“Bir kəndin məhşurları”
Oxunub: 6617
28 Aug 2015 | 13:47
“Bir kəndin məhşurları”

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndi ən böyük və qədim yaşayış məskənlərindən biridir. Nehrəm kəndində bir çox tarixi memarlıq abidələri yerləşir. Bunlardan Hasar məscidi (XVIII əsr), İmamzadə kompleksi ( XVIII əsr), Xəndək Məscidi ( XIX əsr) Hacı Mehdi məscidi (XIX əsr) göstərmək olar.

İmamzadə kompleksi XVIII əsrə aid memarlıq abidəsidir. Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət obyekti olan bir qəbir var, lakin qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə yoxdur. Camaat arasında yayılan rəvayətə görə qəbirdə şiələrin yeddinci İmamı Museyi-Kazımın oğlu seyid Əqil dəfn olunub.

Nehrəm kəndində memarlıq abidələrindən biri də XVIII əsrin ortalarında Əsədulla Kərim bəy tərəfindən tikilən hamamdır.

Təbii ki, Nehrəm kəndinin tarixi abidələrindən çox danışmaq olar.


“Bir kəndin məşhurları” rubrikasında təqdim etdiyi növbəti yazıda Nehrəm kəndinin tanınmışlarından söhbət açılacaq:

Mirzə Cəlil  Məmmədquluzadə - Nehrəm kəndinin tanınmışlarından söhbət açılırsa, ilk olaraq adı çəkiləsi şəxs birmənalı şəkildə Mirzə Cəlildir. 1869-cü ildə bu kənddə anadan olan Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı, jurnalistikası, publisistikası və maarifində əsl hadisə sayılır. Bütün yaradıcılığını kənara qoyub bircə “Molla Nəsrəddin” jurnalının adını çəksək, bu Mirzə Cəlilin nə dərəcədə vacib şəxsiyyət olmasının göstəricisi sayılar. 

Hüseyn Nadim Naxçıvani ”“ XX əsr Azərbaycan qəzəliyyatının ən məşhur nümayəndələrindən olan Hüseyn Nadim 1871-ci ildə Nehrəmdə anadan olub.  Hüseyn Nadimin yaradıcılığında qəsidələr,  növhə və sinəzənlər, dini-ictimai məzmunlu şeirlər, satiralar da yer alıb. Ancaq şairin ədəbi irsinin çox hissəsi itib-batdığından əldə olan şeirləri əsasən növhə və sinəzənlərdir.

Heydər Vəzirov -  1891-ci ildə Nehrəmdə anadan olan hərbçi və dövlət xadimi, komissar Heydər Vəzirov 1937-ci ildə repressiyanın qurbanı olur. O, respublika hərbi komissarı kimi milli hərbi kadrların hazırlanmasında xidmətlərinə görə Azərbaycan SSR-in “Qırmızı bayraq” ordeni ilə təltif olunub. 1925-27-ci illərdə Göyçay Qəza İcraiyyə Komitəsinin sədri, 1927-33 illərdə isə Azərbaycan SSR Xalq Torpaq Komissarı vəzifələrində işləyib. 

Mirzə  Bağır Əliyev -  Naxçıvan maarifçilik məktəbinin öndə gedənlərindən biri olan Mirzə Bağır Hüseyn Cavid, Mirzə Cəlil kimi dühalarla yaxın münasibətdə olub. Həm ədəbi yaradıcılıq, həm də maarifçi kimi xidmətləri olan M. Əliyev İrəvan xanlarından olan İbrahim bəy Makinskinin qızı Əfşan xanımla ailə həyatı qurub. Onların övladlarından biri də Azərbaycanın ilk qadın xalq artistlərindən olan Zəroş Həmzəyevadır. 

O 1925-ci il martın 22-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində doğulub. Qızlıq soyadı Əliyevadır. Məşhur aktyor və rejissor İbrahim Həmzəyevlə ailə həyatı qurandan sonra “Həmzəyeva soyadını daşıyıb. Aktrisa kimi də məhz Zəroş Həmzəyeva kimi məşhurlaşıb.  

Qanbay Vəzirov ”“ 1937-ci ildə repressiya qurbanı olan general-mayor, diviziya komandiri Qanbay Vəzirov da Nehrəm kəndinin yetirməsidir. 1919-cu ildən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət edib. Hərbi məktəbini bitirdikdən sonra 1920-1922-ci illərdə Qazaxda, Cəbrayılda və Qarabağda sovet hakimiyyətinə qarşı çıxan daşnaklarla vuruşub.

Cəfər Axundov -  Vaxtilə Zaqafqaziya Seymində tək-tük müsəlman deputatlardan olan Cəfər Axundov dövrün filosof meylli ziyalısı Şeyx Həsənin oğlu olub. Anası isə Mirzə Cəlilin “Usta Zeynal” hekayəsindəki Zeynalın qardaşı qızıdır.

1909-cu ildə Parisə mühacirət edən Cəfər Axundov burada rusca nəşr edilən “Musulmanin” jurnalında əməkdaşlıq edib. Məsul redaktorun imzaladığı 15 may 1909-cu il tarixli 49 saylı şəhadətnamədən bilinir ki, o, jurnalın əməkdaşı və təmsilçisidir. Bu jurnalda Cəfər Axundovun bir sıra yazıları nəşr edilib.

Cəfər Axundov 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibəti ilə Rusiyada verilən amnistiyadan sonra ana vətəninə qayıda bilib.

Əli Səbri Qasımov ”“ Qori Seminariyasının ən istedadlı yetirmələrindən biridir. Dövrünün mütərəqqi fikirli ziyalılarından olan Qasımov “Molla Nəsrəddin” jurnalında da çalışıb. Rus ədəbi mühitini çox gözəl bilib və hətta Tolstoyun ata mülkünə onunla görüşə də gedib.

Mehdi Bağırov - 1915-ci ildə Nehrəmdə anadan olub. Çox güclü həkim-cərrah olan Mehdi Bağırov Azərbaycanın əməkdar həkimi, Lenin ordeni, “Qırmızı ulduz”, Xalqlar dostluğu və sair ordenlərlə təltif edilib.

Əsəd Əliyev -1918-ci ildə anadan olub. Dövrünün böyük maarif xadimi kimi tanınıb. Azərbaycanın əməkdar müəllimi fəxri adına layiq görülüb. 

Hümmət Hacıyev - 1935-ci ildə Nehrəmdə anadan olan neftçi-geoloq, geologiya -minerologiya elmləri namizədi, Azərbaycanın əməkdar geoloqu, 30-a qədər elmi məqalənin, 3 ixtiranın müəllifidir.

Həbib Rzayev - 1923-cü ildə Nehrəmdə dünyaya göz açan Həbib Rzayev bu kəndin daha bir general yetirməsidir. Ədliyyə general-mayoru olub, İkinci Dünya Müharibəsinin iştirakçısıdır, Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb. 

Tofiq Rzayev - Nehrəmin daha bir alim yetirməsi də Tofiq Rzayevdir. O, texnika elmləri doktoru, professor elmi dərəcələrinə layiq görülüb.

Əli Əlirzayev -1945-ci ildə Nehrəm kəndində anadan olub, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun aspiranturasını bitirib. 1973-cü ildə iqtisad elmlər namizədi, 1985-ci ildə elmlər doktoru alimlik dərəcəsi alıb. 1973-1986-cı illəri ərzində Elmlər Akademiyasının İqtisad İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləyib. 1986-1989-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda elmi işlər prorektoru, 1989-1991-ci illərdə professor, 1997-ci ildə Milli Məclisin deputatı olub.  

Əli Əlirzayev həm də Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün müraciətə imza atan 91 nəfər tanınmış ziyalıdan biridir. 

Əli Nuriyev - 1928-ci ildə anadan olan Əli Nuriyev Nehrəmin daha bir alim yetirmələrindəndir. O, kimya sahəsində çox nüfuzlu uğurların sahibidir. Kimya elmlər doktoru, professordur. 

 

 

İbrahim İbrahimov - Bu gün adı daha çox mətbuatın gündəmində olan və İbrahim Nehrəmli kimi tanınan İbrahim İbrahimovun Nehrəm kəndindən olmasını demək artıq olar. Hamının Nehrəmli kimi tanıdığı iş adamı öz kəndlərində bir sıra xeyriyyəçi təşəbbüslərlə çıxış edib. Onun qardaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin sədriNazim İbrahimovu da kəndin uğurlu yetirmələrindən saymaq lazımdır. 

Cabbar Həsənov -  Azərbaycan İmplantologiya Mərkəzinin sədri, cərrah-həkim Cabbar Həsənov 1963-cü ildə Nehrəmdə anadan olub. Hazırda əsasını qoyduğu İmplant-Dent Klinikasına rəhbərlik edir.

Şəmil Sadıq - filologiya elmlər namizədi, “Hədəf” nəşrlər evinin direktoru Şəmil Sadıq da Nehrəmin elmi istiqamətdə yetişdirdiyi kadrlardandır. O həm də bədii yaradıcılıq və kitab təbliği ilə məşğuldur. 

 

 

Rza İbadov - Milli Məclisin keçmiş deputatı, uzun müddətdir Londonda yaşayır,. O, 1991-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü olub, eyni zamanda Gənclər və idman komissiyasının sədri işləyib. O, Londonda yerləşən ABŞ-ın Huron Universitetində beynəlxalq münasibətlər üzrə magistr, sonra Fransa Beynəlxalq Münasibətlər institutunun nəzdində fəaliyyət göstərən Strateji və Diplomatik Tədqiqatlar Mərkəzində beynəlxalq münasibətlər üzrə doktorluq dərəcələri alıb.

ABŞ Hərbi Dəniz Donanmasının zabiti Nəimi Əmirəliyevi də kəndin fəxr edilə biləcək yetirmələrindən biri hesab etmək lazımdır.

Samir Cəfərov -  Hamının çox yaxşı tanıdığı və fərqli ifa tərzinə malik olan Samir Cəfərov Nehrəmin mədəni sahədə tanınan şəxslərindəndir. O, gənc yaşında Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. Çox çətin operalarda əsas rolları ifa edib.(modern.az)

 

Oxşar xəbərlər
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
GÜNLÜK
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”