Artıq bəlli bir müddətdir ki, Ermənistanda geniş xalq kütlələrinin iştirakı ilə başladılan aksiyalar davam etnməkdədir. Maraqlıdır, Ermənistanı ağuşuna alan və rəsmi İrəvanda ciddi təşviş doğuran proseslərin az və ya çox dərəcədə Azərbaycana təsiri mümkündürmü? Düşmən ölkədəki açıq və kütləvi mübarizə Azərbaycanda “sıçraya” bilərmi?
Moderator.az-a açıqlama
verən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər Ermənistandakı
olayların Azərbaycana birbaşa deyil, dolayı təsir göstərə biləcəyini vurğuladı:
“Qloballaşma şəraitində,
informasiya vasitələrinə insanların geniş çıxışının olduğu bir zamanda dolayısı
ilə də olsa belə bir təsirin özünü göstərməsi qaçılmazdır. Lakin birbaşa təsirin
olacağını düşünmürəm. Xüsusilə də nəzərə alaq ki, hələlik proseslər siyasiləşməyib
və sosial xarakter daşıyır.
Bütövlükdə isə təbii ki,
düşmən ölkə olsa da qonşu bir ölkədə insanların öz sosial haqları uğrunda aktiv
mübarizəyə qalxması, gənclərin bu prosesin önündə getməsi Azərbayucan gəncləri
üçün də müəyyən bir sitimul ola bilər”.
Seymur Əliyev