İranla “altılıq ölkələri arasında əldə edilən razılaşma İran iqtisadiyyatının güclənməsinə, qonşu ölkənin dünya bazarında daha çox neft və neft məhsulları ixracına səbəb olacaq. Maraqlıdır, İran neftinin dünya bazarına geniş miqyasda çıxışı Azərbaycan neftinə necə təsir edəcək? Bu, dünya bazarında Azərbaycan neftinə olan tələbatı azalda bilərmi?
Bununla bağlı “Hürriyyət”
qəzeti və Moderator.az saytına açıqlama verən iqtisadçı-ekspert, Neft
Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban İran neftinin Azərbaycan neftinə
olan tələbatı azaltmayacağını bildirdi:
“Iran nefti ilə Azərbaycan
neftinin bazarları müxtəlifdir. Azərbaycan nefti 60%-ə qədər Avropa bazarına,
10% İsrail bazarına, 5% Amerika bazarına yönəlir. 25%-i isə Asiya bazarında
satılır. İran nefti sadəcə qiymət seqmentində rol oynaya bilər ki, bu da ümumi
tendensiyadır, bundan heç kəs sığortalanmayıb, yəni qiymət azalması olacaqsa, bütün
neft ixracatçıları itirəcəklər. Bu, tək Azərbaycanla bağlı məsələ deyil”.
Seymur Əliyev