Rusiya Ermənistana Gürcüstandan quru yolu açır ”“ Təhlükə
Oxunub: 2058
10 Aug 2015 | 09:44
Rusiya Ermənistana Gürcüstandan quru yolu açır ”“  Təhlükə
Azərbaycana və Türkiyəyə qarşı hiylə planı; Moskva ot basmış Abxaziya dəmiryolunu işə salmaq üçün boşuna hərəkətə keçməyib; işğalçı ölkənin blokadasını götürmək üçün Ankara ilə ortaq və əlverişli fürsəti qaçıran Kreml bölgəyə nəzarət uğrunda yeni ssenari axtarışındadır; Rusiya böyük müharibəyə hazırlaşır?.. 
Qərb ötən həftəsonu Rusiyaya qarşı sanksiyaları genişləndirdi. Getdikcə daha sürətlə küncə sıxılan şimal qonşumuz isə buna effektli cavab üsulları axtarmaqdadır. Rusiya ilk növbədə öz perimetri boyu hərbi-siyasi mövcudluğunu gücləndirməklə əsla zəifləmədiyini, əksinə, yeni-yeni ərazilər tuta biləcəyini göstərməklə həm daxili narazılığı səngitməyə, həm də dünyanı xofda saxlamağa və Qərbin onunla hesablaşmasına çalışır. 

Sözsüz ki, Kremlin xüsusi diqqət ayırdığı əsas coğrafiya NATO ərazisi sayılmayan “Yaxın xaric” ölkələridir. Moskva burada Qərbə qarşı özünü daha komfortlu hiss edir, çünki Qərbin, NATO-nun əli obyektiv səbəblərdən bu məkana hələ çatmır. Odur ki, Rusiya belə bir perspektivin olmaması üçün ön hazırlıqları gücləndirməkdədir. Güney Qafqaz, onun iki müstəqil ölkəsi - Gürcüstan və Azərbaycan belə hazırlıq ssenarilərində, təbii ki, ilk sıralarda gəlir.

Bu arada kifayət qədər mötəbər mənbələr rus əsgərlərinin İrəvana quru yolunun açılması üçün hərəkətə keçdiyi haqda məlumat yayıb. Söhbət 20 ildən çoxdur işlək vəziyyətdə olmayan və ot basmış, Ermənistanla Rusiyanı birləşdirən Abxaziya dəmiryolundan gedir.
Xəbərə görə, Rusiyanın işğalçı qüvvələrinin 800-ə yaxın hərbçisi artıq Abxaziya dəmiryollarının təmizliyinə başlayıblar.  Bu barədə mətbuata separatçı qurumun nümayəndəsi İqor Marqaniya söyləyib. Onun sözlərinə görə, dəmiryolları Abxaziyadan tranzit keçidlərin yenidən bərpası üçün hazırlanır. Abxaziya Nəqliyyat İdarəsinin rəisi Zurab Xacimba isə bildirib ki, yolu kapital təmir məqsədi ilə, “Abxaziyadan tranzit yolunun bərpası üçün” təmizləyirlər. 


Qeyd edək ki, bir neçə il öncə Gürcüstan mətbuatı ölkənin keçmiş Baş naziri Bidzina İvanişvilinin Moskva ilə Abxaziyadan keçən dəmiryolunun açılması üçün gizli danışıqlar apardığı haqqında xəbər yaymışdı. Lakin az sonra, həmçinin, rəsmi Bakının təzyiqi ilə Tiflis məlumatı təkzib etdi və plandan vaz keçdi.


















Bu ilin əvvəlində isə prezident Vladimir Putin Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun bərpasının vacib olduğunu bildirmişdi. Gürcü ekspertlər isə Abxaziya dəmiryolu ilə bağlı Tiflislə Moskva arasında gizli anlaşmanın ola biləcəyini mümkün sayırlar. 

“Bu - Gürcüstan siyasətinin Rusiyaya münasibətdə ən pis nəticəsidir. Ruslar bizim hökumətin icazəsi-filanı olmadan qatarları ərazimizdən keçirmək niyyətindədirlər. Buna gizli razılığın verilməsinə təəccüblənməyə də dəymir” - qeyd edib ekspertlərdən biri. Başqa bir gürcü ekspert isə Kremlin dəmiryolu ilə bağlı hərəkətliliyini Qafqazda növbəti güc nümayişi kimi qiymətləndirib.   

Maraqlıdır ki, Abxaziya dəmiryolunun sürətli bərpası ilk  dəfə 2008-ci ilin avqust müharibəsi ərəfəsinə təsadüf edib, o zaman yoldan ağır texnikanın çatdırılması üçün istifadə edilib. İndi də “5 günlük müharibə”nin 7-ci ildönümü ərəfəsində analoji “təmizlik” aparılmasına start verilib. Təsadüfmü?


Yəqin ki, yox. Belə təəssürat yaranır ki, Rusiya Gürcüstan ərazisində (təkcə Gürcüstanmı?) nə istəyir, onu da edir. Necə ki, az öncə Bakı-Supsa neft kəmərinin bir hissəsini işğalçı rus əsgərləri nəzarətə götürmüş, bununla da Kreml Tiflisə, Bakıya, Qərbə qarşı əlində yeni şantaj rıçaqının olduğunu nümayiş etdirmişdi. 

*     *     *     *     *
Beynəlxalq hüququ, ölkələrin ərazi bütövlüyü prinsipini tanımayan Moskvanın Tiflisə qarşı təhdid-şantaj siyasəti və təzyiqləri, deyəsən, nəticə verməkdədir. Bu xüsusda diqqət çəkən məqamlardan biri də budur ki, Abxaziya dəmiryolunun açılacağı barədə xəbərlərlə təxminən eyni vaxtda Gürcüstan baş naziri İrakli Qaribaşvili bəyan edib ki, onun ölkəsi Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulmayacaq. 


“Biz sanksiyalara qoşulmaq niyyətində deyilik. Bundan ötrü çoxlu səbəb var. Biz Gürcüstanla Rusiya arasında mövcud əlaqələrə çox həssas yanaşırıq. Mən ticarət əlaqələrinin bərpasını nəzərdə tuturam” - jurnalistlərlə söhbətində Qaribaşvili deyib. 

“Bilirsiniz ki, illər öncə məhz Saakaşvilinin düşünülməmiş siyasəti nəticəsində hər hansı dialoq pozulub və bizim məhsullarımıza embarqo qoyulub. Biz özümüzün konstruktiv və praqmatik siyasətimiz sayəsində, dinc danışıqlarla bu bazarı yenidən qaytara bildik. Və biz buna önəm veririk”, - deyə baş nazir ardınca əlavə edib.


Belə bir bəyanat dəmiryolunun açılması ilə bağlı gizli sövdələşmənin mövcudluğu yönündə səslənən iddiaları gücləndirir. 

*     *     *     *     * 
Sözügedən dəmiryolunun əhəmiyyətinə gəlincə, şübhəsiz, bu, ən əvvəl satellit Ermənistanla Rusiya arasında quru əlaqələrini genişləndirəcək və daha etibarlı edəcək, işğalçının blokadasını zəiflədəcək. Eyni zamanda Rusiyanın Ermənistanda hərbi cəhətdən güclənməsinə və möhkəmlənməsinə gətirəcək, Gümrü hərbi bazasının daha da modernləşdirməsini təmin eləmiş olacaq. 

Nəticədə İrəvan Qarabağ danışıqlarında bir az da güzəştsiz mövqe tutacaq və problemin həlli uzanacaq, demək, Azərbaycan və Ermənistana Moskvanın nəzarət imkanlarının ömrü də uzanacaq. Rusiya, üstəlik, NATO üzvü Türkiyənin sərhədləri yaxınlığında fors-major vəziyyətlər üçün strateji üstünlük əldə edəcək, son vaxtlar “ipə-sapa yatmayan” və təzədən Qərbə (ABŞ-a) meyillənmədkə olan Ankaraya qarşı yeni təhdid faktoru ortaya çıxmış olacaq...














Təsadüfi deyil ki, Gürcüstanda “5 günlük müharibə”nin 7-ci ildönümü ilə bağlı Rusiya baş naziri (o vaxt prezident idi) Dmitri Medvedyevin açıqlamasından bir daha qənaət hasil olur ki, Moskva postsovet məkanında istənilən ərazini Rusiyaya qatmağa normal baxır və az qala bunu halal haqqı sayır. Elə isə o zaman kim qarantiya verə bilər ki, Abxaziaya, Cənubi Osetiya və Krımın ardınca şimal qonşumuz keçmiş SSRİ respublikalarından başqa birisinin ayrılmaz parçasını da özünə zorla birləşdirməyəcək, yaxud forpost Ermənistana quru yolu açmaq üçün Gürcüstanın razılığı oldu-olmadı, onun hüquqi sərhədləri daxilindəki Abxaziya dəmiryolunu işə salmaq üçün ərazi “təmizlətməyəcək”?

Əgər uzaq ABŞ kimi superdövlətin yüksək çinli generalları da bəyan edirlərsə ki, ölkəyə əsas xarici təhlükə Rusiyadan gəlir, o zaman qonşuluqdakı Gürcüstan və Azərbaycan kimi balaca postsovet ölkələrinin hansı real təhlükə ilə üz-üzə olduğu dəqiqləşər. Təhlükə, əlbəttə ki, böyük və realdır.

Moskvanın Qarabağ məsələsinin həllində Türkiyə ilə birgə unikal şans yarandığı halda da, hətta Avrasiya Birliyinə qoşulacağı ilə bağlı Bakının mesajı fonunda da məsələdə heç bir təşəbbüskarlıq və konstruktivlik göstərməməsi ona dəlalət edir ki, Kreml postsovet məkanında nə Tiflisə, nə də Bakıya hansısa güzəşti, qarşılıqlı addımı ağlına gətirmir və yaxın hədəflərinə çatmaq üçün ənənəvi, kobud güc (müdaxilə) siyasətinə, yaxud ən yaxşı halda “yumşaq güc”ə və “5-ci kolon” amilinə üstünlük vermək niyyətindədir.(musavat.com)
Oxşar xəbərlər
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?