“Qafqazda savaşlar və köçlər” mövzusunda Beynəlxalq Konfrans keçirildi
Oxunub: 1005
21 Jun 2021 | 12:07
“Qafqazda savaşlar və köçlər” mövzusunda Beynəlxalq Konfrans keçirildi
Türkiyə Ərzurum Atatürk Universitetinin və Beynəlxalq Qarabağ Forumunun təşəbbüsü ilə onlayn formatda “Qafqazda savaşlar və köçlər. 1855-1920-ci illər” mövzusunda elmi konfrans-simpozium keçirildi. Tədbiri giriş sözü ilə Ərzurum Atatürk Universitetinin professoru, tarix elmləri doktoru Gürsoy Solmaz açdı, konfrans iştirakçılarını salamladı, şəhidlərin xatirəsi yad olundu. O, sonra konfransın məqsəd və məramlarına dair iştirakçıları məlumatlandırdı, və ilk sözü əfsanəvi sərkərdə, dövlət və ictimai xadim, Türkiyə və Azərbaycanda eyni dərəcədə sevilən böyük şəxsiyyət Kazım Qarabəkirin qızı ictimai xadim Timsal Qarabəkirə veridi. Timsal xanım özünün də şahid olduğu, atasının dediklərindən eşitdiyi savaşlarla bağlı, savaşların nəticəsi olan köçlərlə bağlı yaşanan problemləri, özünün yanaşmasını, dəyərləndirməsini diqqətə çatdırdı. O, 1855-ci ildən başlayaraq Qafqazdan Türkiyəyə, Osmanlıya köçlərin tarixinə nəzər saldı. 
Professor, doktor Bingür Sönmez (Türkiyə) Şimali Qafqaz xalqlarının Osmanlıya gəlməsi, yolda onların başına gələn çətinliklər, problemlər, Osmanlı dövlətinin onları qarşılaması, yerləşdirməsi və bununla bağlı problemlər, o cümlədən, Osmanlı dövlətinin Şimali Qafqazdan gələn və indi çərkəzlər adlandırılan əhalinin yerləşdirilməsi, həyat şəraitinin təmin olunması üçün külli miqdarda vəsait ayırmasını qeyd elədi və onu da vurğuladı ki, çərkəzləri Türkiyədə həm dövlət yaxşı qarşıladı, eyni zamanda əhali də onlara xoş münasibət göstərdi. Çərkəzlərin Şimali Qafqazdan getməsinin səbəbi kimi göstərdi ki, Rusiya Şimali Qafqaza doğru irəlilədikcə öz şərtlərini qoyurdu, din ilə bağlı, misal üçün tələb edirdilər ki, onlar ya xristian dinini qəbul etsinlər, ya çıxıb getsinlər. Adət-ənənələri ilə bağlı, həyat tərzləri ilə bağlı müəyyən şərtlər qoyurdu. Çərkəzlər bu şərtləri qəbul etmədiklərinə görə Osmanlı dövlətinə köçüb gedirdilər. 
İqtisad elmləri doktoru, professor Kərəm Karabulut (Türkiyə) köçlərin müxtəlif dövrlərdə müxtəlif xarakter almasından, onların iqtisadi amillərlə bağlı olduğunu göstərdi, xüsusi olaraq diqqəti kəndlərdən şəhərə köç məsələsinə də yönəltdi ki, bütün dünyada, o cümlədən, Türkiyə və Azərbaycanda da bu proses gedir, bu məsələlər diqqətdə saxlanılmalı və nəzərə alınmalıdır. Azərbaycanlıların Ermənistandan qovulması faktına diqqəti cəlb elədi. 1940-1950-ci illərdə Ermənistandan azərbaycanlıların çıxarılması, 1990-cı illərdə ikinci mərhələdə azərbaycanlıların Ermənistandan tamami ilə şıxarılmasını və digər məsələləri diqqətə çatdırdı. K.Karabulut bir məsələni də vurğuladı ki, Azərbaycan 30 ilə yaxın bir dövr ərzində digər xərcləri ilə yanaşı, torpaqlarının işğal altında olmasından çəkdiyi zərərlə yanaşı qaçqın və köçkünlərə küllü miqdarda vəsait sərf edib və Ermənistandan təzminat tələb olunan zaman bu xərclər də nəzər alınmalıdır.
