Bir neçə gün bundan öncə saytımızda “Azərbaycanın öncül müəllimləri dini missionerlərin hədəfində” başlıqlı yazı dərc etmişdik. Yazıda Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə Danimarkanın Kopenhagen şəhərində yerləşən ESSE İnstitutunun buddist sekta üzvlərinin Azərbaycanın öncül müəllimlərinə Azərbaycan Dillər Universitetinin akt zalında 3 gün ardıcıl olaraq "Pedaqoji kadrların peşəkarlığının yüksəldilməsi: mənəvi dəyərlərə əsaslanan təhsil mövzusunda təlim keçdiyi bildirilirdi.
Sözügedən sekta üzvləri Azərbaycana Təhsil Problemləri İnstitutunun yeni
rektoru Qulu Novruzovun özü ilə birgə gətirdiyi institun elmi işçisi Rza Xəlilovun
təşkilatçılığı ilə gətirilib. Hətta sözügedən seminar öz işinə başlamamışdan
öncə tədbirdə çıxış edən Qulu Novruzov belə bir seminarın təşkilatçılığı üçün
müavini Rza Xəlilova təşəkkürünü bildirib.
Bəs Rza Xəlilov kimdir?
Rza Xəlilov Fransada oxuyub və hazırda Azərbaycan
dilini bilmir. Rus və bir neçə xarici dil bildiyi söylənilir. Onun il boyu
Hindistan və eyni halda Rusiyanın ayrı-ayrı şəhərlərinə tez-tez gedib-gəldiyi
bildirilir. Daxil olan məlumatda o qeyd edilir ki, Rza Xəlilov sözügedən sektanın
üzvüdür və təlimin təşkil edilməsi də birbaşa onun vasitəsilə həyata keçirilib.
Seminar zamanı Qulu Novruzov təlimçilərin Azərbaycana gətirilməsinə görə Rza Xəlilova
təşəkkürünü bildirib. Sözügedən sekta üzvləri Azərbaycanda olarkən bütün günü
Rza Xəlilovla birlikdə şəhəri gəziblər. Aşağıdakı foto institutda keçirilən təlim
zamanı alınıb. Fotodakı dini sekta üzvü olan xanım yazındakı şəxs Rza Xəlilovdur.
Digər maraqlı bir məqam isə Rza Xəlilovun
facebook səhifəsi ilə bağlıdır. Belə ki, onun facebook səhifəsindəki profil
fotosuna və yerləşdirdiyi digər fotolardan görünən budur ki, o hansısa dini
sektanın üzvüdür.
Artıq təlimin ilkin təsirləri müəllim üzərində
hiss olunmağa başlayıb. Belə ki, təlimin təsirinə düşən bir neçə cavan xanım müəllimə
dini sektanın xüsusi ayinini icra edərək foto çəkdiriblər.
FaktXəbər-in verdiyi məlumata görə, baş verənlərin
ictimailəşməsindən sonra Rza Xəlilovun artıq 3 gündür işə çıxmadığı bildirilir.
Baş verənlər artıq bir çox ziyalı müəllimi
narahat edib və bununla bağlı təhsil naziri Mikayıl Cabbarova müraciət
ünvanlamaq istəyirlər. Onlar bunu dövlətimiz və ölkəmiz üçün etdiklərini və Müqəddəs
Ramazan ayında, milli-mənəvi dəyərlərə, mütəxəssislərə sahib Azərbaycanda,
respublikanın öncül müəllimləri üçün xaricdən hansısa radikal və ya islama yad
bir sekta nümayəndələrinin gələrək treninq keçməsinin yol verilməz olduğu qənaətindədirlər.
faktxeber.com