Buralardan getmək olmaz - Sabir Rüstəmxanlı
Oxunub: 5154
12 Sep 2015 | 21:33
Buralardan getmək olmaz  - Sabir Rüstəmxanlı
(ikinci yazı)

Altay, yəni Qızıl dağlar, özünü türk sayan hər bir kəsin ömrü boyu heç olmazsa bircə dəfə görmək istədiyi, ziyarətinə can atdığı sirli, qutsal bir yerdir. Türk ruhundakı enerjinin köklərini duymaq istəyənlərin, tarixlə, mifologiya ilə, türk dilləri və folkoru ilə maraqlananların dəli sevdasıdır. Əfsanədir, nağıldır... Qədim türklər dağları canlı sayırdılar, buna görə də onlara sevgiylə, ehtiramla XAN deyirdilər: Xan Tenqri, Xan Altay...
Düzənlk Altay bitir, Dağlıq Altay başlanır. Telefon rabitəmiz qırilmır. Bizi Altay respublikasının sərhədində gözləyirlər. Burda 2006-cı ildə bir abidə ucaldılıb. Bu, Tatarstan Respublikasının Altay Respublikasına hədiyyəsidir. O vaxt Tatarstan Respublikasının Prezidenti Mintimer Şaymiyev yazırdı:
“Əziz altaylılar! Altay torpağı bir çox xalqın beşiyi olmuşdur - burda çox qədim zamanlardan hindavropa, türk və monqol etnik birləşmələri yaşamışlar. Lakin Altay türklər üçün xüsusi əhəmiyyət daşıyır - qədim türk sivilizasiyası məhz burda doğulmuş, onun daşıyıcıları burdan bütün Avrasiyaya geniş şəkildə yayılmış və özləriylə bərabər əsrlər uzunu işlənib kamilləşmiş Altay dəyərlərini aparmışlar. Ən mühüm tarixi hadisələrdən biri VI əsrdə burda - Mancuriyadan Dunaya qədər olan əraziləri sərhədləri içinə alan Türk xaqanlığının yaranması olmuşdur...”
Qədim alaçığı xatırladan abidədə Orxon-Yenisey əlfbasıyla və rusca yazılmışdır: “Biz bu xatirə-abidəsini Dağlıq Altayda ”“ dünya yaradılışının mərkəzində ucaltdıq; o yerdə ki, qədim tayfalar öz dövlət işlərini həll etmək üçün toplanardılar; igidlər arqamaklara minib dünyanın dörd tərəfinə axın edərdilər, xalq ünlü günlər şərəfinə bayram və yarışlar keçirərdi. Türk sivilizasiyası başlanğıcını burdan alır. Ey gələcək nəsillərimiz, öz kökünüzü anın, ulularınızın yaratdıqlarından qürur duyun və adınızı uca tutun! Qoy Göy Tanrı sonsuzadək üstünüzdə nur saçsın!”
Bu sətirləri həyəcansız oxumaq olmur. Və sənə elə gəlir ki, bu abidənin yanından keçib Altay adlı bir ölkəyə deyil, bir evə, bir ziyarətgaha qədəm qoyursan. Bol sulu, coşqun Xatun çayına “Günaydın!” deyib, sahilində şəkil çəkdirəndən sonra göndərilmiş maşına minirəm. Tanış oluruq. Diman Belekovun köməkçisi Əjər və sürücü Sergey. Altay Respublikasında olduğum bütün günlərdə onlar məndən ayrılmayacaqdılar.
Yeri gəlmişkən deyim ki, əslində Altayın indiki inzibati bölgüsü doğru deyil, torpaqlarımızı ermənilərə verməklə bizi yaylaqsız qoymaq siyasətinə bənzəyir. Dağlı-düzlü Altay, Çın, Monqolsan Altayı hamısı bir bütövdür və onun bu cür bölünməsi Avrasiyanın bu nəhəng güc və bioenerji mənbəyini zəiflədir. Bu günkü Dağlıq Altayın əkin-biçin yerlərinin böyük bir hissəsi, qışlaqları düzən Altayda qalıb. Ziyanını hər iki tərəf çəkir...
Dağlıq Altay başlanan kimi gəldiyim yollar, yuxusuzluq, dünyanın qeylü-qalları yaddan çıxır. Məni qarşılayanlarla söhbət etsəm də, fikrim keçdiyimiz yollarda, ətraf dağlarda, meşələrdə, dünyanın heç yerində görmədiyim gözəlliklərdədir. Bəlkə qanımı qaynadan uzaq bağlılıqlardır hər şeyi gözümdə doğmalaşdiran? Bilmirəm! Ancaq içimdə uzaq səfərdən doğma ocağa qayıdan bir insanın duyduqlarına bənzər bir fikir burulğanı var. Bu cəkici gücün sirrini anlamağa çalışıram və düşünürəm ki, bu sirlərdən biri təbiətdəki bakirəlik, ilkinlik və ucalıqdırsa, biri də - bir vaxtlar yazdığım kimi, tarixlərin də unutduğunu unutmayan Qan Yaddaşıdır. Altay dağlarına qalxmaq dünyanın damına, başının üstünə çıxmaq kimi görünür və mənə elə gəlir ki, nə vaxtsa tərk etdiyim uşaqlıq dünyama, doğma ocağıma qayıdıram. Telefonda balaca bir qeyd edirəm: “Dağlıq Altay elinə bütün Altay diyarını gəzərək gəldim. Ucsuz-bucaqsız çölləri bərəkətləndirən taxıl zəmiləri və günəbaxan tarlaları, yüz kilometrlərlə uzanan ağcaqayın meşələri, Altay dağlarının donub qalmış, dalğalı dənizi xatırladan və ilğıma bürünmüş zirvələri, adama boy verməyən çəmənlər, gur çaylar, yay mövsümündə minlərlə insanı çəkib gətirən dupduru göllər-muqəddəs kitablardakı cənnət tərifinə çox yaxındır. Türk xalqlarının dünyaya Altaydan yayılması haqqında nəzəriyyənin məntiqsizliyini bir daha düşündüm. Bura gəlmək olar, burdan getmək olmaz. Bu gözəlliyin övladları başqa harda buraya azacıq da olsa bənzəyən yer tapa bilərlər ki, bir daha geri dönməsinlər? Deyirlər, türklər Altaydan çıxıb. İnsan cənnətdən niyə çıxmalıdır ki? Burdan daha gözəl yer tapa bilərmi, getsin?!”
Bütün qitələrini, onlarla ölkəsini gördüyüm dünyanın bənzərsiz və cənnət guşələrindən birindəyəm.
Respublikanın paytaxtı Qorno-Altaysk Altay diyarı ilə sərhəddə yaxın, neçə vadiylə şırımlanmış bir dağ ətəyinə səpələnib. Evləri yaşıllıqlar arasında itib. Əhalisi çox olmasa da sahəsi genişdir; rahat və sakit bir şəhərdir. Cəmi iki gün öncə istifadəyə verilmiş bir oteldə yerləşirik. Bir neçə saat dincəlmək lazımdır. Gənc səfər yoldaşlarımın tələbi belədir...
Diman Belekov dağlarda görüşdədir, iki gün sonra qayıdacaq. Günümüzün qalan hissəsi boş keçmir, Qorno-Altaysk şəhərindən o qədər də uzaq olmayan bir gölün sahilindən başlanan kanat yoluyla göz önündə dağ zirvələrinin, adamın ruhunu yerindən oynadan mənzərələrini açan ucalığa qalxırıq. Sanki dalğalı bir dənizin ortasındasan. Uzaq üfüqlərə qədər hər tərəfdə sıralanmış dağ silsilələri bir-birini qovan dalğalara bənzəyir. Kanat yolunun bağlanmasına az qalsa da, vaxt itirmədən dağın sırtındakı kiçik tikilliləri, hədiyyə satılan yerləri gəzir və ağac kümələrin birində şamanlara bənzər birisiylə rastlaşırıq. Xaçpərəstlik rəmzləri satır əslində, lakin özünü bütün dinlərdən xəbəri olan və özəlliklə Altay ruhunu bilən mütəxəsss kimi aparır. Söhbətimiz tutur, ancaq artıq son yolçuları kanata dəvət edirlər. Mən zarafatla “qoy bağlasınlar, piyada düşərik” deyirəm. Bu, Babadağdan enmək kimi çətin bir iş olardı...
Gecəni Qorno-Altaysk şəhərində qaldıq, səhəri bura kimi mənə yoldaşlıq etmiş Faiq və Müşfiqlə vidalaşdım, onlar Novosibirskə qayıdacaqlar... Ejerlə Sergey məni şəhədən 70 km. aralıda Xatun çayı sahilindəki Tursib adlı istirahət mərkəzinə gətirdilər. Əlimdə yazım var və coşqun dağ cayının sahilində, ağac evdə bir an tez təklənmək istəyirəm. Bilirəm ki, Diman rayonlardan qayıdandan sonra burda oturmaq olmayacaq.
Bura Çemal oymağının ərazisidir və Rusiyanın hər tərəfindən turistlərin axdığı bir yerdir. Adama boy verməyən, güllü-çiçəkli, yayın ortasında da yam-yaşıl olan belə otlaqları, belə ucaboylu şam və sidr ağaclarını başqa yerdə görmək mümkün deyil. Meşələr Böyük Qafqazın quzey yamaclarını, Tiberdanı xatırladır.
Görünür müşayiətçilərim Dimandan özəl tapşırıq alıblar. Ejer: ”Sabah bazar günüdür, sizi əlavə narahat eləmək istəmirik, dincələrsiniz, məsləhət görülən bir-iki yer var, yorulmamısınızsa, bu gün baxaq!” deyir. Otağa girməyimizlə çıxmağımız bir olur. Xatun çayı boyu yuxarı ”“ Çemala, oymaq mərkəzinə doğru qalxırıq. Düşünürəm ki, doğrudan da, bu gözəllikləri görmədən otağa qapanıb qalmaq düz olmazmış. Kəndlərdən, istirahət yerlərinin yanından keçirik. Xatun boyu meşələr - Kemerovadan (kömür sözündəndir), Buryanskdan, Novosibirskdən, hətta Moskvadan gəlmə turistlərlə doludur. Eləcə çadırlarını qurub yaşayırlar. Yol boyu yarmarkada, xırda alış-veriş yerlərində satılan Altay nemətləridir: daşlardan düzəldimiş hədiyyələr, onlarla növü olan dağ otları-yerli çaylar, Altay balı, maral buynuzundan düzəldilən dərmanlar, milli geyimlər və s.
Öncə Çemaldan yuxarıda çayın ortasındakı Patmaz (Batmaz) adlı adada yerləşən məbədə baxmağa gedirik. Burda Xatun çayı genişlənib gölə çevrilmişdir. Sahillər hündür qayalıqlardır. Adaya suyun 10-15 metr hündürlüyündə yellənən asma körpüylə keçməlisən. Deyilənə görə, bu məbəd və ada tək deyil. Aralıq dənizində eyni adlı adada bu məbədin bənzəri var. Əslində isə bu balaca monastr proslav missionerləri tərəfindən 1848-ci ildə ağacdan tikilmişdir, dəfələrlə yandırılsa da, 2000-ci ildə yenidən qurulub. Proslav kilsəsi buranı müqəddəs elan edib. Məncə, müqəddəslik bu təbiətin, bu guruldayan dağ çayının, ağ, mərmər qayaların, ucalan dağların özündədir.
Şənbə günü olduğuna görə türistlərin arası kəsilmir. Körpünün ağzında uzun bir növbə var. “Burda dayanmağa dəyməz!” deyərək ev sahiblərini növbəsiz keçmək minnətindən xilas edirəm.
Monastrdan sonra A.K.Bardinin muzeyinə getdik. Həyətin sakitliyində, səliqə-sahmanında bir canlılıq var, ilk dəfə gəldiyini və buranın müzey olduğunu unudursan. Bizi Bardinin xanımı qarşlayır. Müəllim işləyib, ziyalıdır, Altayın tarixini və altaylıların taleyini yaxşı bilir. Həyətdə üç ev-ağacdan tikilmiş üç, altaylılar demiş ayıl (aul) var. Böyüyünü Bardin öz əliylə muzey üçün tikib. Burda bütün türk dünyasından nişanələr, Altay dünyasının əbədiyaşar rəngləri toplanıb. Muzeydə Altayın böyük oğlu, maarifpərvər ziyalı, rəssam, ictimai-siyasi xadim, sonda repressiya qurbanı Q.Çoros-Qurkinin həyatı və sənətindən geniş bilgi verilir. Xatirə kitabında qeydlərimi yazıb çıxıram. Yol boyu Coros-Qurkinin şəxsində tək bir adamın öz milləti üçün nə qədər böyük işlər görə biləcəyi haqqında düşünürəm. İlk rəssamlıq işləri, Tomskda fərdi sərgisini açması, orda Rusiyanın böyük mənzərə rəssamı İ.İ.Şişkinlə tanış olması, Preterburqda onun emalatxamasında qala-qala Rəssamlıq Akademiyasında oxuması, Sibirin ilk peşəkar rəssamı olması, Altayda maarifçilik hərəkatına başçılıq eləməsi, daşıdığı böyük vəzifələr, Altay dağlarının muzeylərini bəzəyən son dərəcə gözəl, bəzən sehirli mənzərələrini yaratması... Üstəlik rəngləri qədər parlaq və əlvan yazıları. Cümlələrin hər biri şeir misrası kimi səslənir:
“Mən sanki dünya yaranışının ilk gününü görürəm. Uzun əsrlərin zülmətindən sonra, sən, Xan Altay, ilk dəfə doğan günəşdən işıqlanarkən möcüzəli qayaların necə işıq saçır, zümrüd buzlaqların necə parıldayırdı! Ətrafda hər şey cana gəlir, hər şey çiçəkləyir və bir bütöv, aramsız musiqiyə qoşulur, sonu olmayan bir misilsiz akkorda dönür, təbiət bayram edirdi. Gözə görünməyən zərif tellərdən qopan ilahi mahnılar sənin qoynunu təbiətin musiqisi, şəlalələrin harayı və coşqun çayların gurultsu ilə doldururdu. O musiqi dağlardan və gədiklərdən, çiçək açan və ətir saçan vadilərdən axıb gedirdi. Öz köpüklü sularını daşlara çrpa-çarpa gözəl, burulganlı Xatun keçib gedirdi”.
Çoros-Qurkin bir müdət respublika Dumasına başçılıq edərək Altayın özünü idarəetməsi ugrunda çalışmışdı.
Bütün bunların “mükafatı” ağır olmuşdu və böyük rəssam 1937 fəlakətindən qoruna bilməmişdi.
Beləliklə, bir insan ucalıb Üç Sumer dağının zirvələrindən birinə, Kadın-Bacı ilə yanaşı ucalan zirvəyə çevrilir... Əgər Tursibə qayıdan yoldan sola dönüb, Xatun çayını adlayadaq, Ayrıdaş dərəsi boyu irəliləsəniz, Askat və Anos kəndlərinə çatacaqsınız. Tarixi bir körpüdən keçəcəksiniz. Xatun çayının üstündə 11 belə körpü var. Şalbandan tikilib və bircə mıxdan da istifadə olunmayıb... İlk qarşınıza xalq sənətkarları, xalq teatrı, buddist məbədi ilə məşhur olan Askat kəndi çıxacaq. Qriqori Çoros-Qurkin ordan 6 km aralıda yerləşən Anos (on çay yatağı) kəndində anadan olub. Bu balaca kənddə indi böyük rəssamın ev-muzeyi, rəssamlar üçün emalatxana, Altayın bütün guşələrindən gətirilmə ağacların əkildiyi dendrari var.
Həftə başlanan kimi Qorno-Altayska qayıdası oldum. Köhnə dostumu El Qurultayında - iş yerində ziyarət etdim. Gözlədiyimin tərsinə Diman heç dəyişilməyib, sanki elə səksəninci illərdə tanış olduğum cavan oğlandır. Son vaxtlarda yüngül rahatsızlığı var, lakin buna görə halını pozmur, mən də təsəlli verirəm. O vaxt - Qırğızıstanda tanış olduğmuz gənclərin sonrakı taleyidən, yaradıcılıq işlərimizdən, Rusiyanın çətin şəraitdə də tədricən dirçəldiyindən danışırıq. Bu illər ərzində Dimanla cəmi bir dəfə Bakıda görüşmək qismət olub. Onun həm qələm sahibi, həm də ictimai-siyasi xadim kimi yüksəlişinə sevinirəm. Moskvada təhsil alandan sonra qəzetdə əməkdaş, sonra redaktor olub, Elmlər Akademiyasını bitirib, namizədlik dissertasiyası müdafiə edib, respublikanın Mədəniyyət və Kino naziri vəzifələrini daşıyıb, Rusiyanın Əməkdar mədəniyyət işçisidir. Təkcə Altayın yox, Rusiya Federasiyasının tanınmış icyimai-siyasi xadimlətindən biridir. Semipalatinskdə atom sınaqlarına qarşı çıxıb. Bir dəfə deputat mandatından imtina edib, “Gənclik rüzgarları”, “Nəgməkar sidr agacları”, “Ortam üçün mahnılar”, “Bulaqda ulduzlar” “Xatun - mənim dənizim”, “Bay-Terekə qayıdış” (altayca, rusca) və “Altay zirvələri” (rusca) şeir və publisistika kitablarının müəllifidir. Bir sözlə, bütün ömrünü xalqının, respublikasının gəlişməsinə, yüksəişinə həsr edib...
Diman Belekov 1953-cü ildə Onduqay oymağının Selcar kəndində anadan olub və təbii ki, Altayda görmək istədiyim yerlərdən biri də Selcar idi... Xəritəyə baxa-baxa mənə respblikanın on oymağının hər birinin ayrı bir özəlliyi olduğundan danışır və hiss edirəm ki, ona qalsa, mənə bu oymaqların hər birini göstərmək istər. Ancaq vaxt azdır və cəmi iki bölgəyə gedə bilərəm...
Dağlıq Altayın məşhur şairlərindən Arjan Adarov onun haqqında yazır:
“Mən Diman Belekovun şeirlərini oxuyanda - Yaloman təpələrini, firuzəyi Xatunu, sərt qayalı dağları, əfsanəvi Yaylaquşunu, əlçatmaz Kadrini, daş yarğanlardan şütüyən işıqşırnaqlı çayları, Yalomanın çiçəklənən bağlarını görürəm... Belekov poeziyası öz mənbəyini hardan alır? Niyə onun poeziyası bu qədər təmiz, şəffaf və melodikdit?
...Mən Diman Belekovun valideyinlərini tanıyırdım. Sadə zəhmət adamları, ...heyrətamiz dərəcədə xeyirxah, gözəl insanlardı... Atası İtul Belekov tökməbədən, güclü, torpağa bağlı bir adam, çoban və ovçuydu. Anası bəstəboy, irigözlü, gözəl qadındı. Qədim evdə ocaq başında ağ rəngli araqdan qurtumlya-qurtumlaya biz öz doğma Altay mahnılarımızı oxuyurduq. Bu mahnılar Xatunun, göy qayalı dağların ütündə qanadlanırdı.
Gecə. Alov dillərində tonqalın ”“ Altay lalələrinin allığı,
Ağ simlərdən Altay arqımaklarının iti qaçışı səpilir qaranlığa;
Zəhmli musiqiylə axır qızıl ilxılar dərənin zülmətinə
Dərdə, qəmə, zülmətə sinə gərir bir yerdə
Ellər - bahadır kimi...
Belekovun poeziyası hissiyyatlı, pomantik və düşündürücüdür...”
Azərbaycan-Altay əlaqələri, bu işdə yazıçıların, millət vəkillərinin görə biləcəi işlər barədə xeyli söhbət edəndən sonra respublika muzeyini görmək istədiyimi bildirirəm. Bərabər gedirik. Muzeyin direktoru özü məlumat verir, lakin bu, Dimanı qane etmir, tez-tez özü qarışır söhbətə. Hansı muzey işçisi Dağlıq Altay tarixini, arxeologiyasnı, mifologiyasi və mədəniyyətini Dimandan yaxşı biləcək! Dağlıq Altay muzeyinin ekspozisiyası unikal və zəngindir. Məni ən çox arxeoloji tapıntılar və qədim dövr maraqlandırır. İki min beş yüz il öncə yaşamış gənc xanımın mumiyası da bu muzeydə saxlanılır. Altay kurqanları yüz illər boyu nə qədər talansa da, hələ çox sirlərini gizlədir. Muzeydə xanımın tapıldığı kurqanın bənzəri də yaradılmışdır. Bəlli olur ki, 25 yaşlı xanım arabası və arabaya qaşulan altı atıyla, bütün geyım-kecim və sərvətiylə birgə dəfn olunub. Başında öz saçı deyil, parik olub. Mizirdə fironların mumiyalarına baxmağa peşman olmuşdum. İndi də gənc xanımım 25 əsr sonrakı halına gözucu baxıb keçirəm. Əbədi olan dağlardır və muzeydə Altayın ölməz gözəlliklərinin əksi olan xeyli dəyərli rəssamlıq əsəri, Altay xalqının böyük istedadının nişanəsi olan sənət nümunələri var. Onlara tamaşa edirik..
Sonra muzeyin qapalı həyətində Altayın ən məşhur qayçı-musiqiçilərindən birinin, Rusiynın əməkdar artisti Noron Şumarovun ifacını dinləyirik. Muzeyin qədim eksponatlarıyla dinlədiyimiz musiqi arasında qeyri-adi bir ahəng, səsləşmə var. Noron Altayın çox məşhur ifaçılarından biridir və vaxtilə Dimanla birgə Bakıda da olub. Altay qayçı sənəti bizim aşıq sənətinə bənzəyir. Ancaq onlardan da çox manasçıları xatırladırlar. Bizdə dastan demək ənənəsi getdikcə zəifləyir. Altayda isə qayçılar 5-6 gün ara vermədən qaylarını, yəni qoşqularını və oxumalarını davam etdirə bilərlər. Sonrakı günlərdə bunun şahidi oldum. Hər rayonda məni qarşılayanlar arasında bir nəfər də qayçı olurdu. O, bədahətən və özəl olaraq qonağın (burda konkret mənim) həmin bölgəyə gəlişi şərəfinə qoşub-oxuyur.
XXI yüzil çox şeyi dəyişsə də Altayın qədim ənənələrini silə bilməmişdir. Min illərin maddi yadigarlarının qorunduğu bir yerdə minillərin üstündən adlayan ölməz havaları dinləyirdik. Balaca aulların və böyük dağların böyük sahiblərinin havalarını...

(davamı var)
Oxşar xəbərlər
19:13, Bu gün
Bakıda hoteldə yanğın başlayıb
19:05, Bu gün
Sakinlərin bağladığı Ermənistan – Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb
19:00, Bu gün
Xidmət rəisi: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb
18:56, Bu gün
Niyə hər gün darçın istehlak edilməlidir?
18:52, Bu gün
Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR
18:48, Bu gün
Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”
18:42, Bu gün
Aktrisa illər sonra etiraf etdi: "Yoxsa saçsız qalacaqdım" - FOTO
18:24, Bu gün
Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
18:21, Bu gün
Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-ə yaxın artıb
18:11, Bu gün
Xatirə İslam: "Mənə belə suallar verməyin!" - VİDEO
18:07, Bu gün
11 milyard dollarlıq “El-Klassiko”
18:05, Bu gün
Xeyrimli kənd sakinləri: Qayıdacağımız günü səbirsizliklə gözləyirik
17:58, Bu gün
Xərçəngdən qorunmağın SADƏ YOLU
17:56, Bu gün
"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17:54, Bu gün
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO
17:51, Bu gün
Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi, 551 küçə yuyuldu - YENİLƏNİB + FOTO
17:48, Bu gün
Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTO
17:45, Bu gün
Ərdoğan HƏMAS lideri ilə görüşdü
17:40, Bu gün
Ceyranbatan su kanalında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
17:35, Bu gün
Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİB
17:31, Bu gün
Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
GÜNLÜK
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU