Xankəndində xain qərarlar - Ordumuzun yeni əməliyyatları qaçılmaza çevrilir
1518
25 Mar 2021 | 15:21

Xankəndində xain qərarlar - Ordumuzun yeni əməliyyatları qaçılmaza çevrilir

Bu gün Xankəndində özünü respublika adlandıran separatçı qurumun "parlamenti"nin iclası keçirilib.
 
Moderator.az-ın bir qədər öncə xəbər verdiyi kimi, iclas zamanı separatçı "deputatl"ar rus dilinin ikinci "dövlət dili" elan olunması haqqında qərar qəbul ediblər. Qanun layihəsinin qəbuluna 27 "deputat" səs verib, 2 nəfər səsvermədə iştirak etməyib, daha 2 nəfər isə iclasa qatılmayıb.
 
Musavat.com-un "SputnikArmenia"ya istinadla verdiyi əlavə məlumata görə, separatçı "deputat"ların qəbul etdiyi ikinci qərar qondarma qurumun yeni ombudsmanının təyin olunması barədə olub. 22 lehinə, 8 əleyhinə olmaqla erməni separatçıları Geqam Stepanyanı özlərinin yeni "ombudsman"ı elan ediblər.
 
Xatırladaq ki, bu vəzifədə olan Artak Bəyləryan qondarma "respublika" "prezidenti"nin aparat rəhbəri təyin olunub.
 
Qeyd edək ki, Xankəndindəki separatçı ermənilərin bu addımları onların Azərbaycan Respublikasının hüdudları daxilində dinc yanaşı yaşama kimi amalının olmadığını bir daha sübut edir. Bu addımlarla onlar müzəffər Azərbaycan Ordusunun Qarabağda növbəti antiterror əməliyyatlarına başlamasını qaçılmaz etməkdədir. Belə görünür ki, aprel-may aylarında erməni separatçılarının burunlarını yenidən ovmaq lazım gələcək...
Link kopyalandı!
Son xəbərlər