Azərbaycan və Türkiyə İlişkiləri...
Oxunub: 6076
05 Sep 2015 | 01:14
Azərbaycan və Türkiyə İlişkiləri...
Türkiyə və Azərbaycan cümhuriyyətlərinin siyasi, iqtisadi, dip- lomatik ilişkiləri 1918-ci ilin may ayından, yəni Doğuda ilk de- mokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurul- masından sonra başlanır. Ancaq Azərbaycan türkləri ilə Türkiyə türklərinin tarixi birliyi min illərin o üzündən gəlir. Osmanlı və bu gün İran adlanan, əslində isə min il türk sülalərinin adları ilə adlandırılmış dövlətlərin tərkibində çeşidli siyasi sistemlərə bağla- nana qədər bütün tarix boyu nə qədər geniş coğrafiyaya yayılsalar da Oğuz türkləri birlik duyğusunu heç vaxt itirmədilər. Türklərin bölgənin ən böyük gücünə çevrilməsini istəməyən müxtəlif Avropa və Asiya dövlətləri Səlcuqlar dönəmindən başlayaraq, indiki cənubi Qafqaz ərazilərindəki türklərlə Anadolu ərazisindəki türklər ara- sında dini, siyasi ayrılıq salaraq onları bir-birindən uzaqlaşdırmağa çalışmışlar. Oğuzların Avropaya və indiki Rusiyaya sahiblənmək yolundakı real hərəkətlərinin qarşısı bu cür alınmışdır. Məhz bu si- yasi məqsədlər oğuzların bir qismini şiələşdirməklə farslarla eyni dini inanca bağlamış və vahid xalqı öncə inanc, sonra da dövlət sərhədlərilə iki yerə bölmüşdür. Bu bölgülərin və Avropanın os- manlıları və səfəviləri zəiflətmək üçün apardığı gizli danışıqların, güclənən Rusiyanın ayır-buyur siyasətinin nəticəsində bütün orta əsrlər boyu qanlı İran-Osmanlı savaşlarının arası kəsilməmişdir və sonucda yalnız İldırım Bəyazit, Toxtamış və Şah İsmayıl Xətai yox, eyni zamanda, Əmir Teymur və Sultan Səlim də türklüyün böyük 
tarixi baxımından ağır məğlubiyyətə düçar olmuşlar. Bir hökmdar yenilib, biri yenib, yüz minlərlə eyni ailədən, eyni boydan gələn insan siyasi maraqlar ucbatından qırıb-qırılıb. Sonucda ayrı-ayrı qaliblər olsa da, yenilən böyük türk milləti olmuşdur. Bütün bun- lara baxmayaraq, həm Osmanlı dönəmində, həm də min il İranın başında dayanmış türk sülalələrinin ”“ Atabəylərin, Ağqoyunluların, Qaraqoyunluların, Səfəvilərin, Avşarların, Qacarların zamanında hər iki tərəf türklüyünü dərk edir, türk birliyinin zərurətini yeganə doğru yol sayır, buna baxmayaraq, təmsil etdikləri dövlətlərin birincilik iddiasından, işğal və bölücülük siyasətindən uzaqlaşa bilmirdilər. Əlimizdə orta əsr yazışmalarının maraqlı bəlgələri var. Məsələn, Çar hökuməti işğal olunmuş Xəzəryanı torpaqları Nadir şaha geri vermək üçün onun İstanbulun üzərinə yürüməsi şərtini irəli sürürdülər. Lakin Nadir şah Bağdad ətrafındakı qanlı döyüşlərdən, Topal Osman kimi böyük türk sərkərdəsi ilə savaş- dan etkiləndiyi üçün bu təklifi qəbul etməmişdi. Bakı ilə Dərbənd II Yekaterina tərəfindən geri qaytarılsa da Nadir şah Türkiyəyə savaş elan etməmişdi. Rusların qarşısına elə şərtlər qoymuşdu ki, onların bu şərtlərlə razılaşması mümkünsüzdü. Türk birliyinin zərurətini dərk edən Nadir şah bu ayrıcılıq siyasətinin yalnız Osmanlı İm- peratorluğuna yox, həm də İran türklərinə qarşı çevrildiyini dərk edərək, o dövr üçün son dərəcə cəsarətli bir addım atmışdı; qərb ölkələri ilə münasibətləri gərginləşən Osmanlı İmperatorluğunun İran sınırlarında ordusunu azaltmaq məcburiyyətində qaldığını bilsə də, sanki ayılmışdı. Rusiyanın, Fransanın iki qonşu, qardaş türk-müsəlman ölkə ilə oynadığı oyunlardan hiddətlənmişdi. Os- manlı ordusu Nadir şahı tələyə saldığı, mühasirə etdiyi bir zaman- da barış təklif etməsi Nadir şahı ölümdən qurtarmışdı. Bu sazişdən sonra Türkiyənin Rusiya ilə diplomatik danışıqları sərtləşdi. Lakin Osmanlı vəziri bilmirdi ki, Rusiya səfiri Nepluyevlə görüşündə dil- manclıq edən erməni iki tülkü dərisinə satılıb və axşamlar Rusiyanın səlahiyyətli nümayəndəsinə Osmanlı sarayının içindən gizli bilgilər ötürür və boynundakı xaça and içərək elçini əmin edir ki, xaçpərəst olaraq həmişə Rusiyanın yanında olacaq. Məhz belə satqınlıqlardan sonra Rusiya Türkiyənin içindəki durumu bilərək öz savaş planla- rını qururdu. Həmin vaxt Rusiyanın İrandakı səfiri Qolitsin Peterburqa yazmışdı: “Nadir xanı türklərlə müharibəyə nə qədər təhrik etsəm, nə qədər vədlər versəm də, nəticəsi yoxdur. Xan əzəmətli və məğrur adamdır və onu ürəyi istəməyən bir işə sövq etmək müm- kün deyil. Öncə Rusiyayla birgə Osmanlıya qarşı müharibə apar- mağa söz versə də, sonra hiss etdim ki, vaxtı uzadır”. Məhz həmin illərdə, daha doğrusu, 1736-cı ildə Nadir şah məzhəb ayrılığını aradan qaldırmaq təklifilə Osmanlı sarayına müraciət etmiş, lakin bu təklif rədd edilmişdir. Bundan öncə 54 il Səfəvi taxtının sahi- bi olmuş Təhmasib də məzhəb ayrılığına qarşıydı və böyüklərinin səhvlərindən nəticə çıxararaq Osmanlı ilə münasibətləri qorumaq üçün səylərini əsirgəmirdi. Türkiyəylə Azərbaycan arasındakı siyasi və diplomatik ilişkilər Nadir şahdan sonra, Azərbaycanın 20 xanlığa bölündüyü vaxtlar- da da davam etdirilmişdir. Həmin dövrdə Omanlı sarayının demək olar ki, bu xanların hər biriylə əlaqələri vardı. İki qardaş arasında münasibətlər 19-cu yüzilin sonlarından daha da genişlənmişdi. Avropada təhsil alan Azərbaycan və Türkiyə ay- dınlarının şəxsi tanışlıq və dostluqları, erməni terrorizminin cənubi Qafqazda və doğu Anadoluda apardığı vəhşi əməliyyatlar, Rusiya müsəlmanları arasında güclənən bağımsızlıq hərəkatı bu ilişkiləri yeni bir müstəviyə qaldırmışdı. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspiralı, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşı, Əhməd bəy Ağaoğlu, Yusif Akçura kimi aydınla- rın gördüyü işlər rəsmi dövlət diplomatiyasından daha öndə idi və gələcək cümhuriyyətlərin ideya təməlini hazırlayırdı. Haqqında söz açdığımız bu dönəmlərdə Osmanlı bir dünya dövləti idi, lakin Azərbaycan öncə bir sülalə dövləti olsa da, sonralar ikiyə parçala- naraq başqa dövlətlərin əlində qalmışdı. İkitərəfli ilişkiləri də məhz bu baxımdan dəyərləndirmək olar.
Türkiyə həmişə Azərbaycan türklərinin ümid yeri olmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda onun ta- nınmasında, öz sınırlarını müəyyənləşdirməsində, uluslararası ilişkilər qurmasında, nəhayət, Bakının erməni-bolşevik işğalından azad edilməsində Türkiyənin əvəzsiz xidmətləri olmuşdur. Cənubi Qafqaz Seymi dağıldıqdan sonra Gürcüstan və Azərbaycanın ba- ğımsız dövlətləri elan edilərkən ortaya bir Ermənistan sorunu da çıx- mışdı. Bundan 90 il öncə Çar Rusiyası etnik azərbaycanlılara aid olan İrəvan xanlığının yerində bir erməni vilayəti yaratmışdı. Azərbaycan öz bağımsızlığını elan etdikdən sonra Aleksandropol, yəni Gümrü quberniyası hüdudlarında kiçik bir erməni dövlətinin yaranmasına razılıq vermişdi. İrəvan, Zəngəzur və Qarabağ o dövlətin tərkibinə daxil deyildi. Lakin hətta bu kiçik dövlətin yaradılması da Osmanlı dövlətində xoş qarşılanmadı. Baş nazir Tələt paşa və Hərbiyə na- ziri Ənvər paşa Cənubi Qafqazda erməni dövlətinin yaradılmasına etiraz edirdilər. Lakin Batum danışıqlarında Türkiyəni təmsil edən Xəlil bəy Azərbaycana məxsus olan bəzi ərazilərin ermənilərə verilməsini, ermənilərin mövcudluğunun tanınmasını qaçılmaz sa- yırdı. Ənvər paşa bu ərazi güzəştlərinə qarşı idi. O yazırdı: “Xəlil bəyin teleqramından anlaşıldığına görə, ermənilər bizə qaytardıq- ları ərazilərə müqabil Cənubi Qafqaz müsəlmanlarına aid ərazidən bir qisim almaq istəyirlərmiş və müsəlmanlar da buna muvafakat edəcəklərmiş. Məncə, bu tamamilə yanlışdır. Əgər bu gün Qafqaz- da 5-6 yüz min əhalisi olan və kafi miqdarda əraziyə malik kiçik bir Ermənistan təşəkkül edərsə, gələcəkdə əmrləri Amerikadan alaraq o tərəfdən gələn ermənilərlə bu hökumət milyonlarla əhaliyə sahib olacaqdır və bizim üçün Şərqdə bir Bolqarıstan yaranar ki, bu bizim üçün Rusiyadan daha müzir bir düşmən olar”. Daha sonra o, əlavə edirdi: “Mənafeyimizə ən çox uyğun olan bu şəkil gerçəkləşməzsə, onda ermənilərə də bir mövcudiyyət verilməsi qaçılmaz olar. Belə olan təqdirdə ermənilərin gələcəkdə vücud bularaq yaşamayacaq surətdə çox zəif bir halda buraxılmasına çalışmaq lazımdır”. Onun fikrincə, Osmanlı dövlətinin ”“ mərkəzi Gəncə olan Azərbaycan dövləti ilə birbaşa sərhədləri olmalıdır və bu sərhədlər Qara kilsənin şimalından və Naxçıvandan keçməlidir. Batum danışıqlarının sonucu olaraq 1918-ci il haziran ayının 4-də Osmanlı imperatorluğu hökumətilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi imzalandı. Bu, müstəqil Azərbaycanın xarici dövlətlərlə imzaladığı ilk müqavilə idi. Bu saziş Azərbaycan- türk millətinin mövcudluğunu qoruyub saxlamaq üçün zəruri olan ilk uluslararası təminat idi. Müqaviləyə hərbi yardım haqqında maddə salınmaqla Qarabağın dağlıq hissəsində indiki kimi terror- çuluq törədən erməni quldur dəstələri ləğv ediləcək və Bakı dış ordulardan təmizlənəcəkdi. Sazişin 4-cü maddəsi Azərbaycana Türkiyədən hərbi yardım almaq imkanı verirdi. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperatorluğunun o zamankı yönəticiləri bizdən daha cəsarətli idilər və daha irəli getmişdilər. Sülh və dostluq müqaviləsindən sonra Azərbaycanla daha iki saziş bağlanmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyski bu tarixi sazişə yüksək dəyər verərək deyirdi: “Türkiyə-Azərbaycan sülhnaməsinin bir maddəsinə görə məmləkətimizə nə vaxt lazım olsa, hüquqlarımı- zın müdafiəsi üçün bizə bir qədər əsgər verməli idilər. Türklər im- zalarına əməl və vəzifələrini hüsnü-ifa etdilər”. Bundan sonra Os- manlı ordusu və Azərbaycan könüllülərindən ibarət İslam ordusu yaradıldı və Nuru paşanın komandanlığında Mosuldan hərəkətə başlayan ordu Təbrizdən adlayaraq iyunun əvvəllərində Gəncədə yerləşdilər. Ordunun gəlişini xalq bayram kimi qarşıladı. Qafqaz İslam Ordusunun böyük qəhrəmanlıqları haqqında ge- niş danışmaq istəmirəm. Təkcə onu deyə bilərəm ki, bu ordu ol- masa, Bakını Rusiya əldən verməyəcək və tarixi torpaqlarımızın bu parçası neftin qurbanı olacaqdı. 
Gəncədə Nuru paşayla Azərbaycan Milli Şurası arasında müəy yən anlaşılmazlıqlar yaşandı. Cümhuriyyət radikal islamçı dairələrin təsiri altına düşə bilərdilər. Lakin Milli Şuranın sədri Rəsulzadənin, baş nazir Fətəli xan Xoyskinin və Dış İşlər naziri M.N.Hacinskinin Nuru paşanın siyasi müşaviri Əhməd bəy Ağa oğluyla apardıqları danışıqlar sonucunda gənc dövlət hökumətin tərkibini dəyişməklə bu böhrandan çıxa bildi. Azərbaycan Türkiyə münasibətlərinin yeni dövrü 1991-ci il okt- yabr ayının 18-i Azərbaycan Dövlət Müstəqilliyinin bərpasından sonra başlanır”¦

Sabir Rüstəmxanlı, xalq şairi, millət vəkili, VHP sədri
Oxşar xəbərlər
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 11:36
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
28 Mar 2024 | 11:26
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 11:50
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 11:36
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
28 Mar 2024 | 11:26
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 11:50
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”