Son vaxtlar Azərbaycanda problemli orta məktəb dərsliklərinin sayı sürətlə artmaqdadır. Dərsliklərdə kobud küçə ifadələrinin yer alması, məntiqsizlik, bir çox faktların təhrifi, dialoqlardakı sünilik və s. onları haqlı olaraq ictimai qınaq obyektinə çevirməkdədir.
Maraqlıdır,
orta məktəb dərsliklərində bunca çatışmazlığın meydana çıxması nə ilə bağlıdır?
Doğrudanmı Azərbaycanda normal dərslik tərtib edəcək savadlı mütəxəssislər
yoxdur?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən AMEA-nın Tarix İnstitutunun aparıcı
elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli dərsliklərdəki problemləri
onu tərtib etməyin yanlış insanlara həvalə edilməsi ilə izah etdi:
“Təbii
ki, ölkəmizdə savadlı, yüksək bilik və bacarığa malik təhsil mütəxəssisləri
mövcuddur. Amma dərsliklərin tərtib edilməsi məsələsində onları yaxına
qoymurlar. Pulu özlərinə yaxın bildikləri adamlarla yeyirlər. Komissiya tanışılıqla
qurulur. Elə adamlar dərslik yazmağa cəlb olunub ki, ağzından süd iyi gəlir və milli
hislərdən uzaqdırlar. Buna görə də nəticə etibari ilə bu cür əcaib, keyfiyyətsiz,
problemli dərsliklər meydana çıxır”.
Seymur
Əliyev