Ordumuzun snayper qadınları danışdı: "Hədəfi nişan alarkən gözümdə düşməni canlandırıram..." - MÜSAHİBƏ
Oxunub: 2286
29 Jun 2015 | 11:45
Ordumuzun snayper qadınları danışdı:
 
Ordudan, xidmətdən danışarkən ilk öncə hərbi geyimli kişiləri nəzərimizə gətiririk və insanın gözü önündə əlində silah, əynində forma olan kişilər, barıt qoxulu səngərlər, döyüşlər canlanır. Lakin müasir dövrümüzdə dünyanın istənilən güc strukturlarında qadınlara rast gəlinir. Ölkəmizdə də bu təcrübə geniş yer alıb. Son dövrlərdə Silahlı Qüvvələrimizin bütün sahələrində qadın hərbi qulluqçuların sayı durmadan artmaqdadır. Müsahiblərimiz zərif cinsin nümayəndələri olmalarına baxmayaraq bu peşəni seçməyi özlərinə borc bilənlərdir.
 
Moderator.az müdafiə Nazirliyinin saytına istinadən müsahibəni təqdim edir.

“Hər sərrast atıcı snayper deyil, amma hər snayper sərrast atıcı olmalıdır”
 

Vüsalə Həsən qızı Məmmədova - 1990-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsillidir. Ailəlidir. 1 övladı var. 2014-cü ildən hərbi xidmətdədir.
 
 
- Vüsalə xanım hansı səbəbdən hərbçi olmaq qərarına gəldiniz?

- Torpaqlarımızın işğalda olması hər bir azərbaycanlı kimi mənim də sızlayan yaramdır. Həmçinin uşaqlıqdan hərbi formaya marağım olub, əsgər olmaq arzusunda olmuşam. Lakin uzun illər bu arzuma çata bilmirdim. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun orduda apardığı uğurlu islahatların bütün sahələrdə səmərəli nəticə verdiyinin və hər kəsin ürəyincə olduğunun şahidiyəm. Uğurlu islahatlardan biri də qadınların orduya cəlb olunmasıdır. Buna görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm.

- Ordu sıralarına daxil olmaqda məqsədiniz nə idi?

- Həyatım boyu məqsədlərimə çatmaq üçün mübarizə aparmışam. Çətin də olsa nail ola bilmişəm. Forma geyinmək, əlimdə silah Vətənimə xidmət etmək başlıca məqsədlərimdən biri olub. Məqsədimin birinci mərhələsini uğurla başa vurmuşdum. Artıq hərbi xidmətdəydim. İkinci məqsədim isə snayper olmaq idi. İlkin ixtisasım operator olsa da, snayper olmaq istəyirdim. Yuxarı komandanlığa müraciət etdim və snayper hazırlığı kursuna göndərildim. Növbəti məqsədim isə cəbhə bölgəsinə yollanmaq düşmən ilə üz-üzə dayanıb xidmət etməkdir. Ön xətdə xidmət etməyin çətin olduğunu düşünmürəm. Əldə silah hər an düşməni məhv etmək ehtimalı mənə stimul verir. Bilirəm ki, silahımla hədəfi düzgün seçərək düşməni məhv edəcəyim günlər yaxındadır.

- Neçə müddətdir snayper hazırlığı keçirsiniz, bu dövrdə hansı nailiyyətləriniz olub?

- Artıq xeyli müddətdir snayper hazırlığı kursundayam. OSV-96 təcrübəli snayper tüfəngi yüngül zirehli texnikalara qarşı tətbiq olunur. Silahımdan məharətlə istifadə etməyi bacarıram. Hazırlıq dövründə təlimlərdə iştirak edib təyin olunan hədəfə dəqiq atəş açmaqla “əla” qiymət almışam. Həmçinin Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin may ayında keçirilən birgə taktiki təlimlərində iştirak etmişəm.
 
 
- Snayper olmaq həvəsi sizdə necə yaranıb?

- "Qadın snayper" müasir dünyada elə də nadir anlayış deyil. Hələ Böyük Vətən müharibəsi zamanı qadın snayperlərin adları bütün dünyaya məlum olub. Onlar arasında həmyerlimiz ”“ ilk azərbaycanlı qadın snayper, Ziba Qəniyeva da vardır. O 129 düşmən əsgərini məhv edib. 
Həmçinin snayper üçün lazım olan keyfiyyətlərin məndə də yetərincə olduğunu bilirəm. 

- Snayper üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır?

- Snayperin əsas keyfiyyətləri hədsiz səbr, ustalıqla maskalanaraq gözə görünməmək qabiliyyəti və hadisələri intiusiyanın köməyi ilə öncədən təxmin etmək bacarığıdır. İntuisiya isə qadınlarda güclüdür. Snayper üçün sadəcə atəş açmaq azdır. Gizlənməyi, saatlarla hərəkətsiz qalmağı bacarmalısan. Snayper duelində birinci tərpənən ölümə məhkumdur. 

 
 
- Ailəniz seçdiyiniz çətin və şərəfli yolda sizi dəstəkləyir?

- Yolumun məsuliyyətli olduğunun fərqindədirlər və ən böyük dayağım ailəmdir. Hər gün xidmətimlə, atışların necə keçməsi ilə maraqlanır, uğur və nailiyyətlərimə mənimlə birgə sevinirlər.
Onu da qeyd edim ki, əmim düşmən gülləsindən şəhid olub. Deyirlər ki, geyindiyimiz forma şəhidlərimizin kəfənidir. Mənim kimi ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlının bir arzusu, bir məqsədi var. Şəhidlərimizin qisasını almaq, torpaqlarımızı azad etmək.
 
 
- Orduda xidmət etmək istəyən qadınlara nə demək istərdiniz?

- Onu deyə bilərəm ki, torpaqlarımız işğal altındadır. Bu torpaqlar hər bir Azərbaycan vətəndaşınındır. Əli silah tuta bilən hər bir insan, canlı qüvvə, düşmən qarşısında maneə olmalıdır. Xidmət etmək kənardan göründüyü kimi çətin deyil. Ürəyində Vətən eşqi olan hər bir azərbaycanlı bu şərəfli yolda hərbçilərin yanında olmalıdır.
 
"Hədəfi nişan alarkən gözümdə düşməni canlandırıram..."
 

Könül Şakir qızı Məmmədli - 1982-ci ildə Sumqayıtda anadan olub. Ali təhsillidir. 2014-cü ildən hərbi xidmətdədir.
 
 
- Könül xanım, deyirlər hərb sənəti məsuliyyətlidir. Məsuliyyətli yola qədəm qoymanızın səbəbi nədir?

- Sumqayıtda dünyaya göz açsam da, uşaqlığım cəbhə bölgəsindəki Qazax rayonunda keçib və daim atəş səsləri eşitmişəm. Uşaq olsam da qorxmurdum. Böyüyəndə “hərbçi olacam” deyirdim. Lakin ailəm müəllimə olmamı istəyirdi. Atamın arzusu ilə Azərbaycan Dillər Universitetinə qəbul oldum. Universiteti bitirdikdən sonra müəllimə kimi çalışmağa başladım. Sumqayıtda, Gədəbəyin ucqar dağ kəndlərində və Qobustanda ingilis dili dərslərini tədris etmişəm. 
 
Amma həmişə forma geyinmək istəyində olmuşam. Kimdəsə forma görəndə ürəyim dağa dönürdü, lakin hərbçi ola bilmədiyim üçün üzülürdüm.  Son illər ordu sıralarında qadınların xidmətə başlamasına şərait yaradıldı. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun yaratdığı bu imkandan mənim kimi xidmət etmək istəyən xeyli insan yararlandı. 
 
 
-  Bildiyimiz kimi siz snayper kimi xidmət edirsiz. Bu sahə diqqət və məsuliyyət tələb edir. Qadın kimi bu sizi qorxutmur?

- Səbr, dözüm və adaptasiya bacarığı ”“ bütün bu göstəricilərə görə qadınlar daha üstündür. Yüksək özünümüdafiə instinktinə görə qadında pusquda qalmaq daha yaxşı alınır. Heç kim üçün sirr deyil ki, biz qadınların həddən artıq güclü müşahidə etmə bacarığı da var.
Müddətdən artıq həqiqi hərbi xidmət etmək istədyimi bildirdiyim zaman bir neçə ixtisas təklif olundu. Ali təhsilli olduğum, iki xarici dil bildiyim üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müəllimə kimi fəaliyyət göstərməyimi tövsiyə etdilər. Lakin snayper olmaq istədiyimi bildirdim və xidmətə başladım. Bu yolu seçərkən çətinliyi də, məsuliyyəti də göz önünə almışam. Heç bir qorxum yoxdur.
 
 
- Hansı təlimlərdə iştirak etmisiniz? Snayper kimi hansı uğurlarınız var?

- Qeyd edim ki, mənə SVD snayper tüfəngi təhkim olunub. Bu silah peyda olan, hərəkət edən, gizlənmiş tək hədəfləri məhv etmək üçün hazırlanıb. Tüfəngdən atəş açmaq üçün adi, trasser, zirehdeşən-yandırıcı və snayper güllələrindən istifadə olunur. Atəş tək-tək açılır. Silahımın taktiki-texniki xüsusiyyətlərinə yaxşı bələdəm. Keçirilən bir sıra təlimlərdə iştirak etmişəm. Təlimlər zamanı “əla” qiymət almışam. Hədəfi nişan alarkən gözümdə düşməni canlandırıram. 
 
 
- Bu yolda ən böyük dəstəkçiniz kimdir?

- Ən böyük dayağım atamdır. Bəli, mən atamın qarşısına çıxıb hərbçi olmaq arzusunda olduğumu  dedim. İllər əvvəl hərbçi olmaq arzuma maneə olsa da, bu dəfə istəyimi və qəti qərarımı görüb mənə dəstək verdi. 
 
 
- Bugünkü atışlardan nə deyə bilərsiniz?

- Bizim üçün çox önəmli gün idi. Atışlardan sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov bizi cəsarətli qəhrəmanlar kimi qiymətləndirdi. Biz də öz növbəmizdə xahiş etdik ki, cəbhə bölgəsinə göndərilək. Ön xətdə xidmət edərək həm döyüşçü yoldaşlarımıza dəstək olarıq, həm də təcrübəmizi artırarıq. 
 
 
- Ordu sıralarında xidmət edən döyüşçü yoldaşlarınıza nə deyə bilərsiniz?

- Qeyd edim ki, respublikamızda istənilən sahədə inkişaf var. Lakin Silahlı Qüvvələrə göstərilən diqqət və qayğının daha çox olduğu diqqət mərkəzindədir. Bu hər bir döyüşçümüzə düşmən üzərində qələbə qazanmaq üçün əlavə stimul verir. Biz gənclər çox şanslıyıq ki, müasir və müstəqil ordumuzun sralarında xidmət edirik. Ümummilli liderimiz və müasir ordumuzun qurucusu Heydər Əliyevin  bir zamanlar qeyd etdiyi kimi, "Bu günümzün gəncləri özlərini xoşbəxt sanmalıdır ki, onlara doğma Vətənimizin ordusunda xidmət etmək nəsib olub". 
 
Hər birimiz yaxşı başa düşürük ki, qarşımızda dayanan ən mühüm vəzifə düşmən tərəfindən işğal edilmiş torpaqlarımızı son qarışına kimi düşməndən azad etməkdir. Müqəddəs vəzifəmizi unutmamalıyıq...
Oxşar xəbərlər
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
07:57, Bu gün
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
07:23, Bu gün
Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
07:07, Bu gün
Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”
07:06, Bu gün
Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb
07:00, Bu gün
Rusiya Odessanı atəşə tutub, yaralananlar var
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
06:33, Bu gün
Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
06:28, Bu gün
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
22 Apr 2024 | 23:21
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:13
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda xəstəxanaya yerləşdirilib
22 Apr 2024 | 22:37
Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ
22 Apr 2024 | 22:35
İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”
22 Apr 2024 | 22:33
"Tramp Konqresdə Ukrayna uğrunda döyüşü uduzub, seçkiləri də uduza bilər" - "The Atlantic"
22 Apr 2024 | 22:12
Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb
22 Apr 2024 | 22:02
“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb
22 Apr 2024 | 21:44
Bayden Ukraynaya yardımla bağlı paketi tez bir zamanda imzalayacağını Zelenskiyə söz verib
22 Apr 2024 | 21:39
“Hizbullah” İsrailə raket yağdırdı
22 Apr 2024 | 21:36
“Moğollar xalqın müqaviməti ilə üzləşib geri döndülər...” -Akif Nağıdan tariximizə fərqli baxış
22 Apr 2024 | 21:17
“Son olaylar Azərbaycan-Rusiya münasibətlərinin inkişafından xəbər verir”
22 Apr 2024 | 21:15
"Biz türk xalqını yaxşı tanıyırıq, Türkiyə Fələstini müdafiə edir" - İsmayıl Haniyə 
22 Apr 2024 | 20:32
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
22 Apr 2024 | 20:27
"Kadırov ağır xəstədir, onun ehtimal edilən varisi kim olacaq?" - "Novaya qazeta Yevropa"
22 Apr 2024 | 20:25
Erməni politoloq: “Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir”
22 Apr 2024 | 20:20
Rusiya mediası İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırır - FOTO
22 Apr 2024 | 20:16
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22 Apr 2024 | 20:14
"Azərreyl"in baş məşqçisi: "Sonadək mübarizə apardıq və qalib gəldik"
22 Apr 2024 | 20:02
XİN: Gürcüstan Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır
22 Apr 2024 | 20:01
UNEC-də “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib - FOTO
22 Apr 2024 | 19:59
Xumar sevənlərini BELƏ COŞDURDU - VİDEO
22 Apr 2024 | 19:59
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
22 Apr 2024 | 19:56
"NATO-nun nüvə silahı getdikcə Rusiyanın sərhədlərinə yaxınlaşır" - Polşa prezidenti
22 Apr 2024 | 19:53
Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib
22 Apr 2024 | 19:37
Yaxın Şərqdə səngiməyən gərginlik: Türkiyə savaşdan yayına biləcək? - FOTO
22 Apr 2024 | 19:35
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur
22 Apr 2024 | 19:30
KİV: İsrail İrana atdığı raketi özü məhv edib
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 19:24
Qaribaşvili Azərbaycan səfiri ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib
22 Apr 2024 | 19:17
ADP hakimiyyətə çağırış etdi
22 Apr 2024 | 19:09
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22 Apr 2024 | 19:05
BDU-da icbari tibbi sığorta ilə bağlı infosessiya keçirilib - FOTO
22 Apr 2024 | 19:01
Sarvan Cəfərov: Şirkətlərlə 100,5 min hektar sahədə pambıq istehsalı üçün müqavilə bağlanılıb
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 18:49
Ekspert: COP29 hidrogen yanacaq elementləri üzrə əməkdaşlıq platformasına çevrilə bilər
22 Apr 2024 | 18:43
Bu bürclər yazın sonuna qədər sevinəcək - Karyera yüksəlişi və böyük pul
22 Apr 2024 | 18:37
Qaradağ rayonunda içməli suyun verilməsi niyə dayandırılıb? - RƏSMİ AÇIQLAMA
22 Apr 2024 | 18:34
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir
22 Apr 2024 | 18:20
“Robotex Türkiyə”nin qalibi olan BDU komandaları böyük coşqu ilə qarşılanıb - FOTO
22 Apr 2024 | 18:15
Prezident İlham Əliyev: “Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq"
22 Apr 2024 | 18:12
“Meta”nın mətbuat katibi Rusiyada azadlıqdan məhrum edilib
22 Apr 2024 | 18:08
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
22 Apr 2024 | 18:04
Azərbaycanlı bankir Vyanada vəfat etdi - FOTO
22 Apr 2024 | 18:00
Politoloq Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərini müqayisə etdi
22 Apr 2024 | 17:55
Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR
22 Apr 2024 | 17:50
Yaxın Şərqdə səngiməyən gərginlik: Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH + FOTO
22 Apr 2024 | 17:48
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
22 Apr 2024 | 17:45
Məktəblərdə laborant ştatı lazımdırmı? - Ekspertdən İLGİNC rəy
22 Apr 2024 | 17:40
BDU-da IFLA-nın fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib
22 Apr 2024 | 17:35
Azərbaycanlı idmançı erməni rəqibini məğlub etdi
22 Apr 2024 | 17:30
Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışladı
22 Apr 2024 | 17:25
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
22 Apr 2024 | 17:23
Daşnaklar Paşinyanı ömürlük həbslə hədələdi...-Qazaxın kəndlərinə görə... 
22 Apr 2024 | 17:22
MEDİA sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ ETDİ
22 Apr 2024 | 17:17
Fabio Kannavaro "Udineze"nin baş məşqçisi oldu
22 Apr 2024 | 17:12
Korrupsioner Okampo: muzdlu hakim erməni lobbi və kilsəsi ilə sülhə qarşı - ŞƏRH + FOTO
22 Apr 2024 | 17:07
Prezident: “Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk”
22 Apr 2024 | 17:03
"ABŞ yardımı Ukraynaya möhlət verəcək, lakin müharibənin gedişini dəyişməyəcək" - "Bloomberg"
22 Apr 2024 | 16:59
Prezident İlham Əliyevin Rusiyaya səfəri: Ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə
22 Apr 2024 | 16:55
Rusiya Prezidenti: "Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir"
GÜNLÜK
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 12:40
Vətəndaşla təcili yardım sürücüsü arasında qalmaqal: “Səs siqnalı qoşmağa icazə verilmir” - AÇIQLAMA + VİDEO
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 11:14
Nimesil bu şəxslərin həyatı üçün təhlükəlidir - QƏTİ OLMAZ 
22 Apr 2024 | 11:30
8 yaşlı qızın beynindən  bir metr tük çıxarıldı
22 Apr 2024 | 13:13
"Ərəblər məni pulla almışdılar" - Samirə Yusifqızı
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 12:40
Vətəndaşla təcili yardım sürücüsü arasında qalmaqal: “Səs siqnalı qoşmağa icazə verilmir” - AÇIQLAMA + VİDEO
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 11:14
Nimesil bu şəxslərin həyatı üçün təhlükəlidir - QƏTİ OLMAZ 
22 Apr 2024 | 11:30
8 yaşlı qızın beynindən  bir metr tük çıxarıldı
22 Apr 2024 | 13:13
"Ərəblər məni pulla almışdılar" - Samirə Yusifqızı
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL