Azərbaycan-Rusiya XİN rəhbərlərinin sonuncu görüşü və görüş əsnasında Kreml təmsilçisinin ölkəmizi sentyabrda keçiriləcək silah sərgisinə dəvət etməsi Azərbaycanda birmənalı qarşılanmayıb.
Maraqlıdır,
Minsk qrupuna həmsədr dövlət kimi sözdə Qarabağ probleminin sülh yolu ilə həllinə
çalışdığını elan edən Rusiyanın Azərbaycan və Ermənistanı maksimum
silahlandırmağa çalışması nə dərəcədə məntiqlidir? Nəhəng silah sənayesinə
malik Rusiya ölkəmizə silah ixracını genişləndirmək üçün Azərbaycanla Ermənistan
arasında müharibəyə start verə bilərmi?
Moderator.az-a
açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert
Üzeyir Cəfərov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Azərbaycan-Rusiya
Xarici İşlər Nazirləri arasında son 3 ayda keçirilən sayca ikinci görüş də əgər
yaxın vaxtlarda bir nəticə verməsə, tam əminliklə söyləmək olar ki, çıxılmaz vəziyyətdə
qalan Rusiya siyasi rəhbərliyi sadəcə vaxt uzatmaqla, öz havadarlarını kritik
dönəmdən xilas etmək planı üzərində çalışır.
May
ayında Moskvada keçirilən görüşdən sonra gözləntilər çox böyük idi. Lakin
ortalıqda olan nəticəsiz mənzərə onu deməyə əsas verir ki, biz öz sözlərimizdə
haqlı olmuşuq. Yəni, Rusiya Qarabağ məsələsinin həllində danışdığından fərqli
olaraq, əməllərində tam başqa yol sərgiləməkdədir. İndi
də, Rusiya Azərbaycan tərəfini sentyabrda keçiriləcək silah sərgisinə dəvət
edir və hansısa şirnikləndirici təkliflər irəli sürür.
Əslində
Azərbaycana silah-sursat o qədər də lazım deyil. Əgər Ermənistan
öz işğalçılıq siyasətindən əl çəkəcəksə və ərazi bütövlüyümüz bərpa olunacaqsa,
bizə yeni silah-sursat da almaq lazım deyil. Bizim ətrafdakı qonşularımıza heç
bir ərazi iddialarımız olmayıb və yoxdur. Belə olan təqdirdə, Rusiyanın ATƏT-in
Minsk qrupu tərkibində həm guya Qarabağ savaşında ədalətli sülhyaratma
missiyasını yerinə yetirməsi ilə ölkəmizə yenidən silah-sursat təklif etməsi
arasında bir qədər təzadlı yanaşma açıq hiss olunur. Onu da istisna etmək olmaz
ki, rəsmi Kreml Azərbaycana silah satışını genişləndirmək üçün Azərbaycanla Ermənistan
arasında müharibəyə də gizli şəkildə rəvac verə bilər. Bunu şəxsən mən istisna
etmirəm. Regionda sabitlik və əmin-amanlıq olmasını istəyən ölkə, konkret halda
Rusiyanı nəzərdə tuturam, münaqişə vəziyyətində olan tərəfləri silahlandırmaz və
onlara top-tüfəng təklif etməz. Həm də, 20 ildən artıq müddətdə işğalçılıq
siyasətini öz havadarları vasitəsiylə davam etdirən ölkəyə açıq və ya gizli şəkildə
silah verməz”.
Seymur
Əliyev