Şuşa - Pənah Əlidən İlham Əliyevə qədər...
Oxunub: 1838
18 Jun 2021 | 16:30
Şuşa - Pənah Əlidən İlham Əliyevə qədər...
Təməli Qarabağ hakimi Pənah Əli tərəfindən qoyulmuş Şuşa qalası prezident İlham Əliyev dönəmində öz tarixinin yeni dirçəlişini yaşayır. Molla Pənah Vaqifin timsalında “Azərbaycan intibahının” (mən akademik Nizami Cəfərovun elmə gətirdiyi bu fikirlə tam razıyam) beşiyi olan bu şəhər, Türk dünyasının kültür mərkəzlərindən birinə çevrilməkdədir, çünki Qarabağ torpağının Tanrıya yaxın qayalı bir zirvəsində zühur eləmiş “poeziya və musiqu ruhu”, uzun illik əsrlikdən sonra şüşədən çıxan bir çin sayaq, yenidən Azərbaycan üzərində pərvaz elədi. 15 iyun 2021-də, Azərbaycan dövlətinin “Dirçəliş günü”nü qutladığı bir gündə, “səkkiz qırlı qızıl daylaq” prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayib Ərdoğanı “xan qızının türbəsinə apardı”. Hələ 20 il öncə, mən “Şuşa həsrəti” şeirini yazanda bütün bunlar yalnız bir şairin arzuları idi. “Xan qızının türbəsinə apar məni qızıl daylaq” – deyirdi o zaman   içimdəki duyğular. Amma arzuların reallığa çevrildiyi günləri öz gözlərinlə görəndə bu duyğular sınırsız bir atəşfəşan övqatı oyadır səndə. Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada keçirdikləri rəsmi görüş bütün dünyanın nəzərlərini Azərbaycan mədəniyyətinin “Panteonuna” yönəltdi. On illər idi ki, ulularımızın teyfləri dolaşırdı bu qayaların qoynunda. İndi isə,  Molla Pənah Vaqifin, Xurşud Banu Natəvanın və Üzeyir Hacıbəyovun məzarlarını ziyarət edən iki türk lideri, burada “Şuşa müqaviləsi”ni imzalamaqla yeni bir tarixi səhifə açdılar. Mən bu müqavilənin məzmunu ilə tam tanış olmasam da, onun mistik gücünü hiss edirəm. Prezidentlərimizin göy səma altında qəddini düzəldib şeşələnən gözəl Şuşaya səfər etdiyi bu tarixi gün, yeni bir dirçəliş dönəminin təməlini qoydu.  Mən həmişə inanmışam ki, cənabi Allah bir qövmü yüksəltmək istəyəndə, onu qazanmadan-qazanmaya aparmaq üçün bir kılavuz göndərir. Sözün düzü bəşəriyyət tarix boyu bu qayə ilə yaşayıb. Müxtəlif xalqlar, müxtəlif cəmiyyətlər bir xilaskar, bir kılavuz gözləyişində olublar həmişə, onlar arzularının səmasında pərvaz edən bu kılavuzu fərqli adlarla çağırıblar. Biz türklər ona Göy Börü demişik, onun gəlişini elə olub ki, yüz illər boyu gözləmişik. Bu ülkü, bu qayə İstəminin, Baburun, Osmanın və neçə-neçə Tanrı çeçkininin ordularının önündə gedib, tarix kitabının səhifələrinə öz möhürünü vuran neçə şanlı səltənətin bərqərar olmasına vəsilə olub.  
Bir zamanlar bu qayə Oğuz tayfalarını ətrafına toplayıb müdəddəs yürüşı başlayan Şah İsmayıl Səfəvinin ordusunun uranı olaraq, onları böyük bir səltənət qurmağa sövq etdi. Geniş ərazilərdə qurulan və “Sufilər dövləti” kimi tanınan bu səltənət zamanında bu gün Azərbaybaycan türkləri kimi tanınan türk tayfaları bir bayraq altında birləşdilər. İndiki Əfqanıstanı, İranı, Qafqazı əhatə edən bu səltənətdə müxtəlif inzibati ərazizilr vardı, onlardan biri də Qarabağ bərlərbəyliyi idi. Mərkəzi Gəncədə olan bu bəylərbəylik Araz çayı sahillərindən Qori sınırlarına qədər uzanırdı. Onda qədim Albaniya-Girdman torpaqlarının böyük bir hissəsi Qarabağ bəylərbəyliyinə daxil idi. Əlbəttə, Səfəvi hakimiyyəti inzibati əraziləri elə-belə, havadaan yaratmırdı, bu qurumlar tarixi bağları olan ərazilərdə yaradılırdı. Səfəvi sülaləsinin hakimiyyətinə son qoymuş Nadir xan Avşarın ölümündən sonra başsız qalan səltənət dağıldı və imperiyanın hər yerində ərazi hakimləri özlərini xan, yəni Avropa diliylə desək, kral, müstəqil hökmdar elan etdilər. Nadir şah ordusunun qoşun başçılarından olan Pənah Əli bəy Cavanşir də öz dəstəsi ilə Qarabağa gələrək özünü xan elan etdi. Buradan belə bir süal çıxır ki, nəyə görə məhz Qarabağ? Onsuz da hər yanda dərəbəylik idi və bir neçə yüz əskəri olan hər bir kəs özünü xan elan edə bilirdi. Həmin dövrdə özünü hökmdar elan etmək elə də çətin deyildi, ən çətini bu hakimiyyəti saxlamaq idi. Ərazi üzərində yerli əhalinin və oradakı tayfaların dəstəyini almaq üçün iddialarının qanuniliyini ortaya qoymalıydı. Buna görə, Pənah Əli bəy Cavanşir öncə xristian məliklərinin yaşadığı əraziyə gəldi və iddialarını ortaya qoydu. Xristian məlikləri Albaniyanı idarə etmiş Mehranılərin soyundan idilər və müsəlman hökmdarlar həmişə icma daxilində onların muxtariyyətini saxlamışdılar. Bu o zamanlar idi ki, Rus imperiyası hələ Qarabağı ermənilərlə məskunlaşdırmamışdı, xristian əhali də hələ türk dilində danışırdı. Onların aşıqları da, şairləri də türkülərini türk dilində deyirdilər. Şəcərəsi Mehranilərin ən böyük nümayəndəsi Cavanşirə uzanan Cavanşirlər nəsli müsəlman olsalar da, ortaya iddia qoyduqda xristian məliklərin çoxu, xüsusən məlik Şahnazar onların iddialarını dəstəklədi. Mehranilər Parfiya əsilli olsalar da, Xəzər xaqanları ilə, Albaniya tarixçisi Kalantuklu Moiseyin dili ilə desək, “türklərlə qohum idilər”. Mehranilər sülaləsinin qurucusu Mehran Sasani sarayından qaçanda Xəzər xaqanına pənah apardı, öz qızını ona verən xaqanın dəstəyi ilə Azərbaycan ərazisində Qardman (Girdman) dövlətini qurdu. Xazər xaqanlarının himayəsi Sasaniləri Mehranilərin hakimiyyətini tanımağa məcbur etdi. Müsəlmanlığın gəlişindən sonra Mehrani hökmdarlarının ən qüdrəlisi Cavanşir müsəlmanlarla dostluq sazişi bağlaya bildi və müsəlman hökmdarlar uzun əsrlər boyu onun nəslindən olanların hüquqlarını tanıdılar. İslamı qəbul edən Mehranilər ümmətin üzvi bir hissəsi oldu, xristianlığı saxlayanlar isə ümmət içərisində daxili muxtariyyət aldılar...
Buna görə Pənah Əli Cavanşir ortaya iddia qoyub özünü xan elan edəndə yalnız Qarabağın müsəlman və xristian əhalisi deyil, qədim Girdman torpaqlarının digər yerlərində də dəstəkləndi. Borçalı, Qazax, Tovuz, Şəmkir, Gəncə kimi yerlərdən xeli insan yeni yaranmış xanlığın ərazisinə, xüsusən onun yeni inşa edilmiş paytaxtına, Şuşa qalasına köç etdilər. Bu köçün ən böyük nümayəndəsi isə adını Azərbaycanın tarix kitabına qızıl hərflərlə yazdırmış böyük şair Molla Pənah Vaqif oldu. Qarabağ torpağında, qayalar zirvəsindən səmaya boylanan Şuşa qalasında qılınc və qələmin ittifaqından böyük bir mədəniyyət toxumu cücərdi və Azərbaycanın Təbriz, Şamaxı, Gəncə kimi qədim mədəniyyət mərkəzləri ilə yanaşı yeni bir mədəniyyət ocağı zühur elədi. Qamlardan gələn türk dastan ruhunun və Parfiya maqlarının bəşəriyyətə tövhə verdiyi bir sənətin sintezindən yeni bir mədəniyyət gəldi ortaya- kökü qam və maqlara dayanan Azərbaycan mədəniyyəti. 
Bizim Molla Pənah Vaqifin həyat və fəaliyyəti  barədə  bilgilərimiz əsasən Yusif Vəzir Çəmənzəminlinin  və  Səməd Vurğunun əsərlərinə dayanır. Bədii əsərdə təsvir olunan obrazın reallığa nə qədər yaxın olduğunu yalnız guman etmək olar. Amma bir şeyi dəqiq deyə bilərik: Çox qısa zaman kəsiyində varlığını sürdürmüş Qarabağ xanlığı, əsasən də onun paytaxtı Şuşa şəhəri ərazisində baş vermiş mədəniyyət intibahının meydana gəlməsində, elə bu xanlığın ömrü qədər onun baş vəziri, ildiki dillə desək baş naziri olmuş Molla Pənahın tarixi rolu hələ də lazimi dəyərini almayıb. Deyirlər el gözü tərəzi olar, şairin lk dəyəri də elə eldən gəlib: “Hər oxuyan Molla Pənah olmaz”. Tariximizdə heç bir şəxsiyyət haqqında mən buna oxşar ifadəyə rast gəlməmişəm. Gərək ki, elin gözündə elə əməllərin sahibi olasan ki, insanlar səni elmin simvolu olaraq görsünlər. Mən Molla Pənahın tarixi missiyasını belə görürəm: O ölməz şeirləri ilə yanaşı, daha bir ölməz əsər qoyub, bu da onun formalaşdırdığı Şuşa mühitidir. Bu mühitin xanlığını rus general-mayorluğuna dəyişmiş İbrahim Xəlil xan Cavanşir tərəfindən formalaşdırıldığını iddia etmək isə sadəcə gülünc olardı. Mən indi, bu sətirləri yazarkən Heydər Əliyevin müdrikliyinə bir daha heyran qalıram. O hələ Sovetlər dönəmində M.P.Vaqifin məzarı üzərində türbə yapdırmışdı. “Azərbaycan intibahı” ideyasını ortaya qoyaraq onun ciddi elmi  əsaslarını ortaya qoyan akademik Nizami Cəfərovun da uzaqgörənliyini qeyd etməyə bilmərik...
İndi prezidentlərimiz İlham Əliyevin və Rəcəb Tayib Ərdoğanın Şuşaya etdikləri  tarixi səfəri seyr edərkən, Şuşanın Pənah Əlidən İlham Əliyə qədər uzanan tarixi kino kadrları kimi keçir gözlərim önündən. Bu səfərin siyasi mahiyyətləri barədə, hələ çox yazılacaq, çox danışılacaq. Amma məni daha çox mənəvi aspetkləri maraqlandırır. Düşünürəm ki, prezident İlham Əliyev Şuşadan başlayan İntibah ruhunu bütün ölkədə pərvaz etdirəcək. Uzun illər ərzində etdiyim müşahidələrdən belə bir qənaətə gəlmişəm: Cənab Prezident hansı sahə ilə şəxsən özü məşğul olubsa, orada böyük inkişaf baş verib. Sonuncu dəfə biz bunu Vətən savaşı zamanı gördük. Ordu cəbhədə mücadilə edərkən, Ali Baş komandan da informasiya savaşında meydan cənginə çıxdı və bütün düşmən ünsürləri pərən-pərən elədi. Əlbəttə bu elə də yaxşı bir hal deyil, amma neyləyəsən ki, bəzi tarixi məqamlarda bir şəxsiyyət  cəmiyyətdən bir baş yuxarı olur. Bu hal yalnız bizim cəmiyyətə aid deyil və onun tarixi analoqları çoxdur. Cəmiyyətdə böyük reformlar həmişə böyük şəxsiyyətlərin qətiyyəti sayəsində aparılıb. Mən arzu edərdim ki, Prezidentimiz böyük  Zəfərdən sonra meydana gələn yeni reallıqda, hadisələrin kölgəsində qalmış, Molla Pənah ruhunun davamçıları, müstəqillik illərində formalaşan ədəbiyyat nümayəndələri ilə də şəxsən məşğul olacaq. Çünki artıq qələm savaşının zamanı gəlir. 
Mən bu yazını, elə prezidentlərimizin Şuşa səfəri günü çapdan çıxmış və Vətən savaşı dövründə mətbuatda çap olunan yazılarımdan ibarət “Ordu günü” kitabımdan bir sitatla bitirmək istəyirəm. Bu yazını Şuşa alınan günü yazmışdım: “...Mən Pənahəli xanı görürəm, Molla Pənah Vaqifi görürəm, Xan qızı Natəvanı görürəm, Üzeyir bəyi görürəm... və daha kimlər... kimlər. Onların şükranlıq baxışları müzəffər ordunun üzərinə alqışlar səpələyir. Bu ordu böyük ordudur, bu Komandan böyük komandandır. Bu millət, onları doğuran bu millət böyük millətdir. Millətimə salam olsun!
Salam olsun İlham Əliyev. Azərbaycan xalqına uzun illərdən sonra qələbə zövqünü tamsındıran böyük Komandan. Əcdadlarımızın şanlı ənənəlinin davamçısı. Sən “Savaş ayələri”ni gerçəkliyə çevirdin, Sən babalarımızın öləziyən savaş ruhunu zəfər atəşi ilə alovlandırdın. Sən dünya boyu səpələnmiş 50 milyon Azərbaycanlını bir bütövə çevirdin. Müsəlmanıyla, xristianı ilə, yahudisiylə... Hamısını. Ellərimizi dərləyib bir bayraq altına yığdın - böyük Eltəriş. Xəzər xaqanlığının əzəmətini yüz illərdən sonra Azərbaycan torpağında zühur elətdirdin. 
Salam olsun Rəcəb Tayib Ərdoğan, İslamın umudu, türklüyün qəlb odu. Əzilən hər müsəlman, tacavüzə uğrayan hər türk artıq bilir ki, o yalqız qalmayacaq. 
Halal olsun! Halal olsun.
 
 
Elxan Zal Qaraxanlı
 
Oxşar xəbərlər
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
07:22, Bu gün
Sumqayıtda ata-anasını qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanlıb
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
GÜNLÜK
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 09:43
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 09:57
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
18 Apr 2024 | 10:09
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 09:43
Ərli qadınlar niyə xəyanət edir? - Ağlasığmaz səbəbləri şoka salacaq
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 09:57
Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO
18 Apr 2024 | 10:09
Stressin orqanizmə hansı faydaları var? - NEVROLOQ AÇIQLADI