Süd vəzi xərçəngindən qorunmanın yolları
Oxunub: 1890
10 Jun 2015 | 18:12
Süd vəzi xərçəngindən qorunmanın yolları

XXI əsrin Azərbaycan qadını ictimai-siyasi həyatda çox nailiyyətlərə imza atıb. Bu gün o yalnız evdar xanım və ana deyil, cəmiyyət həyatında yaxından iştirak edən vətəndaşdır, xalqın və millətin uca tribunalardakı təmsilçisidir. Lakin qazandığı bütün nailiyyətlərlə yanaşı o, ilk növbədə qadındır. Zərif, gözəl və yaraşıqlı məxluq. Görkəmində qadını kişilərdən fərqləndirən ilk əlamət bəşər övladına süd verən döşləridir. Tibbi dildə desək, süd vəziləri. Təəssüf ki, qadına xüsusi yaraşıq verən, sıx-sıx poeziyanın predmetinə çevrilən bu orqan lazımi qulluq, baxım görmədikdə qadının baş bəlasına da çevrilə bilir.

Müasir dövrdə süd vəzi xəstəliklərindən əziyyət çəkən qadınlara tez-tez rast gəlinir. Klinik onkologiyanın ən mühüm problemlərindən olan süd vəzi xərçəngi (bundan sonra SVX) dünyada qadınlar arasında bədxassəli şişlərlə xəstələnmənin strukturunda birinci yeri tutur. Hər il dünyada SVX diaqnozu ilə 1 milyondan çox xəstə qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, yaşı 30-dan yuxarı olan hər 2 qadından birində süd vəzinin bu və ya digər şişinə rast gəlinir (bu şişlərin 30-dan çox növü məlumdur). Təbabətdə SVX probleminə böyük diqqət ayrılsa da, indiyədək nə bu xəstəliyin qarşısı alınıb, nə də ölüm halları azalıb.

Statistikaya görə, bədxassəli şişlərdən dünyasını dəyişən qadınların ölüm strukturunda süd vəzi xərçəngi 2-ci yeri tutur.

Bəs nə etməli? Bu müdhiş xəstəlikdən necə qorunmalı?

İlk növbədə onu bildirmək istəyirəm ki, SVX-nin erkən mərhələdə dəqiq diaqnostikası və vaxtında göstərilən tibbi yardım bu xəstəlikdən ölüm hallarının azalmasına gətirib çıxara bilir. Həmin diaqnostika bir sıra müayinə üsullarının kompleks istifadəsi əsasında həyata keçirilir: anamnez, fiziki müayinə (baxış və palpasiya, yəni əllə yoxlama), rentgenoloji üsullar (mammoqrafiya, duktoqrafiya, pnevmosistoqrafiya, kompüter tomoqrafiyası-KT), ultrasəs müayinəsi (USM), maqnit-rezonans tomoqrafiya (MRT), morfoloji (sitoloji və histoloji) və laborator müayinə.

Xəstəliyi ilkin mərhələdə aşkarlamaq üçün hər bir qadın öz orqanına qarşı diqqətli olmalıdır. Süd vəzində aşağıdakı əlamətlərdən hər hansını müşahidə etdikdə mütləq onkoloqa müraciət edin:

* Süd vəzində, yaxud qoltuqaltında əllənən törəmə (sərtlik, şişkinlik) varsa;

* Süd vəzinin giləsindən qanlı, yaxud şəffaf rəngli ifrazat gəlirsə;

* Süd vəzinin giləsi daxilə dartılıb, çöküb, yaxud quruluşu dəyişilibsə;

* Süd vəzi giləsinin dərisində soyulma, qabıqlanma əmələ gəlibsə;

* Süd vəzinin özünün dərisində yara və yaxud qızartı peyda olubsa;

* Süd vəzinin dərisində ödem, şişkinlik, yaxud dərinin daxilə dartılaraq portağal qabığına bənzəməsi halı varsa;

* Süd vəzində böyümə, quruluşun və ya rəngin dəyişilməsi, asimmetriya müşahidə olunursa.

Nəzərinizə çatdırım ki, süd vəzində hər hansı hüceyrənin atipikləşərək xərçəngə çevrilməsi uzunmüddətli prosesdir. Qadın törəmədən o vaxt xəbər tutur ki, şişin ölçüsü artıq 1sm-ə çatmış olur və əllə toxunarkən hiss edilir. Onkoloji törəmə əsasən sərt konsistensiyalı, qeyri-dəqiq kənarlara malik, kələ-kötür səthli və məhdud hərəkətli olur. Bəzi hallarda isə süd vəzinin bədxassəli şişi təsadüfi USM

və yaxud mammoqrafiya müayinəsi nəticəsində aşkar edilir. Xəstəlik sizi qəfildən yaxalamasın deyə, yuxarıda sadaladığımız əlamətlərə fikir verin.

