Alternativ və bərpaolunan səriştəsizlik, yoxsa? - Azərbaycan hər il milyonlar itirir...
Oxunub: 5456
06 May 2019 | 23:42
Alternativ və bərpaolunan səriştəsizlik, yoxsa?  - Azərbaycan hər il milyonlar itirir...
2019-cu ilin I rübü ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (38,4 milyon ABŞ dolları) birinci yeri tutub. Məlumat sevindirici olduğu qədər də düşündürücüdür. Hər şeydən öncə elektrik enerjisi kimi strateji məhsulu idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməyimiz qürurvericidir və prezident İlham Əliyevin həyatımızın bütün sahələrini əhatə edən və vətəndaş məmnunluğuna səbəb olan islahatlarının enerjidaşıyıcıların tariflərinə yenidən baxılmasından da yan keçməyəcəyinə ümidləri artırır. Digər tərəfdən gəlin razılaşaq ki, enerji ixrac edən ölkə statusunda olsaq da ölkə daxilində istehlakçıların fasiləsiz enerji təminatı nəinki qənaətbəxş deyil, əksinə, bir çox hallarda təəccüb və təəssüf doğurur. 

Xüsusən də bölgələrdə vaxtaşırı elektrik enerjisinin fasilələrlə verilməsi ənənəsindən qurtulmaq mümkün olmur. Acınacaqlısı odur ki, enerji verilişlərindəki fasilələr qışda əlverişsiz hava şəraitində deyil, (xoşbəxtlikdən ölkədə demək olar ki, qış da keçmir, əks halda bəlkə də günlərlə Azərbaycan qaranlığa qərq olardı) hava şərtlərinin tam qənaətbəxş olduğu günlərdə də bu açılmalar, fasilələr adi hal alıb. 

Xatırladaq ki, ötən ilin iyul ayının əvvəlində Azərbaycanın enerji şəbəkəsində baş verən böhran təkcə dövlət başçısının deyil, bütövlükdə cəmiyyətin də hiddətinə səbəb olmuşdu. Məhz həmin olay bir mühüm məsələni də gündəmə gətirdi, əcaba, milyonlarla dövlət vəsaiti sərf olunan alternativ enerji mənbəsi ilə məmləkəti qismən də olsa təmin etməli olan şəbəkədə - Alternativ və Bərpa Olunan Enerji Mənbələri ilə təminatda vəziyyət necədir? Bəlli oldu ki, bu şəbəkənin adından başqa heç nəyi yoxdur. 
Yeri gəlmişkən, ötən ilin sonlarında Hesablama Palatası da adı var özü yox qurumun - Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətində çox ciddi nöqsanlar aşkarlayaraq yaydığı hesabatda dövlət vəsaitlərinin ifrat xərclənməsini kəskin tənqid etmişdi. Görünür, bu qurumun yarıtmaz fəaliyyəti ilə bağlı prezident İlham Əliyevə kifayət qədər sanballı dosye təqdim olunduğuna görə bu ilin əvvəlində agentliyin fəaliyyətinə yerli-dibli xitam verməkdən başqa yol qalmayıb. 
Maraqlıdır ki, "fatihəsi" oxunan həmin agentliyin rəhbəri Akim Bədəlov sıradan bir məmur da deyildi. Ali Məhkəmənin sədri, çox hörmətli Ramiz Rzayevin qudası olan A. Bədəlovla bağlı zaman-zaman mediada o qədər də xoş olmayan məlumatlar da yayılmışdı, Google-da axtarış verməklə onun "şanlı bioqrafiya"sının bəzi epizodları ilə tanış olmaq mümkündür. Bu iddiaların bütünlüklə həqiqət olduğunu iddia etmək niyyətində deyilik, sadəcə dövlət başçısının bu agentliyin üstündən xətt çəkməsi belə bir qənaət formalaşdırır ki, biznes dünyasında kifayət qədər səriştəli olduğu təsiri bağışlasa da idarəetmədə yarıtmaz davranışları ilə dövlət başçısına ona etibar edilən qosqoca qurumu ləğv etməkdən başqa çarə buraxmayıb. Görünür, buraxılmış səhvlər və səriştəsizlik elə miqyasda olub ki, hakimiyyətdə kifayət qədər güclü mövqeləri olan Ramiz Rzayev qudasının kreslosunu xilas edə bilməyib.

Əlbəttə, məqsədimiz kimisə ittiham etmək deyil, Allahın bu məmləkətə verdiyi bunca nemətlərdən səmərəli istifadə edilərək ölkə iqtisadiyyatının inkişafına, vətəndaşın güzəranına töhfə verilməsini stimullaşdıracaq addımların təşviq edilməsdir. Bu ölkə təkcə nefti-qazı ilə deyil, küləyi, günəşi və digər ekoloji təmiz alternativ enerji mənbələri ilə də unikal özəlliyə sahibdir. Sadəcə bundan istifadə edərək ixrac potensialımızı ildə yüz milyonlarla artıra bilərik. Qarşıdan isti yay günləri gəlir. Kim zəmanət verəcək ki, yenə də bu və ya digər səbəbdən ölkənin enerji təminatında hansısa böhran yaşanmayacaq. O zaman heç olmasa streteji obyektləri, həyati önəm kəsb edən məkanları günəş-külək enerjisi ilə təmin etməməyi Allah bizə bağışlamaz...

Bu ilin əvvəlində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv olundu, həmin qurumun yerində heç nə yaradılmadı. Müasir dünyanın az qala yarısı alternativ və bərpaolunan enerjidən qidalanır, elə isə belə bir strateji qurumun yerli-dibli ləğvinin səbəbləri barədə nə deyə bilərsiniz? Siz necə düşünürsünüz, Azərbaycana doğrudanmı belə bir qurum gərək deyildi?
       
Mövzunu davam etdirərək iqtisadçı millət vəkili Əli Məsimliyə verdiyimiz bu suala aşağıdakı cavabı almışıq:
"Ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən, yəni günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, bio-kütlə enerjisidən geniş istifadə olunur. İnkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələrinin payına (su elektrik stansiyaları daxil olmaqla) ümumi istehsal olunan enerjinin 15  faizı yaxını düşür. Bir sıra ölkələrdə isə bu rəqəm daha böyükdür. Bütün ölkələr kimi Azərbaycanın da  gələcəyi xeyli dərcədə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin səviyyəsi ilə bağlıdır.
     
Ekoloji cəhətdən təmiz texnologiyaya əsaslanan bərpa olunan enerji mənbələri arasında günəş və  külək enerjisi mühüm yer tutur. Bu baxımdan Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə yaxşı potensiala malikdir.Azərbaycanda günəşli günlərin sayı əksər ölkələrdəkindən çoxdur. Bakı isə küləklər şəhəridir. Amma son illərin statistikası göstərir ki, hələ ki, ölkədə istehsal olunan elektrik enerjisinin 90 faizindən çoxu istilik elektrik stansiyalarının, 9,5 faiz su elektrik stansiyalarının, 0,5 faizinindən azı isə günəş və küləyin payına düşür.
         
Alternativ və Bərpa Olunan Enerji Mənbələrimdən istfadənin  genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə DÖVLƏT P R O Q R A M I qəbul edilib. 
Həmin proqramın məqsədi ölkənin təbii potensialından istifadə etməklə bərpa olunan və ekoloji cəhətdən təmiz mənbələrdən enerji istehsalını genişləndirməkdən və karbohidrogen enerji resurslarından daha səmərəli istifadə edilməsini təmin etməkdən ibarətdir. Dövlət Proqramının əsas vəzifələri elektrik enerjisinin istehsalında alternativ (bərpa olunan) enerji mənbələrinin potensialını müəyyənləşdirmək; bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltmək;yeni enerji istehsalı sahələrinin yaradılması hesabına əlavə iş yerlərinin açılmasını təmin etmək;Azərbaycan Respublikasında ənənəvi enerji mənbələrinin mövcud ümumi gücü nəzərə alınmaqla alternativ enerji mənbələrinin hesabına enerji gücünün artırılması və bununla da ölkənin enerji təhlükəsizliyinin təminatının yüksəldilməsinə nail olmaqdır.

Fikrimizcə sözügedən sahənin Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq  Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyini ləğv etməkdənsə, bu qurumun  çevik fəaliyyətini təmin edən təkmilləşdirmələr aparmaq daha doğru variant olardı. Amma artıq hadisə baş verib: Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv olunub. Ona görə də müvafiq  nazirliyin nəzdində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin funksiyalarını daha səmərəli, daha dolğun və daha çevik yerinə yetirə bilən bir qurumun  yaradılmasını zəruri hesab edirik. Bu əsasda Azərbaycanda Alternativ Enerji Mənbələrindən istifadə məsələsində özəl təşəbbüsü stimullaşdırıb, ona geniş meydan verməklə ölkədə Alternativ və Bərpa Olunan Enerji Mənbələrindən istifadənin dairəsini genişləndirmək və beynəlxalq praktikada olduğu kimi, bizdə də maya dəyərinin sürətlə aşağı salınmasına nail olmaqla bu sahədə mövcud olan böyük potensialdan dolğun və səmərəli istifadə edilməsi işininin maksimum sürətləndirilməsini zəruri hesab edirik.".
Oxşar xəbərlər
00:53, Bu gün
“Barselona” azarkeşləri səhvən öz klublarının avtobusuna hücum ediblər - VİDEO
00:50, Bu gün
Bakıda 7 yaşlı uşağı motosiklet vurub
00:19, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: Böyük PROSES BAŞLADI -VİDEO
00:06, Bu gün
Sarımsaq qoxusundan necə qurtulmaq olar?
00:06, Bu gün
"Dünya savaşı başlayıb, avtokratiyalar bunu anlayıb, Qərb isə xəyallar aləmindədir" - "The Telegraph"
00:04, Bu gün
“Flydubai” Dubaydan aprelin 17-dək bütün reysləri ləğv edib
00:03, Bu gün
Türkiyə şirkəti ABŞ-də artilleriya mərmilərinin istehsalı üzrə zavod inşa edəcək
16 Apr 2024 | 23:57
Üzünüzü bu qarışımla nəmləndirin
16 Apr 2024 | 23:49
Politoloq Ermənistanın Azərbaycana qarşı iddiası ilə bağlı BMT-nin mövqeyini açıqlayıb
16 Apr 2024 | 23:47
Qərbi Azərbaycan Xronikası: Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdı
16 Apr 2024 | 23:45
Brüsseldə Viktor Orbanın iştirakı ilə tədbirin keçirilməsi qadağan edilib
16 Apr 2024 | 23:44
Fransa Azərbaycandakı səfirini geri çağırıb
16 Apr 2024 | 23:42
Ancelina Coli bu dəfə yeni döyməsi ilə diqqət çəkdi - FOTO
16 Apr 2024 | 23:40
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
16 Apr 2024 | 23:33
Azərbaycanın futzal millisi Gürcüstana uduzub
16 Apr 2024 | 23:31
Qonşu ölkədə tikinti materialları kəskin bahalaşacaq
16 Apr 2024 | 23:29
Sevda bu dəfə fərqli tərzdə mesajını verdi – VİDEO
16 Apr 2024 | 23:28
İranın öz simasını qorumaq əməliyyatı - VİDEO
16 Apr 2024 | 23:25
Oksana səfirlə görüşdü - FOTO
16 Apr 2024 | 23:24
ABŞ London məhkəməsinə Culian Assancın işində tələb olunan zəmanəti verib
16 Apr 2024 | 23:20
İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş - FOTO 
16 Apr 2024 | 23:18
Sumqayıtlı məzun: “300 bal toplamaq mənim ilk böyük uğurumdur”
16 Apr 2024 | 23:06
Güzəştli şərtlərlə pensiya alanların NƏZƏRİNƏ!
16 Apr 2024 | 23:03
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16 Apr 2024 | 23:01
Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
16 Apr 2024 | 22:57
Dünyanın ən yaxşı məşqçilərinin siyahısı AÇIQLANDI: Qurban Qurbanov Roberto de Dzerbini keçib
16 Apr 2024 | 22:50
"Zaporojye AES qəzaya təhlükəli yaxın məsafədədir" - MAQATE
16 Apr 2024 | 22:44
ABŞ Rusiyanın dondurulan aktivlərini müsadirə edə bilər
16 Apr 2024 | 22:34
Nazirdən yeni təyinat
16 Apr 2024 | 22:27
Tbilisidə aksiya zamanı DİN-in bir əməkdaşı yaralanıb
16 Apr 2024 | 22:24
Fuad Hüseynəliyev: “Ermənistan hökumətinin siyasətini Fransadan aldığı illüziyalar müəyyənləşdirir” - VİDEO
16 Apr 2024 | 22:22
Amerikada ərə gedən aparıcı oğlan DANIŞDI – NİYƏ? / FOTO
16 Apr 2024 | 22:20
Damla şəxsi təyyarə alıb? – VİDEO
16 Apr 2024 | 22:15
Baba Pünhanın vəfatından iyirmi il ötür
16 Apr 2024 | 22:08
“60 yaşlı kişinin əlinə silah verib qoyublar səngərə...”
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16 Apr 2024 | 21:58
Gürcüstanda iğtişaşlar: Parlament qarşısında etirazlar davam edir - VİDEO
16 Apr 2024 | 21:55
ADNSU ilə Vorvik Universitetinin İkili Diplom Proqramının Rəhbər Komitəsinin Böyük Britaniyada iclası keçirilib - FOTOLAR
16 Apr 2024 | 21:51
Bakıda dar küçədə böyük dərd: Nə təcili tibbi yardım maşını gəlir, nə də taksi - VİDEO
16 Apr 2024 | 21:40
Xarıbülbülü Cəlilabada gətirən Xalq artisti DANIŞDI: “Belə bir gülün olduğunu bilmirdim” - VİDEO
16 Apr 2024 | 21:30
BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək
16 Apr 2024 | 21:17
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
16 Apr 2024 | 21:15
"İsrail Baydenə böyük siyasi problemlər yaradıb" - "The Wall Street Journal"
16 Apr 2024 | 21:12
Brüsseldəki Ədliyyə Sarayında bomba təhlükəsi: İşçilər təxliyə edildilər
16 Apr 2024 | 21:06
Meyityuyan: “Heç biri yuxuma da girməyib” - VİDEO
16 Apr 2024 | 20:58
"Nədən İordaniyanın hava hücumundan müdafiə qüvvələri İran raketlərini vurub?.."
16 Apr 2024 | 20:51
Dubayda təyyarələr “gəmiyə” çevrildi, onlarla aviareys ləğv edildi - VİDEO
16 Apr 2024 | 20:48
2000-ci illərdə reperlərin geyindiyi cinslər qadınlar üçün dəbə çevrilib - FOTO
16 Apr 2024 | 20:36
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
16 Apr 2024 | 20:33
Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
16 Apr 2024 | 20:24
Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
16 Apr 2024 | 20:19
Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
16 Apr 2024 | 20:07
Səhər asanlıqla necə oyanmaq olar?
16 Apr 2024 | 20:04
Biləsuvarda əmək yarmarkası keçiriləcək
16 Apr 2024 | 19:56
Xəzərin suyunun duzsuzlaşdırılması Azərbaycanın su probleminə son qoya bilərmi?
16 Apr 2024 | 19:50
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
16 Apr 2024 | 19:45
Leyla Əliyevanın iştirakı ilə paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 19:35
Bakıda COP29 çərçivəsində Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək
16 Apr 2024 | 19:34
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
16 Apr 2024 | 19:27
5 yaşlı oğluna milyonluq maşın aldı, daha sonra təkzib etdi - FOTO/VİDEO
16 Apr 2024 | 19:24
Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib
16 Apr 2024 | 19:23
Bakının illər sonra ilk dəfə səki salınan küçəsi - FOTO
16 Apr 2024 | 19:20
Gündə 1 ovuc ərik tumu yemək görün nələrə faydalıdır - FOTO
16 Apr 2024 | 19:18
Səfir: Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir
16 Apr 2024 | 19:14
60 yaşdan sonra bu qidalardan imtina edin, yoxsa...
16 Apr 2024 | 19:05
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
16 Apr 2024 | 18:57
Dövlətdən pul almaq istəyənlərin NƏZƏRİNƏ - Mütləq bunları edin - RƏSMİ AÇIQLAMA
16 Apr 2024 | 18:54
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
16 Apr 2024 | 18:49
Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO
16 Apr 2024 | 18:47
Bakıda külək elektrik stansiyası tikiləcək
16 Apr 2024 | 18:45
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
16 Apr 2024 | 18:38
İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO
16 Apr 2024 | 18:33
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
16 Apr 2024 | 18:30
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
16 Apr 2024 | 18:24
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
16 Apr 2024 | 18:18
Bakıda yol qəzası sıxlığa səbəb olub
16 Apr 2024 | 18:16
Hazır qəhvə nədən hazırlanır? - İnsanların 90 faizi bilmir
16 Apr 2024 | 18:10
“Azəriqaz”ın baş direktoru Ağdamda vətəndaş qəbulu keçirəcək
16 Apr 2024 | 18:08
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
16 Apr 2024 | 18:07
Azay Quliyev seçicilərinin məşğulluq problemi ilə bağlı görüş keçirib
16 Apr 2024 | 18:03
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO
16 Apr 2024 | 17:57
Bakıda avtomobil dirəyə çırpıldı - VİDEO
16 Apr 2024 | 17:54
Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
16 Apr 2024 | 17:48
Rusiyalı məşhur bloqerlə bağlı protokol hazırlandı
16 Apr 2024 | 17:46
ASCO törəmə şirkətinin nizamnamə kapitalını cüzi artırıb
16 Apr 2024 | 17:45
Yılmaz Erdoğan şəxsi görüntülərini çəkərək paylaşan iki bacını məhkəməyə verdi - FOTO/VİDEO
16 Apr 2024 | 17:42
Gecikmiş və əhəmiyyətsiz: Tokayevin səfəri Ermənistanda ikitirəlik yaradıb - ŞƏRH + FOTO
16 Apr 2024 | 17:40
Qan laxtalanması riski kimlərdə olur?
16 Apr 2024 | 17:38
Qırmızı ətdən imtina hər il 750 min insanın həyatını xilas edə bilər
16 Apr 2024 | 17:35
“Əxlaqdan danışır, dönüb öz keçmişinə baxsın” - Xalq artisi
16 Apr 2024 | 17:30
"Bu, əbləhlikdir! Bu nə ölkədir belə?.."
16 Apr 2024 | 17:26
Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərildi
16 Apr 2024 | 17:23
Nura Suri libası ilə diqqəti özünə çəkdi - FOTO
16 Apr 2024 | 17:19
KTMT baş katibi Ermənistandan qurumdakı fəaliyyətinə aydınlıq gətirilməsini tələb etdi...
16 Apr 2024 | 17:19
Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qızla bağlı daha bir MƏLUMAT - YENİLƏNİB
16 Apr 2024 | 17:15
Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var - FOTO
16 Apr 2024 | 17:10
Xəzərdə yeni platformadan neft hasilatı başlanıb
16 Apr 2024 | 17:05
AzTV komandasının sualtı çəkilişi: “Çöl adam”ı çayın dibində görün nələrlə rastlaşdı? - VİDEO
16 Apr 2024 | 17:00
Tehranın yaratdığı presedent, ABŞ-nin maraqları, İsrailin cavab zəngi - TƏHLİL
GÜNLÜK
16 Apr 2024 | 08:12
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
16 Apr 2024 | 09:34
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 09:29
Şəkərin yeni təhlükəsi aşkarlanıb
16 Apr 2024 | 07:25
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
16 Apr 2024 | 07:14
Zibil sanıb atdığınız - Dərdlərə dərman
16 Apr 2024 | 07:03
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
16 Apr 2024 | 07:22
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
16 Apr 2024 | 06:48
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
16 Apr 2024 | 07:50
Çətir şimşəkdən qoruyurmu?
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
AYLIQ
16 Apr 2024 | 08:12
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
16 Apr 2024 | 09:34
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 09:29
Şəkərin yeni təhlükəsi aşkarlanıb
16 Apr 2024 | 07:25
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
16 Apr 2024 | 07:14
Zibil sanıb atdığınız - Dərdlərə dərman
16 Apr 2024 | 07:03
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
16 Apr 2024 | 07:22
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
16 Apr 2024 | 06:48
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
16 Apr 2024 | 07:50
Çətir şimşəkdən qoruyurmu?