“Bir yer ağrımasa, oranı sığallamazlar...” -VİDEO
Oxunub: 3638
07 Jun 2015 | 10:22
“Bir yer ağrımasa, oranı sığallamazlar...” -VİDEO
 Dövlət başçısı İlham Əliyev Respublika Günündə çıxışı zamanı ictimai nəzarətdən danışdı. Dövlət başçısının dedikləri maraq doğurdu. Prezident bildirdi: “Bir adam - Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər”. 

Diqqət çəkən məqam odur ki, İlham Əliyev 12 illik hakimiyyəti dövründə ilk dəfə idi bu  barədə danışırdı. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə söhbətimizdə də ictimai nəzarəti həyata keçirən mətbuatımızın durumu və bu yöndə yaranan suallara cavab almağa çalışdıq.

 -  Arif bəy, prezident İlham Əliyevin 28 may Respublika Günündə səsləndirdiyi fikirlər, daha konkret desək,  ictimai nəzarət haqqında dediklərindən xəbərdarsınız. Prezident ictimai nəzarətin vacib olduğunu xatırladıb. Bu mənada Azərbaycanda mətbuatın durumu baxımından ictimai nəzarət varmı? İlham Əliyevin hakimiyyətə gəldiyi 2003-cü il və bu gün olan ictimai nəzarəti müqayisə edəndə qiymətləndirməniz necədir?

- Əvvəla, dövlət başçısının fikirləri çox dəqiq və düzgündür. Yalnız sonuncu cümlədən başqa. Yeni mexanizmi nəzərdə tuturam, ictimai nəzarət yeni mexanizm deyil. Ümumiyyətlə, bəşəriyyət tarixini iki yerə bölmək olar; birincisi, insanların toplaşıb özlərini müdafiə etmək üçün hökumət yaratması, ikincisi isə bu hökumətdən özlərini müdafiə etmək üçün yeni bir üsul axtarmasıdır. Əlbəttə, ən təsirli üsul ictimai nəzarətdir. İctimai nəzarətin isə bəşəriyyət hələ mediadan daha güclü və yaxşı üsulunu tapmayıb. İctimai nəzarəti həyata keçirmək üçün yalnız hökumətin yox, bütün siyasi institutların üzərində ən təsirli vasitə mediadır. Bunların hamısı nəzəri məsələdir. Praktikaya gələndə, Azərbaycanda ictimai nəzarəti faizlə ölçmək çox çətindir, amma mütləq bir şey götürsək, olduqca aşağı səviyyədədir. Çünki ictimai nəzarətin bazis elementlərindən biri ictimai rəyin olmasıdır, Azərbaycanda isə dəqiq, daim ölçülən və nəzərə alınan ictimai rəy yoxdur. İkincisi, nəzarət mexanizmlərinin hamısı şil-şüt vəziyyətindədir.

-  Şil-şüt, yəni dağılmış?

-  O funksiyaları həyata keçirmək üçün potensiala malik deyil, nə media, nə də indiki vəziyyətdə qeyri-hökumət təşkilatları.

-  Hakimiyyət bu vəziyyəti məqsədli şəkildə yaradıb, yoxsa keçdiyimiz bir mərhələdir?

-  Olan şey dağılırsa, bu, ya böyük və ciddi səhvlərin nəticəsində olur, ya da məqsədli siyasi fəaliyyətin. Mənim fikrimcə, məqsədli fəaliyyətin nəticəsidir.

-  Çox qəribədir, 12 il hakimiyyətdə olan İlham Əliyev ilk dəfədir ictimai nəzarətdən danışır. Mətbuat dağınıq durumdadır. Azadlıq Radiosu, “Azadlıq” qəzeti və Meydan TV, vəssalam. Televiziyalar şou-maqazin proqramlarına yüklənib, qəzetlərin tirajı çox aşağı səviyyədədir. Bu mənada mətbuat ictimai nəzarəri həyata keçirə biləcəkmi, yəni prezidentin tapşırıqları həyata keçəcəkmi?

- Güman edirəm ki, ritorik sualdır. Yox, bilirsiniz ki, mətbuatın da 140 illiyi yaxınlaşır.

- Prezident bununla bağlı sərəncam da imzalayıb və bir sıra qurumlara 1 ay vaxt da verib...

- Bəli. İndi Zərdabinin prinsiplərinin əleyhinə işləyən qurumlar onun 140 illiyini qeyd edəcəklər. Gələk sualınıza, istənilən halda medianın ictimai nəzarəti həyata keçirməsi üçün müstəqil qurum olmalıdır. Hərçənd ki, bazis olsa da, maliyyə tərəfini kənara qoyuram. Peşəkarlığı da qoyaq kənara. Müstəqillik, ilk növbədə, seçim imkanı tələb edir. Sən müstəqilsənsə, sənin seçim imkanın olmalıdır. Azərbaycan televiziyaları 100, çap mediasının isə 99 faizi hansı müstəqilliyi edə bilər? Hansı ki, istiqamətlərini bir balaca dəyişsə, dövlət yardımından məhrum olacaqlar. Bu isə 100 faizlik ölüm deməkdir. Yəni medianın hər hansı müstəqil seçim etmək, yaxud mövqe seçmək hüququ yoxdur. Belə halda indiki vəziyyətdə hansı ictimai nəzarətdən danışa bilərik? Siz prezidentin birinci dəfə bu barədə danışdığını dediniz, səslənməsəydi, daha pis olardı. Nə yaxşı ki, hansı bir mərhələdə belə şeylər səslənir.

- Bəs səslənməsinin təsiri olacaqmı?

- Mən əvvəlcədən bəd gətirmək istəmirəm. Ancaq o dəyişikliklər üçün real bir hərəkət görmürəm. Ki, Azərbaycanda son 3-5 ildə media hansısa irəliyə doğru bir addım atıb. Yaxud QHT sektoru... Medianın vəziyyətini deyim, son 4-5 ildə mediaya təkcə Dövlət Yardımı Fondu vasitəsilə 20-25 milyon manat ayrılıb. Bilirsiniz,  bizim balaca mediamız üçün bu vəsait nədir? Bir müstəqil mətbəə 1 milyona başa gəlir. Yaxud bütün jurnalistlərin nəqliyyat xərcləri də cüzi vəsait edir. İndi o pul getdi, yəni dəstək göstərildi. Məgər, son 5 ildə qəzetlərin tirajlarımı artıb? Xeyr, azalıb. Müstəqil KİV-in sayımı artıb? Əksinə, bağlananların sayını sadalamaq olar.  Jurnalistlərin maddi vəziyyəti yaxşılaşıbmı? Hökumətin verdiyi mənzillərin üstündə dava düşür.

- Ümumiyyətlə, hökumət jurnalistə mənzil verməlidirmi?

-  Əlbəttə, yox. Niyə jurnalistə verməlidir, bağça müəllimələrinə, həkimlərə yox? Bəlkə onlar daha az əhəmiyyətli işlərlə məşğuldur? Bəli, əlilliyi olan jurnalist varsa, ona mənzil verilməlidir. Amma jurnalistlərə ev verib, onları mənəvi əlil etməməlidirlər. Bunlar fərqli şeylərdir. Allah sağlıqlarına qismət etsin, hər halda onlar öz haqları və əməllərilə almalıydı. Amma dəfələrlə söhbət zamanı deyiblər ki, “sənə ev vermişik” sözlərini başlarına qaxınc ediblər. Nəhayət, son 5 ildə bəlkə mediada həbslərin sayı azalıb və bəlkə keyfiyyət yüksəlib? Yox! Gələk QHT sektoruna. 5 il əvvəl vətəndaş cəmiyyətinin Azərbaycana gətirdiyi vəsaitlərin, keçirdiyi tədbirlərin gücünə, ictimai rəyə təsir və nəzarət imkanlarına baxın və bugünkü durumlarına baxın. Bu gün üzdə olan QHT-lərin 90 faizinin fəaliyyət imkanları yoxdur. Digər QHT-lər isə qrantı ancaq dövlətdən ala bilirlər, çünki həm qanunvericilik məhdudlaşdırıldı, həm də praktika onları sıxır. Başqa təşkilatlara verilən qrantların həcmi 5-10 civarındadır. Bu vəsaitlə hansı ciddi problemləri həll etmək olar, hansı ciddi lobbiçilik və ya ictimai təsir üsullarını həyata keçirmək olar? Həmin vəsaiti 2-3 işçinin əməkhaqqına güclə çatır. Bax, mən şil-küt, sınıq-salxaq deyəndə bunları nəzərdə tuturam.

-  Sadaladıqlarınızı və prezidentin dediklərini götürək və bu sualı qoyaq; Azərbaycan hakimiyyətinə müstəqil media lazımdırmı?

- Lazım olsaydı, medianı bu dərəcədə əlaltı etməzdi. Amma bir şey deyim, mən hələ öz mediasını sevən hakimiyyət görməmişəm. İstər Qərbin demokratik hakimiyyəti, istərsə də Şərqin avtoritar və totalitar hakimiyyəti olsun.

- Bax, sizin son cümlənizdən hakimiyyət təbliğatçıları tutub “heç Qərbdə də medianı istəmirlər” deyə təbliğat qururlar...

- Bilirsən, Həsən, yaxud Məmmədin dediyinə görə sözümüzü dəyişə bilmərik. Reallıq ondan ibarətdir ki, hər yerdə hakimiyyət mediadan çəkinir və onu çox da sevmir. Təsəvvür edin, bir hakimiyyət onun üzərində nəzarət edən strukturu sevərmi? Amma ölkədə qanunvericilik və prinsiplər işləyəndə, hökumət medianı özünə tabe etdirmək həvəsindən geri çəkilir.

- Deməli, hesablaşırlar?

-  Təbii. Mən özüm şahidi olmuşam ki, Böyük Britaniyada baş nazir səhərini qəzetlərin manşetinə baxmaqla başlayır. Yaxud  ABŞ-da media yanlış addım atmış prezidenti istefaya məcbur edir. Eləcə də Almaniyada, Avstriyada belə hadisələr olub. Bu, medianın gücüdür və sevsə də, sevməsə də, hakimiyyət media ilə hesablaşmalı olur və onu ictimai nəzarətin silahı kimi qəbul edir.

-  Nədənsə, ictimai nəzarət haqda fikirlər 19 may faciəsindən sonra aktuallaşdı, belə çıxır ki, Azərbaycanda hansısa fəlakət olmalıdır ki, ictimai nəzarətdən danışılsın...?

- Əlbəttə pisdir, amma bir yer ağrımasa, oranı sığallamazlar. Problem ortaya çıxanda, nəyinsə çatışmadığını hiss edirsən və o barədə danışırsan. Əgər birinci addım atılırsa, hətta gec atılırsa, mən onun doğru olduğunu deməyə və qeyd etməyə hazıram. Amma bunun arxasınca digər hərəkətlər həyata keçirilmirsə, bu, həmişə əks effekt yaradır. Söz deyilə-deyilə, tələb irəli sürülə-sürülə qiymətdın düşür. Devalvasiyanın olmaması üçün hansısa proqram olmalıdır. Axı "ictimai nəzarət olmalıdır" deməklə, bu kasıb, siyasi cəhətdən dağınıq, düşmənçilik ruhunda böyüdülmüş cəmiyyət birdən-birə qalxıb nəzarət həyata keçirməyəcək. İctimai nəzarətin formalaşması üçün hökumətin üzərinə şərtlər düşür. Birincisi, qanunvericilikdə son illərdə həyata keçirilən məhdudiyyətlər aradan qaldırılmalıdır. İctimai institutun formalaşması üçün islahatlar həyata keçirilməlidir. QHT və medianın real inkişafı üçün şərtlər yaradılmaldıır. Bunları deyəndə, hamısının olduğunu söyləyirlər.  Əgər varsa, bəs hanı nəticəsi? Necə islahat və yardım göstərirlər ki, müstəqil medianın bu gün bazarda faizi 2-3 faizdən artıq  deyil? 1999-cu ildə 55 faiz idi. Hanı islahatlar? Necə islahat həyata keçirirlər ki, qəzetlərin tirajları azalır? Yaxud televiziyaların səviyyəsi. Bu, nə səviyyədir?! Ziyalısı da şikayətçidir, fəhləsi də, kəndlisi də, Prezident Administrasiyasının rəhbəri də. Bəs kim yaradır bunları? Hanı o inkişaf, hanı o milyonlar, milyardlar, hər il büdcədən və digər açıq, gizli mənbələrdən mediaya ayrılan vəsaitlər? Mən düşünmürəm ki, o vəsaitlər ağılsız xərclənir. Yalnız bir nəticəyə gəlmək olar ki, o vəsaitlər məhz medianın bu gündə saxlanılması üçün işləyən vəsaitlərdir.

- Hakimiyyət mediaya son illərdə 25 milyon vəsait xərcləyib, amma 1999-cu ildən bu günə qədər müstəqil mətbuat 55 faizdən 2 faizə enib. Bu qədər dağıntıdan sonra hakimiyyətin ictimai nəzarət haqda danışması necə izah oluna bilər?

-  Ziyanın yarısından qayıtmaq da xeyirdir.

- 2 faizdənmi?

- Bir şey deyim, Azərbaycan mediasını bərpa etmək, gücləndirmək uzun dövr və ya böyük islahatlar lazım deyil. Bizim bugünkü günümüzdən pis vəziyyətdə olan Türkiyənin mediasını Turqut Ozal 7-8 ilə Avropanın qabaqcıl mediaları sırasına çıxardı.

- İndi orda da durum ağırdır...

-  Bəli, indi əks proses gedir. Buna baxmayaraq, 10 illik inkişafın nəticəsində toplanmış potensial var. Azərbaycan mediasını ayağa qaldıran 3-4 illik islahatlar kifayətdir. Çünki resurslar və müəyyən ənənələr var. Mən qanunvericilik və peşəkar resursları nəzərdə tuturam, onları qaydaya salıb, artıq şeyləri çıxardıb, müstəqil inkişafa imkan vermək lazımdır. Məsələn, reklam bazarını hərəkətə gətirmək üçün nə lazımdır? Təyyarə fikirləşməliyik? Yox! Biz polisdə rüşvətxorluğu götürməyin mümkünsüzlüyünü deyəndə, Saakaşvili yarım ilə aradan qaldırdı. Eyni zamanda, mediada həmin işləri görmək olar. Amma bunun üçün iradə, vəsait və ardıcıllıq olsa, həyata keçirmək mümkündür.

- Yekun sualım ritorikdir; prezidentin mətbuatın 140 illiyi ilə bağlı sərəncamı dediklərinizin gerçəkləşməsində rol oynaya bilərmi?

-  İnanmıram. Demək istəmirəm ki, Azərbaycan müstəqil olandan sonra hakimiyyət bu istiqamətdə cəhdlər göstərməyib. Belə cəhdlər olub, 1993-cü ildə və 1998-ci ilə qədər islahat proqramları olub. Bunlar hansısa bayram sənədləri deyildi. Amma təəssüf ki, ya vaxt çatışmazlığından, ya iradənin olmamasından, yaxud başqa səbəblərdən həyata keçməyib. İndi də nə iradəni, nə də o istiqamətdə atılan addımlar görmürəm. Çox təəssüf ki, medianın düşdüyü bu böhran hələ davam edəcək. Bir misal, Rauf Mirqədirovun həbsindən 1 ay sonra atası vəfat etdi, indi atasının ilindən 1 ay ötüb. Rauf hələ də istintaq altındadır və nə baş verib ki, bir hərəkət yoxdur?! İttihamlar da qəribədir, guya, Rauf Zığ şossesinin planını verib. Ermənistanda hər hansı savadlı məktəbli otaqdan çıxmadan Zığ şossesinin planını tərtib edə bilər.  Bax, mən bu yöndə, yaxud qanunvericilik, reklam bazarı ilə bağlı addımları görsəm, özüm bacardığım qədər kömək edərəm, köməyim çatmasa da alqışlamağa hazıram. Amma təəssüf ki, mən bunları görə bilmirəm. Beləliklə, mediada və QHT sektorunda ictimai nəzarət, institusional qüvvə baxımından ancaq geriləmə görürəm.
Oxşar xəbərlər
00:06, Bu gün
“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?
23 Apr 2024 | 23:59
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
23 Apr 2024 | 23:57
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
23 Apr 2024 | 23:54
Nigerin XİN rəhbəri ABŞ səfiri ilə Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edib
23 Apr 2024 | 23:52
Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23 Apr 2024 | 23:50
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23 Apr 2024 | 23:47
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getməkdən imtina etdi
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 23:44
Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
23 Apr 2024 | 23:38
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO
23 Apr 2024 | 23:29
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23 Apr 2024 | 23:14
Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
23 Apr 2024 | 23:12
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
23 Apr 2024 | 23:09
76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi
23 Apr 2024 | 23:03
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
23 Apr 2024 | 23:03
"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"
23 Apr 2024 | 23:02
Rusiya müdafiə nazirinin müavini azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir
23 Apr 2024 | 22:58
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 22:50
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 22:47
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
23 Apr 2024 | 22:45
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Apr 2024 | 22:38
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
23 Apr 2024 | 22:31
Vatsapda böyük fayllar göndərmək mümkün olacaq
23 Apr 2024 | 22:27
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
23 Apr 2024 | 22:18
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
23 Apr 2024 | 22:10
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
23 Apr 2024 | 21:59
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
23 Apr 2024 | 21:49
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
23 Apr 2024 | 21:29
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
23 Apr 2024 | 21:25
Əri vurdu, gözünü itirdi - İndi eyni evdə yaşamağa məcburdur + FOTO
23 Apr 2024 | 21:22
Milyonçu səhvi ucbatından evsiz qaldı
23 Apr 2024 | 21:17
İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı
23 Apr 2024 | 21:15
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23 Apr 2024 | 21:12
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
23 Apr 2024 | 20:56
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
23 Apr 2024 | 20:55
Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARI
23 Apr 2024 | 20:52
Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO
23 Apr 2024 | 20:46
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
23 Apr 2024 | 20:33
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 20:17
Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
23 Apr 2024 | 20:15
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
23 Apr 2024 | 20:12
Plovu daha dadlı etmək üçün bunu tökün – Bilinməyən sirlər
23 Apr 2024 | 20:10
Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
23 Apr 2024 | 20:04
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
23 Apr 2024 | 19:54
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
23 Apr 2024 | 19:52
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
23 Apr 2024 | 19:50
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
23 Apr 2024 | 19:42
Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!
23 Apr 2024 | 19:31
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 19:23
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
23 Apr 2024 | 19:16
Milanda gecə yarısından sonra dondurma və pizza satışı qadağan edilə bilər
23 Apr 2024 | 19:14
Xərçəngdən qorunmağın sadə yolu
23 Apr 2024 | 19:11
"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı-VİDEO
23 Apr 2024 | 19:09
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
23 Apr 2024 | 19:07
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
23 Apr 2024 | 19:05
Sumqayıtda kişi müalicə aldığı xəstəxananın beşinci mərtəbəsindən özünü atdı
23 Apr 2024 | 19:02
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
23 Apr 2024 | 19:01
Faiq Ağayev: “Biz sevgili olmamışıq”
23 Apr 2024 | 19:00
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
23 Apr 2024 | 18:58
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
23 Apr 2024 | 18:48
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
23 Apr 2024 | 18:43
Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
23 Apr 2024 | 18:41
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
23 Apr 2024 | 18:32
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 18:31
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 17:54
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
23 Apr 2024 | 17:51
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
23 Apr 2024 | 17:48
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
23 Apr 2024 | 17:46
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
23 Apr 2024 | 17:45
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
23 Apr 2024 | 17:43
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
23 Apr 2024 | 17:42
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
23 Apr 2024 | 17:39
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
23 Apr 2024 | 17:35
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
23 Apr 2024 | 17:28
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
23 Apr 2024 | 17:25
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
23 Apr 2024 | 17:21
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
23 Apr 2024 | 17:17
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
23 Apr 2024 | 17:14
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
23 Apr 2024 | 17:11
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 17:05
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
23 Apr 2024 | 17:04
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
23 Apr 2024 | 17:00
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
23 Apr 2024 | 16:55
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
23 Apr 2024 | 16:53
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
23 Apr 2024 | 16:50
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 16:46
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Apr 2024 | 16:45
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
23 Apr 2024 | 16:40
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
23 Apr 2024 | 16:35
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
GÜNLÜK
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 08:00
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
23 Apr 2024 | 06:00
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 06:56
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 10:12
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
23 Apr 2024 | 06:28
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 08:00
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
23 Apr 2024 | 06:00
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 06:56
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 10:12
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
23 Apr 2024 | 06:28
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO