“Neftxudalar qumara qoyduqları paraları top tüfəngə verib Cümhuriyyəti qorusaydı...”
Oxunub: 5385
27 Sep 2015 | 00:00
“Neftxudalar qumara qoyduqları paraları top tüfəngə verib Cümhuriyyəti  qorusaydı...”
Yazıçı-publisist Mehriban Vəzir olduqca ibrətamiz "Biz nə etməliyik?!!" yazısı ilə məmləkətin "məmə" deyənindən "pəpə" yeyəninədək hər kəsin taleyinə təsir edə biləcək bir aktual suala birlikdə cavab axtarmağı təklif edir:

"Əlimdə köhnə əlyazmalar var. Həmidə xanım Cavanşir-Məmmədquluzadənin xatirələri. O yerdəyəm ki, Həmidə xanım başının adamı ”“ ailəsi, nökər-qulluqçusu, muzdlu işçiləri, qohumları, qonaqları, uşaqların dayələri, yalvarıb ağlayıb onlara qoşulan həmkəndliləri, bu Xan nəvəsinin karvanı ilə qacmağı yeganə nicat yolu sayan hər kəs başılovlu qaçır, Arazı keçməyə, İrana yetməyə can atır.
Çünki arxadan çaparaq gələn var ”“ ölüm, qarət, qiyamət”¦
1920-ci ilin mayında Gəncədə cumhuriyyətin devrilməsinə və rus işğalına qarşı qiyam qalxmış, bolşeviklər qiyamı boğmaq və ölkə boyu yayılmasının qarşısını almaq üçün görünməmiş qətliam törətmiş, təkcə 12 min gəncəlini Gəncəçayın kənarına düzüb gülləboran etmişdilər. 12 min insanı”¦ Zarafat gəlməsin”¦ Şahidlər Gəncəçayın qıpqırmızı qan axdığını danışırdılar. Bundan əlavə rusların silahlandırdığı və təlmatlandırdığı erməni daşnaklar bolşeviklərlə birgə evlərə soxulmuş, qarşılarına çıxan hər kəsi süngüdən keçirmiş, evləri talan etmiş, yandırmışdılar.
Gəncədəki bu vəhşətdən sonra rus qoşunu qətl-qarət edə-edə üzü Qarabağa sarı gəlirdi. Dəhşətlərdən salamat qurtaranlar hadisələri rast gəldikləri hər kəsə nağıl edir, eşidənlər isə olan-olmazlarını ”“ ev-eşiklərini atıb, tək canlarını götürüb qaçırdılar. Yol boyu düzülən bəy karvanları Araza çatmağa, o taya keçməyə çan atırdı. Hətta gözünü bolşeviklərin gələcəyinə və onları bəylərin, ağaların zülmündən qurtaracağına dikən rəiyyət də bəy karvanlarının böyür-başına qısılıb Araza üz tutmuşdu. Çünki gələn xəbərlər kasıb-kusuba belə aman olmadığını gətirmişdi.
”¦ Azərbaycan tarix elmindən, nəsrindən, nəzmindən, publisistikasından, memuarından, incəsətindən ”“ rəssamlıq, heykəltəraşlıq və sairdən, eyni zamanda milli-ictimai şüurundan yan geçmiş Gəncə qətliamı”¦ bolşevizmin, Kremlin, yırtıcı rus siaysi mənafeyinin bəşərə qarşı törətdiyi ən vəhşi cinayətlərdən biri”¦ Xocalıdan 10 dəfə ağır faciə”¦ Bu gün də üstü örtülü qalan, açılması və öyrənilməsi Kreml tərəfindən nəzarətdə olan rus siyasi-mənəvi tarixinin Azərbaycandakı tükürpərdici mənzərələrindən biri”¦
“”¦Gəncədə başıpapaqlı qoymadıq”¦” bunu bolşeviklərdən biri öz xatirələrində yazırdı. Ətraf kəndlər isə bir-bir yer üzündən silinir, bəzən qaçıb canını qurtaran bir nəfər belə tapılmırdı. O qətliamda altıaylıq çağalara belə aman verilməmişdi.
Həmidə xanımın karvanını da həmin bu qanlı fırtına Araza sarı tələsdirirdi.
Özünü bolşeviklərin dostu sayan Mirzə Cəlil dərin fikirlərə dalmışdı. Heç nə başa düşə bilmirdi. Bu qədər qan tökülməyini ağlına sığdıra və anlaya bilmirdi.
Qardaşı Mirzə Ələkbər isə getmək, burdan uzaqlaşmaq üçün tələsir, heç kəsi dinləmədən yığışmaq haqqında sərəncamlar verirdi.
Axı, Mirzə niyə qaçmalıdı, nədən qaçmalıdı? Hər şey bir yana, Nərimanovla da yoldaşdı, qardaşdı, kişinin yanında dünya qədər hörməti var. Ona, ailəsinə niyə zərər yetirməlidilər boşeviklər? Zəngin deyil, zadəgan deyil, rəiyyət içindən çıxmış yazar babadı”¦
Bu, çox acı və uzun bir hekayətdir. Məqsədim o qanlı hadisələri təsvir etmək deyil. Sadəcə bir məqama görə bu sözləri yazmalı oldum. O da Həmidə xanımın yolboyu uzanan qaçqınlıq mənzərələrinə baxa-baxa atası Əhməd bəy Cavanşirin bir fikrini xatırlmasıdır.
Əhməd bəy Cvanşir deyirmiş ki, biz dünyanın elə bir ərazisində yaşayırıq ki, bura Avropa ilə Asiyanın qapısıdır. Burada hər yüz ildə müharibələr, fəlakətlər, qaçqınlıqlar baş verir. Əhali bu qapıdan keçib cənuba və ya şimala axın etməli olur. Ona görə də bizim millətimiz belə vəziyyətdədir: qəribədir, yabanıdır, kasıbdır. Çünki hər dəfə özünə gəlməyə macal tapmamış, düz-əməlli oturuşmamış yenidən var dövlətini itirməli, hər şeyini atıb qaçmalı olur.
Əhməd bəy Cavanşir Qarabağ xanlıq dövlətinin qurucusu Pənah Xan Cavaşirin nəvəsi, ünlü sərkərdə Məmməd bəy Cavanşirin oğludur. Avropada ali mühəndis təhsili almış, xüsusi mülkiyyəti olan Kəhrizli kəndində mütərəqqi aqrar islahatlar aparmışdır. Qafqaz tarixi haqında qiymətli bəlgə və sənədlər toplamış, əsərlər yazmışdır. “Qarabağın ictimai-siyasi həyatına dair” adlı əsərin müəllifidir. Bu əsər “Qarabağnamə”lərdən biri sayılır.
Dövrünün görkəmli ziyalısı və maarifpərvəri olan Əhməd bəy Cavanşirin bu fikirləri məni yaman düşündürdü. Çünki bu coğrafiyanın bu problemi bu gün də çox aktual görünməkdədir.
Belə bir sual üzərində düşündüm: görəsən bu vətəndə neçə faiz qadın ola bilər ki, onun barmağında 3-cü, və ya 4-cü nənəsinin üzüyü olsun? Yaxud neçə (faiz demirəm) kişi ola bilər ki, 100-150 il öncə babasının cibində olan saat bu gün də ona məxsus olsun?
Çətin məsələdir. Siz də ətrafınızda verin bu sualı görək belə tanış-bilişiniz varmı? Müsbət cavabınız yoxdursa gəlin bir yerdə düşünək: niyə bizim ölkəmizdə davamlılıq yoxdur? Niyə ataların qazancları övladlara qismət olmur? Niyə xüsusi mülkiyyət nəsilbənəsil ötürülə bilmir? Niyə bizim evlərimizi ulularımızın yadigarları bəzəmir? Niyə biz hər 50, 100 ildə bir talan oluruq? Niyə bizim qazancımız ”“ maddi və mənəvi sərvətimiz əlimizdən su kimi axıb gedir? Daşınır, yağmalanır”¦
Əslində isə hər 50, 100 ildən bir mədəniyyətimiz, maarifimiz, təhsilimiz ”“ milli səviyyəmiz talanır. Və hər dəfə sıfırdan başlamalı oluruq.
Niyə bu məmləkətdə şah övladları qalmadı, xan nəsilləri bəlli deyil hardadırlar, neftxudaların balaları küçələrdə diləndi, nəsilləri itib batdı, cümhuriyyətçilər ”“ hər biri bir xalqın iftixar yeri ola biləcək mütəfəkkirlər tək-tək qətlə yetirildilər, sosial-demokratları, eserləri, ünlü bolşevikləri güllələdilər, Nərimanovu zəhərlədilər, Rəsulzadəni dəyərləndirə biilmədilər, Elçi Bəyi anlamadılar, niyə biz özümüzü qiymətləndirə bilmirik?
Niyə ideyalar burada doğulur, amma burada böyümür? Niyə orta çağ sufi məktəbləri dağıdıldı? Niyə musavatçılıq yarımcıq qaldı? Niyə cümhuriyətçilik baltalandı? Niyə bolşevizm çürüdü? Niyə azad söz məhv edilir? Niyə demokratiya yürümür? Niyə bizdə istiqlal əldə edilir, amma qoruna bilmir? Niyə biz əlimizdə olanın, bizimlə yanaşı duranın qədrini bilmirik? Niyə biz ideologiyaları yürüdüb inkişaf etdirə, çağdaşlaşdıra, davam etdirə, məktəb yarada bilmirik?
Elçibəy hökumətinin gətirdiyi demokratik dəyərlər qorunsaydı, Nərimanov Məmməd Əminlə birgə cümhuriyyətçi olsaydı, neftxudalar qumara qoyduqları paraları top tüfəngə verib Cümhuriyyəti XI rus ordusundan qorusaydı, xanlıqlar bir-biri ilə savaşmasaydı, Nadir şah qətlə yetirilməsəydi, səfəvilər dinlə oynamasaydı”¦ ah, nələr olmasaydı”¦olmasaydı”¦ bu gün bizim milli taleyimiz necə olardı?
Şəksiz, şübhəsiz Azərbaycan sivilizasiyaların beşiyidir. Bunu elm isbat edir. Amma hanı sivilizasiya? Bu beşikdən qalxan ayağı yer tutar-tutmaz başını götürüb qaçır. Burda heç nə dayanıqlı olmur, dözə bilmir, sanki. Bura açıq qapıdır, yeldöyəndir. Bu cərəyana tab gətirmək mümkün deyil. Böyük mədəniyyət yaradan, dünyaya yeni ideyalar verən, ən humanist, ən nəcib adət ənənlər yaradan bir xalq acınacaqlı vəziyyətdədir. Aciz, cahil və yoxsul durumdadır. Niyə?
Faşizm ən yaramaz şeydi, amma onun da davamlılığı var, burda isə əkilən hər nəsnə solub saralır, itib batır. Bu torpaq davamlılıq üçün münbit deyil. Niyə? Qapı ağzında yaşamağın aqibətidirmi bu? Yoxsa xəta bizim özümüzdədir ki, qapıya sahib çıxa bilmirik, nəzarət edə bilmirik?
Bu gün bu taleyi dəyişmək üçün Azərbaycanın düşünən insanları nə etməlidirlər?
Övladının, nəslinin gələcəyini bu vətənin gələcəyi ilə bağlayan, bu “məşum qapı”dan geri durmaq istəməyən fərd nə etməlidir?
”¦Murtuza Muxtarov ismi hamıya bəlli deyil. Amma “Səadət Sarayı” deyəndə əvvəllər hamı bilirdi söhbət kimdən və nədən gedir. İndi o ev “səadət sarayı” deyil, nə olacaq, kimin olacaq o da bəlli deyil. Və olacaq əhvalat o evin taleyindəki son səhifə də deyil. Amma kaş ki, o binaya “Murtuza Muxtarovun evi” adı veriləydi. Çünki Murtuza ağa son bir etiraf məktubuna görə buna haqq etmişdir.
Bəlli olduğu kimi Murtuza Muxtarov bolşeviklərə təslim olmayıb, son nəfəsinə qədər atışıb və evində qətlə yetirilib. Sabahı bəlli olmayan dünənki o “səadət sarayı” nda ev sahibinin ”“ tarix üçün o qan hələ qurumayıb ”“ nahaq qanı tökülüb. Murtuza Muxtarov bu son döyüşdə öləcəyini bilirdi. Amma qərarı qəti idi, təslim olmayacaqdı bolşeviklərə.
Bolşeviklər axırıncı dəfə qapısını çalana qədər iş otağında, masa arxasında oturub bu sözləri yazır: “Bakı neftindən böyük pullar qazandıq”¦ Ağlagəlməz qədər böyük pullar”¦ Həmin pullarla Bakını alınmaz bir qalaya çevirə bilərdik”¦ Amma biz neylədik?.. Bu şəhəri əyləncə, qumar, kazino mərkəzinə çevirdik”¦ Bu da nəticəsi!”
Sətirlərin göz yaşına bax”¦ hələ də qan ağlayır”¦
 

Bundan sonra qurşun səsləri aləmi bürüyür və bir dönəm bitir. Tarixin səhifəsi bir nəfər üçün deyil, bir xalq üçün qanla, qətllə sona yetir. Murtuza Muxtarov və onun kimi başbilənlərimiz anlayanda iş işdən keçmiş olur. Bakını əyləncə mərkəzinə çevirən neftxudalar nəinki saraylarının, hətta bir qol saatlarının belə oğul-uşaqlarına, nəvə-nəticələrinə qalmayacaqlarını heç ağıllarına gətirmirdilər. Dünya mənimdir- deyirdilər. Elə indikilər kimi”¦
Paltar-palazlarının, qaş-daşlarının, evlərinin sayını itirən və gözüdoymayan arvadlar da elə o kişilərin günündə idilər”¦ o da eynilə indikilər kimi”¦
İnsan çoxmu dəyişib? O, bu gün 100 il əvvəlkindən nə ilə fərqlənir? Zənginlər Murtuza Muxtarovu tanıyırlarmı? Son məktubunu oxuydularmı? Vətəni alınmaz qalaya çevirmək üçün nələr elədilər? Axı, o kişi o məktubu özü üçün yazmamışdı. Özündən sonra gələn zənginlər, yəni məsullar üçün yazmışdı. Öz taleyini göstərib Bakını əmanət etmişdi. Edə bilmədiklərini xələflərinə tövsiyə etmişdi. Zəngin zümrənin harınlığının faciə ilə bitən sonluğundan danışmışdı. Vətən və vətənpərvərlik anlayışının eləcə şüar olmadığını qanı ilə yazmışdı.
Bu günkü zənginlər Murtuza Muxtarovun o qanlı məktubunun deyil, o qanlı evin peşindədirlər yaqin ki. İnsan dəyşə bilmir. Qılı-qiyafəti, arabası dəyişir, zatı dəyişmir.
Yaxşı, bunlar bəlli, bəs biz nə etməliyik? Bu qədər acı təcrübəsi olan bir xalq nə etməlidir? Bu xalqın zənginləri, boynunda məsuliyyəti olanları, düşünürləri nə etməlidirlər? Alimi, ziyalısı, məmuru nə etməlidir?

Bəli, Bakını alınmaz bir qalaya çevirməliyik.
Bu qalanın uzaqgörən və uzaqvuran bürcləri olmalıdır.
Bu gün üçün bu bürclərdən biri təhsildir!
O biri elmdir!
Mədəniyyətdir!
Maarifdir!
Səhiyyədir!
Azad sözdür!
Ədalətdir!
Qanundur!
Demokratiyadır!
Vətənpərvərlikdir!
Cəsarətdir!
Ləyaqətdir!
Şərəfdir!
Xalqın rifahıdır!
Dürüstlükdür!
Halallıqdır!

Sual edirəm? Sayılan bürclərin hansı ayaqdadır, hansı dimdikdir, hansı yenilməzdir?
Heç xəbərimiz varmı ki, biz bu şəhəri, yəni bu vətəni nə günə qoymuşuq? Avropa ilə Asiya arasında “altun” qapı olan bu vətən, bizə tale yazılan bu zavallı vətən hansı yeldöyənə dözə bilər bu sınıq-salxaq halı ilə?
Təssüf ki, tarix təkrar oluna bilər. Şəklindən və şərtlərindən asılı olmayaraq təkrar”¦ Və biz zorla həmin təkrara ”“ daima dönməkdə olan şeytan çarxına doğru sürükləyirik bu Vətəni. Bəlkə də bu günkü harınlardan kimlərsə döyüşəcəklər, kimlərsə bənzər mətnli məktublar yazacaqlar, kimlərinsə nəsilləri yenə də küçədə dilənəcəklər. Yaxud böyük banklarda yatan böyük paraların kiçik varisləri olaraq küncdə-bucaqda sakitcə qətlə yetiriləcəklər. Amma uduzan hamı olacaq. Hamı. Istisnasız olaraq hamı.
Yüz il sonra yenə də ötən əzəmətdən bir qadına belə bir qırıq üzük, bir kişiyə belə yatmış bir saat nişanası qalmayacaq indiki zənginlərdən. Çünki davamlılıq yoxdur. Çünki zənginlik bizim zənginlərə ağıl deyil, mədəniyyət deyil, nəciblik deyil, məsuliyyət deyil, yalnız harınlıq gətirir. Sonu isə qanla bitir. Bu, tarix boyu belə olub. Qanlı yeldöyənlər başlayıb. Gələn gedəni məhv edib. Gələn gedənə qənim kəsilib. Məzlumlar zalım yetişdirib. Zalımlar isə həm məzlumlara, həm də öz nəsillərinə, gələcəklərinə qənim kəsiliblər.
Əlbəttə, məsələ nə üzükdə, nə saatdadır. Məsələ varislikdədir.
Bu məmləkətdə niyə varislik yoxdur, niyə davamlılıq yoxdur? Mən bu sualın cavabını axtarıram. Xəta bizdədirmi, coğrafiyamızdadırmı? Biz nə etməliyik?"
Oxşar xəbərlər
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:33
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:40
Dörd rayonda qaz olmayacaq
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:33
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:40
Dörd rayonda qaz olmayacaq