Professor, tarix elmləri doktoru Esin Dayı (Türkiyə) Osmanlının XV-XVI əsrlərdən başlayaraq Qafqazı fəth etməsi və həmin proseslərin insanların yer dəyişməsinə təsirini, Osmanlı dövlətinin Qafqazda, o cümlədən, Şimali Qafqazda yeritdiyi siyasət, yerli əhali ilə münasibətini diqqətə çatdırdı. XIX əsr ərzində gedən proseslərin nəticəsində yenidən savaşların və köçün qabarması, 1853-1856-cı illərdə Krım müharibəsi, 1877-1878-ci illərdə rus-türk müharibəsi zamanı köşkün ordusunun meydana gəlməsini, onların əziyyət çəkməsini diqqətə çatdırdı və ardıcıl şəkildə həmin məsələləri şərh elədi.
Konfransın gedişi boyunca dəyərli tədqiqatçı, xalq bayatılarının usta ifaçısı Serpil Bayrak vaxtaşırı həm Azərbaycanda, həm Türkiyədə köçkünlərin başına gələn müsibətlələ bağlı bayatılarını da səsləndirirdi və izləyicilər tərəfindən diqqətlə qarşılanırdı.
Tarix doktoru, dosent Boran Əzizli (Azərbaycan) 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə köçkün və qaçqın problemi, Azərbaycan hökumətinin köçkün və qaçqınlarla bağlı yeritdiyi siyasət, o cümlədən, həmin dövrdə mövcud olan Himayədarlar nazirliyinin fəaliyyəti ilə bağlı geniş məlumat verdi. 
Tarix elmləri doktoru, professor Qasım Hacıyev (Azərbaycan) əsrlər boyunca köçlərin baş verməsinin səbəblərini və nəticələrini, Türkiyədə, Azərbaycanda bu məsələnin hansı şəkildə həyata keçirilməsini göstərdi. Diqqəti Rusiyanın işğalçı siyasətinə cəlb elədi, qaçqın köçkün məsələsində müasir dövrdə Azərbaycan hökumətinin apardığı siyasətin əsas nöqtələrinə şərh verdi.
Türkiyədə tanınmış çərkəz əsilli yazıçı Mühsin Karakurt (Türkiyə) çərkəzlərin həyatı ilə bağlı, Türkiyəyə köç etmələri, indiki vəziyyətləri ilə bağlı, bu köçə həsr olunmuş romanı ilə bağlı məlumat verdi. Romanda çərkəzlərin adət-ənənələrinin saxlanılması, onlara münasibət, onların həm əvvəlki, həm bu günkü problemləri ilə bağlı məsələləri bədii şəkildə diqqətə çatdırır.
Tarix doktoru, dosent Firdovsiyyə Əhmədova (Azərbaycan) savaşlar və köçlər məsələsini üzvi şəkildə tarix boyunca bir-birinə bağladı. Köçlərin həm mənfi, həm də müsbət tendensiyalarını açdı. Ancaq ümumi şəkildə vurğuladı ki, minlərlə köçkünlər savaşların qurbanı olublar. Eyni zamanda müasir dövrdə də bu məsələlərin qalmasını diqqətə çatdırdı. 
Tarix doktoru, dosent İbrahim Aykun (Türkiyə) Rusiyanın cənuba doğru işğalçı hərəkətləri, isti dənizlərə çıxmaq cəhdləri ilə bağlı və bunun nəticəsində həm savaşların, həm də köçlərin meydana gəlməsinə diqqəti cəlb etdi.
Tarix elmləri doktoru, professor Fərhad Turanlı (Ukrayna) köçlərin tarix boyunca, xüsusən XIX əsrdən başlayaraq baş verən köçlərin təsnifatını verdi, onların region üçün, Qafqaz üçün nəticələrini göstərdi.
Diaspor rəhbəri və yerli parlamentin deputatı İradə Əliyeva-Söderberq (İsveç) bu problemin diqqətə çatdırılması üçün, xüsusi ilə də ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayət, işğalçılığı nəticəsində yüzminlərlə insanın qaçqına, köçkünə çevrilməsinin sənədlər əsasında dünya dövlətlərinə çatdırılması, məlumatların tərcümə olunması, geniş şəkildə müzakirə olunmasının vacibliyini qeyd elədi. O, eyni zamanda diqqətdən kənarda qalmış Azərbaycanın Araz çayından cənuba və şimala doğru hissələrinin arasındakı köçlərin də diqqətə alınmasının vacibliyini vurğuladı. Bu istiqamətdə də vaxtaşırı qarşılıqlı köçlər baş verib və bu məsələlərin araşdırılmalı olduğunu qeyd etdi.
Bakı Dövlət Universitetinin müəllimi, tarix doktoru Sevinc Qasımova (Azərbaycan) köç proseslərinin təsnifatını, əsas anlayışlarını izah etdi və xüsusi olaraq müasir dövrdə köçlərin yeni formasının, intelektual axının baş verdiyinin və onun səbəblərini göstərdi.
Diaspor Rəhbəri Elşən İbrahimov (Rusiya) konfransda müzakirə olunan məsələlər ilə bağlı fikirlərin elmi əsaslara söykənməsinin vacibliyini vurğuladı, Rusiyada yaşadıqlarına görə azərbaycanlıların Rusiyaya gəlməsi, orada yerləşməsi, onların problemləri ilə bağlı məsələləri diqqətə çatdırdı.
Filologiya elmləri doktoru, professor Tamilla Əliyeva (Türkiyə) Rusiya çarlarının ardıcıl şəkildə Qafqaz istiqamətində apardığı işğalçı siyasətin mərhələrini göstərdi, o istiqamətdə Axıska türklərinin başına gələn problemləri diqqəətə çatdırdı və digər məslələrdən danışdı.
Tarix doktoru Sadəgül Akbaba (Türkiyə) Ermənistandan qovulan azərbaycanlıların taleyi ilə bağlı, ermənilərin törətdikləri cinayətlərlə bağlı, əhalinin zorla öz doğma yurdlarından qovulması ilə bağlı məsələləri diqqətə çatdırdı.
Kinorejissor Mustafa Qula Bala (Almaniya) yaşadığı ölkədə qaçqın və köçkünlərlə bağlı müasir problemləri diqqətə çatdırdı.
Tədqiqatçı alim Sözər Akyıldırım (Türkiyə) Şimali Qafqazda yaşamış ubıx xalqının taleyi ilə bağlı məruzə etdi, onların XIX əsrdə Şimali Qafqazda hansı çətinliklərlə üzləşdiklərini, onların Rusiya tərfindən həm dil, həm də din baxımından assimilyasiyaya uğramaqları, onların bir hissəsinin Türkiyəyə, Osmanlıya köçməsi, orada da onların öz mövcudluğunu qoruyub saxlaya bilməməsi, dillərinin hazırda dünyanın ölü dillərindən birinə çevrildiyini vurğuladı və qeyd etdi ki, sonuncu öz dilində danışan ubıx 1992-ci ildə dünyasını dəyişib. Bunu S.Akyıldırım köç prosesində bəzi millətlərin aradan çıxmasına misal kimi göstərdi.
Araşdırmaçı alim Ziya Zakir Acar (Türkiyə) Qafqazdan köçlərin konkret təsirlərini qeyd etdi, qaraçayların, digərlərinin köçməsinə diqqəti cəlb elədi və Azərbaycandan da əhalinin zaman-zaman Türkiyənin müxtəlif yerlərinə, xüsusən də İğdıra köçməsi ilə bağlı məlumat verdi.
Türkiyədən gənc tədqiqatçılar Cansu Nahırcı, Qamze Şengül, Gül Bezçi, Kefser Tekinkaya, Mühsin Ertürk konkret mövzularla bağlı tədqiqatlarının nəticələrini konfrans iştirakçılarına diqqətinə çatdırdılar, o cümlədən, köçkün-qaçqın həyatı yaşayan uşaqların problemlərini, Şeyx Şamil hərəkatı və köç problemi, Osmanlıda çərkəzlərin vəziyyəti, çərkəzlərin Rusiyadan çıxarılması şəraiti və digər məsələləri qeyd etdilər. Mühsin Ertürkün çıxışında təmsil etdiyi Kağızman bölgəsinə azərbaycanlıların zaman-zaman köç etdiklərini də göstərdi və eyni zamanda maraqlı faktları da qeyd etdi ki, orada Qarabağ, Ağdam adlı rayonlar mövcuddur. 
Sonda tarix doktoru, dosent Akif Nağı və konfransın aparıcısı Gürsoy Solmaz müzakirələrə yekun vurdular, konfransların gələcəkdə keçirilməsinə dair təkliflərini verdilər və xüsusi olaraq qeyd etdilər ki, köçlər həmişə olub, bu köçlərin içərisində köçdükləri yerlərdə bəd əməllər törədən, başqalarının əlində alət olan ermənilərin yeri xüsusi vurğulanmalıdır ki, ermənilər də bu və ya digər yerlərə ya özləri köçüb, ya köçürülüblər və hara köçüblərsə orada yalnız kimlərinsə sifarişini yerinə yetirərək yerli xalqlara qarşı, yerli hakimiyyətə qarşı alət kimi istifadə olunublar, faciəli qırğınlar, hadisələr törədiblər. Bu məsələnin, həqiqətin dünya birliyinə çatdırılması üçün hər kəsin öz yaşadığı ölkələrdə çalışmaları vacibdir.
 
QAT Mətbuat Xidməti.
21 iyun 2021
Oxşar xəbərlər
N.Tusi adına Klinika
13:01, Bu gün
Aqrar Universitetdə ödənişsiz təkmilləşdirmə kursları start götürüb
12:59, Bu gün
Sabah Bakıda 38 dərəcə isti olacaq
12:44, Bu gün
DYP sürücülərə müraciət edib
12:39, Bu gün
ADAU-da “Sabahın kənd təsərrüfatı” yay məktəbi uğurla başa çatıb - FOTO
12:34, Bu gün
Separatçı bölgədəki Rusiya sülhməramlılarına dəhliz açmaq üçün desant əməliyyatı planı - FOTO
12:30, Bu gün
"Azərbaycanda dövlət dilinin adı bərpa edilməlidir" - AMEA-nın əməkdaşı
12:13, Bu gün
Ermənistanın Baş naziri postuna Nikol Paşinyanın namizədliyi irəli sürülüb
12:11, Bu gün
Hərbçi olmaq istəyənlərin NƏZƏRİNƏ: Qəbul imtahanı keçiriləcək
12:09, Bu gün
Voleybol millimiz Macarıstanda Niderland millisinə qarşı
12:04, Bu gün
“O, həm də sənətə sədaqətilə seçilən, onu gözdən, nüfuzdan salmayan sənətkarlarımızdandır…”
11:57, Bu gün
İntizam komissiyası polisi döyən deputatın toxunulmazlığına xitam verilməsini müzakirə edir
11:54, Bu gün
"Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil"
11:52, Bu gün
Türkiyədə vətəndaşlar meşələrdə silahla keşik çəkir - VİDEO
11:50, Bu gün
Tağı Əhmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
11:48, Bu gün
BDU-da rektor müşavirini bıçaqlayan şəxs HƏBS EDİLDİ
11:44, Bu gün
BDU tələbələri “Yay Fest” gənclər festivalında iştirak edirlər
11:42, Bu gün
“Bu “patı” alverçilərini Qarabağdakı minalanmış sahələrə buraxmaq lazımdır…”
11:41, Bu gün
“Təxribatların qarşısını dərhal alın” - Zakir Həsənovdan əmr
11:39, Bu gün
Ermənistan müxalifəti parlamentin ilk iclasında şou yaratdı - FOTO
11:38, Bu gün
Avqustun 4-də rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi keçiriləcək
11:35, Bu gün
Azərbaycanda bələdiyyə sədrinə cinayət işi AÇILDI
11:31, Bu gün
“Üzr istəməsə, arzuolunmaz şəxs kimi Jirnovskinin ölkəmizə gəlməsinə qadağa qoyulmalıdır...”
11:28, Bu gün
Azərbaycanın əsas qaz kəmərinin operatorluğu BP-dən SOCAR-a keçdi
11:22, Bu gün
BDU-da “Nizami Gəncəvi İli” çərçivəsində silsilə tədbirlər keçirilir
11:03, Bu gün
“Türkiyəyə dəstək bizim mənəvi, əzəli və əbədi borcumuzdur”
11:01, Bu gün
Xalq yazıçısı Kamal Abdullanın yeni romanı çap olunub
10:57, Bu gün
General-leytenant Etibar Mirzəyev Türkiyəyə getdi
10:52, Bu gün
Ağsaqqallar Şurasındakı "Mənim adımım" fraksiyasının üzvü Arman Antonyan bıçaqlanıb
10:50, Bu gün
Jirinovski kimdir? “Rus mujiki”, Saltıkov - Şedrinin “qəhrəmanı” - Nəsiman Yaqublunun yazısı
10:45, Bu gün
“Kinonun bu günki yox, sabahkı günü haqqında düşünmək lazımdır…”
10:39, Bu gün
Pandemiyanın acığını vətəndaşdan çıxanlar
10:37, Bu gün
Ana südünün FAYDALARI
10:30, Bu gün
İmişlidə narkotik becərən şəxs odlu silahdan atəş açaraq qaçmağa cəhd göstərib - FOTO
10:27, Bu gün
"İndi bütün bunlardan sonra yalan-dolan məlumatların tirajlandırılması insaf və vicdan mizanından çox-çox uzaqda dayanır"
10:26, Bu gün
Ağdaşda 50 toy mərasimində karantin qaydaları pozulub
10:25, Bu gün
Abşeronda narkotik vasitələrin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb
10:24, Bu gün
"Buna görə AzTV sədrinin adını hallandırmaq məsuliyyətsizlikdən başqa bir şey deyil”
10:22, Bu gün
Balakəndə COVID-19 pasportu olmayan 100-ə yaxın qonaq toya buraxılmayıb
10:18, Bu gün
ABŞ İranı Ərəbistan dənizindəki Mercer Street tankerinə hücumda günahlandırır
10:18, Bu gün
Elnur Məmmədli: "Cüdoçularımız vuruşmadılar"
10:13, Bu gün
Azərbaycanda avqustun 9-dan vaksinlərlə bağlı “Əks göstəriş sertifikat”ı veriləcək
10:10, Bu gün
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu - RƏSMİ
10:07, Bu gün
Paşinyan Azərbaycanla yeni müqavilə imzalamağa hazırlaşır?
10:02, Bu gün
BANM məzunu 13 tanınmış xarici ali məktəbə qəbul olub
09:58, Bu gün
Əfqanıstandakı sel nəticəsində onlarla insan ölüb - VİDEO
09:52, Bu gün
Həqiqətin bir üzü var: Jirinovski Azərbaycana haqq etdiyi sevgini göstərmək qabiliyyətinə malik deyil...
09:39, Bu gün
Ağdaşda faciə: Fəhlə dəzgaha düşərək öldü
09:37, Bu gün
Bu gün İntizam komissiyası Eldəniz Səlimovun işinə baxacaq
09:35, Bu gün
Azərbaycanda toya görə daha 185 nəfər cərimələnib, 5263 nəfər şənliyə buraxılmayıb
09:32, Bu gün
Bakının bəzi küçələrində sıxlıq var
09:18, Bu gün
Rusiya MN  Xocavəndi  “Orta əsr Ermənistan torpağı” kimi təqdim etdi - növbəti HƏDSİZLİK...
09:10, Bu gün
Beyonsun klipi bütün zamanların ən yaxşı musiqili videosu seçilib
09:08, Bu gün
Bu gün Ermənistanda yeni çağırış parlamentinin ilk iclası keçiriləcək
09:04, Bu gün
Bu gün azərbaycanlı əsirlərə işgəncə verən erməni cinayətkarlara hökm oxunacaq
09:00, Bu gün
Slovakiyada iki milyon avroluq vaksinasiya lotereyasına start verilib
08:56, Bu gün
Taliban Əfqanıstanın Qəndəhar şəhərindəki hava limanına 3 mərmi atıb - VİDEO
08:23, Bu gün
Britaniyanın 57 yaşlı Baş naziri ata olacaq
08:20, Bu gün
Bu ölkədə yük maşınları yanacaq əvəzinə viski tullantıları ilə işləyir - MARAQLI
08:16, Bu gün
"Sabah yenə də onu kiçik bir hədiyyə ilə ələ alacaq və ortalığa atıb kloun kimi oynadacaqlar"
08:07, Bu gün
"Bu gün darıxıram, məndə elə bir hiss var ki, o günü görməyə bilərəm, amma istərdim görüm"
07:59, Bu gün
Ağdam və Lənkəran Dövlət Dram teatrları arasında əməkdaşlıqla bağlı niyyət sazişi imzalanıb
07:40, Bu gün
Metroda qadın və kişilərin ayrı-ayrı vaqonlarda getməsi ideyası dəstəkləndi...-İBRƏTAMİZ
06:42, Bu gün
Söz verib əməl etməyənə Allah da nifrət edər...
01:25, Bu gün
Azərbaycanın yanğınsöndürənlərinin növbəti qrupu Türkiyəyə çatıb - FOTOLAR
00:33, Bu gün
"Kinoya aidiyyatım olsaydı, ən azından Mədəniyyət Nazirliyi mənimlə maraqlanardı..."
00:31, Bu gün
Almaniya polisi Berlində 600-ə yaxın etirazçını saxlayıb
00:01, Bu gün
Türkiyədəki yanğınları törədənlər məlum oldu - FOTO
01 Aug 2021 | 23:59
Zülfüqarovdan Jirinovskiyə 3 cümləlik reaksiya
01 Aug 2021 | 23:57
Şevçenko Ukrayna millisindən ayrıldı
01 Aug 2021 | 23:52
"İnanın Allaha, elə əsəb və stress keçirmişəm, evdə güc-bəla ilə məni sakitləşdiriblər..."
01 Aug 2021 | 23:09
ABŞ tankerə hücuma görə İranı ittiham etdi
01 Aug 2021 | 23:06
“Süni gənclikdən daha axmaq heç nə yoxdu” - Alen Delon müasirlikdən bezib
01 Aug 2021 | 22:42
Şəkidə “AzAgro” MMC-yə məxsus avtomobil yanıb
01 Aug 2021 | 21:57
Şuşanın kəndlərinə Soçidən 230 donuz gətirilib - VİDEO
01 Aug 2021 | 21:37
İranda sutka ərzində koronavirusdan 366 nəfər ölüb
01 Aug 2021 | 21:36
Türkiyədə yanğında ölənlərin sayı artdı
01 Aug 2021 | 21:25
"Müstəqil dövlətlərin daxili işlərinə qarışmaq üçün bu məxluqdan yararlanırlar"
01 Aug 2021 | 20:58
"Çox əziyyətlər çəkdim" - Gülay
01 Aug 2021 | 20:56
Yeni Zelandiyanın Baş naziri yerli xalqlardan üzr istədi
01 Aug 2021 | 20:55
Türkiyədə yanğınlarla bağlı son vəziyyət
01 Aug 2021 | 20:50
"Toy aparmaq qadın sənəti deyil, kişi işidir"
01 Aug 2021 | 20:49
“Türkiyədə yanğınsöndürənlərimiz arasında ölən yoxdur” - FHN
01 Aug 2021 | 20:41
Koçaryanın gəlini: "İndi Qarabağa gəlmək çox çətindir, hər adam bura qayıtmaq istəmir..."
01 Aug 2021 | 20:39
Evində partlayış olan Cavid: "Həkim 3 gün vaxt qoymuşdu"
01 Aug 2021 | 20:08
Jirinovski İlham Əliyevi müdrik insan adlandırdı
01 Aug 2021 | 20:06
Fransada etiraz aksiyaları: 76 nəfər saxlanıldı  
01 Aug 2021 | 19:18
"Jirinovski və onun kimiləri gec-tez tarixin zibilliyinə atılacaqlar"
01 Aug 2021 | 19:16
Sumqayıtda ata oğlunun evini yandırdı
01 Aug 2021 | 19:08
Türkiyəyə yanğınsöndürmə üçün göndərilən amfibiya təyyarəmiz - VİDEO
01 Aug 2021 | 19:03
“Euronews” telekanalında Azərbaycan muğamı barədə süjet yayımlanıb - VİDEO
01 Aug 2021 | 19:01
Yevlaxda yaşayış evi yanaraq kül olub - FOTO
01 Aug 2021 | 18:49
"Dövlət Dumasından və bu ölkənin səlahiyyət sahiblərindən soruşmaq vaxtı çoxdan çatıb ki..."
01 Aug 2021 | 18:32
Bakıda Vətən Müharibəsi şəhidinin xatirəsi əbədiləşdirildi - FOTO
01 Aug 2021 | 18:08
“Pfizer” və “Moderna” vaksinlərinin qiyməti bahalaşdı
01 Aug 2021 | 17:52
"Rusiyaya Jirinovskidən öncə, Putinin Laçın “xətası”yla bağlı nota verilməli idi..."
01 Aug 2021 | 17:45
Türkiyə odla su arasında: İnsan tələfatı artır
01 Aug 2021 | 17:42
Azərbaycan yanğınsöndürənləri Türkiyədə daha bir kəndi yanğından xilas edib - FOTO/VİDEO
01 Aug 2021 | 17:41
Ceyhun Bayramov: "Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardıma hazırdır"
01 Aug 2021 | 17:33
“Torpaqlarımıza göz dikən qara qüvvələrə mənfur qonşumuzun iflas nümunəsi dərs olmalıdır”
01 Aug 2021 | 17:13
Milli Məclisin yenidən buraxılacağı iddiasına CAVAB
GÜNLÜK
01 Aug 2021 | 23:52
"İnanın Allaha, elə əsəb və stress keçirmişəm, evdə güc-bəla ilə məni sakitləşdiriblər..."
01 Aug 2021 | 14:40
"Vardenisdəki postumuz ələ keçirildi" - Ratsiya kodları hələ dəyişməyib
01 Aug 2021 | 23:06
“Süni gənclikdən daha axmaq heç nə yoxdu” - Alen Delon müasirlikdən bezib
01 Aug 2021 | 20:41
Koçaryanın gəlini: "İndi Qarabağa gəlmək çox çətindir, hər adam bura qayıtmaq istəmir..."
01 Aug 2021 | 17:52
"Rusiyaya Jirinovskidən öncə, Putinin Laçın “xətası”yla bağlı nota verilməli idi..."
01 Aug 2021 | 16:34
"Hər addımda “Azərbaycan şərəfini qoruyuruq” deyən Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı niyə susurlar?"
01 Aug 2021 | 13:30
Ermənilər arasında panika: “Azərbaycan ordusu Xankəndinə girib...” - VİDEO
01 Aug 2021 | 14:29
"Kreml açıq şəkildə demək istəmədiyini təlxək imici ilə tanıtdırdığı şəxslərə dedizdirir"
01 Aug 2021 | 14:10
“Oradan rus bayrağını götürün, bu, rüsvayçılıqdır!"
00:33, Bu gün
"Kinoya aidiyyatım olsaydı, ən azından Mədəniyyət Nazirliyi mənimlə maraqlanardı..."
HƏFTƏLİK
26 Jul 2021 | 17:36
“Faiq Ağayevin sözünə inanıb onunla ailə qurdum və...“
29 Jul 2021 | 08:50
"Biz görmüşük ki, qanı su ilə yuyarlar, amma bizdə əksinədir, qanı qanla yuyurlar..."
29 Jul 2021 | 13:27
Tanınmış həkimin model arvadı əxlaqsız çıxdı - 5 ildir gizlicə... - FOTO
30 Jul 2021 | 22:45
Xalqı efirdən partizan hərəkatına çağıran Xalq artisti - O, İlhamə Quliyeva ilə eşq yaşamışdımı?
31 Jul 2021 | 12:32
“Malıbəyli kəndinin camaatı Şuşa şəhərinə qayıtmaq istəmir, çünki...”
27 Jul 2021 | 16:18
"Bir qızım məmur, o biri diplomatdır" - Xalq artisti
01 Aug 2021 | 11:47
"Onun yalı kəsilmiş tula kimi, “İlxam Qeydaroviç” qışqıra-qışqıra qaçdığının canlı şahidiyəm"
26 Jul 2021 | 17:09
“O videoda Səfurə xanımın kürəyi qan içindədir” - Məlahət Abbasova dəhşətli faktlar açıqladı...
26 Jul 2021 | 15:29
"Səmədin “Toylar kralı” olmasıyla razılaşmadım, əslində “Toylar kralı” Manaf Ağayev idi..."
30 Jul 2021 | 12:13
"Rusiya parçalanır, torpaqlarımızı geri almalıyıq!" - Mnatsakanyan
AYLIQ
01 Aug 2021 | 23:52
"İnanın Allaha, elə əsəb və stress keçirmişəm, evdə güc-bəla ilə məni sakitləşdiriblər..."
01 Aug 2021 | 14:40
"Vardenisdəki postumuz ələ keçirildi" - Ratsiya kodları hələ dəyişməyib
01 Aug 2021 | 23:06
“Süni gənclikdən daha axmaq heç nə yoxdu” - Alen Delon müasirlikdən bezib
01 Aug 2021 | 20:41
Koçaryanın gəlini: "İndi Qarabağa gəlmək çox çətindir, hər adam bura qayıtmaq istəmir..."
01 Aug 2021 | 17:52
"Rusiyaya Jirinovskidən öncə, Putinin Laçın “xətası”yla bağlı nota verilməli idi..."
01 Aug 2021 | 16:34
"Hər addımda “Azərbaycan şərəfini qoruyuruq” deyən Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı niyə susurlar?"
01 Aug 2021 | 13:30
Ermənilər arasında panika: “Azərbaycan ordusu Xankəndinə girib...” - VİDEO
01 Aug 2021 | 14:29
"Kreml açıq şəkildə demək istəmədiyini təlxək imici ilə tanıtdırdığı şəxslərə dedizdirir"
01 Aug 2021 | 14:10
“Oradan rus bayrağını götürün, bu, rüsvayçılıqdır!"
00:33, Bu gün
"Kinoya aidiyyatım olsaydı, ən azından Mədəniyyət Nazirliyi mənimlə maraqlanardı..."