Moderator.az xəbər verir ki, Göyçayda şərlənərək həbs olunmuş hüquq müdafiəçisi, siyasi məhbus Taleh Xasməmmədovun ailə üzvlərinə təzyiqlər başlayıb. Bu barədə məlumatı hüquq müdafiəçisinin qardaşı Valeh Xasməmmədov bildirib. O bildirib ki, ailənin yeganə qazanc mənbəyi olan, onun işlətdiyi baytarlıq aptekini bağlayıblar. Aptekin bağlanması Kənd Təsərrüfatı nazirliyinin Baytarlıq Xidmətinin və yerli icra qurumlarının xətti iləhəyata keçirilib. Maraqlıdır ki, “aptek bağlama” əməliyyatının səbəbləri barədə məhbus ailəsinə hər hansı məlumat verilməyib.
Yerli mənbələrin verdiyi
məlumata görə Göyçayda fəaliyyət göstərən baytarlıq apteklərinə nəzarəti Göyçay
Baytarlıq xidmətinin rəisi Hacıyev Ağadadaş həyata keçirir. Hacıyev
Ağadadaş rayon baytarlıq apteklərinə nəzarəti
öz qohumları vasitəsi ilə təşkil edir və bu işə rəhbərlik edən onun qardaşı
Qiyas Hacıyevin və oğlu Orxan Hacıyevin də öz baytarlıq aptekləri var.
Xatırladaq ki, Göyçay
rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin göstərişi ilə şərlənib həbs
olunduğu bildirilən hüquq müdafiəçisi Taleh Xasməmmədovun məhkəməsi 02 iyun
2015- ci ilə təyin olunsa da, naməlum səbəblərdən 16 iyuna təxirə salınıb. T.
Xasməmmədovun məhkəməsinin səbəbsiz olaraq təxirə salınması, uzadılması onun
ailə üzvləri tərəfindən narahatlıqla qarşılanır.