Qırmızı pasportlu “üsyankar”, yoxsa həqiqət carçısı?
Oxunub: 6075
08 Jun 2015 | 21:00
Qırmızı pasportlu “üsyankar”, yoxsa həqiqət carçısı?

Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı və İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı nümayəndəsi Arif Məmmədovun sosial şəbəkədə məmurlarla bağlı yazdığı status böyük qalmaqala səbəb olub. Binəqədi rayonundakı göydələndə baş verən yanğına diqqət çəkən diplomat statusunda deyib:  “Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbr versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar” status paylaşıb.

A.Məmmədovun daş-qalaq və qılınc-qalxanla qarşılan digər statusu isə budur: “3 gün Azərbaycanda qaldım, mən qocaldım".

Məhz bu iki fikir A.Məmmədovu bütün ölkə miqyasında hədəfə, lənət və təhqir obyektinə çevirib. Halbuki, A.Məmmədovun hər iki statusu  hərfbəhərf, sözbəsöz mövcud Azərbaycan reallığını əks etdirir. Binəqədidəki yanğında həlak olanların ölümünə görə məsuliyyət Azərbaycan hakimiyyətinin ”“ ali məmur elitasının üzərinə düşür və hakimiyyət bu məsuliyyətdən 1-2 icraçını həbs etməklə yaxa qurtara, tarix və  xalq qarşısında üzüağ ola bilməz. “3 gün Azərbaycanda qalmaqla qocaldım” fikrinə gəlincə, bu fikir də özündə yalnız və yalnız həqiqəti ifadə edir.  Bu gün hədsiz sosial problemlər, yaşam zorluqları, kütləvi hüquqsuzluq səbəbi ilə əzilən, bir qarın çörək üçün hər cür məşəqqətə razı olan və bir saat sonraya ümid etməyən hər bir sadə Azərbaycan insanı simasında yaşadığı həyatın bütün əzablarını ayna kimi əks etdirməkdədir.

Bu gün Azərbaycan intihar edən insanların sayına görə, dünyanın ən öncül ölkələri sırasındadır və bu intiharların başında sosial yaşam qayğıları, mövcud idarəetmə sisteminin ədalətinə olan ümidsizlik dayanır. Azərbaycana müvəqqəti qonaq gələn istənilən əcnəbinin ən çox təəccüb duyduğu şey kimsənin üzündə təbəssümün olmamasıdır. Mövcud hakimiyyətin yürütdüyü siyasət bütün cəmiyyəti aclar, səfillər ordusuna, qəzəbli və ümidsiz kütləyə çevirib.

 

Rafiq Əliyev və onun “nişan verdiyi” əzab

 

Əslində A.Məmmədovun “3 gün Azərbaycanda qaldım, qocaldım" fikrinin həqiqiliyini təsdiqləyən saysız-hesabsız sanballı faktlar  və fikirlər var ki, bunlardan biri dürüstlüyü, səmimiliyi, vətənə və xalqa bağlılığı heç kimdə şübhə doğrumayan azsaylı ziyalılarımızın, hüquqşünas və siyasətçilərimizin açıqlamaları, mətbuata verdiyi müsahibələrdir. Bu müsahibə və açıqlamalar içərisində Azərbaycan xalqının görkəmli ziyalısı, professor Rafiq Əliyevin ötən ilin 25 aprel tarixində Moderator.az saytına verdiyi müsahibəsi (//moderator.az/index.php?xeber=45007 ) və orada səslənən fikirlər xüsusilə mühüm əhəmiyyət kəsb edir. Müsahibəsində insanların sosial qayğı və problemlər səbəbindən gülüşü, təbəssümü unutduğuna diqqət çəkən professor deyir: “Amerika təbəssümü” ifadəsi dünyada çox məşhurdur. Amerikada hamı bir-birinin üzünə gülümsəyir. Bu, saxta, riyakar gülüş deyil. O insanların içi azad olduğu üçün bu azadlıq onların təbəssümündə öz əksini tapır. Başqa sözlə desək, onların təbəssümü onların azadlığının inikasıdır. İndi ətrafınızdakı insanlara baxın. Əksər insanların üzündə nəinki təbəssüm yoxdur, onların çöhrəsində cəhənnəm əzabı var”.

