Şəhid anası: Balamı son dəfə gördüm, bayrağa bükmüşdülər - REPORTAJ
Oxunub: 3356
30 Sep 2015 | 22:49
Şəhid anası: Balamı son dəfə gördüm, bayrağa bükmüşdülər  - REPORTAJ

3 bacının yeganə qardaşı...

Üç gün əvvəl səhəri şəhid xəbəri ilə açmışdıq. Sentyabrın 27-dən 28-ə keçən gecə  təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısını alarkən Füzulinin Alaxanlı kəndində 3 hərbçimizi itirdik. Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu vətən yolunda şəhid oldu.

Bu gün onların ölümünün 3-cü günüdür. Məhəmmədi kəndindəyik. Zöhrabgildə. Daha doğrusu Zöhrabın 3 mərasimində. Qapıda bir qız əyləşib. Sağında və solundakı qadınlar ovcunu ovur, üzünə su vururlar. Öyrənirik ki, bu, Mədinədir. Zöhrabın böyük bacısı. Deyirlər, qardaşının şəhid xəbəri eşidəndən bəri belədir. Tez-tez halı pisləşir, üzünə su vurub özünə gətirirlər.
 
Yaxınlaşırıq. Nə qədər halsız olduğu üz-gözündən bəllidir. Gözlərini qaldırıb üzümə baxır. Nəsə deyəcəyini düşünsəm də, dinmir. Danışmaya da heyi qalmayıb. Bir neçə saniyə üzümə baxıb, gözlərini yerə dikir yenə.
 
Qadınlar olan məclisə keçirik. Anası Könül xala lap başda əyləşib. Digər qadınların yanında. Yanındakı yaşlı qadın onun sol əlini öz ovcunda bərk-bərk sıxıb. Ağlamır. Toxtamış görünür. Mətanət göstərir. Hərdən yanağından bir damla süzülür və dərhal özünü toplayır və əvvəlkindən də dik dayanır.
 
Mustafazadələr ailəsi ilk itkisinin illər əvvəl verib. 2 il əvvəl sürətlə gələn təcili yardım maşını ailə başçısının həyatına son qoyur. Yolu keçməkdə olan Namiq Mustafazadə elə qəza yerindəcə can verib. 2 ildir uşaqlarına həm atalıq, həm analıq edən Könül xala Zöhrabı əsgərliyə yola saldıqdan sonra ailənin yükünü tək daşımalı olub. Ona qədər Zöhrab çilingər işləyərək anasına və bacılarına baxırmış.
 
3 bacının yeganə qardaşı olan Zöhrab ailənin ikinci övladıdır.

Yaşasaydı dekabrın 9-da 19 yaşı olacaqdı. Özündən böyük bir, özündən kiçik daha 2 bacısı var. Mədinə ailənin ilk övladıdır. Tələbədir. Məryəmlə Aydan isə məktəbli.
 
Zöhrabın anası deyir ki, cəbhədən hər şəhid xəbəri gələndə elə hey deyərmiş, görəsən, oğlum deyil ki?! Sanki ürəyinə danmış kimi hər xəbərdən diksinir, hər xəbərdən qorxurmuş. Budur, qorxduğu başına gəldi...


 
- İşdəydim. “Kənd sovet”indən zəng etdilər ki, suyla bağlı şikayətiniz var? Dedim, yox. Dedilər, bəs sizin telefondan bizə zəng gəlib. Durdum getdim evə. İcradan, bələdiyyədən gəlmişdilər. Onları qarşıladım. Dayımın nömrəsini istədilər, verdim. Yenə də heç nə başa düşmədim.
 
Davam edə bilmir. Məclis boyu özünü sıxan qadın sanki o deyildi. Təklikdə qaldığımızdan istifadə edib ağlayır. Ağlaya-ağlaya da “bağışlayın”, deyir. Nə üçün üzr istədiyini anlaya bilmirik. Nə mən, nə də fotoqrafımız Fəxri. Onu təsəlli edəcək söz də tapmırıq. Deyiləcək bütün sözlər indiyə qədər deyilmişdi ona.
 
Bəlkə sakitləşər deyə, əlini tuturam. Barmaqlarımı ovcunda sıxıb daha da hönkürür. Birdən Fəxri dillənir:
 
- Hər adama nəsib olmur şəhidlik!


 
Sanki bu söz onu özünə gətirir. Gözünü silib başını dikəldir, qaldığı yerdən davam edir:
 
- Dayımın nömrəsini istəyəndən sonra nəsə rahatlıq hiss elədim. Çıxdım bayıra. Gördüm qapımızda maşınlar dayanıb. Maşından çoxlu adamlar düşdü. Biri də molla. Mollanı görüncə, ürəyim sıxıldı. “Kənd sovet”inin böyüyünü tanıyırdım. Gördüm gözləri dolub. Dedim, övladım şəhid olub? Dedi, "hə".

Bir-iki gün qabaq hiss eləmişdim...


 
Sentyabrın 25-də cəbhədə gedən qızğın döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri daha bir əsgərini itirmişdi. 23 yaşlı Elşən Vaqif oğlu Məmmədovu. Televizorda Elşənin şəhid olması haqqında xəbəri eşidən Könül xala öz balasını itirmiş kimi oturub ağlayır.
 
- Bütün övladlar şəhid olanda göz yaşı tökürdüm. O gün şəhid xəbəri eşidəndə qızlarla oturub ağladıq. Dedim, Allah anasına səbr versin! Namaza oturdum. Beynimdə də eyni sual vardı. Dedim, görəsən, balam şəhid olsa, mən nə hisslər keçirəcəm?!
 

Bu hadisədən 2 gün sonra oğlunun şəhid xəbərini alır. Zöhrab topçu olub. Əsgər yoldaşlarının dediyinə görə, düşmənlə gedən ağır döyüşlərdə hazır vəziyyətdə dayanan topçuların arasına mərmi düşür. Qəlpələrdən biri Zöhrabın alnına, digəri isə düz ürəyinə dəyir. Əsgərlərdən biri ağır yaralansa da, digər üçü yerindəcə keçinir. Zöhrab Məhəmmədi kəndinin ilk şəhididir.
 
Yəqin, çoxlarınıza da maraqlı olar. Zöhrabın sevdiyi vardımı? Anası deyir ki, cəmi bir dəfə aralarında belə bir söhbət olub. Onda da gülüb, keçib.


 
- Dedi, Allah haqqı, yoxumdu. Dedim, ola bilməz axı, 18 yaşında oğlanın ürəyində kimsə olmaya?! Dedi, əsgərliyə gedim-gəlim bacılarımı oxudum, sonra baxarıq. Fikri-zikri bizdəydi. Bacıları və anası. Çox istəyirdi ki, bacıları ali təhsil alsın. Özü də oxuyacaqdı. Əsgərlikdən gələndən sonra texnikuma sənəd verəcəkdi. Qismət olmadı...
 
- Axırıncı dəfə nə vaxt danışmışdınız?
 
- Ölümündən iki gün əvvəl, Qurban bayramında. Özü zəng eləmişdi. Dedi, mama, bayramın mübarək! Neçə-neçə bayramlara çıxasan! Bircə dəfə demədi ki, çıxaq. “Çıxasan”, dedi. Dedi, elə darıxmışam səndən ötrü! İyin üçün...
 
Və yenə başlayır ağlamağa.


 
- Əsgərliyə yola salanda, dedim, qaqaş, ölüm o dünyada da var, bu dünyada da. Alnı açıq get, alnı açıq gəl! Dedim, Allah nəsib eləsə, sən də şəhid olacaqsan. Amma maman qurban, bircə qorxma! Bilmirəm niyə elə dedim?! Allah dedizdirdi, elə bil. Oğlum ali zirvəyə çatdı! Hər dəfə onun zabitiylə danışanda deyirdi, Zöhrab bizə heç bir problem yaratmır. O qədər sakit uşaq idi ki... Qəlbim qan ağlayır. Allah heç bir anaya göstərməsin, bala! Aydan deyir, mama şəhid haqda şeir deyəndə qürurla deyəcəm! Əsgərliyə təzə getmişdi, xəstələndi. Göndərdilər, “Papanin”ə müalicəyə. Elə hey gileylənirdi ki, nahaq məni bura gətirdilər. Mən qayıtmaq istəyirəm. Dedim, ay bala, döyüşmək üçün də gərək sağlam olasan da. Anan və anan kimi anaları qorumaq üçün. Sağalandan sonra 2 həftəlik məzuniyyət verdilər. Axırıncı dəfə mayda görmüşdüm balamı. Bir də o gün gördüm. Üçrəngli bayrağa bürümüşdülər...
 
Məzuniyyətə gələndə həm də çoxlu şəkillər çəkdirir Zöhrab. Əsgər paltarında. Anası deyir ki, qürurla daşıyırdı o formanı. Geyinib məğrur gəzirmiş. Yaxşı ki, o şəkilləri çəkdirib. Çünki Zöhrabdan o şəkillər qalıb. Bir də bayraq. Nəşinin bükülüb gətirildiyi. İndi o bayraq məzarı üstündə qalıb.
 
Zöhrab 2 gün əvvəl Məhəmmədi kənd qəbiristanlığında torpağa verilib. Dəfnində Abşeron rayon icra hakimiyyətinin nümayəndələri, kənd bələdiyyə sədri, hərbi hissə komandiri, zabitlər də iştirak edib. Ailənin maddi vəziyyəti yaxşı olmadığından şəhidin yas mərasimini və digər xərcləri rayon İcra Hakimiyyəti və kənd bələdiyyə sədri öz boynuna götürüb. 

(apa)

Oxşar xəbərlər
11:13, Bu gün
Azərbaycanda istehlakçılara qaytarılan vəsait 5 dəfə artıb
11:10, Bu gün
İcma beynəlxalq təşkilatları radikal erməni millətçi dairələrinə qarşı mübarizə aparmağa çağırıb
11:07, Bu gün
İranla İsrail arasında gərginlik davam edir: TƏFƏRRÜATLAR
11:00, Bu gün
Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək
10:56, Bu gün
Masazırda evdən 85 min manatlıq qızıl oğurlandı
10:54, Bu gün
Bakıda 10 yaşlı oğlan itkin düşüb
10:53, Bu gün
Taleh Kazımov: "Azərbaycanda sığorta sektoru son 3 ildə 34 % böyüyüb"
10:36, Bu gün
Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı
10:35, Bu gün
Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub
10:34, Bu gün
Naxçıvanda I rübdə 2 mindən çox daşınmaz əmlaka çıxarış verilib
10:28, Bu gün
"İqtisadiyyat uzunmüddətli şou qəbul eləmir"- İQTİSADÇI EKSPERT 
10:25, Bu gün
Bayram günlərində 32 avtoqəza olub, 9 nəfər ölüb
10:18, Bu gün
Kriştianu Ronaldu 2 oyunluq diskvalifikasiya ediləcək
10:11, Bu gün
Türkiyə HƏMAS ilə danışıqlar aparacaq
10:00, Bu gün
MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ: "Avtomobillərimiz buna görə tez-tez xarab olur"
09:52, Bu gün
Yerin dərinliyində nəhəng okean tapıldı: Bu nəzəriyyə dağıldı, aimlər çaş-baş qalıb
09:44, Bu gün
Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq
09:42, Bu gün
Qobudakı qəzalı hamamla bağlı rəsmi açıqlama: “Biz də maraqlıyıq...”
09:34, Bu gün
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
09:29, Bu gün
Şəkərin yeni təhlükəsi aşkarlanıb
09:25, Bu gün
Cəfəri və şüyüd xərçəngə qarşı- Yeni kəşf
09:19, Bu gün
Bu gecə Ukrayna ordusu ölkə ərazisinə atılmış bütün İran dronlarını məhv etdi...-RƏSMİ
09:15, Bu gün
Cəbrayılda minalar aşkarlanıb
09:11, Bu gün
Bu BÜRCLƏR ciddi sağlamlıq problemləri ilə üzləşəcək
08:58, Bu gün
İran bütün Yaxın Şərqi təhdid edir - Netanyahu
08:49, Bu gün
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?
08:39, Bu gün
İran İsrailə raket atdı, öz şəhərini vurdu
08:29, Bu gün
Yaşıl bananın faydaları nələrdir?
08:20, Bu gün
Rusiya irəliləyə bilər, özümüzü müdafiə etməliyik
08:17, Bu gün
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
08:12, Bu gün
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
08:04, Bu gün
ABŞ Ukraynaya dəstəyi DAYANDIRIR?
07:50, Bu gün
Çətir şimşəkdən qoruyurmu?
07:38, Bu gün
KİV: ABŞ İsrailin İrana hərbi cavabının “miqyas baxımından məhdud” olacağını gözləyir
07:32, Bu gün
Bu ölkə Tehrandakı konsulluğunu bağladı
07:25, Bu gün
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
07:22, Bu gün
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
07:14, Bu gün
Zibil sanıb atdığınız - Dərdlərə dərman
07:03, Bu gün
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
06:48, Bu gün
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
00:06, Bu gün
Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO
00:05, Bu gün
Semih Kılıçsoy üçün transfer təklifləri gəlməyə başladı
00:03, Bu gün
Niyə qadınlara nisbətən kişilərdə keçəlləşmə daha çox yayılıb? - MARAQLI FAKT
15 Apr 2024 | 23:58
Mətanət Əsədova: “Bacım gəlin gedəndə fikirdən sarılıq olmuşdum”
15 Apr 2024 | 23:52
Gürcüstanda "xarici agentlər" haqqında qanuna qarşı kütləvi etirazlar baş verib
15 Apr 2024 | 23:47
Əfsanəvi müğənni Alla Puqaçovanın 75 yaşı tamam olur
15 Apr 2024 | 23:42
Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - VİDEO
15 Apr 2024 | 23:33
DİN: Tbilisidə aksiyada təxribat törətmək istəyənlər var  
15 Apr 2024 | 23:31
Gürcüstan parlamentinin binası yaxınlığında vəziyyət gərginləşir, saxlanılanlar var
15 Apr 2024 | 23:29
91 yaşlı ana Kəlbəcərdə oğlunun şəhid olduğu ərazidə: Göz yaşlarını saxlaya bilmədi - VİDEO
15 Apr 2024 | 23:27
Amerikada yaşayan məşhur aparıcı pişik kafeyə gedib, VİDEO hazırladı-MARAQLI
15 Apr 2024 | 23:22
ABŞ Belarusa qarşı sanksiyalar siyahısını genişləndirib
15 Apr 2024 | 23:04
Bakıda çoxmərtəbəli binanın lifti işləmir: “Bələdçi rəhmətə gedib” - VİDEO
15 Apr 2024 | 22:58
Miller: ABŞ İrana qarşı sanksiyaların sərtləşdirilməsi variantlarını araşdırır
15 Apr 2024 | 22:52
Gürcüstan Prezidenti aksiyaçılara dəstək verib
15 Apr 2024 | 22:48
Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - VİDEO
15 Apr 2024 | 22:45
Polşada məcburi ev tapşırığı LƏĞV OLUNDU
15 Apr 2024 | 22:39
Tikinti şirkəti məhkəyə verildi
15 Apr 2024 | 22:37
Bir neçə ölkənin XİN-i İranın səfirlərini İsrailə hücumlarla bağlı çağırıb
15 Apr 2024 | 22:32
Müntəzəm qarabaşaq yarması yemək üçün 5 səbəb
15 Apr 2024 | 22:31
Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - VİDEO
15 Apr 2024 | 22:25
Qırğız Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
15 Apr 2024 | 22:23
Naxçıvanın keçmiş maliyyə naziri və DGK-sinin sabiq şöbə rəisinin məhkəmə prosesi keçirilib
15 Apr 2024 | 22:23
“Şuşa sadəcə elmi və tarixi deyil, həm də dini mədəniyyətimizin ən parlaq nümunəsidir”
15 Apr 2024 | 22:20
Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq mədəniyyət günü”ndə iştirak edib
15 Apr 2024 | 22:15
Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdi
15 Apr 2024 | 22:12
Gürcüstan DİN aksiyaçıları ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb
15 Apr 2024 | 22:03
2024-cü ilin ən dəbli şalvar modeli
15 Apr 2024 | 22:02
Türkiyədə sərnişin şüşə butulkanı qıraraq avtobus bələdçisini girov götürüb
15 Apr 2024 | 21:55
100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - VİDEO
15 Apr 2024 | 21:48
Ərdoğan: İslam dünyası birlik üçün səylərini artırmalıdır
15 Apr 2024 | 21:43
Bakıda məşhur həkim telefon nömrəsini şok qiymətə SATIR – FOTO
15 Apr 2024 | 21:42
“Azəralüminium”la şüşə zavodu arasında alqı-satqı qalmaqalı
15 Apr 2024 | 21:33
Polşa Avropanın raketdən müdafiə sisteminə qoşulmağı planlaşdırır
15 Apr 2024 | 21:22
"Krım körpüsü Ukraynanın hədəfidir və o, məhv ediləcək..."
15 Apr 2024 | 21:20
“Mançester Siti”nin oyunçusu qiymətli malikanəsinə sauna quraşdırdı
15 Apr 2024 | 21:17
Fahriye və Burakın oğlunun 5 yaşı tamam oldu - FOTO
15 Apr 2024 | 21:16
Onun fırçası şəhid atasının xatirələrini çəkir: Qanı ilə boyanan torpağı qızı kətana hopdurur - VİDEO
15 Apr 2024 | 21:15
Türkiyənin İQ-sü ən yüksək şəhərləri - SİYAHI
15 Apr 2024 | 21:13
Ölümün qorxduğu cərrah...
15 Apr 2024 | 21:11
İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb
15 Apr 2024 | 21:09
Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət
15 Apr 2024 | 21:01
“Səlcuqlar Azərbaycan türk dilini qəbul etdilər...”-Akif Nağıdan tariximizə fərqli baxış...
15 Apr 2024 | 20:58
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə iki ölkə arasında əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
15 Apr 2024 | 20:56
39 yaşlı azərbaycanlı müğənninin toyudur: “Nişanlımla “TikTok”da oyun oynayaraq tanış oldum” - VİDEO
15 Apr 2024 | 20:47
Seneqalda bir tondan çox kokain ələ keçirilib
15 Apr 2024 | 20:45
Ayın sonu ilə bağlı MÜJDƏ - Bu bürc sahibləri çoxlu pul qazanacaq
15 Apr 2024 | 20:39
Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb
15 Apr 2024 | 20:37
İran dronları və dünya savaşı
15 Apr 2024 | 20:32
"Hər şey plan üzrə gedir": İranın hücumu Rafahla bağlı danışıqlara təsir etməyəcək
15 Apr 2024 | 20:18
Qadınları ən böyük ombaya malik olan ölkələrin adları açıqlanıb
15 Apr 2024 | 20:13
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
15 Apr 2024 | 20:09
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
15 Apr 2024 | 20:03
Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
15 Apr 2024 | 20:01
Şakiradan tamaşaçılarına xoş xəbər
15 Apr 2024 | 19:53
Qadın muxtardan bələdiyyənin qarşısında qəribə etiraz – VİDEO
15 Apr 2024 | 19:50
İsrail Rəfaha hərbi hücumunu təxirə saldı
15 Apr 2024 | 19:42
O dünyaya gedənin ölüm sənədini bu dünyada niyə vermirlər? - VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 19:31
Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
GÜNLÜK
15 Apr 2024 | 14:30
Evli qadın dəniz kənarında görüşə getdi: "Oğlu zəng edib tapşırdı ki..." – ŞOK
15 Apr 2024 | 11:47
Azərbaycanlı aparıcı Amerikada həmcinsi ilə EVLƏNDİ - FOTO
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 14:18
Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”
15 Apr 2024 | 11:48
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu - YENİLƏNİB
15 Apr 2024 | 17:40
Bülbül prospektində təhlükə yaradan yol nişanına düzəliş edildi - YENİLƏNİB + FOTO/VİDEO
15 Apr 2024 | 11:56
Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb - YENİLƏNİB + FOTO
15 Apr 2024 | 13:23
Maaş və pensiyalarda yeni artımlar olacaq? - VACİB AÇIQLAMA - VİDEO
15 Apr 2024 | 11:52
“Mən də Ajda Pekkan kimi olacağam” - Xoşqədəm
HƏFTƏLİK
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
09 Apr 2024 | 13:44
Pensiya alanların DİQQƏTİNƏ: "Yaxın günlərdə..." - RƏSMİ
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
09 Apr 2024 | 15:13
“Ceyhun Mirzəyevin qızını axtarırıq, onu aldadıb, əlindən pulunu alıblar”-ÖZƏL+FOTO
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
AYLIQ
15 Apr 2024 | 14:30
Evli qadın dəniz kənarında görüşə getdi: "Oğlu zəng edib tapşırdı ki..." – ŞOK
15 Apr 2024 | 11:47
Azərbaycanlı aparıcı Amerikada həmcinsi ilə EVLƏNDİ - FOTO
15 Apr 2024 | 15:47
"Şah dili-dalğalar və fırçalar" adlı yaradıcılıq turu keçirildi - FOTOLAR
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
15 Apr 2024 | 14:18
Xırdalanda məktəbli dünyasını dəyişib: “Xilas etmək mümkün olmadı”
15 Apr 2024 | 11:48
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu - YENİLƏNİB
15 Apr 2024 | 17:40
Bülbül prospektində təhlükə yaradan yol nişanına düzəliş edildi - YENİLƏNİB + FOTO/VİDEO
15 Apr 2024 | 11:56
Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının toplantısına qatılıb - YENİLƏNİB + FOTO
15 Apr 2024 | 13:23
Maaş və pensiyalarda yeni artımlar olacaq? - VACİB AÇIQLAMA - VİDEO
15 Apr 2024 | 11:52
“Mən də Ajda Pekkan kimi olacağam” - Xoşqədəm