Polkovnik erməniləri xəbərdar etdi: “Gəlirik, qanunsuz yerləşdiyiniz yurdlarımızdan çıxın!..”
Qarabağ
Oxunub: 9567
04 Dec 2021 | 10:06
Polkovnik erməniləri xəbərdar etdi: “Gəlirik, qanunsuz yerləşdiyiniz yurdlarımızdan çıxın!..”
“1988-ci ilədək mən və valideynlərim, doğmalarım, eləcə də həmkəndlilərim ermənilərlə necə mehriban, dinc yaşamağımızın şahidi olmuşuq...”
 
“Sizin belə bədbəxt, acınacaqlı durumda yaşamağınızın günahkarı öncə öz “lider”, “qəhrəman” hesab etdiyiniz keçmiş hakimiyyət sahibləri və komandirlər, Köçəryanlar, Sərkisyanlar, Ohanyanlar, Babayanlardır...”  
 
Tanınmış Qarabağ qazisi, peşəkar döyüşçü, keçmiş tabor komandiri, ehtiyatda olan polkovnik Azay Kərimov Qarabağ və Ermənistandakı ermənilərə müraciət ünvanlayıb.
 
Moderator.az müraciəti nəzərinizə çatdırır:
 
 
“Özləri xarici güclərin, o cümlədən Moskvanın təhriki ilə Qarabağda qondarma “münaqişə”ni başladanadək böyük hörmət qoyduğumuz, yurdumuzda, evimizdə qonaq etdiyimiz, qayğı göstərdiyimiz erməni toplumuna müraciət edirəm. Mən, 1-ci Qarabağ savaşının iştirakçısı, polkovnik Azay Kərimov Şuşa rayonunun Malıbəyli kəndində anadan olmuşam və uşaqlıq, gənclik illərimi o dədə-baba yurdumda yaşamışam. Qarabağdakı yaşlı ermənilərdən məni tanıyan da olar. O dövrdə bizim kəndlə Xankəndi arasında cəmi 2 km məsafə vardı. Son 30 illik işğal dövründə isə Malıbəyli ilə Xankəndi demək olar ki, birləşib və artıq dəqiq məlumatımıza görə, kəndimizin ərazisində 44 günlük müharibədən sonra Hadrut və digər ərazilərdən köçmüş ermənilər üçün yeni binalar tikilir... 
 
1988-ci ilədək mən və valideynlərim, doğmalarım, eləcə də həmkəndlilərim ermənilərlə necə mehriban, dinc yaşamağımızın şahidi olmuşuq. Yaxşı bir kəlam  var ki, pis millət yoxdur – pis adamlar var... Erməni toplumunun, xüsusən də Qarabağda – Azərbaycan torpaqlarında yaşamış ermənilərin bugünkü duruma düşməsinin əsas səbəbkarları 1987-1988-ci illərdən bəri Kremlin, erməni lobbisinin göstərişi ilə bu “münaqişə”ni körükləyib qızışdırmış Zori Balayan, Serjik Sərkisyan, Robert Köçəryan, Vitali Balasanyan, Bako Saakyan, Samvel Babayan və başqalarıdır. Bu gün də Araik Arutyunyan, David Babayan və digərləri erməni toplumunun zehninin daha da zəhərlənməsinə yönəlmiş  həmin oyun və təxribatları davam etdirirlər. Bunu edənlər özləri on illərlə Azərbaycanın işğal və talan edilmiş ərazilərinin, eləcə də Ermənistanın sərvətləri hesabına hədsiz varlandılar, Qarabağda, Ermənistanda və xaricdə böyük mal-mülk, çirkli biznes sahibi oldular. Yəni qəti bilin ki, Sərkisyanlar, Köçəryanlar, Saakyanlar, Manuçaryanlar, Balasanyanlar, Arutyunyanlar, Babayanlar və s. qətiyyən erməni toplumunu düşünmürlər. Onları yalnız Rusiya, Avropa və ABŞ-dakı  ağalarının əmr və göstərişlərini layiqincə yerinə yetirib varlanmaqlarını davam etdirmək maraqlandırır.... 
 
1-ci Qarabağ savaşından bəri erməni mediası, erməni siyasətbazları guya Azərbaycan hərbçilərinin dinc erməniləri günahsız yerə qətlə yetirməsi haqda hədyanlar yazır. Dünən də guya Xocavənddə bir dinc(?) erməninin qətlə yetirilməsi haqda xəbər yayıldı... Bilin ki, belə təxrubatları da təşkil edənlər ermənilərlə azərbaycanlılar arasında sülh yaranmasını istəməyən xarici güclər, çox güman ki, əsasən Rusiyanın imperialist hakimiyyəti və onların əlində alət olan Köçəryan, Sərkisyan, Babayanlar, eləcə də on illərlə  bu saxta “Artsax”, “Böyük Ermənistan” xəyallarına uymuş xəstə təxəyyüllü gənc və yaşlı ermənilərdir...
 
Yaxşı yadımdadır, 1990-cı ildən bəri Qarabağda əsasən xaricdən gəlmiş  yaraqlılar döyüşürdü. Həmin birləşmələrə erməni ekstremistləri öz aralarında “Qarabağ xilasetmə dəstəsi” deyirdilər. Özü də onlar birinci eşelonda yox, ikinci eşelonda, yəni Azərbaycana qarşı qurulmuş müdafiə və hücum xəttindəki ikinci cərgədə yerləşirdilər. Həmin dəstələrin əsas vəzifəsi Sərkisyanın, Köçəryanın, Samvel Babayanın, Seyran Ohanyanın və s. əmri ilə  1-ci eşelondan qaçan erməni gənclərini gülləmək idi. Və onlar bu işi çəkinmədən icra edirdilər. Bundan əlavə, Azərbaycana qarşı döyüşmək istəməyən ermənilərin evlərinə  gecələr hücum edərək onlara işgəncələr verir, gözlərinin qarşısında qız-gəlinlərini zorlayır, var-yoxlarını əllərindən alırdılar. Buna görə də Qarabağdakı bütün, ən yoxsul ermənilər də bu dırnaqarası “azadlıq mübarizəsi”nə qoşulmağa məcbur olurdular... Bir sözlə, Qarabağ savaşları boyu  hərbçi və mülki erməniləri Azərbaycan hərbçilərindən daha çox adlarını çəkdiyim qaniçən, guya qatı millətçi kimi millətini sevən erməni liderləri qətlə yetirib və yetirdib.  Sərkisyanların, Köçəryanların, Balayanların  erməni camaatını  azərbaycanlılara qatı düşmən etmək üçün daha hansı oyunlardan çıxdığını Qarabağ və Ermənistandakı vicdanlı araşdırmaçılar, ziyalılar, blogerlər daha yaxşı bilir... Sonda onlar Ermənistandan azərbaycanlıların qovulmasına nail olmaqla və  Azərbaycan torpaqlarını işğal etdirməklə yalnız 1 milyondan çox azərbaycanlını deyil, həm Qarabağ, həm Bakı, Sumqayıt, Gəncə, həm də Ermənistandakı erməniləri hədsiz acınacaqlı duruma saldı. Hazırda Azərbaycandakı qaçqın və köçkün soydaşlarımızın böyük əksəriyyəti öz rahat həyatlarını qura biliblər. Ancaq özünüz yaxşı bilirsiz ki, əvvəllər Qarabağ, Bakı, Sumqayıt və s. bölgə və şəhərlərimizdə  biz azərbaycanlılardan da yaxşı, rahat, varlı yaşayan ermənilərin çoxu hələ də Ermənistanda və Qarabağın digər ərazilərindəki yarımuçuq tikililərdə, yataqxanalarda evsiz-eşiksiz, işsiz-gücsüz, ac-yalavac durumdadırlar. Və bir daha təkrar edirəm, bunun günahkarı öncə öz “lider”, “qəhrəman” hesab etdiyiniz keçmiş hakimiyyət sahibləri və komandirlərdir....  
 
Hesab edirəm ki,  əslində erməni toplumu bütövlükdə öz gələcəyini düşünmür və böyük ağılsızlıq edir ki, hələ də bir qismi Köçəryanların, Sərkisyanların, Ohanyanların, Babayanların başına yığışıb yenidən Qarabağı işğal edib gələcəkdə “xoşbəxt”  olmaq istəyirlər. Belələri bununla öz gələcək daha da, bugünkündən də bədbəxt günlərinin bünövrəsini qoyurlar.  Halbuki, ermənilərin ağlı olsa, özlərinin övladlarının gələcəyini düçünsələr,   Köçəryanları, Sərkisyanları, Ohanyanları və onlara dəstək verən digər “lider”ləri tutub  linç edər, tikə-tikə doğrayar, ən azı, Ermənistandan birdəfəlik qovarlar. Və bundan sonra Azərbaycan və Türkiyə ilə sülh bağlayıb əsl dinc, rahat, xoşbəxt həyat sürərlər.  Əslində Paşinyan hakimiyyəti də gecikir. Bu hakimiyyət Moskvanın, Putinin təzyiqlərinə baxmayaraq Köçəryanları, Sərkisyanları, Ohanyanları ən azı Ermənistana qarşı törətdikləri cinayətlərə görə dərhal həbsə atmalıdır. İnanın ki, əsas belə kukla “lider”ləriniz zərərsizləşdirilsə, sizə bizlərlə qonşuluqda dinc, xoşbəxt həyat qurmağa heç bir xarici güc mane ola bilməyəcək... Amma ya hakimiyyətiniz, ya da özünüz bunları  etməyəcəksinizsə, yenidən revanşist duyğulara qapanıb Azərbaycanla, Türkiyə ilə qarşıdurmaya gedəcəksinizsə, 44 günlük savaşdakından da qat-qat ağır zərbələr alacaqsınız...
 
Dediyim kimi, mən Şuşanın Malıbəyli kəndindənəm. Və tezliklə həmişə getdiyimiz yolla Ağdamdan, Əsgərandan, Xocalıdan keçib öz doğma kəndimə gəlib qalan ömrümü doğma dədə-baba yurdumda yaşamaq əzmindəyəm. Odur ki, nə qədər gec deyil, yaxşı olar ki, siz ermənilər bütün qanunsuz məskunlaşdığınız, yəni sovet dövründən yaşamadığınız şəhər və kəndləri, o cümlədən Malıbəylini  tərk edəsiniz. Əks halda biz azərbaycanlılar, o cümlədən mən həmin yerlərdən sizlərin zorla çıxarılmasına nail olacağıq. Yəni elə bilməyin ki, bundan sonra da bizim halal yurdlarımızda rahat yaşayacaqsınız. Hər tərəfiniz Azərbaycan ordusudur. Lazım gəlsə, Türkiyədən də qardaşlarımız köməyə gələcək və sizin bütün qanunsuz silahlı dəstələrinizi tezliklə ya tərksilah, ya da məhv edəcəyik və azərbaycanlılar qayıdıb əvvəlki kimi, Xankəndində, Malıbəylidə, Şuşanın digər kəndlərində, Kərkicahanda, Xocalıda, Laçında və s. yaşayacaq... 
 
Xatırladım ki, Malıbəylidə biri kəndin mərkəzində, digəri isə yuxarı hissədə olmaqla  XVIII əsrə aid iki məscid olub. Onların minarələri olmasa da, daxili quruluşları Şuşadakı Gövhərağa məscidlərinin memarlığına uyğun idi. Malıbəylidə də eynilə Şuşadakı “Məşədi İbad” hamamı kimi qədim hamam mövcud olub... Bütün kəndimizi, bütün tarixi, dini abidələrimizi sizin uyduğunuz “lider”ləriniz dağıtdırıb...  Bilin ki, bunu edənləri heç cür bağışlamayacağıq... Odur ki, Malıbəylidə-filanda zəhmət çəkib bina tikib Hadrutdan gələnləri də oralara yığmayın. Biz öz vətənlərimizə gəlirik, vaxt varkən yurdlarımızı tərk edin. Yoxsa bunun bədəlini özünüz də, övladlarınız da ödəməli olacaq... 
 
Erməni camaatı, yaxşısı budur, öz şərəfsiz, vicdansız, sizləri sevməyən faşist xislətli dırnaqarası “lider” və komandirlərinizi deyil,  Azərbaycan dövlətini, xalqını, Qarabağın əsl sakinlərini – bizləri dinləyin. Allah da  bilir ki, biz sizə ədalətli yol təklif edirik”.
 
Təqdim etdi:  Sultan Laçın
 
Oxşar xəbərlər
N.Tusi adına Klinika
01:17, Bu gün
Türkiyə Ermənistana "böyük qardaş" olacaqmı?
00:03, Bu gün
“Rusiya qoşunlarının hərəkəti ilə bağlı təşvişə əsas yoxdur”
24 Jan 2022 | 23:50
Çin dünyadan nəyi gizlədir? - FOTO
24 Jan 2022 | 23:29
Burkina-Fasoda hərbçilər hakimiyyəti ələ keçiriblər
24 Jan 2022 | 23:25
Fatma Səttarova: “Bu gün həyatımda ən dəyərli hədiyyəni aldım”
24 Jan 2022 | 22:12
Körpəsinə süd verən qadına ərinin dəstəyi sosial mediada gündəm oldu
24 Jan 2022 | 22:10
Ah, İstanbul... - FOTOLAR
24 Jan 2022 | 22:05
"Komanda üzvlərimiz buraxdıqları bu acınacaqlı səhvə görə xalqın nifrətini qazandılar"
24 Jan 2022 | 21:39
Paşinyan: “Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır”
24 Jan 2022 | 21:35
DGK sədrinin müavini onlayn seminara qatıldı
24 Jan 2022 | 21:33
Zaur Baxşəliyev koronavirusa yoluxdu
24 Jan 2022 | 21:30
Kişilərin tərəfini saxlayan qadın psixoloq kimdir? - VİDEO
24 Jan 2022 | 21:28
Baş Prokurorluq Eldar Mahmudovun həbsdən çıxan əmisi oğlu ilə bağlı protest verdi
24 Jan 2022 | 20:59
Ekspertlər şirin şeylərə həvəsə asanlıqla üstün gəlməyin sirlərini açdı...
24 Jan 2022 | 20:58
Paşinyan Sarkisyanın istefasına münasibət BİLDİRDİ
24 Jan 2022 | 20:57
Ərdoğan Ukraynaya səfərindən sonra Putinlə görüşə bilər
24 Jan 2022 | 20:54
Şuşadan çörək alıb Bakıya aparan Kamil dayının təəssüratları - VİDEO
24 Jan 2022 | 20:48
Kəlbəcərdə xidmət edən erməni keşişlər Xankəndində mükafatlandırıldı…-FOTO
24 Jan 2022 | 20:31
Zelenski ilə Şarl Mişel arasında telefon danışığı oldu
24 Jan 2022 | 20:11
“Kurtlar Vadisi”nin Şemosu vəfat etdi
24 Jan 2022 | 19:53
Paşinyan Qarabağda su anbarı, su kəməri, ev tikintisinə 290 mln. dollar ayırdı...-VİDEO
24 Jan 2022 | 19:46
Ermənistan polisinin mətbuat xidmətinin keçmiş rəhbəri saxlanılıb
24 Jan 2022 | 19:44
“Nar” Azərbaycan çempionu tituluna sahib oldu - FOTO
24 Jan 2022 | 19:14
“Onlar həyatımızdan oğurladıqları hər ilə, hər günə, hər saata görə cavab verməlidirlər”
24 Jan 2022 | 18:59
Peyvənd olunanların sayı açıqlanıb
24 Jan 2022 | 18:56
"Bu önəmli vəzifələrin öhdəsindən gəlmək üçün əlimdən gələn hər şeyi etməyə çalışacağam"
24 Jan 2022 | 18:55
Müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilibsə...
24 Jan 2022 | 18:50
Azərbaycanda daha 757 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb
24 Jan 2022 | 18:38
“Ölümdən həm də çox qorxuram...” - Məşhur aktrisanın son müsahibəsi...
24 Jan 2022 | 18:36
Azərbaycan - Türkiyə...
24 Jan 2022 | 18:30
Afrikadan Niderlanda təyyarənin şassisində uçaraq möcüzə nəticəsində sağ qalıb
24 Jan 2022 | 18:27
Zelenski Milli Təhlükəsizlik və Müdafiə şuralarını toplayır
24 Jan 2022 | 18:24
ABŞ və NATO Rusiyanın tələblərini rədd etdi
24 Jan 2022 | 18:03
Rasim Balayevdən türk aktrisası haqda etiraf: "Bir dəfə Ərzurumda..."
24 Jan 2022 | 18:00
"Sərkisyan uzun illər Britaniyada yaşayıb, istefa səbəbi..."
24 Jan 2022 | 17:53
AFFA Ermənistan Futbol Federasiyası ilə bağlı UEFA-ya müraciət etdi
24 Jan 2022 | 17:48
İlham Əliyevdən 100 yaşlı Fatma Səttarova ilə bağlı SƏRƏNCAM
24 Jan 2022 | 17:47
Məşhur model: “Yetkinlik vaxtı da milyarderlərlə görüşmüşəm”
24 Jan 2022 | 17:38
Almaniyada çalışan azərbaycanlı həkimlərin forumu keçiriləcək
24 Jan 2022 | 17:36
Qarabağ qazisinin "Adını sen koy" kitabının təqdimatı keçirildi - FOTOLAR
24 Jan 2022 | 17:36
Nazir polis polkovnikini yeni vəzifəyə təyin etdi
24 Jan 2022 | 17:35
“Rusiya və Qərb “elmi dairələri” daim Ərsakiləri Azərbaycana, türkə yad  kimi qələmə verib...”
24 Jan 2022 | 17:34
Alimlər az qala 70 il yuyunmayan kişinin "ideal sağlamlığı"na heyran oldular...
24 Jan 2022 | 17:28
AŞPA-nın yeni prezidenti seçilib
24 Jan 2022 | 17:24
Mətanətin keçmiş gəlini: "Deyir, Yasamala gəl, saçlarını yolacam"
24 Jan 2022 | 17:23
Müəllimlər niyə keyfiyyətli dərs keçə bilmir? - Yazı-pozu xəstəliyi
24 Jan 2022 | 17:20
Buraxılış imtahanlarının tarixləri AÇIQLANDI - VİDEO
24 Jan 2022 | 17:07
Bakıda mağazada baş verən oğurluq kameralara düşdü - ANBAAN VİDEO
24 Jan 2022 | 17:04
"İnanmazdım ki, bu qədər pul qazanacam" - VİDEO
24 Jan 2022 | 17:02
Azərbaycanda tələbə müəllimini "peşman etdi" - VİDEO
24 Jan 2022 | 17:00
Putin Aysel Teymurzadəyə və Araşa “Avroviziya” səhnəsində nə deyib? - VİDEO
24 Jan 2022 | 16:53
İsmayıllıda arıçılıq məhsullarının sərgisi olub - VİDEO
24 Jan 2022 | 16:50
İran ABŞ ilə məhbus mübadiləsinə hazır olduğunu bildirib
24 Jan 2022 | 16:49
Sabiq icra başçısı qanunsuz silah saxlamaqda ittiham olunur
24 Jan 2022 | 16:45
Türkiyənin Egey dənizi sahili yaxınlığında güclü zəlzələ baş verib
24 Jan 2022 | 16:44
Tacir Şahmalıoğlu: "Fərhad Bədəlbəyli məni konservatoriyadan qovub" - VİDEO
24 Jan 2022 | 16:39
Rusiyalı ekspert: “Biz Ukrayna ilə müharibə istəmirik”
24 Jan 2022 | 16:37
Karantin müddəti hansı halda uzadıla bilər? - İnfeksionist açıqladı
24 Jan 2022 | 16:34
Almaniya XİN başçısı: "Ukraynada diplomatik fəaliyyətimiz davam edir"
24 Jan 2022 | 16:30
Dəmir yolu stansiyasının hasarına “göz dikən” şəxs saxlanıldı - FOTO
24 Jan 2022 | 16:27
Şuşaya gedən azərbaycanlıları niyə İsa bulağına buraxmırlar? - Açıqlama
24 Jan 2022 | 16:25
Qərb ikiyə bölünür, Kiyev təklənir, Putin güclənir
24 Jan 2022 | 16:23
Rusiya bircə raketlə Ukraynanı belə çökdürəcək – Şok ssenari
24 Jan 2022 | 16:22
Azərbaycanda problemli kreditlər 20%-ə yaxın azalıb
24 Jan 2022 | 16:19
İtkin düşən indoneziyalının qalıqları nəhəng timsahın mədəsində aşkar edildi - DƏHŞƏT
24 Jan 2022 | 16:18
Azərbaycandan Türkiyəyə 1 milyardlıq DƏSTƏK
24 Jan 2022 | 16:15
Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçiriləcək
24 Jan 2022 | 16:12
Mədəniyyət Nazirliyindən KVN-lə bağlı AÇIQLAMA
24 Jan 2022 | 16:07
Azərbaycanda amnistiyaya düşən qadın və yeniyetmələrin sayı açıqlanıb
24 Jan 2022 | 15:55
Fransa diasporu Laçınla sərhəddəki kənddə Qarabağ erməniləri üçün  mərkəz açdı...
24 Jan 2022 | 15:49
Almaniyada azərbaycanlı həkimlərin forumu keçiriləcək
24 Jan 2022 | 15:45
3 il əvvəl açılan bağça hələ də istifadəyə verilməyib - SƏBƏB
24 Jan 2022 | 15:43
Xan: “Rusiyanın Azərbaycandan öyrənəcəyi çox şey var” - MÜSAHİBƏ
24 Jan 2022 | 15:40
Hansı məhsullar ƏDV-dən azad olunub?
24 Jan 2022 | 15:39
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
24 Jan 2022 | 15:38
TƏBİB-də yeni kadr təyinatı olub
24 Jan 2022 | 15:28
Bayden "Putinin kandarı"nda 5 minədək əsgərin yerləşdirilməsi imkanını götür-qoy edir...
24 Jan 2022 | 15:27
Vəzifəli şəxs Kəmalə Qaramollayevaya ev və maşın hədiyyə edib - VİDEO
24 Jan 2022 | 15:23
“İlk dəfə narkotiki anam mənə verdi” - VİDEO
24 Jan 2022 | 15:18
İran təyyarəsi Füzuli aeroportunda - İLK DƏFƏ
24 Jan 2022 | 15:18
Koronanın gələcək variantları omikrondan daha yoluxucu ola bilər - ÜST eksperti
24 Jan 2022 | 15:13
"Qarabağ" 1 milyon avroya futbolçu alır?
24 Jan 2022 | 15:11
Meksikada qubernatora qarşı iddianı udan jurnalist qadın qətlə yetirildi
24 Jan 2022 | 15:02
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
24 Jan 2022 | 14:54
Azərbaycanın tanınmış idmançısı polis idarəsinin həyətində qarət olundu
24 Jan 2022 | 14:52
Roberto Mançini daha iki braziliyalı futbolçunu İtaliya millisinə cəlb edir
24 Jan 2022 | 14:49
Azərbaycanda karantin müddəti niyə azaldıldı? - SƏBƏB AÇIQLANDI
24 Jan 2022 | 14:49
60 yaşlı kişidən məktəbli qıza əxlaqsız təklif: "Sən atanın canı, gəl..." – Şok təfərrüat
24 Jan 2022 | 14:47
“Vmedia”: “Erməni kilsəsi “Həvari” kilsəsi adlana bilməz” - VİDEO
24 Jan 2022 | 14:43
Bakıda uşaqlarını görməyə gedən şəxs döyülərək öldürüldü
24 Jan 2022 | 14:40
Burkina-Fasoda hərbçilər hakimiyyəti ələ keçirib
24 Jan 2022 | 14:36
Aleksandr Lukaşenko: "Belarusun işğalına imkan vermərəm"
24 Jan 2022 | 14:30
Fikrət Qocanın qızı: “Ruhəngiz Qasımova atamın qadın cildində kişi dostu idi” - MÜSAHİBƏ
24 Jan 2022 | 14:25
İranlı nazir və nümayəndə heyətinin təyyarəsi Füzuliyə endi - VİDEO
24 Jan 2022 | 14:22
“Zəngilanda “Ağıllı kənd” çərçivəsində bir sıra qurumlar, sahibkarlar fəaliyyət göstərir”
24 Jan 2022 | 14:19
Qohumlarından Ronaldonun Corcinası haqda şok sözlər
24 Jan 2022 | 14:17
“Biz haray çəkib etirazımızı bildirəndə, onlar özlərini görməməzliyə vururdu”
24 Jan 2022 | 14:12
Avtomobilini yolun hərəkət hissəsində saxlayanlar 40 manat cərimələnəcək
24 Jan 2022 | 14:09
Gürcüstanın tanınmış azərbaycanlı jurnalisti vəfat edib
24 Jan 2022 | 14:04
Bakı polisi əməliyyat keçirib, daha 11 nəfər saxlanılıb - VİDEO
GÜNLÜK
24 Jan 2022 | 10:47
Sezen Aksu Ərdoğana cavab qaytardı: “Əzə bilməzsən“
24 Jan 2022 | 11:46
Rusiyanın Ukraynaya müdaxiləsi Amerikanın bütün müttəfiqlərinə hücum deməkdir... - ŞƏRH
24 Jan 2022 | 12:33
“Hamısı qələt edirlər, başlarını daşa döyürlər"- Müşfiq Abbasovdan tənqidlərə reaksiya
24 Jan 2022 | 11:26
Sərkisyanın istefasının şok səbəbi: “Paşinyan tezliklə Azərbaycanla...”
24 Jan 2022 | 09:16
"ABŞ rəsmiləri Ukrayna ərazilərinin 8 il əvvəl işğal edildiyini unutmalı deyil"
24 Jan 2022 | 07:38
"Prezidentin istefası Ermənistanın xarici siyasətini dəyişməyəcək..."-Rusiya deputatı
24 Jan 2022 | 08:39
Təmizləyici robot oteldən qaçdı və ulduza çevrildi...
24 Jan 2022 | 19:53
Paşinyan Qarabağda su anbarı, su kəməri, ev tikintisinə 290 mln. dollar ayırdı...-VİDEO
24 Jan 2022 | 14:00
"De ki, mənim adım “Şuşa”dır, qəbul edirsən et, etmirsən etmə, çıx gəl..."
24 Jan 2022 | 16:23
Rusiya bircə raketlə Ukraynanı belə çökdürəcək – Şok ssenari
HƏFTƏLİK
19 Jan 2022 | 11:16
"Üç həftəyə Azərbaycanda qırğın günlər başlayacaq" - Vasif İsmayıldan xəbərdarlıq...
22 Jan 2022 | 15:03
Aparıcıdan hamını heyrətləndirən açıqlama: "Döşlərim sərvət dəyərindədir, əllətmirəm" - FOTOLAR
21 Jan 2022 | 14:07
"Laçın dəhlizində qayda müəyyənləşdirmək səlahiyyətini ölü daşıyan rus generalına kim və nə zaman verib?"
19 Jan 2022 | 19:15
“Putin Lavrovu Bakıya göndərəcək, Azərbaycan Süniki işğal edəcək, sonra isə...” - ŞOK SSENARİ
23 Jan 2022 | 15:37
Gəlin bir şilləyə görə toyu ləğv etdi və ertəsi gün öz qohumuna ərə getdi...
23 Jan 2022 | 13:05
"Anar Məmmədxanova "Şuşa"nın adını dəyiş desəydilər..."
23 Jan 2022 | 16:12
Polis "parkovşiklərə" qarşı reydlərə başlayır: "Pul ver" deyənlərdən canımız qurtaracaq...
19 Jan 2022 | 09:04
“Azərbaycanda qaldığım otelə silahlı basqın olmuşdu, qorxsam da geri çəkilmədim”
21 Jan 2022 | 08:05
Qazaxıstan dövlət telekanalı Nazarbayev prospektini keçmiş adı - rus yazıçının adı ilə verdi...
21 Jan 2022 | 18:01
Cavid Qurbanov dünyasını dəyişmiş atasına şeir həsr etdi, xalq şairi həmin şeirə nəzirə yazdı...
AYLIQ
24 Jan 2022 | 10:47
Sezen Aksu Ərdoğana cavab qaytardı: “Əzə bilməzsən“
24 Jan 2022 | 11:46
Rusiyanın Ukraynaya müdaxiləsi Amerikanın bütün müttəfiqlərinə hücum deməkdir... - ŞƏRH
24 Jan 2022 | 12:33
“Hamısı qələt edirlər, başlarını daşa döyürlər"- Müşfiq Abbasovdan tənqidlərə reaksiya
24 Jan 2022 | 11:26
Sərkisyanın istefasının şok səbəbi: “Paşinyan tezliklə Azərbaycanla...”
24 Jan 2022 | 09:16
"ABŞ rəsmiləri Ukrayna ərazilərinin 8 il əvvəl işğal edildiyini unutmalı deyil"
24 Jan 2022 | 07:38
"Prezidentin istefası Ermənistanın xarici siyasətini dəyişməyəcək..."-Rusiya deputatı
24 Jan 2022 | 08:39
Təmizləyici robot oteldən qaçdı və ulduza çevrildi...
24 Jan 2022 | 19:53
Paşinyan Qarabağda su anbarı, su kəməri, ev tikintisinə 290 mln. dollar ayırdı...-VİDEO
24 Jan 2022 | 14:00
"De ki, mənim adım “Şuşa”dır, qəbul edirsən et, etmirsən etmə, çıx gəl..."
24 Jan 2022 | 16:23
Rusiya bircə raketlə Ukraynanı belə çökdürəcək – Şok ssenari