Göründüyü kimi, R.Əliyevin gördüyü, nişan verdiyi əzab milyonlarla soydaşımız kimi A.Məmmədovu da qocaldan, sarsıdan əzabdır və onun bu əzabdan şikayətlənmək, bu əzabı yenmək üçün mübarizə və mücadilə aparmaq hüququ var. Və əgər A.Məmmıdovun bu hərəkətinə bir ad vermək, onu bir ifadə ilə ümumiləşdirmək lazımdırsa, bu nə “üsyankar” diplomat”, nə də “anti-milli ünsür” ifadəsidir. Əksəriyyətin susqunluğu və cəsarətsizliyi fonunda atılan bu addımın yalnız bir adı var ”“ qəhrəmanlıq.

 

Hacıbaba Əzimov və ya alçaldılanlar üçün tanınan yaşamaq haqqı

 

Azərbaycan xalqının digər görkəmli ziyalısı, Lənkəramn Dövlət Universitetinin banisi, istiqlalçı deputat, məşhur tarixçi, professor Hacıbaba Əzimov da Moderator.az-a verdiyi 19 yanvar 2015-ci il tarixli müsahibəsində (//moderator.az/?xeber=67333 )Azərbaycanda insanların bir parça çörək üçün alçaldıldığına diqqət çəkir: “Demokratikya və demokratik cəmiyyət ona görədir ki, insanların ləyaqəti, hüquqları qorunsun, adamlarda özünüdərk hissi formalaşsın. Demokratiya insanların həyatda fəal mövqe tutmasına şərait yaradır. Amma bunlar diktatura, kleptokratiya, oğru hakimiyyəti şəraitində qeyri-mümkündür. Azərbaycanda insanların ləyaqətini alçaldan vəziyyət formalaşdırırlar. Insanları alçalda-alçalda bir tikə çörək vermək istəyirlər. Bu, çox böyük cinayətdir. Bu, Allah yanında da böyük günahdır, böyük rəzalətdir. Ona görə də, hər zaman bu siyasətin əleyhinə çıxış eləmişəm. Bu siyasəti pisləmiş və onun dəyişdirilməsini tələb etmişəm. Həm də demişəm ki, əks halda, tarix bu siyasətin müəlliflərini öz yaddaşında qara ləkələr kimi yaşadacaq. Cəmiyyətimiz, demokratik, mütərəqqi qüvvələr çalışmalıdır ki, Azərbaycan xalqının iradəsi, onun ali mənafeyi mövqeyindən çıxış edərək ölkəmizdə həqiqətən də demokratik cəmiyyətin bərqərar olmasına nail olunsun. Məqsəd bu olmalıdır”.

Göründüyü kimi, H.Əzimov da Azərbaycanda insanların bir qarın çörək üçün alçaldıldığını, bunun günah və rəzalət olduğunu vurğulayır. Hansı ki, bu fikirlər A.Məmmədovun açıqlaması ilə o qədər də ziddiyyət təşkil etmir.

 

Vicdanlı məmur zühuru və ya ictimai şok

 

A.Məmmədovun açıqlamasının hakimiyyət daxilində yaratdığı əsl şok və sarsıntının səbəbi iqtidardakı mövcud komanda daxilində ilk kəs bir məmurun xalqın maraqlarından yana çıxış etməsi, hakimiyyətin maraqlarının deyil, xalqın maraqlarının yanında yer almasıdır. Hansı ki, bu günə qədər iqtidar komandasında yer alan heç bir məmur vəzifədə olduğu müddətdə hakimiyyətin zərrə qədər də olsun ziddinə getməyə cəsarət etməmiş, əksinə, ali siyasi hakimiyyətin şəninə tərif və təqdir yağdırmaqla öz vəzifəsini qorumağın qayğısına qalmışdır. Məmurların hər zaman ali siyasi hakimiyyətə yarınmasının digər bir səbəbi isə hakimiyyətin məlum siyasətinə zidd addım atan şəxslərin amansızcasına cəzalandırılması və bu cəzalandırmanın doğurduğu ictimai xof faktoru ilə bağlı olub. Və məhz A.Məmmədov Azərbaycan tarixində bir ilkə imza ataraq vəzifədə olmasına baxmayaraq, mövcud hakimiyyətin hədəfə çevriləcəyindən qorxmayaraq xalqın mənafeyinə xidmət edən açıqlama ilə çıxış etdi. A.Məmmədov bu addımı ilə məmurlar arasından da cəsur və vicdanlı şəxslərin çıxa biləcəyini ortaya qoydu. A.Məmmədov bununla sübut etdi ki, o, digər məmurlardan fərqli olaraq kreslosundan daha çox vicdanının qayğısına qalır və hakimiyyətin gözündə yaxşı görünməkdən daha çox vicdanı qarşısında məsum olmağa çalışır.

A.Məmmədovun bu addımı yalnız məmur təbəqəsi üçün deyil, həm də Azərbaycan məmurunun bu cür cəsur bəyanat və mövqeyə öyrəşməyən adi vətəndaşlar üçün də sakit havadakı şimşək effekti yaratdı. Və bu təəssürat o qədər güclü oldu ki, cəmiyyət onun mənafeyi üçün özünü nəhəng təzyiq və repressiya aparatının hədəfinə çevirən diplomata təşəkkür etməyə belə özündə güc tapa bilmədi.

 

Haqqı demək erməniliyə dəlalətdirsə...

 

A.Məmmədovun məlum facebook açıqlamasında dərhal sonra hörmətli diplomata qarşı hakimiyyət nümayəndələri tərəfindən başladılan təzyiq kampaniyasında ən iyrəng ittihamlardan biri onun ermənilərlə müqayisə edilməsi, erməni mənşəli olması ilə bağlı ortaya atılan iddialar oldu.

Bəli, heç kimə sirr deyil ki, bu gün Azərbaycanda həqiqəti deyən, sosial-siyasi ədalət tələb edən hər bir kəs son anda “erməni ittihamı” ilə vurulur, məhz bu ittihamla onu ümumxalq nifrətinin hədəfinə çevirməyə çalışırlar. Hakimiyyət yaxşı başa düşür ki, erməni yarlığı yapışdırdığı hər hansı bir insanı müdafiə etməyə çox az adam cəsarət edəcək. Çünki Azərbaycan reallığında hər kəs ilk növbədə öz təhlükəsizliyinin qeydinə qalmağa məcburdur və erməni ittihamı ilə təqsirləndirilən hər hansı bir şəxsin müdafiəsinə qalxmaq avtomatik olaraq erməniyə yardım etmək kimi dəyərləndiriləcək ki, bunun da mahiyyət etibari ilə erməni olmaqdan ciddi fərqi yoxdur.

Ümumilikdə isə ədalət və demokratiya tələb edən insanlara qarşı hakimiyyət təmsilçiləri tərəfindən səsləndirilən erməni iddiasına bu cür cavab vermək olar: əgər haqqı söyləmək, həqiqəti dilə gətirmək, ədalət tələb etmək erməniliyə dəlalət edirsə, həqiqət və demokratiyanın ikinci adı ”“ ekvivalenti ermənilikdirsə, o zaman bu ölkədə ədalət bağıran, demokratiya hayqıran hər kəs ermənidir. Peşəsindən, sosial durumundan, vəzifə və səlahiyyətindən asılı olmayaraq xalqın mənafeyini qalan digər maraq və mənafelərdən üstün tutmaq, bu maraqların müdafiəsinə qalxmaq ermənilikdirsə, o zaman azadfikirliliyinə, müxalif düşüncə tərzinə görə həbs edilən bütün jurnalistlər, siyasilər ermənidir. Və əgər xalqın mənafeyini qorumağın yeganə yolu erməni ittihamı ilə üzləşmək, bu adla damğalanmaqdan keçirsə, buna görə “erməni olmağa” dəyər.

 

Seymur Əliyev

e-mail: [email protected]

 

Oxşar xəbərlər
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!