“Alman kapitalı ilə işləyən “Access bank” soyğunçuluqla məşğuldur. Minimum əmək haqqı 12 - 13 dəfə aşağı olan ölkədə vətəndaşlara 20 və ya 22 faizlə kredit verirlər. Amma Almaniyada bir şəxsin aylıq qazancı 1200 avrodur. Almaniyada isə vətəndaşlara illik bir, iki, ən maksimal isə üç faizlə kredit verilir”.
Bu sözləri
Moderator.az-a verdiyi açıqlamada mərkəzi Köln şəhərində yerləşən AVRO ”“ AZ
İnformasiya və Hüquq Danışmanlığı Mərkəzinin rəhbəri Rəşad Quliyev deyib. Rəşad
Quliyev deyib ki, bankın şüarı həyatı asanlaşdırmaq olsa da, Azərbaycanda vətəndaşın
həyatını daha da ağırlaşdırır:
“Almaniyada
bir insan heç bir yerdə işləmədiyi halda 400 avroya yaxın, bir ailə isə 1000
avrodan başlayaraq 2000 avroya qədər sosial pul alırlar. Sosial
pul alan vətəndaşlar yoxsul təbəqə hesab edilir və buna görə də banklar bu cür
vətəndaşlara kredit verib insanları borca salmırlar. Bəs necə olur ki, alman
kapitalı ilə işləyən, alman vətəndaşları olan bu şəxslər mənim ölkəmdə
soyğunçuluqla məşğuldurlar? Həmin bu adamlar başqa bir iddia ilə çıxış edə bilərlər
ki, sizin ölkənizdə digər banklar bizdən hətta qat-qat artıq faiz alırlar. Mənim
ona görə onlarla işim yoxdur ki, digər banklar Azərbaycan kapitalı ilə işləyirlər.
Digər bankların həddən artıq yüksək faizlə vətəndaşlara kredit verməsini şiddətlə
qınayıram. Amma məni maraqlandıran odur ki, almanlar Almaniya kimi super gücə
malik, vətəndaşının sosial rifahı dəfələrlə güclü olan ölkədə cüzi, simvolik
faiz alırlar. Amma Bakıda işləyənə də, işləməyənə də kreditlər verib insanların
daha ağır vəziyyətə düşməsinə səbəb olur”.
Rəşad
Quliyev deyir ki, “Access bank” bu əməlləri ilə hər şeydən öncə Almaniyanın
nüfuzuna böyük bir zərbə vurur:
“Bu məsələ
ilə bağlı bir vətəndaş olaraq araşdırmalara başladığımı bəyan edirəm. Artıq
bir sıra jurnalistlərə, mətbuat nümayəndələrinə, rəsmi dövlət qurumlarına məlumatlar
verilir. Qoy aydınlıq gətirsinlər görək aylıq minimum əməkhaqqısı 150-180 olan
ölkədə illik faiz dərəcəsi niyə 27 faizdir ? Niyə məsələn cəmi 5000-6000
dollara görə insanlara şəxsi və yeganə evlərini "zaloq" qoymalıdır.
Lazım olan bütün hüquqi addımları atacağıq, bundan başqa paralel olaraq Avropa
mediası ilə işləyəcəm. Başqa vaxt almanlar bizə insan haqlarından demokratiyan
"dərs" keçməyə cəhd edirlər. İndi izah etsinlər ki, onsuz da sosial
iqtisadi vəziyyəti ağır olan ölkədə vətəndaşı zəlil duruma salmağın harasıdır
insan haqlarına hörmət... Bu məsələ ilə bağlı ciddi kampaniya həyata keçiriləcək.
Alman millət vəkillərini, siyasi partiyalarını, media nümayəndələri bu
kampaniyaya tezliklə dəstək verəcəyini görəcəksiniz”.