KTMT üzvü olan bir ölkə Azərbaycana qarşı aşkar təcavüz edibmi? - Kreml susmalı deyil...
4291
07 Apr 2021 | 09:41

KTMT üzvü olan bir ölkə Azərbaycana qarşı aşkar təcavüz edibmi? - Kreml susmalı deyil...

Rusiya prezidenti və administarasiyasının "İskəndər-M" raketinin qalıqlarının aşkarlanmasından bir həftə keçməsinə baxmayaraq qadağan olunmuş bu silahın Ermənistana kim tərəfindən və nə vaxt verildiyinə dair susqunluğu Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanır.
 
Nüvə başlığı daşıya bilən raketin seriya və partiya nömrəsi, onun hansı tarixdə istehsal edildiyini və hansı raket briqadasının (alayının və ya divizionunun) silahlanmasında mövcud olduğunu bir neçə saat içində təyin etməyə imkan verir. Əgər raketlərin daşınması izlərini tapmaqda çətinlik çəkirlərsə, o zaman 2020-ci ilin iyulun 14-dən sonra Rusiyadan İrəvana intensiv uçan yük təyyarələrinə diqqət yetirsinlər. Rusiya Müdafiə Nazirliyinin baş verənləri fərqli istiqamətə yönləndirmək üçün bəhanə fikirləşməsinə isə bir həftə yetərli olmalı idi. Azərbaycan üçün bu təyyarələrdə daşınan silah və sursatın tam assortimenti maraq doğurur. Təəssüf ki, Rusiya keçən 9 ay ərzində bu təchizatın tərkibi barədə rəsmi mövqe ortaya qoymayıb. 
 
Bu raketin 50 km-dən yaxın hədəfə zərbə endirə bilməməsi isə, raketin Ermənistan ərazisindən atılmasının göstəricisidir. Deməli KTMT üzvü olan bir ölkə Azərbaycana qarşı aşkar təcavüz edib. Bu da Kremlin açıqlama verməli olduğu digər bir mövzudur.
 
Bütün okeanlarda ballistik və qanadlı raket buraxılışlarını minlərlə kilometrdən izləyən Rusiya radiolokasiya sistemlərinin "burnunun uçundan" buraxılan "İskəndər-M" raketini görməməsi də inandırıcı deyil. Bütün bunları nəzərə alaraq Kreml, ən azından mehriban qonşuluq və sülhməramlı statusuna uyğun olaraq hadisələrə reaksiya verməlidir. 
 
Ədalət Verdiyev, hərbi ekspert
Link kopyalandı!
Son xəbərlər