Son onilliklərdə bir çox amillər dünya miqyasında onkoloji xəstəliklərin artmasına təkan verib. Ekoloji fəlakətlər, atmosferin ozon qatının deşilməsi, havanın çirklənməsi, stressin və gərginliyin artması, əsəb pozğunluqları, fərdin ruh düşkünlüyü, geni dəyişdirilmiş və ya mənşəyi bəlli olmayan qida məhsulları və s. Bu sırada obyektiv amillərə gücümüz çatmasa da, subyektiv amilləri aradan qaldırmaq özümüzdən asılıdır. Ona görə də sağlamlığımıza diqqət etməli, ağır xəstəliklərə düçar olmağı özümüzə rəva bilməməliyik. Əvvəla, ehtiyac duyduq-duymadıq, vaxtaşırı müayinə olunsaq çox fəsadların qarşısını vaxtında ala bilərik. Çünki ən yaxşı müalicə profilaktikadır. İkincisi, deyək ki xəstəlik bizi yaxalayıb. Bu halda ruhdan düşmək, ya da biganəlik göstərmək yolverilməzdir. Dərhal bu sahənin mütəxəssisi olan həkimlə birgə xəstəliyə qarşı mübarizə aparmalıyıq. Necə? Əlbəttə, öncə dəqiq diaqnozun qoyulmasına nail olmalıyıq. Bu, işin yarısı deməkdir.

Həkimin göndərişi qarşısında tərəddüd edən qadınlara çox rast gəlirik: kimisi rentgen mammoqrafiyasından çəkinir, kimisi USM-ə inanmır, kimisi də biopsiyanı təhlükəli sayır... Nəzərə almalıyıq ki, bu müayinələr olmadan müalicə səmərə verə bilməz. Belə tərəddüdlərə son qoymaq üçün hər bir qadın bilməlidir ki, həmin aparatlar nəyə xidmət edir.

Məlumat üçün bildirək ki, şüa diaqnostikası üsulları son illər bu sahədə mühüm yerlərdən birini tutur. Onlar arasında ən geniş yayılmışları mammoqrafiya və USM-dir. Mammoqrafiya müayinəsi süd vəzindəki patoloji dəyişiklikləri qeydə alır, SVX-nin erkən mərhələsində, yəni palpasiya edilməyən mərhələsində belə yaranmış törəməni təyin edir. Mammoqrafda süd vəzi toxumasının kompressiyası həyata keçirilir. Çəkiliş adətən 2 proyeksiyada ”“ düz və yan proyeksiyalarda aparılır. Bu müayinə vasitəsilə həmin orqanda gedən dəyişikliklərin diffuz və ya ocaqlı olması müəyyənləşdirilir; şiş törəməsi aşkar edildikdə onun ölçüsü, forması, strukturu, sıxlığı və konturları dəqiqləşdirilir.

Həmçinin mammoqrafiya vasitəsilə şişin mikrokalsinatlarını müəyyənləşdirmək, dərinin, gilənin və retromammar sahənin vəziyyətini qiymətləndirmək, qoltuqaltı nahiyədə metastatik limfa düyünlərini aşkar etmək mümkün olur. Hər iki süd vəzində müayinənin aparılması həkimə imkan verir ki, xəstələnmiş orqanla sağlam süd vəzini müqayisə edə bilsin. Onu da bilmək lazımdır ki, mammoqrafiyanı aybaşı tsiklinin birinci fazasında ”“ 5-12-ci günlər arası həyata keçirmək daha məqsədəuyğundur. Menopauzada olan qadınlar isə bu müayinəni istənilən vaxt etdirə bilərlər.

SVX zamanı mammoqrafik mənzərə birincili (birbaşa) və ikincili (dolayı) əlamətlərlə xarakterizə olunur. Birincili əlamətlərə şiş kölgəsinin xarakteri və mikrokalsinatların toplanması aiddir. Süd vəzi toxumasında mikrokalsinatların toplanması SVX-nin qeyri-invaziv (lat. invadere ”“ “içəri, daxilə girirəm”, “təcavüz”) formasından şübhələnməyə əsas versə də bu, mütləq patoqnomonik simptom hesab edilmir. İkincili əlamətlərə isə dəri, gilə və şişi əhatə edən toxumalardakı simptomlar aiddir.

Xanımlar bilməlidir ki, diaqnoz qoyulmasında mammoqrafiyanın səmərəliliyi xəstənin yaşından, süd vəzi toxumasının rentgenoloji sıxlığından da asılıdır. Cavan qadınlarda bu sıxlıq çox olduğundan skrininq (ing. screening ”“ seçim, çeşidlənmə) mammoqrafiyanın həssaslığı 40-59 yaşlı qadınlar arasında 77,3% təşkil edir. İnsan yaşlandıqca süd vəzi toxumasının rentgenoloji sıxlığı zəiflədiyindən aparatın həssaslığı daha da artır, yəni 70-89 yaşlı qadınlar arasında müayinənin dəqiqliyi 93,8% təşkil edir. Bu baxımdan nəzərə almalıyıq ki, süd vəzi toxumasının rentgenoloji sıxlığı yüksək olan qadınlarda müayinənin həssaslığı 55%-ə, çox yüksək olan qadınlarda isə 30% ə qədər azala bilir.

Əgər döşün giləsindən ifrazat (az və ya çox) gəldiyini görürsünüzsə, həmin ifrazat qanlıdırsa və siz əlinizlə yoxlayarkən şiş aşkar edə bilmirsinizsə, o halda sizin duktoqrafiya (qalaktoqrafiya) müayinəsindən keçməyiniz daha məsləhətdir. Pnevmosistoqrafiya vasitəsilə müayinə isə süd vəzisində sista olduqda, sistadaxili patoloji artımları təsdiq və ya inkar etmək məqsədilə aparılır.

Qeyd edək ki, süd vəzi xəstəliklərinin diaqnostikasında USM-in (ultrasəs müayinəsi) xüsusi yeri var. Praktika göstərir ki, SVX-nin skrininq müayinəsində USM-dən istifadə edilməsi diaqnoz qoyulmasında dəqiqlik faizini yüksəldib. Belə ki, risk qrupuna daxil olan qadınların hər 1000 nəfərində bu xəstəliyin aşkarlanması 1,1 hal artıb. Yəni nəticələr daha dəqiqdir. USM-in ən üstün cəhətlərindən biri budur ki, şüa yükü azdır, bu müayinəni təkrar-təkrar keçirmək olar və zərərsizdir və bu müayinədə bədxassəli şişlərin paycıqları da aşkarlanır. (Yalnız şişin yayılmış olduğu hallarda şiş və piy toxuması arasında ultrasəs kontrastlıq zəiflədiyindən müayinənin effektivliyi qismən azalır.) Qabarıq çapıq dəyişikliklərində də USM-in informativliyi qənaətbəxşdir.

USM və doppleroqrafiyadan ibarət kompleks müayinə daha dəqiq nəticələr əldə etməyə imkan verir. Dediyimiz fikri rəqəmlərlə ifadə etdikdə görürük ki, xoşxassəli törəmələrin (həmçinin maye tərkibli törəmələrin) aşkar edilməsində kompleks müayinənin həssaslığı 78%, orta hesabla isə USM və doppleroqrafiyanın birgə kombinasiyasının həssaslığı və spesifikliyi 95%-dir. Bundan əlavə USM törəmənin ətrafındakı qan damarlarının sıxlığını təyin etməyə, invaziv müdaxilə (məsələn, USM nəzarətində punksiya və s.) həyata keçirməyə imkan verir.

Onu da bilmək lazımdır ki, SVX-nin müəyyənləşdirilməsində USM mammoqrafiya ilə yanaşı metod kimi yararlıdır. O, bir çox mikrokalsinatların, xüsuslə süd vəzilərinin in situ axacaq xərçəngi üçün xarakterik olan mikrokalsinatların diaqnostikasında mammoqrafiyanı əvəz edə biməz. Amma əgər qadın hamilədirsə, ya da körpəsinə süd verirsə, həmin halda diaqnoz qoyulması üçün USM yeganə metoddur.

Bir vacib məqam da var: döşünüzdəki patologiyanın süd vəzi xərçəngi olduğuna 100% əmin olmaq üçün mütləq və mütləq histoloji və patohistoloji müayinələrdən keçməlisiniz. Bəzən xəstələrdə belə bir qorxu olur ki, döşümə punksiya edildikdən sonra xərçəng yayıldı və ya bıçaq dəydikdən sonra artdı...

Onkoloq kimi sizi əmin edirəm ki, bu fikirlərin heç bir elmi əsası yoxdur! Bilin ki, ultrasəs müayinəsi vasitəsilə süd vəzində əllə hiss olunmayan şişi təyin etmək olur, ancaq onu dəqiqliklə xərçəng adlandırıb xoşxassəli törəmələrədən diferensiasiya etmək mümkün olmur. Buna görə də bir sıra alimlər mütləq olaraq biopsiya keçirilməsinə tərəfdar çıxırlar. Doğrudur, praktikada gərəksiz biopsiyaların keçirildiyinə də rast gəlirik. Bunlar təəssüf doğuran hallardır. Amma yoxlamamış əmin olmaq da olmur. Ona görə də, belə müayinələrdən qorxmaq lazım deyil. Əsas məsələ xəstəliyi vaxtında aşkarlamaqdır, dəqiq diaqnozun qoyulmasıdır və inamla bu bəlaya qarşı mübarizə aparmaqdır. Heç vaxt inamınızı itirməyin. Çünki əhval-ruhiyyəniz, psixoloji durumunuz xəstəliyə qalib gəlməkçün vacib şərtdir. Həkiminizə və qəbul etdiyiniz müalicəyə inamınız möcüzələr yarada bilər.

Müasir təbabətdə bir sıra digər üsullardan da geniş istifadə edilir. Elastoqrafiya adlanan yeni USM metodikası var ki, bu, süd vəzi toxumasının sərtliyinin dəyişməsini qiymətləndirməyə imkan verir. Əgər standart rentgen mammoqrafiyası aşkar edilmiş düyünün təbiətini birmənalı olaraq əks etdirə bilmirsə və USM gözlənilən nəticəni vermirsə, o zaman daha böyük həssaslığa malik olan dinamik maqnit-rezonans mammoqrafiyasından (MRT) istifadə edilir. İnformativliyi yüksək olan bu aparatda kontrast maddənin toplanma intensivliyi düyünlü törəmələrin xoşxassəli və bədxassəli təbiətini diferensiasiya etməyə imkan verir. SVX-nin aşkar edilməsi üçün mammossintiqrafiya, pozitron-emission tomoqrafiya (PET) deyilən diaqnostika metodları da var. Radiotermoqrafiya metodu isə dəridə temperaturun lokal dəyişikliklərinin qiymətləndirilməsinə əsaslanır.

Onu da qeyd edək ki, şüa diaqnostika müayinələrində nəticələrin dəyərləndirilməsi üçün BİRADS (Breast İmaging Reporting and Data System) risk kateqoriyalarından istifadə olunur. BİRADS-0 o deməkdir ki, xəstənin əlavə müayinəyə ehtiyacı var. BİRADS-1 ”“ vəz toxuması normaldır, zədələnmə əlamətləri qeyd edilmir. BİRADS-2 göstərir ki, süd vəzində xoşxassəli dəyişikliklər var və ya xoşxassəli törəmə qeydə alınıb. Bu halda qadın mütləq hər

6-12 aydan bir kontrol müayinədən keçməlidir. BİRADS-3 risk kateqoriyasında xoşxassəli törəmədə xərçəngin olması ehtimalı 2%-dən az olsa da, qadın 3 aydan sonra təkrar müayinədən keçməlidir. Həmin müddətdə isə mütləq həkimin təyin etdiyi konservativ müalicə kursunu yerinə yetirməlidir. Bu halda laqeydliyə yol vermək gələcəkdə arzuolunmaz nəticələrə səbəb ola bilər. BİRADS-4 biopsiyanın (mikroskopik tədqiqat üçün patologiyalı orqandan toxuma kəsilib götürülməsi) keçirilməsi zərurətini meydana qoyur. Çünki törəmənin bədxassəli olması ehtimalı 2%-dən yüksək, 95%-dən aşağı olsa da, həkimin düzgün müalicə təyin edə bilməsi üçün diaqnozun morfoloji təsdiqlənməsi vacibdir. BİRADS-5 95%-dən yüksək ehtimalla bildirir ki, döşdəki törəmə bədxassəlidir. BİRADS-6-da xərçəng diaqnozu morfoloji olaraq təsdiq edilmiş sayılır. Bu zaman mammoqrafiya kimyəvi terapiya və cərrahi müalicəyə başlanmazdan əvvəl tətbiq edilir.

İtirilmiş sağlamlığı bərpa etmək və xəstəliyə qalib gələ bilmək üçün bu söhbətdə sadaladığımız müayinələrin hər birinin özünəməxsus rolu var. Öncə müayinə, dəqiq diaqnoz, sonra isə əsaslı müalicə. Yorulmadan, usanmadan müalicə prosesini intizamla başa vurmaq. Unutmayın ki, vaxtında aşkar olunan xəstəlik və düzgün aparılan müalicə sizin həyatınızın qarantıdır. Müasir səhiyyənin nailiyyətləri barədə nə qədər çox məlumatlı olsanız, sağalmaq yolunda qətiyyət göstərsəniz həm süd vəzilərinizi, həm də həyatınızı qoruya bilərsiniz.

Günay Əhmədova
Oxşar xəbərlər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
GÜNLÜK
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO