Cəbrayılın gələcəyi – Onu belə görmək istəyirik...
Cəbrayıl təkcə faydalı qazıntı yataqları ilə zəngin olan ərazi deyil. Azərbaycan tarixində izi olan görkəmli şəxsiyyətlərin adlarını da əbədi yaşadan ərazidir. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Cəbrayılın işğaldan azad olunmasına Şuşa qədər xüsusi önəm verirdi. Onun bir çox çıxışlarında Cəbrayıl adı xüsusi vurğu ilə çəkilirdi. Çünki o, yaxşı bilirdi ki, Azərbaycan xəritəsində Cəbrayıl necə həssas bir ərazidir.
Mənim düşüncəmə görə Cəbrayıl rayonu bir çox cəhətdən dünya xəritəsində Azərbaycanın ən həssas nöqtəsi kimi işarələnib. Geoloji və siyasi baxımdan həmişə diqqət mərkəzində olan ərazi erməni vandalları tərəfindən Qarabağın ən qəddarcasına talana məruz qalmış bölgələrindən biridir. 10.000 hektarlarla meşə zonası məhv edilmiş, florası və faunası insanları kimi birmənalı şəkildə genosidə məruz qalmışdır.
Öz yaşıdlarım üçün deyirəm ki, taleyin bizə bəxş elədiyi ən böyük mükafat budur ki, biz Qarabağın və o cümlədən də, Cəbrayılın işğaldan azad olunmasını görə bildik. Bu həsrəti qəlbində, varlığında daşıyaraq dünyadan köçmüş qarabağlıların-cəbrayıllıların hər birinə rəhmət diləklərimizi əsirgəmirik.
Ali Baş Komandanın qətiyyətli mövqeyi və sərrast sərkərdəlik məharəti ilə qələbə sevincini yaşamaq qismətimizə düşdü. Azərbaycan ordusu zəfər yürüşü ilə xalqımızın həsrətinə son qoydu. Doğrudur, şəhidlər verdik, canının sağlamlığını itirən çoxlu sayda qazilərimiz var.
Yeri gəlmişkən, dövlətimizin qayğısı ilə Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin nəzdində Qarabağ müharibəsi-Cəbrayıl şəhidləri muzey filialının da yaradılmasına, zənnimcə, ehtiyac olacaq.
Cəbrayıl kifayət qədər abad olan şəhər, qəsəbə və kəndlərə malik bir rayon idi. Rayon ərazisinin bərbası məsələsi kifayət qədər müxtəlif rəyli ola bilər. Mən sadəcə öz düşüncələrimi qeyd edirəm. 90-dan yuxarı kənd, 4 qəsəbə və 1 şəhəri yenidən necə bərpa etmək məsələsində indi 80000 nəfərə yaxın rayon sakininin rəyi eyni ola bilməz. Hər halda, bu məsələdə ictimai rəy nəzərə alınmalıdır.
Mən "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinə xüsusi önəm verirəm.
Çox arzulayardım ki, Cəbrayıl şəhəri baş planı işlənməklə xüsusi layihə əsasında bərpa olunsun. Şübhəsiz, mərkəzi küçələr çoxmərtəbəli binalarla, ictimai obyektlərlə, inzibati strukturu əhatə edən obyektlərlə təchiz oluna bilər.
Fərdi evlərin tikintisi və bu evləri müəyyənləşdirən küçələr sərt planla tənzimlənməlidi və bu zaman ayrı-ayrı ərazilərdə Cəbrayılın məhəllələrinin yenidən yerləşdirilməsi tarixi baxımdan mütləq nəzərə alınmalıdır: Mirzəcanlı məhəlləsi, Qalalılar məhəlləsi, Yarəhmədli, Qurbantəpə, Şahvələdli, Xələfli, İmambağı, Xudaverdili, Xubyarlı... və s.(hansı məhəllənin adı yadıma düşməyibsə, qeyd etməmişəmsə, oxuculardan üzr istəyirəm).
Burada uzun müddət diqqətdən kənarda qalan bir məqama da diqqəti cəlb etmək istərdim. Söhbət məşhur Cəbrayıllı tayfasından gedir. Bu tayfa haqqında etnoqraf Ənvər Çingizoğlu geniş bilgi verə bilər. Cəbrayıllı tayfasının qalıqları var. Şıxlar kəndində yaşayan Abasqulu uşağı özlərini Cəbrayıllı tayfasının varisləri bilirlər. Cəbrayıl Ata adı bizim üçün mühüm əhəmiyyət kəsb etməlidir. Zənnimcə, insanlar nisbətən dədə-baba məhəllələrinə uyğun yerləşdirilsə narazılığa çox az yer qalar.
Cəbrayıl şəhəri kifayət qədər zəngin tarixə və çox dəyərli tarixi abidələrə malik bir bölgənin mərkəzi idi. Cəbrayılın tarixini İsam dövrü ilə bağlamaq təkcə mübahisəli deyil, həm də kobud səhvdir. Düşmənlərimiz də elə bunu istəyir. Soltan Əhməd adı islamdan bəriki dövrə xasdır. Cəbrayıl Ata adını tarix özü bizim üçün qoruyub. Arxeoloqlar və tarixçilər Cəbrayıl məqbərəsini asanlıqla tədqiq edər və abidənin qədim Albaniya dövrünün sakini, yadigarı olduğunu sübut edərlər. Ona görə də birinci növbədə Cəbrayıl şəhərinin adının sahibi olan Cəbrayıl Ata (V-VII əsrlər) məqbərəsi xüsusi dövlət qayğısı ilə bərpa olunmalı və Cəbrayıl ərazisinin turist marşrutuna daxil edilməlidir. Heç də Cəbrayıl Ata məqbərəsindən geri qalmayan Ağoğlan məbədi də (Şahvələdli kəndindən yuxarıda), Qurbantəpəsi, Soltanəhməd hamamı, Qaradaş kimi tarixi abidələr də xüsusi dövlət qayğısı ilə işarələnməli, bərpa olunmalı, Cəbrayıla gələn turistlərin marşrutuna daxil edilməlidir.
Kəhrizlər və bulaqlar haqqında danışmazdan əvvəl Cəbrayıl şəhəri üçün həyat mənbəyi olan 4 kəhrizin adını bəri başdan çəkmək istərdim: Hüseynağa kəhrizi, Məhəmməd bəy kəhrizi, Çinar kəhrizi və Ağsaklar kəhrizi. Bu kəhrizlərin hər biri həm qədim dövrlə, həm də Qarabağ tarixi ilə bağlıdır. Xüsusilə, Hüseynağa və Məhəmməd bəy kəhrizləri Qarabağın Cavanşirlər nəslinin yadigarı kimi Cəbrayılda yaddaşların əzizi idi. Demək, ilk övbədə Cəbrayıl şəhərinin abadlığı naminə bu 4 kəhrizin həyata qaytarılmasından başlamaq daha vacibdir. Bəli, Cəbrayıl ərazisi məşhur bulaqlar və kəhrizlər məkanı idi. Biz işğal zamanı dərk etdik ki, həmin sular xalqın çox dəyərli sərvəti olmaqdan başqa, adlarına və işlənmə texnikalarına görə tariximiz üçün xüsusi əhəmiyyət daşıyıb. Cəbrayılda 112 adlı kəhriz və bəlkə bundan da çox adlı bulaqlar var idi. Şübhəsiz, düşmən bu kəhrizləri barbarcasına məhv edib. Baxımsızlıqdan bulaqlar quruyub. Ona görə də 112 kəhrizin (bu barədə mən əvvəllər mətbuatda geniş şəkildə yazmışam; hər bir kəhrizin adı, yerləşdiyi yer, su tutumu və s. barədə) hər biri tarixi abidə kimi bərpa olunmalıdır. Bu sırada, şübhəsiz, adlı bulaqlar da xüsusi əhəmiyyət kəsb edir.
Mənim düşüncəmə görə, Xudafərin su qovşağının və Qız Qalası su qovşağının tikintisi ilə bağlı olaraq həmin ərazilərə yerli sakinlərin qayıtması mümkün deyil. Həmin ərazilər Aşağı Xələfli (Xələfli qəsəbəsi), Xudafərin qəsəbəsi, Qumlaq kəndləri və Qumlaq qəsəbəsini əhatə edirdi. Ona görə də bu yaşayış məskənlərinin tarixi iş yerləri və həyat şəraitləri dəmir yol xətti ilə bağlı olduğundan Diri dağının şimal üzündə - Gəyən düzündə Xudafərin adlı qəsəbə (bəlkə də şəhər) salmaq daha məqsədəuyğun olardı.
Yeri gəlmişkən, Diri dağının xüsusi tarixi abidələr məkanı olduğunu da burada yaddan çıxarmaq olmaz: Qız Qalası, Qurbaninin məzarı, Mazannənə türbəsi və yaxınlıqdakı məqbərə. Digər tarixi abidələr də var. Mən, xüsusilə, bərpası vacib olan abidələrin adlarını qeyd edirəm. Bu sırada, əlbəttə, Qurbaninin abidəsi və məqbərəsi haqqında ayrıca düşünməliyik. Yəqin ki, Maralyan kəndində ilk saz tutub sazla söz deyən maralyanlı Aşıq Pərinin qəbirüstü abidəsi də unudulmayacaq.
Azərbaycan tarixi üçün xüsusi əhəmiyyət kəsb edən Xubyarlı türbələri, Şıxlar türbələri, Şıxlarda şəhərgə ərazisi, Dağ Tumasda Başıkəsik künbəz, Sirikdə Tey qalası, Çələbilər kəndindəki məscid- məbədlər, Hacı Qaraman türbəsi və həmin ərazilərdəki digər abidələrin bərpası, turist marşrutuna daxil edilməsi bir çox cəhətdən əhəmiyyətlidir. Hələ Minbaşılıdan tutmuş Hovuslu, Qalacıq kəndlərini keçməklə vadi boyu az qala möhtəşəm Sirik istirahət düşərgəsinə qədər düzülmüş kurqanlar eradan əvvəl 3-5-ci minilliklərin yadigarları hansı qonağın, turistin qəlbini həyəcana gətirməz. Sirik meşələri, bulaqları, təbiəti dünyanın kurort yerləri ilə rəqabət gücündə deyilmi...
Cəbrayıl ərazisində Divlər sarayı adlanan təbii-arxeoloji abidə var idi. Bu abidə əslində mağara abidədir və heç şübhəsiz, Azıx mağarası ilə yaşıddır. Elə həmin abidənin adına Divlər mağarası da deyirdilər. Quşçular kəndinin üstündə - Qızılqaya adlanan zirvədə siklop (siqion) tikililəri də məşhur idi. Xüsusilə bu abidələrin nəzarətə götürülməsi, bərpası, turist marşrutuna daxil edilməsi Cəbrayılın gələcək inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edərdi.
Mənim doğulduğum Xələfli kəndi Cəbrayıldan cənub-qərb istiqamətində, dağların zirvəsində yerləşirdi. Rayoun mərkəzindən 8 km-lik məsafədə olsa da, iqliminə görə, dəniz səviyyəsindən yüksəklik baxımından Araz qırağı ərazidən çox fərqlənirdi. Kəndimiz Kiçik Qafqaz sıra dağlarının Qarabağ silsiləsinə aid olan Gordubaba və Xələf dağlarının arasında yerləşirdi. Çoxlu adlı bulaqları vardı: "Korbulaq" (bəlkə Gur bulaq) suyu ilə kəndin bağ-bağat, tərəvəz əkinlərini təmin edirdi. Gecə vaxtı az qala bir 1 km-lik məsafədən bulağın şırıltısı eşidilirdi. Təhnəsi, novu hardansa uzaqlardan gətirilmiş qiymətli daşlarla ərsəyə gəlmişdi. "Kor bulaq"dan yuxarı güneydən xüsusi boru ilə çəkilib gətirilmiş İbrahimli məhəlləsinin "Güney bulağı", məşhur "Vəli bulağı" da suyunun keyfiyyətinə görə çox dəyərli hesab olunurdu. Bu bulaqların da, bərpa olunmaqla istifadəyə qaytarılması vacibdir.
