Bizi sosial şəbəkələrdən izləyin:
Xankəndində Fransadan gəlmiş deputatların iştirakıyla Pol Elüar adına frankofoniya mərkəzi (“Paul Eluard Francophone Center”) açılıb.
Moderator.az xəbər verir ki, bu ilin iyun ayında Azərbaycan mediası tərəfindən açılacağı haqda erməni saytlarının yazdıqları “xəyal” adlandırılan binanın açılış mərasimi barədə Qarabağdakı separatçı erməni mediası məlumat yayıb.
Mərkəzin “fransızdilli qarabağlı erməniləri birləşdirərək şəhərin inkişafı üçün təhsil, kommersiya və innovasiya platforması olacağ"ı nəzərdə tutulub.
Üzdəniraq tədbirdə qondarma separatçı-terrorçu rejimin əski parçasını qaldırmaq “şərəfi”nə cinayətkar xuntanın “təhsil və elm naziri” Lusine Qaraxanyana nəsib olub. Fransa bayrağını “Fransa-Artsax” dostluq klubunun prezidenti, frankofoniya bayrağını isə Fransa parlamentinin deputatı Fransua Puponi və “Artsaxda Frankofoniya birliyinin rəhbəri, keçmiş Fransa deputatı Fransua Roşbluan qaldırıb.
Tədbirin sonunda mərkəzin ərazisində ağacəkmə və simvolik qəbul təşkil edilib.
Açılış mərasimində separatçı-terrorçu rejim başçısı deyil, onun avadı Kristine Arutyunyan iştirak edib.
Xankəndindəki frankofoniya mərkəzi 810 kvadratmetrlik sahəyə malikdir. Binanın inşasını Fransadakı Pol Elüar Fondu və "Hayastan" birgə maliyyələşdirib. İnşa işlərini Ermənistandakı "Portal" memarlıq studiyası aparıb.
Xatırladaq ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Frederik Mondoloninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazir Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri məsələsinə diqqəti yönəldərək bu kimi addımların bölgədə hazırda mövcud olan münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb…
Sultan Laçın