Moderator.az xəbər verir ki, bu gün Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, tanınmış ziyalı Eldəniz Quliyevin məhkəməsidir. Məhkəmə saat 14:00 radələrində, Nəsimi Rayon Məhkəməsində keçiriləcək.
Xatırladaq ki, Eldəniz Quliyev Nəsimi Rayon Məhkəməsinə müraciət edərək
20 aprel tarixində 63 yaşının tamam olduğuna diqqət çəkən ziyalı, məhkəmədən
ölkə qanunvericiliyinə uyğun olaraq 480 saatlıq ictimai iş cəzasını ortadan
qaldırmağı xahiş edib.
Qeyd
edək ki, 47.4.4-cü maddəyə əsasən pensiya yaşına çatmış şəxslərə ictimai işlər
cəzası tətbiq edilə bilməz.
Məlumat
üçün bildirək ki, daxili işlər naziri Ramil Usubov 2014-cü ildə Eldəniz Quliyevə
qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə
xüsusi ittiham qaydasında iddia qaldırmışdı. İddiaya səbəb Eldəniz Quliyevin
yol polisi barədə Ramil Usubova yazdığı müraciət olub. Eldəniz Quliyev
“Feysbuk” şəbəkəsində yazdığı, “Moderator.az” saytında da dərc olunan həmin
müraciətində bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən
sui-istifadə etdiyini bildirib və naziri konkret addımlar atmağa səsləyib. Nəsimi
Rayon Məhkəməsinin təyin etdiyi linqvistik ekspertiza Eldəniz Quliyevin
yazdıqlarında təhqir məqamlarının olduğu barədə rəy verib. Beləliklə də ötən il
30 oktyabr tarixində Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevin 480 saat müddətində
ictimai işlərə cəlb olunması və 1000 manat məbləğində cərimələnməsi ilə bağlı qərar
çıxardıb. Məhkəmə zamanı keçirilən ekspertizanın xərci də E.Quliyevə kəsilən cərimənin
üzərinə əlavə edilib və bununla da tanınmış ziyalının ödəməli olduğu məbləğ
1140 manata çatıb.
Bundan
başqa, E.Quliyevin ölkədən çıxışı yasaqlanıb və o, hazırda “fəxri əsir”
statusuna malik demokratlardan biridir.