Xələfli kəndində ikinci məşhur bulaq bizim evimizin də lap yanında olan bulaq - "Şirvan bulağı" adlanırdı. Ən azı 300 illik tarixi vardı. Təhnəsi, novu və əhatəsi üçün qara, şumal, yonulmuş qiymətli daşlar Qarabağın harasındansa buraya car-carla daşınıb gətirilmişdi. Novu əhatə edən daşlar, təhnənin özü, novun qabağına düzülmüş üzlük daşlar iri sal qara mərmərlərdən ibarət idi. İndi bu bulaqları necə tarixi abidə hesab etməmək olar? Adları var idi, uzaq və zəngin keçmişləri var idi, daşlar üzərində sənətkar əlinin izləri var idi. "Mirin qozu", "Mirzə suyu" bulaqları da əvəzolunmaz maddi sərvətlərimiz sırasındadır. Artezian quyuları vurmaqdansa bulaqları həyata qaytarmaq daha vacibdir.
Üzü Tatar və Quşçular kəndlərinə gedən yolun üstündə məşhur "Şəkər xatun" bulağı adı dastanlar bəzəyi abidə bulaq idi. Həmin bulağın tarixi ilə səsləşən əfsanəni əsas tutaraq bir poema da yazmışam. Yaxud müalicəvi əhəmiyyəti olan məşhur "Cingir bulağı". Şahvəllidə idi. Mineral bulaq haqda bir əfsanə-hekayə də yazmışdım. Bu olub 1980-ci illərdə. Bəli, tarixi uzaqda axtarmaq lazım deyil. Nə isə...
Xələfli kəndinin mərkəzində "Xələf piri" adlanan ziyarətgah yəqin ki, orada doğulub böyüyənlərin heç birinin yadından çıxmayıb. Düşünürəm ki, həmin ziyarətgah-məqbərə də bərpaya möhtacdır.
Təkcə Xələfli kəndinin yox, bütün Qarabağın, o cümlədən, Cəbrayılın qəbiristanlıqları da dağıdılıb. Yəqin ki, bu barədə əlaqədar təşkilatlar da düşünəcəklər. Ən azı, həmin qəbiristanlıqlarda erməni vandallarının əməllərini ifşa edən sadə yaddaş abidələri də qoyula bilər.
Bir daha mübahisəli olacaq məsələyə qayıtmaq istərdim. "Ağıllı kənd" layihələri dərələrdə, vadilərdə, 3-4 evdən ibarət olan kəndləri birləşdirmək baxımından faydalı olardı. Yenə də məhəllə, qonşuluq, qohumluq münasibətləri baxımından yerləşdirmə sakinlər üçün daha münasib olardı. Əlbəttə, vəziyyət düzəldikcə, şərait yaxşılaşdıqca, insanların şəhərdən axınını təmin etdikcə tavanalı insanlara ata-baba mülklərinin yerində yay-yaylaq evləri, bir sözlə, dədə-baba mülklərinin bərpası üçün də şərait yaradılması mümkün hesab oluna bilər.
Cəbrayıl saz-aşıq yurdunun tarixi beşiyidi. Azərbaycanın ilk saz-qopuz tutan sənətkarı Dirili Qurbanidir. Və onun tarixi məkanı Diri dağında Qız Qalası yaxınlığındakı Diri kəndidir. Təsadüfi deyil ki, sənətkar öz adında Dirili sözünü yaşadır. Biz Dirili Qurbani deyirik.
Cəbrayılda Diri dağı əbədiyaşarlıq məskəni hesab olunurdu. Buradakı qədim yaşayış məskənlərinin, "Şirə Daşı"nın qədim bağlarının çoxəsrlik yaşı vardır. Ümumiyyətlə, Diri dağı ən gözəl, ən dəyərli turist marşrutu ola bilər.
Cəbrayıl rayonunda işğala qədər Diridağ folklor ansamblı fəaliyyət göstərirdi. Şahvəlli kəndində tanınmış mədəniyyət işçisi Hüseyn Əliyevin rəhbərliyi ilə Çahargah muğam ansamblı yaradılmışdı. Həmin ansambl vaxtılə SSRİ Mədəniyyət Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşdu. Cəbrayıl rayon Mədəniyyət Evinin nəzdində dram yaradıcılıq evi, o cümlədən, Çinar rəqs ansamblı, Abbasovlar ailə ansamblı fəalliyət göstərirdi. Böyük Mərcanlı kənd Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən İstedad birlikləri, Xalça muzeyi, Xələfli kənd klubunun Tərəkəmə rəqs ansamblı da kifayət qədər məşhur idi. Düşünürəm ki, bu ansamblların fəaliyyətinin bərpası tarixi-etnik yaddaşın oyanışına çox kömək edə bilər.
Artıq yuxarıda qeyd etdim ki, Cəbrayıl erməni işğalına qarşı iki müharibədə şücaətlə döyüşüb. Bu qəhrəmanlığın ikinci cahan savaşından gələn varisliyi də vardı. Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov və Qarabağ müharibəsinin şəhidləri, qaziləri və eləcə də, 44 günlük savaşın qəhrəmanları ilə bağlı xüsusi mədəniyyət mərkəzi, muzey də yaratmaq olar. Bu muzeyin nəzdində Cəbrayılın qəhrəmanlıq tarixini əks etdirən mətbuat və kitab nəşrlərinin nümunələri toplana bilər. Və bu, qəhrəmanlıq tariximizin zəngin kitabxanasına çevrilər. Bu yer yeni nəsil üçün tarixi öyrənmək baxımından əsl ziyarətgah olar.
Ümumiyyətlə, Cəbrayılın tarixini əks etdirən muzeydə Azərbaycan tarixində xüsusi yeri olan şəxsiyyətlərin həyat və fəaliyyətlərini əks etdirən guşənin yaradılması varislik baxımından xüsusi əhəmiyyət kəsb edərdi. İşğal dövründə Cəbrayılın və əlbəttə, həm də Qarabağın azadlığı uğrunda qələm çalmış sənətkarların əsərləri də Cəbrayılda bir araya gətirilə bilər. Burada, xüsusilə, ayrı-ayrı kəndlərlə bağlı tarixi yerlər və abidələr haqqında danışa bilmədim. Yaxşı olar ki, hər bir kəndin yetirməsi olan ziyalı doğulub-böyüdüyü ərazinin tarixi yerləri, abidələri haqqında özü məlumat versin...
Mən Cəbrayılın gələcəyini çox parlaq görürəm. İnanıram ki, Ali Baş Komandan və prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində bütün Qarabağlılar kimi biz də tarixi yurdumuzla bağlı vüsalın şirinliyinə qovuşacağıq.
21.06.2021
Əli Rza Xələfli
(Əzizli Əlirza Zal oğlu)
Qabaqcıl Maarif xadimi, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, Səməd Vurğun adına və Şahmar Əkbərzadə adına ədəbiyyat mükafatları laureatı, “Kredo” qəzetinin baş redaktoru
23:20, Bu gün
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
23:16, Bu gün
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
23:15, Bu gün
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
23:13, Bu gün
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
23:12, Bu gün
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
23:08, Bu gün
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
23:02, Bu gün
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
23:02, Bu gün
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
22:59, Bu gün
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
22:55, Bu gün
Qırğızıstan “TikTok”u qadağan edə bilər
22:40, Bu gün
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
22:37, Bu gün
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
22:36, Bu gün
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
22:35, Bu gün
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
22:29, Bu gün
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
22:23, Bu gün
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
22:16, Bu gün
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
22:14, Bu gün
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
22:11, Bu gün
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
21:55, Bu gün
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
21:52, Bu gün
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
21:50, Bu gün
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
21:48, Bu gün
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
21:44, Bu gün
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
21:42, Bu gün
Buraxılış imtahanlarına asan suallar salınıb? - AÇIQLAMA + VİDEO
21:30, Bu gün
Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
21:15, Bu gün
Uelsdə silah zavodunda PARTLAYIŞ
21:12, Bu gün
Urmiya gölünün son peyk görüntüsü - FOTO
21:06, Bu gün
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
21:03, Bu gün
BDU -da Aqil Abbasla tələbələrin görüşü keçirilib
23:20, Bu gün
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
23:16, Bu gün
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
23:15, Bu gün
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
23:13, Bu gün
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
23:12, Bu gün
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
23:08, Bu gün
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
23:02, Bu gün
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
23:02, Bu gün
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
22:59, Bu gün
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
22:55, Bu gün
Qırğızıstan “TikTok”u qadağan edə bilər
22:40, Bu gün
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
22:37, Bu gün
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
22:36, Bu gün
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
22:35, Bu gün
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
22:29, Bu gün
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
22:23, Bu gün
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
22:16, Bu gün
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
22:14, Bu gün
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
22:11, Bu gün
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
21:55, Bu gün
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
21:52, Bu gün
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
21:50, Bu gün
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
21:48, Bu gün
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
21:44, Bu gün
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
21:42, Bu gün
Buraxılış imtahanlarına asan suallar salınıb? - AÇIQLAMA + VİDEO
21:30, Bu gün
Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
21:15, Bu gün
Uelsdə silah zavodunda PARTLAYIŞ
21:12, Bu gün
Urmiya gölünün son peyk görüntüsü - FOTO
21:06, Bu gün
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
21:03, Bu gün
BDU -da Aqil Abbasla tələbələrin görüşü keçirilib
20:59, Bu gün
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
20:49, Bu gün
"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət
20:47, Bu gün
“Bir gün konservatoriyanın qabağında dayananda onu gördüm”
20:46, Bu gün
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
20:37, Bu gün
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
20:29, Bu gün
Yaponiya sahillərində güclü zəlzələ olub
20:28, Bu gün
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
20:27, Bu gün
Baş ağrılarının bilinməyən səbəbləri - TERAPEVT DANIŞDI
20:23, Bu gün
İş adamı Manaf Ağayevə ev bağışlayıb? – Özü DANIŞDI
20:22, Bu gün
Gürcüstanın baş naziri prezidenti xarici agent adlandırdı
20:15, Bu gün
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
20:13, Bu gün
“Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından tez tərk etməsi ciddi nailiyyətdir”
20:02, Bu gün
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
19:56, Bu gün
Xoşqədəm izləyicisinə çəmkirdi: “Babamın xəstəliyi canına tökülsün”
19:53, Bu gün
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
19:48, Bu gün
Qaynı evinə qonaq gəldi, arvadını döydü - TƏFƏRRÜAT
19:44, Bu gün
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
19:40, Bu gün
Astarada 6 otaqlı ev yanaraq külə dönüb
19:38, Bu gün
Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub
19:35, Bu gün
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
19:26, Bu gün
İranda parad zamanı gözlənilməz hadisə: Hərbçilər su şırnağına “məruz qaldılar” - VİDEO
19:25, Bu gün
Ən yaxşı yemək və içki təklif edən HAVA LİMANLARI
19:20, Bu gün
Qubada tarixi türbə ilan yuvasına çevrilib - VİDEO
19:14, Bu gün
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
19:05, Bu gün
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
18:57, Bu gün
Ev tapşırıqlarına görə anasına bıçaqla hücum etdi
18:55, Bu gün
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
18:45, Bu gün
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
18:38, Bu gün
Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu
18:33, Bu gün
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
18:27, Bu gün
Bakıdakı bu şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO
18:24, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
18:20, Bu gün
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
18:19, Bu gün
Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...-Akif Nağıdan tariximizə fərqli baxış...
18:11, Bu gün
Yanlış arıqlamağın üç əsas göstəricisi
18:10, Bu gün
Saakaşvili bütün ölkəni etirazlara çağırdı
18:10, Bu gün
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
18:08, Bu gün
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək
18:04, Bu gün
Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir
18:00, Bu gün
"Unibank" Vətən müharibəsi qazisini məhkəməyə verdi
17:57, Bu gün
Gürcüstanın Baş naziri: Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəyik
17:55, Bu gün
Brüssel görüşünün təfərrüatları: Ermənistanla bağlı təhlükəli plan - ŞƏRH + FOTO
17:51, Bu gün
"Olaf Şolts güzəşt axtarışında" - Almaniya kansleri Çinə səfər edib
17:47, Bu gün
"Sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir"
17:45, Bu gün
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17:43, Bu gün
“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, 10 milyon depozit itirib
17:40, Bu gün
"Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür" - Vüqar Rəhimzadə
17:36, Bu gün
Türkiyəli professor BDU-nun SABAH qruplarının tələbələrinə mühazirə oxuyub - FOTO
17:32, Bu gün
Səbinə Əliyeva BMT rəsmisi ilə mina problemini müzakirə etdi
17:30, Bu gün
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir
17:28, Bu gün
Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə görüşlər keçirilib - FOTO
17:25, Bu gün
UNEC rektoru buraxılış imtahanında ən yüksək bal toplayan abituriyentlə görüşüb - FOTO
17:21, Bu gün
İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17:20, Bu gün
Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətinə səbəb buraxmadı - ŞƏRH
17:16, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
17:15, Bu gün
“Əli Kərimli xarici dairələrin sifarişi əsasında mitinq təyin edib”
17:10, Bu gün
Abşeronda kişi meyiti tapıldı
17:07, Bu gün
İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü saxlanıldı - VİDEO
17:02, Bu gün
Naxçıvanda ordu aviasiya hissələri 1 nömrəli hazırlığa gətirildi - FOTO/VİDEO
16:57, Bu gün
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - FOTO
16:52, Bu gün
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
16:47, Bu gün
"Rusiyanın Ukraynada məğlubiyyəti qaçılmazdır" - Çin analitikinin proqnozu
16:42, Bu gün
Azərbaycan Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir - FOTO
16:37, Bu gün
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü DANIŞDI
16:32, Bu gün
Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır
16:27, Bu gün
Fransanın “səfir oyunu”: Paris forpost İrəvanla müstəqil Bakını səhv salır - ŞƏRH + FOTO
16:25, Bu gün
Xəzər rayonunda silahlı şəxs saxlanıldı
16:22, Bu gün
“Ürəyi” olan yeganə planet - Plutonun böyük sirri üzə çıxdı
16:19, Bu gün
BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verdi
16:16, Bu gün
Şahin Bağırov vətəndaşları qəbul edəcək
00:19, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: Böyük PROSES BAŞLADI -VİDEO
00:53, Bu gün
“Barselona” azarkeşləri səhvən öz klublarının avtobusuna hücum ediblər - VİDEO
16 Apr 2024 | 23:57
Üzünüzü bu qarışımla nəmləndirin
06:36, Bu gün
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
16 Apr 2024 | 23:44
Fransa Azərbaycandakı səfirini geri çağırıb
00:06, Bu gün
Sarımsaq qoxusundan necə qurtulmaq olar?
00:06, Bu gün
"Dünya savaşı başlayıb, avtokratiyalar bunu anlayıb, Qərb isə xəyallar aləmindədir" - "The Telegraph"
16 Apr 2024 | 23:40
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
10:17, Bu gün
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ
09:28, Bu gün
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
00:19, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: Böyük PROSES BAŞLADI -VİDEO
00:53, Bu gün
“Barselona” azarkeşləri səhvən öz klublarının avtobusuna hücum ediblər - VİDEO
16 Apr 2024 | 23:57
Üzünüzü bu qarışımla nəmləndirin
06:36, Bu gün
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
16 Apr 2024 | 23:44
Fransa Azərbaycandakı səfirini geri çağırıb
00:06, Bu gün
Sarımsaq qoxusundan necə qurtulmaq olar?
00:06, Bu gün
"Dünya savaşı başlayıb, avtokratiyalar bunu anlayıb, Qərb isə xəyallar aləmindədir" - "The Telegraph"
16 Apr 2024 | 23:40
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
10:17, Bu gün
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ
09:28, Bu gün
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR