərikmi?

 

Mən buna şübhə edirəm.

 

Deməli, biz ilk növbədə özümüzə arxalanmalıyıq. Şükürlər olsun ki, dövlətimizin xarici donorlardan kömək gözləmədən bu işə başlamaq üçün kifayət qədər resursları var.

Ancaq burada biz sadə bir həqiqəti dərk etməliyik – erməni işğalçılarının Qarabağa vurduğu zərər həddindən artıq böyükdür!

 

Söhbət onlarla yaşayış məntəqəsindən – yer üzündən silinmiş kənd, qəsəbə və şəhərlərdən gedir.

Söhbət bu torpaqları yaşayış və qayıtmağımız üçün tamamilə yararsız hala salmaq məqsədilə dağıdılmış və ya tamamilə məhv edilmiş minlərlə evdən və tarixi abidələrdən gedir.

Söhbət qırılaraq Ermənistana aparılmış yüz minlərlə gözəl ağacdan, o cümlədən endemik ağaclardan gedir.

Söhbət faydalı qazıntıların amansızcasına hasil edilməsi nəticəsində yaranan zəhərli maddələrin atılması üçün istifadə olunan minlərlə hektar ərazidən gedir.

 

Bir sözlə, söhbət İkinci Dünya müharibəsi zamanı nasist işğalının fəsadları ilə müqayisə edilə biləcək zərərdən gedir.

 

Mənə tez-tez sual verirlər: "Qarabağa nə vaxt qayıda biləcəyik axı?"

 

Mən dəqiq tarixi bilmirəm, amma bir şeydən tam əminəm ki, əgər biz Qarabağın bərpası prosesini SÜRƏTLƏNDİRMƏK istəyiriksə, bu müqəddəs missiyada dövlətimizi dəstəkləməliyik.

 

Bunun üçün bizim Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış müvafiq platformamız var – Qarabağ Dirçəliş Fondu.

 

Fonda ianə (donation) etməklə, hər birimiz Qarabağın bərpasına öz töhfəmizi verə bilərik.

Bu, niyə təhlükəsizdir?

Bunun bir neçə səbəbi var. Onlardan sadəcə bir neçəsi:

- Fond hər il dövlət başçısına öz fəaliyyəti barədə hesabat təqdim edəcək və bütün xərcləri ilə bağlı ona hesabat verəcəkdir,

- Fond həmçinin hər il ictimaiyyət qarşısında hesabat verəcək, görülən işlər və xərclənmiş vəsaitlər barədə ictimaiyyətə məlumat verəcəkdir,

- Fond hər il beynəlxalq auditor şirkəti tərəfindən yoxlanılacaq və auditorların rəyini dərc edəcəkdir,

- Fond yığılan ianələrin bir qəpiyini də öz inzibati xərcləri (əməkhaqqı, ofis icarəsi və s.) üçün xərcləmir və xərcləməyəcəkdir.

 

Bu, bizim Müşahidə Şuramız tərəfindən təsdiq edilmiş prinsipial mövqeyimizdir (bu barədə tezliklə daha ətraflı yazacağam).

 

Ona görə də bu yazını yekunlaşdırarkən yaşadığı ölkədən asılı olmayaraq bütün qardaş və bacılarımıza müraciət etmək istərdim: əgər siz Qarabağın, onun gözəl, sıx meşələrinin, tarixi abidələrinin, ev, məktəb və xəstəxanalarının bərpası prosesini sürətləndirmək istəyirsinizsə, bu prosesə öz töhfənizi verərək dövlətin səylərini dəstəkləyin.

 

Bunun üçün cəmi bir neçə kliklə Qarabağ Dirçəliş Fonduna ianə köçürmək kifayətdir.

Hər qəpik dəyərlidir!

 

Rəhman Hacıyev

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri

 

PS:

Erməni işğalçılarının Qarabağa vurduqları ziyan barədə ətraflı məlumatı Karabakh.Center saytında (üç dildə) oxuya bilərsiniz:

Cinayət

Преступная деятельность

Crime

Ermənilər tərəfindən dağıdılmış minlərlə ev, abidə, qəbiristanlıq və görməli yerin fotoşəkillərinə Karabakh.Center saytında (üç dildə) baxa bilərsiniz:

Urbisid

Урбицид

Urbicide

//www.youtube.com/watch?v=nSVgxTQV_V4&feature=emb_title

 

Oxşar xəbərlər
N.Tusi adına Klinika
10:32, Bu gün
ADNSU-nun rektoru Moskvada beynəlxalq konfransda iştirak edib
10:30, Bu gün
Xocavəndə icazəsiz keçmək İSTƏDİLƏR
10:26, Bu gün
Bakı Ali Neft Məktəbinin tələbələri NASA-nın müsabiqəsinə qatılacaq
10:22, Bu gün
DTX tərəfindən həbs edilən sabiq icra başçısı reanimasiyaya yerləşdirildi
10:09, Bu gün
Bu il Azərbaycanda 1 171 yol qəzası olub, 504 nəfər ölüb
09:47, Bu gün
Laçınla sərhəddəki seçkilərdə Paşinyanın, Meğridə isə Serjikin partiyası qalib oldu…
09:36, Bu gün
Qulu Məhərrəmli Tamilla Haşımovanın vəfatını televiziya üçün ağır itki kimi qiymətləndirdi
09:24, Bu gün
Maaşlar nə qədər artacaq? - Komitə sədri AÇIQLADI
09:18, Bu gün
3 ölkənin məxfi görüşü: İrana zərbə endirilsə... - Finkel
09:04, Bu gün
Gərginlik artır, T-90 tankları bölgəyə göndərilir...
09:01, Bu gün
Müstəqillik Aktına imza atmış sabiq deputat: “Parlamentdə hərc-mərclik yaranmışdı”
08:59, Bu gün
Putin meydan oxuyur - III Dünya savaşı qorxusu
08:28, Bu gün
Türkiyə səfiri 10 yaşlı bədii qiraətçi Zəhra İmranlı ilə görüşdən “tvit” paylaşdı
08:07, Bu gün
Əfqanıstanda qalan sonuncu yəhudi İsrailə yola düşdü?..-FOTO
07:55, Bu gün
Aİ-nin XİN rəhbərləri Şərq Tərəfdaşlığı sammitinə hazırlığı müzakirə edəcəklər
07:49, Bu gün
“Facebook” Avropada 10 min yeni iş yeri açacaq
07:43, Bu gün
“Google” Azərbaycanda Müstəqilliyin Bərpası Gününə dudl həsr edib
06:46, Bu gün
"Yalnız Allaha görə yaxşılıq edənlərin Allahın məhəbbətinə haqları var..."
00:23, Bu gün
ABŞ və İsrail İran üçün “B planı” hazırlayır… - Rəsmi Tehranın getdikcə daha az vaxtı qalır...
17 Oct 2021 | 23:41
"Utancaq tələbə idim, Vaqif müəllim dedi ki, Zümrüd, sən deyəsən kursda qalacaqsan..."
17 Oct 2021 | 23:16
Rusiyalı ermənipərəst deputatdan sərsəm təklif: Subay rus qızlarına Türkiyədə istirahət qadağan edilsin
17 Oct 2021 | 23:07
"Hacıbaba Bağırov əmimdir, o, nənəmin birinci nikahdan oğlan oğludur..."
17 Oct 2021 | 22:48
Bərdədə ağır yol qəzası baş verib: Beş nəfər yaralanıb - FOTO
17 Oct 2021 | 22:44
Mehriban Əliyeva Füzuli səfəri ilə bağlı paylaşım edib - FOTO
17 Oct 2021 | 22:02
Zəngilanda qurulan “Ağıllı kənd”dən - VİDEO
17 Oct 2021 | 21:31
"Hərbi Qənimətlər Parkında uşaqdan da pul soymağı qənimət bilirlər"
17 Oct 2021 | 21:20
Kosmosa uçan aktrisa evinə qayıtdı
17 Oct 2021 | 21:19
Qətərin XİN başçısı Azərbaycana gəlir
17 Oct 2021 | 21:12
Mehriban Əliyeva Vətən Müharibəsi Qəhrəmanları ilə görüşü haqqında paylaşım edib - FOTO
17 Oct 2021 | 20:46
"Ölkə üzrə 1 milyon 800 min vətəndaşın rifahının yaxşılaşdırılması nəzərdə tutulur..."
17 Oct 2021 | 20:42
İranın Baş Qərargah rəisinin Rusiyaya səfəri başlayıb
17 Oct 2021 | 20:11
Atom bombası haqqında Sovet İttifaqına məlumat sızdıran ABŞ casusları - FOTOLAR
17 Oct 2021 | 19:20
Vilayət Eyvazov polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi
17 Oct 2021 | 19:09
"İsveçrədən Bakıya gedən azərbaycanlı ailə gileylənir ki, dəhşətli dərəcədə bahaçılıqdır..."
17 Oct 2021 | 19:04
Kürdəmirdə 22 yaşlı gənc məktəbin həyətində özünü asıb
17 Oct 2021 | 18:55
Dünən havası təmiz gün yaşadıq - Zeytuna and olsun
17 Oct 2021 | 18:48
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi hansı şərtlərlə imzalana bilər? - “Paşinyan bəyan edib ki...”
17 Oct 2021 | 18:43
“Heydər Əliyev qoymadı ki, Naxçıvanda Sovet İttifaqının saxlanmasına dair referendum keçirilsin”
17 Oct 2021 | 18:38
QMİ-nin şöbə müdiri koronavirusdan vəfat edib
17 Oct 2021 | 18:36
“18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək tamamilə yersizdir”
17 Oct 2021 | 18:33
Prezident Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı Sərəncam imzalayıb
17 Oct 2021 | 18:32
İlham Əliyev: "Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi"
17 Oct 2021 | 17:44
Prezident İlham Əliyev: "Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır"
17 Oct 2021 | 17:40
"İran ilə Azərbaycan qardaşdır, ancaq İsrail qardaşların arasına girərək onları düşmən edib"
17 Oct 2021 | 17:35
Son sutkada peyvənd olunanların sayı açıqlanıb
17 Oct 2021 | 17:34
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
17 Oct 2021 | 17:24
“Füzuliyə gələn hər bir insan erməni vəhşiliyini görür və bunu artıq heç kim inkar edə bilməz”
17 Oct 2021 | 17:22
Prezident: “Füzuli nəzarətimizə keçəndən sonra Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı”
17 Oct 2021 | 17:21
Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzulidə səfərdə olublar
17 Oct 2021 | 17:14
Almaniyanın nüvə enerjisindən imtina etməsi səhv idi - Almanları rekord bahalı qış gözləyir...
17 Oct 2021 | 16:45
“Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində insan amili dayanır”
17 Oct 2021 | 16:22
8 Noyabrda AMNİSTİYA gözləntisi - AÇIQLAMA
17 Oct 2021 | 16:19
Qazaxıstanda təyyarə qəzaya uğradı
17 Oct 2021 | 15:39
“Tarixi torpaqlarımızın işğaldan azad olunması hər bir azərbaycanlının qəlbində sonsuz sevinc hissi oyadıb”
17 Oct 2021 | 15:30
Əsgərimizə atəş açan erməni futbolçu öldü
17 Oct 2021 | 15:16
Laçından qaçan erməni qadın: "Bizə 2 gün vaxt verilib" - VİDEO
17 Oct 2021 | 15:05
Neslihan "Eşkiya dünyaya hükümdar olmaz"a gəlir?
17 Oct 2021 | 15:00
Kəbədə sosial məsafəsiz ilk namaz - VİDEO
17 Oct 2021 | 14:54
Ukrayna Ali Radasının nümayəndələri Gəncədə - FOTO
17 Oct 2021 | 14:23
İctimai Birlik müstəqilliyimizin ildönümündə şəhid ailələriylə birgə - FOTOLAR
17 Oct 2021 | 14:20
ABŞ-dan “F-35”-in əvəzinə "F-16" təklifi
17 Oct 2021 | 14:13
"Füzulinin azad edilməsi ilə Ordumuz cənub cəbhəsində hücumların miqyasını genişləndirdi"
17 Oct 2021 | 13:38
Atası ölümcül xəstə olan uşağı üçün dərman yaratdı
17 Oct 2021 | 13:35
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir - FOTO
17 Oct 2021 | 13:23
Ermənilərin təşvişdə olduğu Arazdəyən kəndi - FOTOLAR
17 Oct 2021 | 12:52
Nurəddin Mehdixanlının 65 illik yubileyinə həsr olunan "Ölülər" tamaşası nümayiş olunub
17 Oct 2021 | 12:46
Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq
17 Oct 2021 | 12:45
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
17 Oct 2021 | 12:15
Danışırlar, amma əməl etmirlər - II Yelizaveta dünya liderlərinin hərəkətsizliyinə əsəbləşir...
17 Oct 2021 | 11:58
Azərbaycanda əməkhaqlar və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA - VİDEO
17 Oct 2021 | 11:52
Samirə və Rilaya dodaq-dodağa öpüşdü - VİDEO
17 Oct 2021 | 11:46
Sevda Ələkbərzadə: “Atamı şərləyib tutdurdular”
17 Oct 2021 | 11:41
“Əsgərim snayperlə çənəsindən vuruldu, amma...” - Füzulini azad edənlər danışır+VİDEO
17 Oct 2021 | 11:35
Hikmət Hacıyev: “Ötən ilin bu günündə ermənilərin Füzulidəki əsas qalası darmadağın edildi”
17 Oct 2021 | 11:34
Goranboyda şadlıq evinin rəhbərliyi məsuliyyətə cəlb olunub
17 Oct 2021 | 11:26
“Ən yaxşı filmimdə hələ çəkilməmişəm...” - Mikki Rurk üçün yalnız bir Allah, bir cənnət var...
17 Oct 2021 | 10:51
Ermənipərəst  Volskini Şuşa, Laçın, Kəlbəcərdən deputat seçəndə də susduq və...
17 Oct 2021 | 10:51
Dünənki yanğından təkcə Polad Həşimovun şəklini çıxartdı - VİDEO
17 Oct 2021 | 10:41
Dünyanı sarsıdacaq iddia! Eynşteyn 5 yadplanetli cəsədi yarıb? - FOTO
17 Oct 2021 | 10:24
Türkiyədə kursda iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib - FOTO
17 Oct 2021 | 10:14
Eldar Mahmudovla bandasının ifşasından 6 il ötür - TƏFƏRRÜAT
17 Oct 2021 | 10:06
“Qızıl Amnistiya” gəlir: Zəfər günü ərəfəsində məhbus ailələri ikiqat sevinc yaşayacaq...
17 Oct 2021 | 10:05
Ukraynalı deputatlar Azərbaycanın qələbə sevincini paylaşmağa gəldilər - FOTOLAR
17 Oct 2021 | 10:03
Müharibə başlayanda erməni xanımını boşayan azərbaycanlı milyonçu barədə - İnanılmaz faktlar
17 Oct 2021 | 09:59
Bəhram Bağırzadə: "50 yaşıma az qalmış bu cür mükafat almaq... "
17 Oct 2021 | 09:54
İranın ən böyük qorxusu: Güney Azərbaycan türklüyü - VİDEO
17 Oct 2021 | 09:52
Zeynəb Xanlarova HARALARDADI...
17 Oct 2021 | 09:48
Qubada baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var - YENİLƏNİB+FOTO
17 Oct 2021 | 09:45
“Kaş ki, mən ölərdim, o körpələr sağ qalardı” - VİDEO
17 Oct 2021 | 09:28
"Ön xətti yaran kimi düşmən gücümüzün qarşısında tab gətirməyərək qaçırdı”
17 Oct 2021 | 08:05
Taliban əfqan qızların məktəbə gedəcəyinə vəd verdi
17 Oct 2021 | 08:05
ABŞ-a ancaq ÜST-ün təsdiqlədiyi vaksinlərlə getmək mümkün olacaq
17 Oct 2021 | 07:17
"Həzrət Əli (ə) heç bir işini  Cənnətə düşmək xatirinə etməzdi..."
17 Oct 2021 | 01:11
Ermənistanın yaydığı məlumat həqiqəti əks etdirmir və növbəti yalandır - Müdafiə Nazirliyi
17 Oct 2021 | 00:51
“Özümə qarşı diqqətsizliyi heç cür qəbul edə bilmirəm, heç kəsin yadına belə düşmürəm..."
17 Oct 2021 | 00:11
Qubada baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
17 Oct 2021 | 00:11
“Uşaq-muşağa fəxri ad, bizə isə işgəncə verib sənətdən küsdürürlər, günahdır, utanmırsınız?”
17 Oct 2021 | 00:07
Bu gün Füzuli şəhərinin işğaldan azad olunmasından 1 il ötür
16 Oct 2021 | 23:32
Erməni əsilli futbolçu Rusiya çempionatında dava saldı - VİDEO
16 Oct 2021 | 23:24
Saxta “qazi” saç ustasını aldadıb, pulunu mənimsədi - NAMUSSUZLUQ...
GÜNLÜK
17 Oct 2021 | 11:26
“Ən yaxşı filmimdə hələ çəkilməmişəm...” - Mikki Rurk üçün yalnız bir Allah, bir cənnət var...
17 Oct 2021 | 12:15
Danışırlar, amma əməl etmirlər - II Yelizaveta dünya liderlərinin hərəkətsizliyinə əsəbləşir...
17 Oct 2021 | 17:14
Almaniyanın nüvə enerjisindən imtina etməsi səhv idi - Almanları rekord bahalı qış gözləyir...
17 Oct 2021 | 11:58
Azərbaycanda əməkhaqlar və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA - VİDEO
17 Oct 2021 | 10:51
Ermənipərəst  Volskini Şuşa, Laçın, Kəlbəcərdən deputat seçəndə də susduq və...
17 Oct 2021 | 23:07
"Hacıbaba Bağırov əmimdir, o, nənəmin birinci nikahdan oğlan oğludur..."
17 Oct 2021 | 15:16
Laçından qaçan erməni qadın: "Bizə 2 gün vaxt verilib" - VİDEO
17 Oct 2021 | 19:09
"İsveçrədən Bakıya gedən azərbaycanlı ailə gileylənir ki, dəhşətli dərəcədə bahaçılıqdır..."
17 Oct 2021 | 14:13
"Füzulinin azad edilməsi ilə Ordumuz cənub cəbhəsində hücumların miqyasını genişləndirdi"
17 Oct 2021 | 13:23
Ermənilərin təşvişdə olduğu Arazdəyən kəndi - FOTOLAR
HƏFTƏLİK
15 Oct 2021 | 07:33
Xankəndində xəstəxananın qarşısı... - Bu gecəki  atışmadan sonra...-FOTO
12 Oct 2021 | 20:17
35 qız bakirəliyini hərraca çıxartdı - Əksəriyyəti tələbədir - FOTO
17 Oct 2021 | 00:11
“Uşaq-muşağa fəxri ad, bizə isə işgəncə verib sənətdən küsdürürlər, günahdır, utanmırsınız?”
15 Oct 2021 | 13:18
“Zəngilanda üç böyük nəslin gəliniyəm, arzum idi ki, o yerlərə gedim...” - VİDEO
14 Oct 2021 | 21:22
Erməni terrorçuları Ağdərə-Kəlbəcər yolunda polis mayorunu necə qətlə yetirdi?..
12 Oct 2021 | 14:31
"Vəli məndən xoşu gəldiyini bildirdi, mən də ona sevgi münasibətində ola biləcəyimizi dedim”
14 Oct 2021 | 00:48
"7 ildir evliyəm, indi də deyirlər ki, yalandan ailə qurub, çoxdan boşanıb..."
13 Oct 2021 | 12:58
Şuşa rayonuna daha bir erməni Maral gəldi və kasıblara inək payladı... - FOTOLAR
15 Oct 2021 | 01:19
"Almaniyada bağladığım müqaviləyə görə bir müddət toya getməyə icazəm yox idi, hətta..."
13 Oct 2021 | 00:35
"Şah İrandan qovulanda Ququş qohumlarından sığınacaq istəyib, amma heç kim verməyib..."
AYLIQ
17 Oct 2021 | 11:26
“Ən yaxşı filmimdə hələ çəkilməmişəm...” - Mikki Rurk üçün yalnız bir Allah, bir cənnət var...
17 Oct 2021 | 12:15
Danışırlar, amma əməl etmirlər - II Yelizaveta dünya liderlərinin hərəkətsizliyinə əsəbləşir...
17 Oct 2021 | 17:14
Almaniyanın nüvə enerjisindən imtina etməsi səhv idi - Almanları rekord bahalı qış gözləyir...
17 Oct 2021 | 11:58
Azərbaycanda əməkhaqlar və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA - VİDEO
17 Oct 2021 | 10:51
Ermənipərəst  Volskini Şuşa, Laçın, Kəlbəcərdən deputat seçəndə də susduq və...
17 Oct 2021 | 23:07
"Hacıbaba Bağırov əmimdir, o, nənəmin birinci nikahdan oğlan oğludur..."
17 Oct 2021 | 15:16
Laçından qaçan erməni qadın: "Bizə 2 gün vaxt verilib" - VİDEO
17 Oct 2021 | 19:09
"İsveçrədən Bakıya gedən azərbaycanlı ailə gileylənir ki, dəhşətli dərəcədə bahaçılıqdır..."
17 Oct 2021 | 14:13
"Füzulinin azad edilməsi ilə Ordumuz cənub cəbhəsində hücumların miqyasını genişləndirdi"
17 Oct 2021 | 13:23
Ermənilərin təşvişdə olduğu Arazdəyən kəndi - FOTOLAR