Vurğun Əyyub TQDK-dan ikili yanaşmaya görə açıqlama tələb edir...
Araşdırma
Oxunub: 4726
22 Aug 2015 | 02:09
Vurğun Əyyub TQDK-dan ikili yanaşmaya görə açıqlama tələb edir...
2015/2016-cı tədris ili üçün ali məktəblərə tələbə qəbulunda ayrı-ayrı ixtisaslara yerləşdirmə zamanı Azərbaycan və rus bölmələri abituriyentləri arasında ikili yanaşma ilə bağlı cəmiyyətdə yaranan ajiotaj böyüyür. Belə ki, eyni ali məktəblərə və eyni ixtisaslara Azərbaycan bölməsi abituriyentlərinin yüksək balla, rus bölməsinin abituriyentlərin isə aşağı balla qəbul olunması ayrı-seçkilik kimi qiymətləndirilir. Hətta ali məktəblərə yerləşdirmə zamanı Azərbaycan və rus bölmələri abituriyentləri arasında tətbiq olunan bu cür fərqli yanaşmanı hər kəsin bərabər təhsil almaq hüququnun məhdudlaşdırılması kimi dəyərləndirənlər də var. Bundan başqa ölkəmizdə dövlət dilinin Azərbaycan dili olması, əhalinin əksər hissəsinin də bu dildə danışması fonunda sıxışdırılan tərəfin də məhz Azərbaycan bölməsi abituriyentlərinin olması başadüşülən deyil. Halbuki ekspertlər söyləyirlər ki, heç Sovet dövründə də analoji təcrübəyə rast gəlinməyib.


















Xatırladaq ki, builki tələbə qəbulunun nəticələrinə əsasən, abituriyentlərin plan yerləri üzrə ayrı-ayrı ixtisaslara yerləşdirilməsi zamanı rus bölməsi abituriyentlərinin balı Azərbaycan bölməsi abituriyentlərinin topladığı baldan xeyli aşağı olub. Buna misal olaraq, Bakı Dövlət Universitetinin bir neçə ixtisasını göstərmək olar. Bu universitetin “Fizika müəllimliyi” ixtisasına qəbul olan abituriyentin (Azərbaycan bölməsi) topladığı bal 425 olduğu halda, rus bölməsində 202 bal toplayan abituriyent də həmin ixtisasa qəbul olunub. Yaxud “Riyaziyyat müəllimliyi” ixtisasına Azərbaycan bölməsinin abituriyenti 507 balla qəbul olunduğu halda, rus bölməsinin abituriyenti cəmi 202 balla “eyni hüququ” qazanıb. Həmçinin Azərbaycan bölməsinin abituriyenti Bakı Dövlət Universitetinin “Coğrafiya müəllimliyi” ixtisasına 440 balla, rus bölməsinin abituriyenti ondan 2 dəfə az -200 balla, “Tarix müəllimliyi”nə Azərbaycan bölməsinin abituriyenti 546 balla, rus bölməsinin abituriyenti cəmi 288 balla qəbul olunub. 
Bu cür qeyri-bərabərlik demək olar ki, bütün ixtisas qruplarında və əksər ali məktəblərin ixtisaslarında özünü göstərir. Ən maraqlısı isə odur ki, rus bölməsinin abituriyentləri aşağı balla universitetlərə qəbul olunduğu halda, bu bölmədə də boş qalan yerlərin sayı çoxdur. Diqqət çəkən daha bir məqam odur ki, hansı ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılıbsa, orada bərabərlik prinsipləri müəyyən dərəcədə qorunub. Başqa sözlə, “tələbə” adını qazanan Azərbaycan və rus bölmələri abituriyentləri arasında kəskin bal fəqrləri əsasən, müsabiqənin ayrı-ayrılıqda aparıldığı ixtisaslarda qeydə alınıb. 
Koordinat.az ictimaiyyətdə böyük əks-səda doğuran bu məsələ ilə bağlı rəsmi qurumların izahatını və ekspertlərini rəyini öyrənməyə çalışıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin məsələyə münasibəti qısa olub: “TQDK yalnız qəbul həyata keçirən qurumdur və biz bu məsələyə görə məsuliyyət daşımırıq. TQDK dövlətin sifarişini yerinə yetirən qurum olaraq ona təqdim olunan plan yerləri üzrə tələbə qəbulunu həyata keçirir. Ali məktəblərə tələbə qəbulu üçün ayrılan plan yerləri Təhsil Komissiyası  tərəfindən müəyyən edilərək təsdiqlənir. Bundan sonra həmin siyahı icra üçün TQDK-ya təqdim olunur”.
Təhsil Nazirliyində Azərbaycan və rus bölməsi abituriyentlərinə ikili yanaşmanın səbəblərinə münasibət bildirməyə tələsmirlər. Belə ki, Koordinat.az-ın bununla bağlı nazirliyə ünvanladığı sorğuya hələ cavab verilməyib.

