Ermənistan Gorus-Qafan yolunun açılmasına nail ola bilməyib - Son XƏBƏR
Qarabağ
1106
27 Aug 2021 | 10:00

Ermənistan Gorus-Qafan yolunun açılmasına nail ola bilməyib - Son XƏBƏR

Ermənistan tərəfi Zəngəzur bölgəsindən keçən Gorus-Qafan avtomobil yolunun bağlı hissələrinin açılması ilə bağlı üçtərəfli danışıqların dünən gecə yekunlaşdığını bildirib.
 
Qafan şəhərinin meri Gevorg Parsyanın sözlərinə görə, yol hələ açılmayıb. Rusiya sərhəd qüvvələrinin Azərbaycan tərəfi ilə apardığı danışıqlar nəticəsiz bitib.
 
Ermənistan üçün həyati əhəmiyyətli yolun açılıb-açılmayacağına dair danışıqların nəticə vermə ehtimalını Parsyan şərh etməyib.
 
Ermənistan tərəfi iddia edir ki, azərbaycanlı hərbçilər avqustun 25-i gecə saat 23:00-dan etibarən Gorus-Qafan avtomobil yolunu iki yerdən bağlayıblar,
 
Bu, Qafan-Gorus yolunda bir azərbaycanlı sərhədçiyə edilən hücum barədə məlumatlardan sonra baş verib.
 
Məlumatlara görə, İrandan Ermənistana gələn maşınlar da hələ ki yol kənarında qalıb.
 
Ermənistan tərəfi bildirir ki, Gorus-Qafan avtomobil yolu Ermənistan-İran sərhədinə çıxdığından nəinki regional, həm də dövlətlərarası əhəmiyyətə malikdir.
 
 
Link kopyalandı!
Son xəbərlər