I Avropa Oyunlarının Bakıda keçirilməsini və ermənilərin bu yarışlara dəvət edilməsi ilk gündən rəsmi Bakının Ermənistana mesajı kimi qiymətləndirilirdi. Maraqlıdır, erməni idmançısının Bakıda ”“ Azərbaycanın paytaxtında azərbaycanlı idmançını məğlub etməsi necə, Ermənistanın Azərbaycana mesajı hesab edilə bilərmi?
Bununla bağlı
Moderator.az-a açıqlama verən QAT sədri Akif Nağı Azərbaycanın bu məsələdə
ciddi yanlışlığa yol verdiyinə diqqət çəkdi:
“Azərbaycan nə qədər istəyir
Ermənistana, Rusiyaya, Qərbə mesaj göndərə bilər. Bu vaxta qədər Azərbaycan
çoxlu mesajlar göndərib. Torpaqları işğal altında olsa da, Azərbaycan buna
dözür, danışıq aparır. Bunun özü də bir mesajdır. Ermənilərin Azərbaycanda
keçirilən tədbirə dəvət edilməsinin özü də mesajdır. Ermənilərə hər cür şərait
yaratması, qoruması da bir mesajdır. Təəssüf ki, göndərilən bu mesajları qəbul
edən yoxdur. bB mesajları heç bir dövlət, eləcə də Ermənistan və Rusiya qəbul
eləmir. Azərbaycanı maymaq, hansısa təsirlərin altına düşən bir ölkə kimi qəbul
edirlər. Bizi narahat edən budur. Bu cür mesajların heç bir əhəmiyyəti yoxdur.
Erməniləri nə dəvət etmək, nə də təhüılkəsizliyinin qayğısına qalmaq lazım idi.
Bu məsələdə yanlış mövqe tutdular.
Istər idman oyunu, istərsə
də digər bir mübarizə vasitəsi olsun, əgər düşmən ölkənin təmsilçisi ilə
qarşılaşmısansa, çalışıb qalib gəlməlisən. Bu, müharibənin bir forması, onun davamıdır.
Müharibənbin başqa vasitələrlə davamıdır. Çünki biz hələ də Ermənistanla
müharibə şəraitindəyik”.
Seymur Əliyev