Təhsil sahəsində tanınmış mütəxəssislər isə tələbə qəbulunda Azərbaycan və rus bölmələri abituriyentləri arasında ikili statndartların tətbiqini, eyni ixtisaslara yerləşdirmə zamanı kəskin bal fərqlərinin olmasını normal hesab etmirlər. 

Milli Məclisin  Elm və Təhsil Komitəsinin sabiq sədri, professor Şahlar Əsgərov deyir ki, bərabər şəraitdə və bərabər imkanlarla təhsil almaq hər bir Azərbaycan vətəndaşının konstitusion hüququdur və bu hüquq heç bir halda məhdudlaşdırılmamalıdır. Ali məktəblərə yerləşdirmə zamanı rus bölməsi abituriyentlərinin aşağı, Azərbaycan bölməsi abituriyentlərinin isə yüksək balla ali məktəblərə yerləşdirildiyindən xəbərsiz olduğunu və bu cür kəskin fərqliliyə aidiyyəti qurumların hər hansı rəsmi izahını eşitmədiyini deyən professor indiki halda məsələyə şərh verməyin çətin olduğunu söyləyir: “Amma əgər belə fakt varsa, bu, normal hal deyil və mən buna çox pis baxıram. Çünki ali məktəbə qəbul abituriyentin biliyi əsasında, onun qəbul imtahanında topladığı bala uyğun aparılır. Normal halda daha çox bal yığan abituriyent ali məktəbə qəbul olmalıdır, aşağı nəticə göstərənlər isə kənarda qalmalıdırlar”.

TQDK-nın əsas yaradıcılarından olan və müəyyən bir dövrdə bu quruma rəhbərlik etmiş Vurğun Əyyub da ali məktəblərə yerləşdirmə zamanı Azərbaycan və rus bölməsi abituriyentləri arasında kəskin bal fərqlərinin olmasını nəinki müsbət qarşılamır, hətta buna kəskin etirazını bildirir. TQDK-nın sabiq sədri deyir ki, ümumiyyətlə, qəbul imtahanlarında 200 bal toplayan abituriyent heç bir ali məktəbə qəbul olunmamamlıdır. Onun sözlərinə görə, qəbul imtahanlarında abituriyentin 200 bal toplaması o deməkdir ki, həmin uşaq orta məktəb proqramının 40 faizini belə, mənimsəyə bilməyib: “İmtahanda 200 bal toplamış abituriyentin hansısa ali məktəbə daxil olmasının fəsadları artıq göz önündədir. Həmin abituriyentlər ali məktəblərdə də normal təhsil ala bilmir. Çünki 200 balla universitetə qəbul olan abituriyentin ali təhsil ala bilməsi üçün biliyi yetərli deyil, onun bazası yoxdur. Nəticədə belə uşaqlar ali məktəbdə ixtisaslı kadr kimi yetişə bilmir və universiteti bitirdikdən sonra ixtisası üzrə işlə təmin olunmur. Buna görə də orta məktəb proqramının 40 faizini mənimsəyə bilməyən abituriyent ali məktəbə qəbul olunmamalıdır”.

Vurğun Əyyub hesab edir ki, bütövlükdə tələbə qəbulu prosesinə prinsipial məsələ kimi yanaşılmalıdır. Onun fikrincə, istər qəbul planı üzrə yerlərin müəyyənləşdirilməsinə, istər imtahan suallarının çətinlik dərəcəsinə, istərsə də toplanmış ballar əsasında ixtisaslara yerləşdirməyə münasibətdə Azərbaycan və rus bölməsi abituriyentləri arasında heç bir fərqli üsul və yanaşmalar, ölçü və meyarlar olmamalıdır: “Burada yeganə fərq abituriyentlərin dil fərqidir ki, bu da heç bir halda nə imtahan nəticələrinə, nə də abituriyentlərin ixtisaslara yerləşdirilməsinə təsir etməməlidir. Çox təəssüf ki, hökumət qəbul planını hazırlayanda yanlış siyasət yürüdür, eyni imtahanı fərqli dillərdə verən abituriyentlər fərqli ballarla ali məktəblərə yerləşdirilir. Bu isə TQDK-nın özünün fəlsəfəsinə ziddir və haqlı olaraq cəmiyyətdə narazılıq yaradır. Ona görə də qarşı tərəf qəbul zamanı Azərbaycan və rus bölməsinin abituriyentləri arasında kəskin bal fərqləri ilə bağlı arqumentlərini açıqlamalıdır. Bəli, TQDK dövlətin sifarişini yerinə yetirən qurumdur. Ancaq bu qurum hökumətin yanlış siyasətinə niyə etiraz etmir? Şəxsən mən TQDK-nın sədri olsaydım, hökumətin bu yanlış siyasətinə etiraz edərdim, onların bu siyasətinin yanlış olduğunu açıq şəkildə söyləyərdim”.

Ali məktəblərə yerləşdirmə zamanı Azərbaycan və rus bölməsi abituriyentləri arasında bu cür kəskin bal fərqlərinin olmasından narahatlığını dilə gətirən Vurğun Əyyub bütövlükdə Azərbaycan təhsil sistemində rusdilli məktəblərin olmasının da əleyhinədir. Onun sözlərinə görə, Azərbaycanda rusdilli vətəndaşların öz ana dilində təhsil alması üçün hər cür şərait yaradılıb və arzu edən hər kəs bu dildə təhsil ala bilir: “Yəni kim rus dilində təhsil almaq istəyirsə, dövlət ona lazımi şəraiti yaradıb. Amma heç bir halda xüsusi imtiyazlar haqqında düşünülməməlidir. Ali məktəbə yerləşdirmə zamanı Azərbaycan bölməsi abituriyentinə münasibətdə yüksək, rus bölməsi abituriyentinə aşağı bal tətbiq olunması ikincinin hansısa xüsusi imtiyazlara malik olması təəssüratı yaradır. Təhsildə belə hallara yol vermək olmaz”.
Oxşar xəbərlər
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 17:37
Vladimir Slovyov ermənipərəst mövqeyi ilə növbəti dəfə Azərbaycanı hədəfə aldı
27 Mar 2024 | 17:50
İsrail nümayəndə heyətinin ABŞ-a səfəri təxirə salınıb
27 Mar 2024 | 17:32
Məşhur “Çayxana” kafesi bağlandı - SƏBƏB
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 17:37
Vladimir Slovyov ermənipərəst mövqeyi ilə növbəti dəfə Azərbaycanı hədəfə aldı
27 Mar 2024 | 17:50
İsrail nümayəndə heyətinin ABŞ-a səfəri təxirə salınıb
27 Mar 2024 | 17:32
Məşhur “Çayxana” kafesi bağlandı - SƏBƏB
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR