Hadrut xatirələri: "Mağazalarda və evlərdə qadın geyimlərinə rast gəlinib, kişi geyimləri isə..."
Oxunub: 5689
22 Oct 2021 | 09:42
Hadrut xatirələri:
Növbəti həftə sonunu da qəhrəman Ordumuzun azad etdiyi ərazilərə səfər etməklə başa vurdum. Bu dəfəki səfərim iki gün çəkdi və Şuşa ilə Hadrut qəsəbəsini əhatə etdi. Səfər zamanı yerli televiziya kanallarından biri üçün azad edilən yaşayış məntəqələri uğrunda Əsgərimizin apardığı ölüm dirim mübarizəsi barədə fikirlərimi də səsləndirdim. Film efir üçün tam hazır olmadığı üçün bu barədə danışmayacam. Hazır olanda anonsu və filmi linkini səhifəmdə paylaşacam.
 
Qarabağa səfərlər kifayət qədər zaman alsa da, bundan imtina etmək fikrim yoxdur, halbuki səfərdə olarkən internet problemi qaçılmaz olur, bu isə baş verən son hadisələri izləməkdə problem yaradır. Təhlillərin yazılması barədə isə danışmağa dəyməz. Telefon ilə yalnız müsahibə mümkündür, amma dağlarda dalğanın itməsi də istisna deyil. Buna görə də səfər öncəsi xəbərdarlıq edirəm ki, əlaqə yarada bilməyənlər inciməsin.
 
Belə səfərlər zamanı çəkiliş heyətinə əvvəllər izləyicilərə təqdim edilməyən ərazilərdə, xüsusən də Əsgərimizin canını və qanını əsirgəmədiyi keçilməz dağlarda çəkiliş aparılmasını təklif edirəm. Asan vəzifə olmasa da, bu təklif ilə daim hamı razılaşır. Bu məsələdə bizə yardımçı olacaq yeganə dövlət qurunu Müdafiə Nazirliyidir. Bəzən belə olur ki, Müdafiə Nazirliyinin bələdçi kimi təqdim etdiyi əməkdaş həmin ərazilərin azad edilməsində ya iştirak etməyib, ya da bizi maraqlandıran ərazini tanımır. Əməliyyatların ardıcıllığını və kəndlərinin hansının harda yerləşdiyini bilməyən bələdçinin köməyi isə məhdud olur. Bəzən isə müdafiə zolağında çəkiliş aparılan birlik və ya hərbi hissə prosesdən xəbərsiz olur. Nəzarət Buraxılış Məntəqəsinin girişində komandir ilə görüş xahiş edənlərə əməliyyat növbətçisindən “Komandirlə əlaqə yoxdur” kimi absurd cavab verilməsi isə təəssüf hissi doğurur, halbuki ərazidən çıxan digər zabit və əsgərlər komandirin yerində olduğunu bildirirlər. Cənab zabitlər, ordunun təbliği Sizin də marağınızda olmalıdır, çünki Siz bu ordunun mövcud olmasına görə rütbə, orden, medal, maaş və ev alırsınız. Vətən uğrunda döyüşmək 44 günlə bitməz, bu hər birimizin əbədi amalı olmalıdır. Şəxsən tanıdığın və son 20 ildə cəmi bir dəfə Fəxri Xiyabanda görüşdüyüm, müharibədə göstərdiyi igidliyə görə isə dəfələrlə təşəkkürümü bildirdiyim 5 generalın birinin tabeliyində olan əməliyyat növbətçisindən “Komandirlə əlaqə yoxdur” cavabının veriləcəyini gözləmirdim. Təbii ki, növbətçi özbaşına belə bir cavab verə bilməzdi. Çəkiliş qrupu Qələbəmizin, o cümlədən Sizin fəaliyyətlərinizi işıqlandırmaq üçün həmin əraziyə gəlib. Onlara diqqət yetirməyiniz, ən azı ev sahibi və ərazidə ən yüksək vəzifəli şəxs kimi Sizin də vətəndaşlıq borcunuz idi! Bu mövzuda Ali Baş Komandan İ.Əliyevin  Azərbaycanı təbliğ edən və etməyən çox sayda jurnalistləri dəfələrlə qəbul etməsi, onlara saatlarla müsahibə verməsi Sizin üçün bir nümunə olmalıdır. Sizin cənab Prezidentdən çox məşğul olduğunuzu düşünmürəm. Əsgərimizin və Ordumuzun təbliği üçün Hadruta gələnlər, rəhbəri olduğunuz əraziyə çörək dalınca gəlməmişdi, odur ki, bu şəxslərə salam vermək və 1 dəqiqə dinləmək, Sizə yalnız baş ucalığı gətirərdi. Onların arasında tək veteran mən deyildim, Hadrutda döyüşən bir qalib əsgərimiz də mənimlə birlikdə var idi. Ola bilər ki, doğrudan da planlaşdırılmayan bir görüş üçün Sizin vaxtınız olmasın, amma müavinlərdən biri və ya digər bir zabit, heç olmasa növbədə olan zabit gələn qonağa salam verə bilərdi. Hərbi hissənin önündəki “Dəmir Yumruq” abidəsinin yaxınlığında 5-6 zabit biz gözlədiyimiz müddətdə daim orada gözə dəyirdi. 
 
Nə isə, oldu keçdi, qayıdaq çəkilişlərə. Bəzən biz 30 dəqiqəlik filmi televiziyadan izləyərkən hər şeyin necə də asan olduğunu düşünə bilərik. 5-10 saniyəlik kadrların bəzən 2-3 saata ərsəyə gəlməsini, çəkiliş üçün gedən maşının yolda ilişib qalmasını, hərdən yolun olmamasını, avadanlıqların əldə dağın zirvəsinə daşınmasını, panorama əldə etmək üçün təhlükəli ərazilərin quru ağac budaqlarından və kol-kosdan təmizlənməsini, çəkiliş dronunu hər dəfə havaya qaldırmaq üçün ayrıca və çoxseriyalı icazə prosedurlarını və s. nəzərə alsaq, bu ərazilərdə çəkilişlərin asan məsələ olmadığı məlum olar. Bütün bunlara baxmayaraq çəkiliş heyəti gündə 12-14 saat çalışırdı və ortaya maraqlı bir material çıxacağına da ümid edirəm. 
 
Səfərə Şuşa şəhərindən başlanmışdı. Çəkilişlər maraqlı oldu, amma detallarına girməyəcəm. Çəkiliş zamanı bir qədər boş vaxtımda Azərbaycan Könüllü Həkimlər Assosasiyasının Şuşada fəaliyyət göstərən klinikasını ziyarət edib, həkimlərimizlə çay süfrəsində hal əvval tutduq. Klinikada təmənnasız müalicə və tibbi xidmət göstərilənlərin sayı artıq 3200 nəfərə yaxınlaşıb. AHKA barədə geniş məqaləni aşağıdakı linkdən oxuya bilərsiniz.
 
 
İnşaat işləri isə davam edir, yeni obyektlərin tikintisinə də başlanıb. Kommunal xidmət xətləri üçün yeraltı beton tunellər inşa edilir. Qazlaşdırmaya rast gəlmədim, amma elektrik stansiyasının böyük olması Şuşanın ekoloji təmiz şəhər statusu daşıya biləcəyini istisna etmir.  
 
Şuşada Hadrutla əlaqəsi olmayan digər bir hərbi hissədə oldum. Çəkiliş heyətini hərbi hissədə çox hörmətlə qarşıladılar və çəkiliş üçün onlara qısa müddətdə bütün şəraiti yaratdılar. Sağ olsunlar. Ordumuzun Şuşa şəhərində yerləşən hərbi hissəsinin döyüş hazırlığı, mənəvi psixoloji vəziyyəti, təminatı və təchizatı yüksək səviyyədədir. Şuşa şəhərinin təhlükəsizliyi tam təmin olunub. Şəxsi heyətin gecə və gündüz təlimlərində iştirak etdim. Fotolar yeni çəkilən filmin bir hissəsi olduğuna görə filmin anonsundan sonra paylaşılacaq. 
 

 

 
Hadrut səfəri barədə. Zəfər yolunun çəkilməsindən əvvəl Hadrutdan bir dəfə keçib getmişdim. Amma o zaman qış idi, qalın qar da yağmışdı. 3 oxlu və təkərlərinə zəncir taxılan “Kamaz” maşınının arxasındakı sərnişin bölməsində hərəkət edirdik. Şüşələr daxildən tərləmişdi, çöl tərəfdən isə çirkli idi. Qayıdanda isə zülmət qaranlıq idi. Qısaca desəm mən Hadrutdan bir dəfə keçmişdim, amma heç nəyi görə bilməmişdim. Məhdud görmə şəraitindəki bəhs etdiyim qış səfərini nəzərə almasaq, bu mənim Hadruta ilk normal səfərim idi.
 
Hadrutu qısaca təsvir etmək üçün 5 cümlə kifayətdir: 
 
Hadrut qəsəbəsi kifayət qədər böyük əraziyə malikdir;
Hadrut möhtəşəm təbiətə malikdir;
Hadrut yüksək dağlarla əhatə olunub;
Dağlar sıx meşəlikdir, payızda isə dağlar tam fərqli gözəlliyə bürünür;
Yaşayış fondu qismən salamatdır. 
 
Hadrutda çəkiliş qrupunu ANAMA müşaiyət edirdi. Burada ilk dəfə bir az gəzib dolaşmaq, hərbçilərimiz və vətəndaşlarımızla münasibət qurmaq imkanı əldə etdim. Xarici görünüşünə görə zəif görünən Hadrutun evlərinin interyeri daha zəngindir. Əksəriyət əhalinin evində əl işləri diqqəti cəlb edir. 
Hər bir evdə hərbi geyim, silah və sursat tapıldığını çoxları təsdiqləyir. Maraqlı orasıdır ki, Hadrut azad edilməsindən sonra mağazalarda və evlərdə qadın geyimləri kifayət qədər rast gəlinib, amma kişi geyimləri yox dərəcəsində olub. Deməli, Emənistan Müdafiə Nazirliyinin yalan məlumatları burdakı hərbçiləri arxayın salıb və onlar Azərbaycan Ordusunun Hadrutu azad edəcəyini gözləməyiblər. Əməliyyatların gözlənilməzliyini masa üzərində erməninin süzdüyü və tam soyumayan çay da nümayiş etdirir. Bütün sadalananları nəzərə alsaq, belə bir qənaətə gələ bilərik: 
Hadrutda əsasən hərbu qulluqçular və ailələri yaşayıb, evlərdən tapılan silah və sursatlar bunu təsdiqləyir;
Hadrutun azad edilməsi əməliyyatı düşmən ordusunun bölmələri üçün tamamilə gözlənilmz istiqamətdən başlayıb;
Erməni hərbçilər müqavimətin mənasız olduğunu başa düşəndən sonra, hərbi geyimini çıxarıb, mülki kişi geyimində Hadrutu tərk ediblər. Deməli Ermənistan Ordusu Azərbaycanın Əsgərinin mülki əjhaliyə atəş açmadığına əmin olub. Buna görə silahı və hərbi geyimdən imtina ediblər. Özünü təhlükədə hiss edən erməni hərbçi silahını və sursatını atıb qoruduğu ərazini mülki geyimdə tərk edirsə, deməli mülki əhali heç bir halda Azərbaycan Ordusunun hədəfi olmayıb. 
Hadrutun azad edilməsindən əvvəl və ya Cəbrayılın azad edilməsindən sonra ermənistan ordusu Füzuli-Cəbrayıl yolunu bağlamaq və qoşunlarımızın təchizatına mane olmaq məqsədilə bir neçə dəfə Horadiz istiqamətində əks hücumlar cəhd edib, lakin bu cəhdlər uğursuzluqla nəticələnib. Hücumlardan birində düşmən ən azı 5 tank və 2 piyada döyüş maşını ilə bərabər bir motoatıcı bölüyə qədər şəxsi heyəti “atəş kisəsi”nə salınaraq məhv edilib. 
 
 
Hazırda Hadrutdan digər bütün rayonlar, ö cümlədən Zəngəzur dəhlizi istiqamətində geniş yollar çəkilir. Yolların hərbi məqsədlər üçün istifadəsi ordumuzun manevr, təminat və təchizat imkanlarını artıracaq.  İlk dəfə Hadrutda Cümə məscidi tikilir. Qəsəbənin mərkəzində yeni hərbi hərbi qospital və hərbi hissə yenidən qurulub. İnşaat şirkətləri və ANAMA ərazidə aktiv çalışmalarını davam etdirir. Düşmən işğalı zamanı inkişafdan geri qalan və kifayət qədər baxımsız təsir bağışlayan Hadrut qəsəbəsi dövlətimizin dəstəyi ilə yaxın zamanda Qarabağın dilbər güşələrindən birinə çevriləcək. 
 
Ədalət Verdiyev, hərbi ekspert 
Oxşar xəbərlər
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terror aktı ilə üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
28 Mar 2024 | 16:08
Əli Əsədov qərar imzaladı
28 Mar 2024 | 15:36
Bu bank AMB-nin tələblərini pozub
28 Mar 2024 | 15:40
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 16:20
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 16:14
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
28 Mar 2024 | 15:48
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
28 Mar 2024 | 16:08
Əli Əsədov qərar imzaladı
28 Mar 2024 | 15:36
Bu bank AMB-nin tələblərini pozub
28 Mar 2024 | 15:40
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL